Axtarış
The search found 105785 results in 0.109 seconds.
Search results
Qətər bu ölkələrə qarşı hərəkətə keçdi – ŞOK QƏRAR
Qətər hökuməti bütün ticarət mərkəzlərindəki işçilərə ölkəni boykot edən dövlətlərin məhsulların piştaxtalardan yığışdırılması barədə çağırış edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, sözügedən çağırışla Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi çıxış edib.
Nazirliyin məlumatına görə, qərarın icrasının yoxlanmasını təmin etmək məqsədilə ölkənin bütün istiqamətlərində xüsusi müffəttişlər vəzifə başında olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn kimi ölkələr Qətərə qarşı blokada tətbiq edib.Muxalifet4 - 27-05-2018
“Türkiyənin bu tələbə reaksiyası çox sərt olacaq” - POLİTOLOQ
ABŞ Türkiyəyə qarşı atdığı bu cür addımlarla istəyinə nail ola bilməyəcək.
Bu sözləri Axar.az-a ABŞ Konqresinin Türkiyənin F-35 proqramından çıxması ilə bağlı tələbini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert ABŞ-ın uzaqgörən addım atmadığını və qərarın yaranmış şəraitdə heç bir təsirə malik olmayacağını qeyd edib:
Muxalifet4 - 27-05-2018
Ərdoğan onları görüncə avtomobil karvanını saxlatdırdı - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədaxili səfəri zamanı İstanbulun Zeytunburnu sahilində vətəndaşlarla görüşüb.
Publika.az xəbər verir ki, prezident Yeniqapı Təhlükəsizlik Təşkilatı üzvləri ilə orucunu açmadan öncə açıq havada iftar süfrəsi açan sadə vətəndaşları görüncə özünün avtomobil karvanını saxlatdırıb.
Uşaqlara oyuncaq hədiyyələr verən Ərdoğan hər kəslə foto çəkdirib.
Onun bu addımı vətəndaşlar tərəfindən maraq və sevgi ilə qarşılanıb.Muxalifet4 - 27-05-2018
HÜCUM ƏMRİ İŞƏ YARAMADI - Heç də hamı İbrahimbəyovun üstünə atlamadı
Qəribə təsadüf: üç telekanal sinxron şəkildə "Qafqaz triosu" filmini müzakirə edirdi
Muxalifet4 - 27-05-2018
ŞOK: 15 MİLYON İNSAN TƏHLÜKƏ QARŞISINDA...
ABŞ-ın körfəz sahillərinə yaxınlaşan “Alberto” fırtınası səbəbilə fövqəladə vəziyyət çağırışı elan edilib.
Muxalifet.az xəbər verir ki, Florida meri Rik Skot sabahdan etibarən quruya daxil olacaq fırtınaya qarşı tədbir görmək üçün Milli Təhlükəsizlik Komitəsinə çağırış edib.
Mer qısa zamanda bəzi bölgələrdə şiddətli yağışlar və seldən qorunmaq üçün məcburi təxliyə işlərinin həyata keçiriləcəyini bildirib.Muxalifet4 - 27-05-2018
Bakıya gələn 3 avtobus qəzaya düşdü: YARALILAR VAR - FOTO
Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov Dilqəmin “05-BE-640” nömrəli, Elmir Hüseynovun “99-JD-403” nörməli və Elçin Qarayevin “99-HJ-256” nömrəli avtobusları toqquşub.
E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.
Muxalifet4 - 27-05-2018
İcra başçısıyla keçmiş millət vəkili arasında QARŞIDURMA
Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq nazir və millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb.Muxalifet4 - 27-05-2018
SENSASİYA: ABŞ-ın Türkiyəyə qarşı qorxunc planı üzə çıxdı
"Ağ Ev Türkiyəni Kiprdən mühasirəyə alaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrinə nəzarəti əlinə keçirməlidir".
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın CSİS analitik mərkəzinin hazırladığı “ABŞ-ın Şərqi Aralıqdakı strateji lövbərsalmasını yenidən qurmaq” adlı hesabatında deyilib.
Muxalifet4 - 27-05-2018
İsmayıllıda sel fəlakəti: 60 kənd işıqsız qaldı
Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb.
APA-nın xəbərinə görə , yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
Muxalifet4 - 27-05-2018
Emin Ağalarov xalq artisti oldu – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi mədəniyyət xadimləri arasında tanınmış müğənni Emin Ağalarov da var.
Muxalifet.az xəbər verir ki, prezidentin imzaladığı sərəncama əsasən, Emin Araz oğlu Ağalarova “Xalq artisti” fəxri adı verilib.Muxalifet4 - 27-05-2018
"Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil" – FRANSIZ NAZİR
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil".
Bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.
O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib:
"Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".Muxalifet4 - 27-05-2018
Azərbaycan Xalq Cümhuriyyəti FOTOLARDA
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illik yubileyidir. Muxalifet.az həmin dövrün siyasi xadimlərinin və hadisələrin arxiv fotolarını təqdim edir. MİLLİ ARXAXC parlamentinin birinci iclasının açılışı. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illik yubileyidir. MİLLİ ARXİV 28 may 1918-ci il suverenliyi haqqında bəyənnamə. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 2 ildən sonra süquta uğrasa da, ölkə tarixinin ən mühüm hadisələrindən biri sayılır.
Muxalifet4 - 27-05-2018
Paşinyanın oğlunun Qarabağda hərbi qulluq keçməsi xəbərinə XİN-dən REAKSİYA
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsi növbəti populizm cəhdidir.
Muxalifet4 - 27-05-2018
Azərbaycanlı tələbə kazinoda çoxlu pul uduzdu, İNTİHAR ETDİ – Gürcüstandakı səfirliyimizdən açıqlama
Bir neçə gün bundan qabaq Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub.
Tələbənin intihar etməsinə səbəb kazinoda çoxlu miqdarda pul uduzmasıdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Muxalifet4 - 27-05-2018
Ramos Salahı zədələməsindən danışdı - “Özümü günahkar saymıram”
Çempionlar Liqasının finalında “Real” “Liverpul”a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.
Muxalifet.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində “Liverpul”un futbolçusu Məhəmməd Salahı yıxaraq zədələyən Serxio Ramos oyundan sonra açıqlama verib.
Rəqibin oyundan çıxmasına səbəb olan ispaniyalı müdafiəçi özünü günahkar hesab etməyib: “Salahın vəziyyəti üzücü oldu. Bunun baş verməsini heç vaxt istməzdik. Mən həmin epizoda görə özümü günahkar hesab etmirəm”.
Muxalifet4 - 27-05-2018
“Torpaqları işğalda olan ölkədə televiziyaların şou-biznesə bu qədər yer ayırması...” – QARABAĞ QAZİSİ ÜSYAN ETDİ - VİDEO
Ölkəmizin ərazi bütövlüyü uğrundakı döyüşlərdə gözünü, ayağını itirən Kamil Musavini Azərbaycanda tanımayan yoxdur. 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi bir qazi olmaqla yanaşı, həm də əsl vətəndaş mövqeyi ilə seçilir. O, məhz bu mövqeyinə görə yüz minlərlə insanın simpatiyasını qazanıb.
Muxalifet4 - 27-05-2018
ŞOK AÇIQLAMA: Türkiyə İran sərhədinə hücum edəcək
Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan 24 iyun seçkilərindən öncə Qəndildə hərbi əməliyyatların başlayacağını bildirib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan əsilli siyasətçi bu barədə öz Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, İraqın tərkibində olan Qəndil dağı İran sərhədində yerləşir və PKK-çıların aktiv olduğu ərazilərdən sayılır.
Muxalifet3 - 27-05-2018
İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!
Güney Azərbaycanın Zəncan şəhərinin Gülşəhr məhəlləsində tikilən körpüyə ad verilməsi ilə bağlı əhali arasında keçirilən sorğuda çoxları “Ana” adına üstünlük versə də, Şəhər Şurasının sözçüsü Səccad Xudayi buna qarşı çıxıb.
Muxalifet.az xəbər verir ki, sözçü Azərbaycan türkcəsindəki “ana” sözünün qanuna uyğun olmadığını deyib.
“İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə yalnız farsca adlar qəbul edilə bilər”, - Səccad Xudayi bildirib.Muxalifet3 - 27-05-2018
Şərifov Le-Drianla görüşdü: Cari ildə...
Şərifov Le-Drianla görüşdü: Cari ildə...Bu gün maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S. Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını bildirib.Muxalifet3 - 27-05-2018
UEFA açıqladı: Azərbaycan...
“Real”la “Liverpul” komandaları arasında keçirilmiş Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı bəlli olub.
Muxalifet.az xəbər verir ki, finalda “Liverpool” komandasına 3:1 hesabı ilə qalib qələn “Real Madrid” İspaniyanın xal hesabını 106.712 çatdıraraq siyahıya başçılıq edir. İngiltərə ikinci, İtaliya üçüncü, Almaniya dördüncü, Fransa isə ilk “beşlik”də qərarlaşıblar.
Azərbaycan isə son 5 ilin nəticələrinə görə 23-cü yerdədir. Klublarımız bu müddətdə 19,125 xal toplayıb.
Muxalifet3 - 27-05-2018