Axtarış
The search found 105785 results in 0.072 seconds.
Search results
Skripalın həkimləri onun və qızının SAĞALACAĞINA İNANMAYIBLAR
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey və qızı Yuliya Skripalın həkimləri pasiyentlərinin Britaniyada, Solsberidə zəhərlənməsindən sonra sağ qalacağına inanmayıblar.
"Report" xəbər verir ki, bu barədə həkimlər "BBC"-ə bildiriblər.
"Biz ilk dəfə bunun əsəb-iflic zəhərlənməsi olduğunu bildikdə onların sağalmayacağını düşündük. Bütün müalicə metodlarından istifadə etdik", - deyə Solsberidəki İntensiv Terapiya Xəstəxanasının həkimi Stiven Cuks "The Telegraph"a bildirib.Muxalifet2 - 29-05-2018
Tramp Türkiyəni tənqid etdi: ONU AZAD EDƏCƏYİK
ABŞ prezidenti Donald Tramp, Türkiyədə məhbus olaraq cəzasını çəkən keşiş-casus Brunsona “Səni azad edəcəyik” mesajı göndərib və Türkiyəni tənqid edib.
ABŞ prezidenti Donald Tramp, 2016-cı il oktyabr ayından bəri FETÖ və PKK ilə əməkdaşlıq və casusluq fəaliyyəti üçün Türkiyədə məhbus olaraq mühakimə olunan keşiş-casus Endryu Kreyq Brunsona görə, bir daha müraciət edib.
AĞ EVDƏ DANIŞDI
Muxalifet3 - 29-05-2018
Avropadan Trampı qəzəbləndirən AÇIQLAMA
Bizim üçün İranın nüvə razılaşması iqtisadi mənfəətdən əlavə təhlükəsizlik baxımından da önəm daşıyır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin nümayəndəsi Federiko Moqerini deyib.
O bildirib ki, AB İranla nüvə razılaşmasının tam həyata keçirilməsinə səy göstərəcək:
“İranın nüvə razılaşması olmazsa, Avropa Birliyinin və bölgənin təhlükəsizliyi təhdid altında olacaq".Muxalifet2 - 29-05-2018
Cənubi Qafqaz Boru Kəməri ilə ilk qaz ötürülməsinə başlanır - MƏRASİM
Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçiriləcək.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, layihəyə daxil olan boru kəmərlərindən birincisi - genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri istismara veriləcək.
Beləliklə, Cənub Qaz Dəhlizinin ilk hissəsi açılmış olacaq, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri ilə ilk qaz ötürülməyə başlanılacaq.Muxalifet2 - 29-05-2018
“SƏLƏMÇİLƏR BORCALANLARI HƏBSƏ ATDIRIR”- Tanınmış hüquqşünas mətbuata və ictimaiyyətə müraciət etdi
“Hazırda vəkil kimi cinayət işləri üzrə 2 vətəndaşı müdafiə edirəm. Maraqlı və cəmiyyətimiz üçün çox aktual problemlə bağlıdır – sələmçilik. Bu işlərin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olacaq. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər”.
Muxalifet2 - 29-05-2018
Pestisidli çiyələk KABUSU - Azərbaycan üçün nə qədər təhlükəlidir?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib.
Muxalifet2 - 29-05-2018
Ermənistanı təşvişə salan şar! TÜRK CASUSU ZƏNN ETDİLƏR
Ermənistanla Türkiyə sərhədində yerləşən köpekbalığı şəklindəki şar, Türkiyənin casusluq üçün göndərdiyi şar zənn edilərək təhlükəsizlik qüvvələrinə təslim edilib.
Beynəlxalq casusluq fəaliyyətlərində istifadə edilən dronlar bütün dünyanı təşvişə sövq edir. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən və ilk əvvəl "casus şar" olduğu güman edilən kameralı köpəkbalığının əslində bir oyuncaq olduğu ortaya çıxıb.Muxalifet3 - 29-05-2018
RUSLARI GƏNƏ YEYİR - Nazirlik hərəkətə keçdi
Son 2 ay ərzində Rusiyanın müxtəlif bölgələrində 130 min nəfəri gənə dişləyib.
Muxalifət.az xarici KİV-istinadla xəbər verir ki, onlardan 36 mini uşaqdır.
Gənə dişləməsi daha çox Rusiyanın Kemerovsk, Volqa, Irkutsk və Sankt-Peterburq şəhərlərində rast gəlinir.
Rusiya Səhiyyə Nazirliyi məsələnin nəzarətə götürüldüyünü açıqlayıb.Muxalifet2 - 29-05-2018
Suriya Əsədə QARŞI BİRLƏŞİR
Suriyada Əsəd rejiminə qarşı döyüşən 11 müxalif qrup "Milli Müstəqillik Cəbhəsi" adı altında birləşib. Yeni yaradılan Milli Müstəqillik Cəbhəsinə Feylak-ı Dəməşq, Nasir Ordusu, Azad İdlib Ordusu, 1-ci Sahil Diviziyası, 2-ci Sahil Diviziyası, 1.fırka, 2-ci Ordu, Elitalar Ordusu, Seyyidüş- Əl İslam Dareyya, Əl Huriyye Briqadası və 23-ci Firqə qrupları daxil olub.
Suriyada, Bəşşar Əsəd rejiminə qarşı döyüşən 11 müxalif qrup, İdlibdə "Milli Müstəqillik Cəbhəsi" adı altında birləşdiyini bildirib.Muxalifet3 - 29-05-2018
COCUQ MƏRCANLIDA YENİ ŞİRKƏT YARADILDI
Vergilər Nazirliyi aprelin 21-də Cocuq Mərcanlı İcma MMC-ni dövlət qeydiyyatına alıb.
