Axtarış

The search found 105785 results in 0.056 seconds.

Search results

  1. ​Əsəddən ölüm mesajı: Bu, sənin son şansındır

    Əsəd rejiminə məxsus helikopterlərdən İdlibdəki yaşayış məntəqələrinə təhdid mesajları atılıb.
    Muxalifet.az xəbər verir ki, rejim əsgərlərinin İdlibə atdıqları mesajlarda sakinlərə iki seçim təklif edilib.
    Mesajda İdlibə hücum zaman ölən insanlardan birinin fotosunun üzərinə bu sözlər yazılıb:
    “Əlində silah tutub yola davam etmək, yoxsa silahı buraxıb təslim olmaq? Yaşamaq istəyirsənsə, silahı yerə qoy. Ya silahı yerə qoyacaqsan, ya da öləcəksən. Bu, sənin son şansındır”.

    Muxalifet3 - 27-05-2018

  2. SON DƏQİQƏ: "Qarabağı qaytarmayacağıq. Bacarsanız bu şərtlərlə alın..." - TƏHDİD

    Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib.
    Muxalifet.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, – deyə bildirib.
    Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakında təkid edir: “İndi reallıqlar dəyişib və Qarabağ danışıq prosesində yer almalıdır”.

    Muxalifet3 - 27-05-2018

  3. ​Amerikalılar Pxenyana gəldi: Görüşə hazırlıq...

    ABŞ-dan olan nümayəndə heyəti 12 iyunda Donald Trampla Kim Çen İnin görüşünə hazırlıq görülməsi məqsədilə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
    Bildirilib ki, nümayəndə heyətinə ABŞ-ın Cənubi Koreyadakı keçmiş səfiri Sun Kim rəhbərlik edir və o daha öncə Pxenyanın nüvə silahları ilə bağlı aparılan danışıqlarda iştirak edib.
    Sun Kimin Şimali Koreyanın Xarici İşlər naziri Çxve Son Xi ilə görüşəcəyi gözlənilir.
    Görüşlər 3 gün davam edəcək.

    Muxalifet3 - 27-05-2018

  4. ​Xəzəryanı dövlətlər Tehrana toplaşır - Mühüm müzakirə

    Sabah Tehranda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlıqla bağlı sammiti keçiriləcək.
    Muxalifet.az-ın verdiyi məlumata görə, sammit iki gün davam edəcək.

    Muxalifet3 - 27-05-2018

  5. ​Daun sindromlu namizəd: tarixə düşə bilər

    Belçikada payız ayında keçiriləcək bələdiyyə seçkilərdə 18 yaşlı daun sindromlu gənc də iştirak edəcək.
    Muxalifet.az xəbər verir ki, Yaşıllar Partiyasının üzvü olan Tane Depuyt namizədliyini irəli sürüb. Əgər seçilsə, o, bələdiyyənin üzvü olan ilk daum sindromlu şəxs ünvanını qazanacaq.
    Depuyt seçki kampaniyası üçün afişa, poster, internet saytını özü hazırlayıb və prosesə ciddi yanaşır.
    Yaşıllar Partiyasından əlil arabasında olan və lal namizəd də seçkilərdə iştirak edəcək. Partiya bildirir ki, bu şəxsləri cəmiyyətə qazandırmaq istəyir.

    Muxalifet3 - 27-05-2018

  6. ​AZAL-dan xəbərdarlıq: 5 saatdan çox...

    AZAL "J2-122" və "J2-020" reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.
    Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.
    Şirkət yaranan narahatlığa görə üzr istəyib.
     

    Muxalifet3 - 27-05-2018

  7. ​Boş yerə çalışırıq, nəticəsi olmayacaq - Juliani

    Rusiya vətəndaşlarının ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı irəli sürülən ittihamların heç bir nəticəsi olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Nyu-York şəhərinin keçmiş meri Rudolf Juliani CNN-ə açıqlamasında deyib.
    O bildirib ki, ittihamlar tamamilə boş aktlardır:
    “Əminəm ki, seçkilərdə müdaxilədə ittiham edilən rusiyalılar ABŞ-a gətirilməyəcək. Bəs siz nə düşünürdünüz? Onları ittiham etmək üçün bura gətirəcəklər?”

    Muxalifet3 - 27-05-2018

  8. ​Ermənilər suyumuzu zəhərləyir

    Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq keçirilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən  verilən məlumata gröə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 54 m3/san artaraq 427 m3/san təşkil edib.

    Muxalifet3 - 27-05-2018

  9. ​İsrail daha da amansızlaşır: Dənizdə divar...

    İsrail Qəzza bölgəsinin dəniz sərhədi zolağında sədd inşasına başlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman məlumat verib.
    “Sahil zolağından İsrail topraqlarına qeyri-qanuni daxilolmaların qarşısını alacaq. Dünyada bənzəri olmayan tikintidən söhbət gedir. Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək və onun strateji silahını istifadəsiz hala gətirəcək”, - nazir bildirib.
    Qeyd edək ki, 2014-cü ildə Qəzzada fələstinlilərə qarşı əməliyyatdan sonra sözügedən səddin inşası ilə bağlı qərar qəbul edilib.
     

    Muxalifet3 - 27-05-2018

  10. ​Millimiz məğlub oldu

    Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.
    Muxalifet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb. Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dəfəki duelinin taleyini bir top həll edib.

