Axtarış
The search found 105785 results in 0.103 seconds.
Search results
Məşhur aktyordan Trampa qadağa: Restoranlarıma girməsin
Hollivud ulduzu Robert De Niro restoranlar şəbəkəsinə ABŞ Prezidenti Donald Trampın girişini qadağan edib.
Muxalifet.az xəbər verir ki, xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə aktyorun özü verib. O bildirib ki, restoranlarında Trampın yemək yeməsinə icazə verməyəcək:
“Nəyi xoşlayıb-xoşlamadığı vecimə deyil. Amma mənim yemək yediyim bir restorana girsə, həmin an oradan uzaqlaşaram. Onun “Nobu” restoranlarında yemək yeməyinə əsla icazə verməyəcəm”
Aktyorun bu açıqlaması ilə bağlı Tramp və Ağ Ev heç bir açıqlama verməyib.Muxalifet3 - 26-05-2018
Müəllimlərə şad xəbər: maaşları artırılacaq
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək. Eyni zamanda, dərs yükü norması və əməkhaqqı artırılmaqla onların maddi rifahı yaxşılaşdırılacaq.
Muxalifet.az-ın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.Muxalifet3 - 26-05-2018
Voleybolçularımız məğlub oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.
Muxalifet.az-ın məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.
Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib. Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.Muxalifet3 - 26-05-2018
Ramazan ayının 11-ci gününün duası— İmsak və iftar vaxtı
Bu gün Azərbaycanda Ramazan ayının 10-cu günüdür.
Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah - mayın 27-də imsak saat 03:29, iftar isə 20:17-də olacaq.
11-ci günün imsak duası:
“Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!”
Tərcüməsi:Muxalifet3 - 26-05-2018
Rüstəm Qasımov Azərbaycan çempionu oldu
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.
Muxalifet.az xəbər verir ki, körpücük üzərinə ən son 17 yaşadək oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.
Bu çəki dərəcəsində toplam 250 kiloqram (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kiloqram (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kiloqram (90+115) nəticə ilə Novruz Muxtarlı əldə ediblər.Muxalifet3 - 26-05-2018
Türkiyə XİN: Almaniya ikiüzlülük edir
Almaniyanın terror tərəfdarlarının qatıldığı mitinqə icazə verilməsini şiddətlə qınayırıq, bu ikiüzlü yanaşmadır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı yazılı bəyanatında qeyd edib. Almaniyanın üçüncü ölkə siyasətçilərinin buradakı seçiciləri ilə görüşməsini qadağan edən qərar qəbul etdiyini xatırladan nazirlik Türkiyənin demokratiya ilə uyğun gəlməyən bu siyasətlə razı olmadığını bildirib:Muxalifet3 - 26-05-2018
Azərbaycan içki ixracını iki dəfə azaltdı
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 739,01 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 855,12 min dollar və yaxud 50,76% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 19 286,09 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% çoxdur.Muxalifet3 - 26-05-2018
Qarabağın işğalına son qoyulmasını arzu edirik - Hermanto
Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını İndoneziya Respublikasının Parlamentində Rifah və Ədalət Partiyasının Mərkəzi Şurasının rəhbəri, İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Hermanto ilə görüşüb.
Muxalifet3 - 26-05-2018
Rövnəq Abdullayev Poroşenko ilə görüşdü: Bütün diqqət...
Ukraynanın Prezidenti Pyotr Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Muxalifet.az xəbər verir ki, görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.Muxalifet3 - 26-05-2018
ABŞ sərhədçiləri qaçqın uşaqlara təcavüz edir - Hesabat
ABŞ sərhədçiləri kimsəsiz qaçqın uşaqları istismar edir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Amerika İnsan Hüquqları Təşkilatının və Beynəlxalq İnsan Hüquqları Komissiyanın hesabatında qeyd olunub. Məlumata görə, hesabat 2009-2014 illərdə 30 min səhifəlik qeydlərdəki şikayətləri əldə etdikdən sonra hazırlanıb. Şikayətlər arasında kimsəsiz uşaqlara təcavüz edilməsi və onların istismara məruz qalmaları da qeyd olunub.
ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsi isə bu ittihamların əsassız olduğunu iddia edib.
