Axtarış

The search found 105785 results in 0.059 seconds.

Search results

  1. “TRAMP BİR RUS CASUSUDUR” – AMERİKALI ANALİTİK

    Amerikanın Milli Təhlükəsizlik Agentliyindən keçmiş bir analitik ABŞ-dakı casus agentliklərinin Trampın 2016-cı ildən bəri bir "Rus casusu" olduğunu bildiklərini iddia edib.
     
    İngiltərənin “Observer” qəzetindəki son məqaləsində bu iddianı ortaya atan şəxs isə Amerika Milli Təhlükəsizlik Agentliyi NSA-nın keçmiş analitiklərindən Con Schindler-dir. Keçmiş analitik, Amerika xüsusi xidmət orqanlarının prezident Donald Trampla Kreml arasındakı əlaqələrə dair indiyə qədər məlum olandan daha çox məlumata sahib olduqlarını iddia edib.

    Muxalifet3 - 29-05-2018

  2. ​Müəllimlərin attestasiyası LƏĞV OLUNUR

    Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.
    Bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.
    Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.
    Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.
    Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

    Muxalifet2 - 29-05-2018

  3. ​Kim Çen şousu: nüvə poliqonu niyə partladıldı? - SENATOR

    Şimali Koreya heç vaxt nüvə proqramından imtina etməyəcək.
    Muxalifət.az xəbər verir ki, bunu ABC televiziyasına müsahibəsində ABŞ senatoru Mark Rubio deyib. Onun sözlərinə görə, Şimali Koreya liderinin hazırkı fəaliyyəti yalnız şoudur.

    Muxalifet2 - 29-05-2018

  4. ​ABŞ dövlət katibinin köməkçisinin müşaviri: "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə DƏSTƏKLƏYİR"

    "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir".
    APA-nın məlumatına görə, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk bildirib.
    S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

    Muxalifet2 - 29-05-2018

  5. ​YUBİLEY QALMAQALI: Paşinyan onları çağırmadı, əvəzində...

    Ermənistanda ilk respublikanın yaranmasıyla bağlı keçirilən bayram tədbirləri kəskin tənqidlərə məruz qalıb.
    Kult.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Belə ki, yeni hökumətin Sərdarabad kompleksində təşkil etdiyi tədbirdə daha çox sovet və rus mahnılarına üstünlük verilib. Bu, ictimaiyyətdə narazılığa səbəb olub. Etirazçılar bunu Ermənistanın suverenliyinə hörmətsizlik kimi qəbul ediblər.

    Muxalifet2 - 29-05-2018

  6. ​Rəhman Rəhmanovun müğənni oğlu: "Həbsxanada olarkən heç bir dostum yanıma gəlmədi"

    Əməkdar artist Rəhman Rəhmanov və müğənni oğlu Emil verilişlərin birində qonaq olub.
    Muxalifət.az xəbər verir ki, aktyor proqramda oğlu haqda heç kimin bilmədiyi açıqlamalar verib: "Emilin 12-13 yaşlarından səsi olub. O, bu istedadını məndən də gizlədib. Emil 13 yaşında idarə etdiyim toyların birində məndən xəbərsiz gəlib, mahnı oxudu. Mən Emilin yaxşı səsinin olduğunu həmin məclisdən sonra bildim".

    Muxalifet2 - 29-05-2018

  7. ​“BakuBus” avtobusu piyadanı BELƏ VURDU - VİDEO

    Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri yayılıb.
    Bu barədə “Baku Bus”dan verilən məlumatda bildirilib ki, qəzanın səbəbi piyadanın avtobus yoluna çıxmasıdır.

    Muxalifet2 - 29-05-2018

  8. ​NATO-dan BAKIYA DƏSTƏK:“Qarabağ münaqişəsinin həllində köməyimizi göstərməyə hazırıq”

    “NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında öz köməyini göstərməyə hazırdır”.

    Muxalifet2 - 29-05-2018

  9. ​"Qolu kimin vurması önəmli deyil" - VAQİF CAVADOV

    “Çox sevinirəm. Qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Komandamız kuboku qazanmağı çox istəyirdi”.
    Qol.az-ım məlumatına görə, bu sözləri “Keşlə”nin hücumçusu Vaqif Cavadov ölkə kubokunun finalında “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
    Təcrübəli futbolçu bildirib ki, onun üçün qolu kimin vurması önəmli deyil: “Oyundan öncə çətin olacağını bilirdik. Belə də oldu. Amma gözəl çıxış etdik. Artıq kubok bizimdir. Qolu kimin vurması önəmli deyil. Fərqlənməsəm dəə, məhsuldar ötürmə verdim. Əsas odur ki, qalib gəldik və kubok “Keşlə”nindir”.

    Muxalifet2 - 29-05-2018

  10. ​Rusiya Azərbaycanın 20 ton balığını MÜSADİRƏ ETDİ

    Azərbaycanın Rusiyaya ixrac etdiyi 19,7 ton kilkə qonşu ölkənin paytaxtı Moskvada müsadirə edilib.
    Report xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") məlumat yayıb.
    Məlumata görə, buna səbəb məhsulun sənədlərində çatışmazlıqların olmasıdır. Kilkənin ixracı rəsmiləşdirilərkən sənədlərə məhsulun tranzit ölkəsi, saxlanıldığı soyuducular barədə məlumatlar, laboratoriya rəyi əlavə olunmayıb.

    Muxalifet2 - 29-05-2018

  11. ​ABŞ-ın Pxenyandan əsas tələbləri MƏLUM OLDU: əvəzində qida və…

    Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək Partiyasının sədr müavini Kim Yen Çol ABŞ və KXDR liderlərinin mümkün sammitinə hazırlıq haqqında danışıqları müzakirə etmək üçün ABŞ-a səfər edib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən “Yonhap” agentliyi bildirib.
    Agentliyin mənbəyi bildirib ki, Şimali Koreya məmurunun ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü nəzərdə tutulub. Görüşdə iyunun 12-də Sinqapurda sammitin keçirilməsi haqqında qəti qərar qəbul edəcəklər.

