Axtarış
The search found 105785 results in 0.06 seconds.
Search results
PKK TERRORÇULARI MENBİÇDƏN ÇIXARILACAQ: ABŞ-la RAZILAŞDIRILDI
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.
Razılaşmaya əsasən, bundan sonra ərazinin təhlükəsizliyini ABŞ və Türkiyə qoşunları birlikdə təmin edəcək. İdarəetmə forması Türkiyənin Afrində tətbiq etdiyi kimi, yerli xalqların iştirakı ilə formalaşdırılan Məclis tərəfindən idarə olunacaq. Təhlükəsizliyi qorumaq üçün məhdud sayda Türk əsgərləri Menbiçdə yerləşdiriləcək.Muxalifet3 - 28-05-2018
TRAMP: “Şimali Koreya yüksək iqtisadi potensiala malikdir”
Şimali Koreya yüksək iqtisadi potensiala malikdir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazıb.
“Kim Çen Inla görüşümüzlə bağlı komandamız Şimali Koreyaya səfər edib. Əminəm ki, KXDR qüdrətli ölkəyə çevrilmək üçün yüksək iqtisadi potensiala malikdir. Kim Çen In mənimlə razıdır. Belə də olacaq”, Tramp yazıb.Muxalifet2 - 28-05-2018
Trampa qarşı SƏSLƏRİNİ UCALTMAĞA BAŞLADILAR
Trampın hər keçən gün keyfi qərarlar verdiyini dilə gətirən Avstriya xarici işlər naziri Karin Kneissl, "Dünya siyasəti, ailə şirkətini idarə etdiyiniz kimi idarə edilməz" deyə, bildirib.
Fransa, İngiltərə və Almaniyadan sonra Avstriya da ABŞ-a qarşı səsini yüksəldə bildi.Trampın İran ilə olan nüvə müqaviləsindən çəkilməsinin yanlış olduğunu qeyd edən Avstriya XİN rəhbəri Karin Kneissl, qərarın ABŞ olmadan da düzəldilə biləcəyini deyib.
ABŞ-ın QƏRARINA BAXMAYARAQ, MÜQAVİLƏ XİLAS OLUNMALIDIR
Muxalifet3 - 28-05-2018
Ərdoğandan vətəndaşlara çağırış - DOLLAR VƏ AVRODAN İMTİNA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisini milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün əllərində olan xarici valyutanı türk lirəsi ilə əvəz etməyə çağırıb.
Bunu o, Ərzrumda mitinqdə çıxışı zamanı deyib.
"Qardaşlar, kimin yastığının altında dollar və avro varsa, onları lirə ilə dəyişin. Gəlin birlikdə onların oyununu pozaq", - deyə Ərdoğan bildirib.
Çərşənbə günü Türk lirəsinin ABŞ dollarına qarşı məzənnəsi bir dollar 4,93 lirə olmaqla yenidən tərixi minimumuna enib.Muxalifet2 - 28-05-2018
ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUSUNDAN ERMƏNİLƏRƏ AĞIR ZƏRBƏ:İRƏVAN-XANKƏNDİ YOLU ORDUMUZUN NƏZARƏTİNƏ KEÇİB!
Mayın 20-də Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri sürətli əməliyyatla Şərur rayonu istiqamətində strateji baxımdan olduqca əhəmiyyətli yüksəkliyi ələ keçiriblər. Ermənistan tərəfinin aramsız hücumlarına və diversiya hərəkətlərinə baxmayaraq, bölmələrimiz tutduqları mövqedən geri çəkilməyib, qısa zaman ərzində müdafiə-istehkam tədbirləriylə mövqelərini daha da möhkəmləndiriblər.
Muxalifet2 - 28-05-2018
İran və İsrail rəsmiləri arasında GİZLİ GÖRÜŞ! - RAZILAŞDILAR
İordaniyanın vasitəçiliyi ilə baş tutan gizli görüşdə Tehran rəhbərliyinin, Suriyanın cənub-qərbindəki münaqişələrə qatılmaması barədə razılıq əldə olunduğu qeyd olunub.