Muxalifet3 - 26-05-2018
Ona haqq qazandırmaq istəyən kim varsa...
Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə diqqətlə baxdım və bu barədə bir yazı yazacam. Bütün film boyu bunu bir azərbaycanlı edə bilməz dedim...
Bir azərbaycanlı bunu edə bilməzdi...
Azərbaycanlını bir tərəfə qoyun, Qafqazı və burada yaşayan xalqları bilən və içərisində bir az da olsa, ədalət hissi olan heç bir şəxs bunu edə biməzdi. Amma o etdi.Muxalifet3 - 26-05-2018
“Münaqişənin həllini yaxınlaşdırmalıyıq” — İlham Əliyev
"Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır”.
Muxalifet.az-ın xəbərinə görə, bunu ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.Muxalifet3 - 26-05-2018
İbrahimbəyovun Azərbaycana hikkəsi... - Xalq artisti
Bu xəyanət əslində Rüstəm İbrahimbəyovdan gözlənilən idi. O, həmişə azərbaycanlılara yuxarıdan aşağı baxıb. Onun bütün yazılarında, filmlərində bunu görmək mümkündür.
Muxalifet3 - 26-05-2018
Bakıda sürət həddi aşağı endirildi
Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O bildirib ki, sürət həddi mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə endirilib.
Muxalifet3 - 26-05-2018
Ordumuzun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub - 86 DƏFƏ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.
Muxalifet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet4 - 27-05-2018
“AXC-nin suveren ərazisi 114 min kvadrat kilometr olub” - XİN
XİN Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıbMuxalifet4 - 27-05-2018
Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb
Cənubi Koreya lideri Mun Çje İn KXDR rəhbəri Kim Çen Inla mayın 26-da keçirdiyi danışıqlar zamanı Şimali Koreya və ABŞ arasında istənilən fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa dialoqun aparılmasının vacibliyini qeyd edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mun Çje İn bu barədə görüşün nəticələrinə dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sammit zamanı toxunulacaq aktual məsələlər üzrə yetəri qədər məsləhətləşmələr aparmaq gərəkdir.
Muxalifet4 - 27-05-2018
Ronaldu mövsümün ƏN YAXŞI BOMBARDİRİ OLDU - İki, üç və dördüncü yerlər...
Madridin "Real" komadasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.
Belə ki, portuqaliyalı futbolçu 13 oyunda 15 qol vurub (4-ü penaltidən) və 3 məhsuldar ötürmə edib.
İkinci yeri İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Məhəmməd Salah tutub. O, 15 oyuna 11 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada "Liverpul"un hücumçusu Roberto Firmino (11) başa vurub.Muxalifet4 - 27-05-2018
Pasportunuz nə qədər “güclüdür”?
Yay yaxınlaşdığı bir zamanda əksəriyyətimiz tətil haqqında düşünməyə başlayırıq.
Amma vizaya müraciət etmək və lazimı sənədləri toplamaq ideyası heç də ürəkaçan deyil.
Pasportunuzun "gücü" isə böyük fərq yarada bilər.
Heç vizasız səyahətə imkan verən pasportlar arasında pasportunuzun hansı yerdə gəldiyi sizə maraqlı olubmu?
Bu pasportlar vətəndaşlara vizasız (və ya sərhəddə viza alaraq) səyahət imkanı yaradır.İlk üçlük
Muxalifet4 - 27-05-2018
Misirdə YouTube blok edildi – PEYĞƏMBƏRİN VİDEOSUNA GÖRƏ
Misirin baş icraedici məhkəməsi şənbə günü YouTube video paylaşma vebsəhifəsinin bir ay müddətinə blok edilməsi ilə bağlı qərar qəbul edib. Vəkilin Reuters agentliyinə verdiyi məlumata görə, buna səbəb Məhəmməd Peyğəmbəri tənqid edən video olub.
Ölkənin aşağı icraedici məhkəməsi hələ 2013-cü ildə həmin videoya görə Kommunikasiya və İnformasiya Nazirliyinə Google şirkətinin sahib olduğu YouTube vebsəhifəsinin blok edilməsi ilə bağlı göstəriş vermişdi. Lakin iş appelyasiyaya göndərildiyindən sonra, qərarın icrası baş vermədi.
Muxalifet4 - 27-05-2018