Axtarış

The search found 105785 results in 0.235 seconds.

Search results

  1. ​Roma Papası və İsrail prezidenti İlham Əliyevi təbrik etdi

    Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 may – Respublika günü münasibətilə təbrik edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    “Zati-aliləri.
    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
    Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

    Muxalifet3 - 29-05-2018

  2. ​XİN-dən bəyanat: Ermənilərin kombaynı atəşə tutması...

    Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk.
    Muxalifet.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    Muxalifet3 - 29-05-2018

  3. ​Что стоит за травлей Рустама Ибрагимбекова?

    «Жечь было наслаждением. Какое-то особое наслаждение видеть, как огонь пожирает вещи, как они чернеют и меняются. Медный наконечник брандспойта зажат в кулаках, громадный питон изрыгает на мир ядовитую струю керосина, кровь стучит в висках, а руки кажутся руками диковинного дирижёра, исполняющего симфонию огня и разрушения, превращая в пепел изорванные, обуглившиеся страницы истории.

    Muxalifet4 - 29-05-2018

  4. ​“Beşiktaş”lı klubumuza baş məşqçi gətirilir?

    Təbrizin “Traktor” futbol klubuna xarici baş məşqçi təyin oluna bilər.
    Muxalifet.az xəbər verir ki, kluba Mustafa Dənizli, Şenol Günəş və məşhur alman məşqçi Feliks Maqat kimi futbol mütəxəssislərindən birinin gətiriləcəyi ehtimal edilir.
    Qeyd edək ki, tanınmış iş adamı M.Zenuzi “Traktor”a daha yaxşı diqqət ayırmaq üçün sahibi olduğu “Qostəreşe fulad” klubunu satışa çıxarıb.
     

    Muxalifet3 - 29-05-2018

  5. ​CHP-nin Fələstin afişasındakı 4 gülünc səhv

    Cümhuriyyət Xalq Partiyasının (CHP) seçki stendində asılan Fələstinlə bağlı afişa sosial şəbəkə istifadəçilərinin iradına səbəb olub. Muxalifet.az xəbər verir ki, sözügedən afişada eyni anda 4 səhvin aşkarlanması şəbəkə istifadəçilərində gülüş doğurub. “Kəbənin bir daşına toxunsalar, bütün ordumu göndərərəm” – Atatürkün dilindən deyildiyi iddia edilən bu sözlərin də yer aldığı afişadakı səhvləri təqdim edirik: 1. Kəbə Fələstində deyil, Məkkədə yerləşir. 2. Afişada yer alan bayraq Fələstinin deyil, İordaniyanın bayrağıdır. 3. Afişada yer alan ifadə Mustafa Kamal Atatürkə məxsus deyil. 4.

    Muxalifet3 - 29-05-2018

  6. ​Amerikalılar Trampla Kim Çenin görüşünə hazırlaşır

    ABŞ adminitrasiyası Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin görüşünə aktiv şəkildə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Sara Sanders Tvitter hesabında yazıb.
    Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda olacağı gözlənilsə də, D.Tramp bir müddət əvvəl bundan imtina etməsi ilə bağlı açıqlama yaymışdı.
     

    Muxalifet3 - 29-05-2018

  7. ​"Real"ın funksioneri həbs edildi

    Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib.
    Muxalifet.az-ın xəbərinə görə, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.
    Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.
     

    Muxalifet3 - 29-05-2018

  8. ​Ermənistanın işğalçılıq siyasəti sülhə maneədir - Alman deputat

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputat Nikolas Löbel ilə görüşüb.

    Muxalifet3 - 29-05-2018

  9. ​ABŞ açıqladı: TAP-a dəstək veririk

    ABŞ hökuməti TAP layihəsinə dəstək verir.
    Muxalifet.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Bakıda jurnalistlərə açıqlamasında deyib.
    "Biz müxtəlif hökumətlərlə və şirkətlərlə müzakirələr apararaq TAP layihəsinin Avropanın enerji məsələsində vacibliyini onlara izah etməyə çalışırıq", - o qeyd edib.
     