İran və İsrailli rəsmilərin, İordaniyanın paytaxtı Əmmanda keçirdikləri gizli görüşdə, "Tehran rəhbərliyinin Suriyanın cənub-qərbindəki münaqişələrə qatılmaması" barədə razılığa gəldiyi iddia edilib.Muxalifet3 - 28-05-2018
YENİ ORDU YARADILDI: 3 koalisiya, 20 qruplaşma - Əsədə şok
Suriyanın cənubundakı Dera və Kuneytra rayonlarında Azad Suriya Ordusuna bağlı olan bəzi hərbi qruplar vahid ordu yaratmaq haqda qərar qəbul ediblər.
Muxalifət.az xəbər verir ki, yeni yaradılan hərbi birliyin “Qurtuluş Ordusu" adlandığı bildirilib.
Məlumata görə, Suriya lideri Bəşər Əsədin ASO-nun nəzarətindəki bölgələrin sərhədlərinə hərbi sursat, texnika daşımasından sonra müxalif qruplaşmalar vahid ordu yaratmaq qərarına gəliblər.Muxalifet2 - 28-05-2018
Azərbaycan Kubokunda 25-ci FİNAL: qalib kim olacaq?
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda final matçı keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü günündə "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.
Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş tarixə 25-ci final oyunu kimi düşəcək. Qalib komanda da tarixində ilk dəfə ölkə kubokunu qazanacaq.Muxalifet2 - 28-05-2018
ABŞ-da təyyarə avtomobil YOLUNA DÜŞDÜ
ABŞ-ın Yuta ştatında yüngülmotorlu təyyarə avtomobil yoluna qəza eniş edib.
Muxalifət.az xəbər verir ki, hadisə Riverdeyl şəhəri yaxınlığında, təlim uçuşu zamanı qeydə alınıb.
İnsidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub. Təyyarədə olan iki nəfər zərər çəkməyib.Muxalifet2 - 28-05-2018
Yəhudi yazardan TÜRKİYƏYƏ HƏDƏ DOLU SÖZLƏR
İsrailli analitik yazar Koen, Yəhudi lobbisini işarə edərək dollar/tl məzənnəsində baş verən dalğalanma ilə bağlı Türkiyəni iqtisadi yöndə hədələyib. Koen, açıqlamasında "Dünya sərvətinin yarısının təkcə bir Yəhudi ailəsinə məxsusdur və bu ailənin İsrailin ən böyük dəstəkçisi olduğunu bilmirmi? Bəs digər Yəhudi zənginlərə nə deyəcəksən" deyə, qalmaqal ifadələrə yer verib.
Muxalifet3 - 28-05-2018
Merilend ştatında fövqəladə vəziyyət REJİMİ ELAN EDİLDİ
ABŞ-ın Merilend şəhərinin meri Larri Xoqan ştatda fövqəladə vəziyyət rejimi elan edib.
Trend-in məlumatına görə, bu barədə ştatın meri öz "Twitter" səhifəsində yazıb.
Güclü yağışlardan sonra Merilend ştatının 2016-cı ildə güclü daşqın baş vermiş Ellikot şəhərini su basıb. Təcili xidmətlərin məlumatına görə, su birinci mərtəbə səviyyəsindən yuxarı qalxıb.
Güclü yağışın davaç edəcəyi gözlənilir. Ştat hakimiyyəti sakinləri şəhərin su basmış ərazilərindən uzaq olmağa, xəbərləri izləməyə və göstərişlərə əməl etməyə çağırır.Muxalifet2 - 28-05-2018
Qəndil BARONLARINI ŞOKA SALAN RƏQƏM!
Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyatlarında çox sayda terrorçunun zərərsizləşdirilməsi və terrorçulara qoşulmaq üçün dağa çıxanların azalması separatçı terror təşkilatı PKK-nı dağılma nöqtəsinə gətirib.
Ölkə daxilində terrorla mübarizəni fasiləsiz davam etdirən təhlükəsizlik qüvvələri, PKK-lı terrorçulara nəfəs almağa belə imkan vermir.