    Muxalifet2 - 29-05-2018

  12. QƏRB QARABAĞ DANIŞIQLARINDA FƏALLAŞIR –Vaşinqton və Paris status-kvonu dəyişə biləcəkmi? - TƏHLİL

    Donald Trampın İlham Əliyevə ünvanlanmış mesajı müzakirə edilərkən, onun ardınca Emmanuel Makronunku gəlib. Emmanuel Makron Azərbaycanın Respublika Günü münasibətilə həmkarı İlham Əliyevə göndərdiyi məktubunda bəyan edib ki, Fransa Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün səylərini əsirgəməyəcək. Fransız liderinin sözlərinə görə, Azərbaycan gələcək vəzifələrin həlli və Avropa İttifaqı ilə yaxınlaşma üçün daima Fransaya arxalana bilər. Eyni zamanda Makron, iyulda Parisdə Əliyevlə görüşə ümid etdiyini ifadə edib.

    Muxalifet2 - 29-05-2018

  13. ​Təhsil Nazirliyində yeni - TƏYİNAT

    Təhsil Nazirliyində yeni təyinat olub.
    Report-un məlumatına görə, Nicat Məmmədli Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
    N.Məmmədli bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Muxalifet2 - 29-05-2018

  14. Sorosdan DÜNYANI SARSAN İDDİA

    Dünyanın hər bir yerində çıxan etirazlarda barmağı olan Yəhudi milyarder Corc Soros, dünyanın yeni bir böyük maliyyə böhranı ilə üz-üzə olduğunu deyib.
     
    Yəhudi milyarder Corc Soros, Parisdə etdiyi bir çıxışda, "İran ilə olan nüvə razılaşmasına son verilməsi və Transatlantik ittifaqın süqutu ilə üzləşirik" deyib.
    Soros, açıqlamasında, "Bunun Avropa iqtisadiyyatı üzərində mənfi bir təsir yaratması və digər pozulmalara yol açması labüddür. Dolların gücü, inkişaf edən bazar maliyyə şəbəkələrindəki yüksəlişi hazırda kəsməkdədir" deyib.

    Muxalifet3 - 29-05-2018

  15. Sirli Lüksemburq şirkəti, Azərbaycanın milyonları, “Aqrarkredit” və... - BU, KİNO DEYİL...

    Lüksemburqda qeydiyyatdan keçmiş “Excalibur Development” şirkət Rusiyanın kino biznesi ilə məşğul olan “Non-Stop Production” MMC şirkətinə qarşı Moskva Arbitraj məhkəməsində iddia qaldırıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məhkəmə çəkişməsinin Azərbaycana və onun dövlət bankının milyonlarla dollarlıq problemli aktivlərinə birbaşa dəxli var.

    Muxalifet - 29-05-2018

  16. Deputatın general qardaşı İŞDƏN ÇIXARILDI

    Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Rəisi, Gömrük Xidməti General-Mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə Gömrük Xidməti Polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.
    Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.
    Qeyd edək ki, Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.

    Muxalifet - 29-05-2018

  17. 1918 - Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili

    1918-ci il Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili olub.

    Həm gürcülər, həm də ermənilər Lori rayonunun Borçalı uyezdinə iddia edirdilər. Bu ərazi mübahisəsi 1918-ci ilin dekabrında Gürcüstan və Ermənistan orduları arasında silahlı toqquşmalara səbəb olur.

    Britaniyanın müdaxiləsi nəticəsində ərazidə müharibənin qarşısı alınır. Qonşular Ərdahan ilə bağlı da razılığa gələ bilmirdi və bu da qarşıdurma yaradırdı.

    Muxalifet - 29-05-2018

  18. "Ən əsası odur ki, axşam başını yastığa qoyanda..." - Sara Axundova

    "Məncə, sevdiyin işi görürsənsə, siyasət sənə çətin gəlməz"

    Suallarımızı dizayner, Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Axundova cavablandırıb.

    Muxalifet.az Teleqraf.com-a istinadla onunla müsahibəni təqdim edir.

    Muxalifet - 29-05-2018

  19. Tramp ingilis dilindən “2” aldı: DÜNYAYA RƏZİL OLDU

    ABŞ rezidenti Donald Trampın, onunla görüşmək istəyən təqaüddə olan İngilis Dili müəlliminə göndərdiyi qrammatik səhvlərlə dolu məktubu lağ obyektinə çevrilib.
     
    Floridada 17 tələbənin öldürüldüyü qətliamdan sonra Donald Trampla görüşmək üçün məktubla müraciət edən İngilis Dili müəllimi Yvonne Mason, Ağ Evdən gələn qrammatik səhvlərlə dolu olan və görüş tələbini rədd edən cavab məktubundakı səhvləri düzəldərək geri göndərib. Mason, səhvləri düzəltdiyi məktubu sosial mediada da paylaşıb.
     

    Muxalifet3 - 29-05-2018

  20. ''Lotu Quli'' və Lənkəranskinin qruplaşmasının qanlı davası - GİZLİ VİDEO

    Kriminal qruplaşmalar arasında baş vermiş kütləvi davanın aylardır gizli saxlanılıan görüntüləri üzə çıxıb. Qanlı dava 2018-ci il fevralın 7-də ''Qızıl ev'' may evində Rövşən Lənkəranski və Lotu Quluya yaxın qruplaşmalar arasında baş verib.

    Muxalifet - 29-05-2018

Pages