    Muxalifet3 - 27-05-2018

  11. ​Çindən ABŞ-la bağlı sərt açıqlama

    ABŞ-a məxsus hərbi gəmi Cənubi-Çin dənizində Parasel adasının yaxınlığından keçərək Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
    “ABŞ-ın “Hiqqins” esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ tərəf Çin qanunlarını, müvafiq beynəxalq normaları, ölkənin suverenliyini kobud şəkildə pozur”, - deyə məlumatda bildirilib.
     

    Muxalifet3 - 27-05-2018

  12. ​İranda xaos: etirazçılar yolu bağladı, polisdən hücum

    İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin keçirdiyi etiraz aksiyalarına Güney Azərbaycan şəhərlərinin sürücüləri də qoşulub.
    Muxalifet.az xəbər verir ki, Təbriz, Sulduz, Qoşaçay, Tikantəpə, Ərdəbil, Azərşəhr, Məlikan və digər Azərbaycan şəhərlərindən olan sürücülər aksiyalara qoşularaq, maşınların ehtiyat hissələri və yanacağın baha olmasına, sığorta haqlarının artırılmasına etiraz ediblər.

    Muxalifet3 - 27-05-2018

  13. ​Monako Qran-Prisinin qalibi bəlli oldu

    “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo Monokoda keçirilən “Formula-1” Qran-Prisinin qalibi olub.
    Muxalifet.az xəbər verir ki, “Ferrari” almaniyalı pilotu Sebastyan Fettel ikinci, “Mersedes” komandasının britaniyalı pilotu Luis Hemilton isə üçüncü yerin sahibi olub.
    Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi iyunda Kanadada keçiriləcək.
     

    Muxalifet3 - 27-05-2018

  14. ​Türk ölkəsində qorxulu anlar: sərnişinlər evakuasiya edildi

    Tatarıstanın Kazan və Yarçallı şəhərlərindəki 3 qatar stansiyası bomba xəbərdarlığından sonra boşaldılıb.
    Muxalifet.az xəbər verir ki, stansiyalarda bəzi şübhəli paketlərin aşkarlanmasından sonra sərnişinlər və şəxsi heyət evakuasiya edilib. Hadisə yerinə gələn bomba üzrə mütəxəssislər axtarışlardan sonra heç bir partlayıcıya rast gəlmədiklərini açıqlayıblar.
    Bundan sonra qatarların hərəkət qrafiki bərpa olunub.
     

    Muxalifet3 - 27-05-2018

  15. ​Prezidentin övladlarına ad verdiyi məhşurlar - SİYAHI

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
    Muxalife.az xəbər verir ki, fəxri adlara layiq görülənlərin arasında məşhur şəxslərin, korifey sənətkarların övladları da var.
    Görkəmli bəstəkarlarımız Qara Qarayevin oğlu Fərəc Qarayev və Fikrət Əmirovun oğlu Cəmil Əmirov xalq artisti adını alan sənətkarlardandır.

    Muxalifet3 - 27-05-2018

  16. Trampla Kim Çenin görüşünə hazırlıq gedir — Rəsmilər bir araya gəldi

    ABŞ və KXDR rəsmiləri arasında görüş keçirilib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş KXDR-lə Cənubi Koreya arasında yerləşən Pxanmuncom sərhəd  məntəqəsində baş tutub.
    Bu barədə danışan ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib ki, Prezident Tramp  və Şimali Koreya lideri Kim Çen İn arasında görüşə hazırlıq işləri davam etdirilir.
    Məlumata görə, məsləhətləşmələr mayın 30-dək davam edəcək.
     

    Muxalifet3 - 27-05-2018

  17. Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur

    100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
     
    Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
     
    Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
     
    Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
     

    Muxalifet3 - 28-05-2018

  18. Ata Corc Buş yenidən XƏSTƏXANADA

    ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Men ştatında xəstəxanaya yerləşdirilib.
     

    Muxalifet3 - 28-05-2018

  19. İstanbuldakı körpü AZƏRBAYCAN BAYRAĞINA BOYANIB

    İstanhul Boğazındakı "15 iyul şəhidləri" körpüsü Azərbaycanın üç rəngli bayrağının rənglərinə boyanıb.
     
    Mayın 27-də axşam saat 21-dən etibarən Azərbaycan bayrağının rənglərinə boyanan körpüdəki o vəziyyət mayın 28-də səhərə qədər davam edəcək, eyni gün axşam saatlarında körpü yenidən lazer işıqları vasitəsi ilə üç rəngli bayrağa boyanacaq.

    Muxalifet3 - 28-05-2018

  20. Türkiyədən ABŞ-a "F-35" gedişi: “RUSİYADAN "SU-57"lər ALA BİLƏRİK”

    Türkiyə Amerika istehsalı olan "F-35" qırıcıları əvəzinə Rusiyanın "Su-57" təyyarələrini ala bilər.
     
    Bu barədə "Yeni Safak" qəzeti məlumat yayıb.
    Ankara ABŞ-ın Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən "F-35"lərin tədarükünü əngəlləyəcəyi təqdirdə bu addımı ata bilər.
    Bundan başqa Ankara iyunda əldə etməli olduğu təyyarəni almaq hüququndan imtina etmək niyyətində olmadığını da bəyan edib.

    Muxalifet3 - 28-05-2018

Pages