Əməliyyatlarda öldürülənlərin yerinə yeni kadr təmin etməkdə çətinlik çəkən separatçı terror təşkilatı cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatılarkən, bu say 2018-in ilk aylarında 43-ə enib.Muxalifet3 - 28-05-2018
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ZİYARƏT ETDİ
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.
"Azərtac" xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Muxalifet2 - 28-05-2018
Pompeodan AXC MESAJI: Qarabağın həlli üçün tezliklə...
ABŞ Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır.
Muxalifət.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatda yer alıb. O, bəyanatda ABŞ hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqını təbrik etdiyini bildirib. Pompeonun bəyanatında həmçinin AXC-nin ilk müsəlman parlament respublikası və dünyada qadınlara səsvermə hüququ verən ilk respublika olduğu fikirləri də yer alıb:Muxalifet2 - 28-05-2018
İsrail polisi Qüdsdə FƏLƏSTİNLİ ƏLİL QADINI VURDU!
İsrail polisinin, işğal altındakı Şərqi Qüdsdə Fələstinli əlil qadını aksiya keçirmək cəhdi iddiası ilə güllələyib.
İsrail polisindən edilən yazılı açıqlamaya görə, işğal olunmuş Şərqi Qüdsün şimalındakı Şuafat mahalında dəmir yolunda yeriyən Fələstinli bir qadın aksiya keçirmək ehtimalı səbəbiylə polislər tərəfindən vurulub.
Açıqlamada polisin qadına “dayan” xəbərdarlığı etdiyi iddia edilərək, şübhəli hərəkət etdiyi irəli sürülən qadının ayağından vurularaq "zərərsizləşdirildiyi" bildirilib. Vurulan əlil qadın xəstəxanaya yerləşdirilib.Muxalifet3 - 28-05-2018
RONALDO "REAL"DAN GEDİR?
"Real"ın (İspaniya) portuqaliyalı hücumçusu Kriştianu Ronaldu futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) üzərində qələbədən sonra (3:1) Madrid klubunu tezliklə tərk edə biləcəyi ilə bağlı dediklərinə aydınlıq gətirib
Muxalifət.az xəbər verir ki, o, bununla bağlı fikrini yaxın günlərdə açıqlayacağını deyib.
"Gələcək barədə sonra danışacağıq. "Real"da oynamaqdan çox məmnun oldum, cavabı isə önümüzdəki günlərdə verəcəyəm.Muxalifet2 - 28-05-2018
Azərbaycanda dəhşətli qəzalar: 3 ÖLÜ, 16 YARALI
İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
DİN-dən verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.Muxalifet2 - 28-05-2018
Mədət Quliyev və Elçin Quliyev velosiped yürüşündə - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.
Virtualaz.org-un xəbərinə görə, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.Muxalifet2 - 28-05-2018
Birjalarda neft ucuzlaşır – QİYMƏTLƏR
Dünya birjalarında neft ucuzlaşıb.
“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,29 dollar ya 1,69% azalaraq 75,15 dollar təşkil edib.Muxalifet2 - 28-05-2018
İsrail, Türkiyəyə F-35 TƏYYARƏLƏRİNİN VERİLMƏSİNİ ƏNGƏLLƏMƏK İSTƏYİR
İsrailin “Haaretz” qəzeti, İsrailin Türkiyəyə verilməsi planlaşdırılan F-35 təyyarələrinə görə, narahat olduğunu və Türkiyəyə F-35-lərin verilməsini əngəlləmək üçün Amerikalı rəsmilərlə görüşdüyünü yazıb.
“Haaretz”-ə danışan yüksək rütbəli bir İsrailli səlahiyyətli, İsrailin F-35-lərə malik yeganə Yaxın Şərq ölkəsi olmağı qarşısına məqsəd qoyduğunu və bu səbəblə Türkiyəyə göndəriləcək F-35-lər məsələsində ABŞ ilə yaxın təmas halında olduğunu bildirib.Muxalifet3 - 28-05-2018