Muxalifət.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Oqtay Əbil oğlu Həziyevdir.Muxalifet2 - 29-05-2018
Qızıl 6 dollara yaxın UCUZLAŞIB
Amerika fonda bazarlarında səhmlərin qiymətində dəyişiklik olmayıb. Buna səbəb ABŞ-da hərbi qulluq zamanı vəfat edənlərin xatirəsi ilə bağlı mayın 28-nin qeyri-iş günü olması ilə əlaqədar Amerika fond bazarının fəaliyyət göstərməməsidir.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,18% - 7 730,28 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,58% - 12 863,46 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,61% - 5 508,93 bəndədək, ucuzlaşıb.Muxalifet2 - 29-05-2018
Avropa İttifaqının binası qarşısında AYAQQABILI “FƏLƏSTİN” AKSİYASI
Aİ xarici işlər nazirləri, Belçikada Qəzza gündəmi ilə bir araya gəliblər. İclas ərəfəsində Aİ binası önünə, Fələstində öldürülənləri təmsil edən 4 min 500 ayaqqabı düzülüb. Belçikanın paytaxtı Brüssel, son 10 ildə İsrail hücumlarında həyatını itirən Fələstinlilər üçün keçirilən və olduqca təsiredici bir hadisəyə səhnə olub. “Avaaz” qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən aksiya, Avropa Birliyi binasının qarşısında keçirilib.
Muxalifet3 - 29-05-2018
Qərbin dünya liderliyi başa çatır – RUSİYA
Qərb ölkələri yeni dünya nizamının obyektiv reallıqları ilə barışmağa hazır deyillər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov deyib. Onun sözlərinə görə, Qərbin artıq dünya işlərində dominantlığı öz qürub çağına yaxınlaşıb.
Qeyd edək ki, Rusiya bir neçə ildir dünyada təkqütblüyün başa çatdığını bəyan edir.Muxalifet2 - 29-05-2018
Paşinyan Fransanın XİN rəhbəri ilə GÖRÜŞDÜ
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drianla görüş keçirib.
Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
“Baş nazir Fransa-Ermənistanın hazırki münasibətlərini yüksək qiymətləndirib. Həmçinin qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistana rəsmi səfəri zamanı görüşmək onun üçün böyük şərəfdir”, - deyə məlumatda qeyd olunur.Muxalifet2 - 29-05-2018
Hindistan ABŞ sanksiyalarına BOYUN ƏYMƏDİ – Dehli İrandan neft almaqda davam edəcək
Hindistanın xarici işlər naziri Suşma Svaraj mayın 28-də bildirib ki, bu yaxınlarda ABŞ tərəfindən İran və Venesuela üzərinə qoyulmuş sanksiyaların pozulması ilə bağlı cərimə hədələrinə baxmayaraq, Dehli bu iki ölkə ilə ticarətini olduğu kimi davam etdirəcək. Strateq.az bu barədə “Azadlıq” radiosuna istinadən xəbər verir. Hindistan hazırda İran neftinin ən böyük idxalçılarından biridir.
Muxalifet2 - 29-05-2018
Ərdoğan Rus sənədli fimində: “GOODBYE AMERİKA”
Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmadan bəhs edən sənədli filmdə, Ərdoğanın oyunu Qərbin qaydalarına görə oynamadığı qeyd olunub.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasındaki səmimiyyət, Rus mediasının da diqqətini cəlb edib.
Qərbin təzyiqinə baxmayaraq Türkiyənin Rusiya ilə yaxınlaşması, ölkədə sənədli filmlərə mövzu olub.
“GOODBYE”, AMERİKA
Rusiyada yayımlanan “Zvezda” telekanalında "Rəcəb Ərdoğan Goodbye Amerika" adlı bir sənədli film nümayiş etdirib.Muxalifet3 - 29-05-2018
"TANAP tarixi layihədir" - ƏRDOĞAN
"TANAP tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrikdə bildirilib.
Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib: "İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənnub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram".Muxalifet2 - 29-05-2018
Güclü külək 33 nəfərin həyatına SON QOYDU
Hindistanda güclü külək, leysan yağışları ilə müşahidə edilən hava şəraiti 33 nəfərin həyatına son qoyub.
Muxalifət.az "RİA Novost" nəşrinə istinadən xəbər verir ki, ölkənin bir neçə ştatını-Uttar-Pradeş,Carkxand, Bixar ştatlarını əhatə edən kəskin hava şəraiti nəticəsində 33 nəfər həlak olub. Onların ildırım vurmasından, leysan yağışı və güclü küləkdən xəsarət alaraq öldükləri bildirilib.
İlkin məlumatlara görə, 28 nəfər müxtəlif xəsarətlər alıb.Muxalifet2 - 29-05-2018
Düşmən kəndimizi ATƏŞƏ TUTDU: ciddi ziyan...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
Muxalifet2 - 29-05-2018
Fransanın məşhur jurnalı Ərdoğanı Hitlerə bənzətdi – TÜRKİYƏDƏN SƏRT REAKSİYA GƏDLİ, Makron isə “Le Point”-i dəstəklədi
Üz qabığında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın “Diktator” sərlövhəsi ilə fotosunu verən Fransız “Le Point” jurnalı Ərdoğan tərəfdarlarının zorakılığına məruz qaldığını bəyan edib. Strateq.az “BBC Azərbaycanca”-ya istinadən bildirir ki, bu qalmaqala Fransa prezidenti də reaksiya verib. Emmanuel Makron açıqlama verərək zorakılığın “qəti şəkildə qəbul edilmədiyini” deyib.
Makron bazar ertəsi günü “Twitter” hesabında yazıb ki, “mətbuat azadlığı əvəzolunmazdır, bunsuz diktatorluqdur”.Muxalifet2 - 29-05-2018