    Muxalifet3 - 29-05-2018

  10. Sabah bu rayonda qaz olmayacaq

    Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
    “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200 mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, 30 may 2018-ci il tarixdə saat 09.00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

    Muxalifet3 - 29-05-2018

  11. ​Çexiya Qüdsdə konsulluq açdı

    Çexiya Respublikasının Qüdsdə fəxri konsulluğu açılıb.
    Muxalifet.az xəbər verir ki, ölkənin Qüdsdə fəxri konsulu vəzifəsinə çex əsilli yəhudi sahibkar Dan Propper təyin edilib.
    Məlumata görə, Qüdsdə fəxri konsulluğun açılmasında başlıca məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir.
     

    Muxalifet3 - 29-05-2018

  12. ​Robert Arutunyan istefa verdi

    Ermənistan xarici işlər nazirinin müavini Robert Arutunyan istefa verib.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.
    Robert Arutunyan Ermənistan Respublikaçılar Partiyasından olan deputat Xosrov Arutunyanın oğludur.
    O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi.
     

    Muxalifet3 - 29-05-2018

  13. ŞoK VİDEO: Erdoğan məsciddə AYAĞA QALXIN

    Muxalifet.az xəbər verir ki, Namaz vaxtı məscidə daxil olarkən hər kəsi ayağa qalxmağa təşviq edən birisi "rəis gəldi qalxın!" deməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Həmin video görüntünü oxuculara təqdim edirik:

    Muxalifet3 - 29-05-2018

  14. ​Hökumətin gizlətdiyi dəhşətli məlumat - 4 min 600 ölü

    Ötən ilin sentyabr ayında Puerto-Rikoda baş verən dəhşətli Mariya qasırğa nəticəsində ölənlərin sayı 64 deyil, 4 min 600 nəfər olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Harvard Universitetinin araşdırmasında deyilib.
    Eyni zamanda bildirilib ki, təbii fəlakətdən sonra ölkədə ölüm halları 60 faiz artıb.
    Tədqiqatçılar qeyd edir ki, araşdırmaya ölkədə səhiyyə xidmətində mövcud olan çatışmazlıqlardan dolayı ölənlər də daxil edilib.
    Xatırladaq ki, hökumətin rəsmi məlumatında qasırğa nəticəsində ölənlərin sayının 64 nəfər çatdığı göstərilmişdi.
     

    Muxalifet3 - 29-05-2018

  15. ​Şakiradan İsrailə qarşı şok addım: Ləğv etdi

    Məşhur müğənni Şakira iyulun 9-da İsrailin paytaxtı Təl-Əvivdə baş tutacaq konsert proqramını ləğv edib.
    Muxalifet.az xəbər verir ki, müğənninin bu addımı atmasına səbəb İsrail əsgərlərinin Qəzza sərhədində açdıqları atəş nəticəsində 64 fələstinlinin ölməsi olub.
    Qeyd edək ki, Fələstin vətəndaşları və bəzi qurumlar Şakiraya Təl-Əviv konsertini ləğv etməklə bağlı çağırış etmişdilər.
     

    Muxalifet3 - 29-05-2018

  16. ​Tehranda təyyarə qəzası: Ölənlər var

    Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az-ın məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
    Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.
    Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.
     

    Muxalifet3 - 29-05-2018

  17. ​Bu ölkədə Xocalı lövhəsi açılır – Prezidentin iştirakı ilə

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mayın 30-da Sloveniyaya gedəcək.
    Muxalifet.az xəbər verir ki, Azay Quliyev səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarına həsr edilmiş Dobrava Memorial Parkı kompleksi ərazisində Şuranın maliyyə dəstəyi ilə hazırlanmış Xocalı soyqırımına həsr edilən xatirə lövhəsinin açılış mərasiminə qatılacaq.

    Muxalifet3 - 29-05-2018

  18. "Siz xalqı itinizlə, pişiyinizlə bir tuta bilməzsiniz" – Efirdə Elza Seyidcahana SƏRT CAVAB - VİDEO

    Elza Seyidcahanın "İtim belə Damlaya qulaq asmır" deyərək gənc ifaçının fotosunu cırması bu gün "Hər şey daxil"də prodüser-aparıcı Tolikin bəstəkara sərt reaksiya verməsi ilə nəticələnib.
    Muxalifet.az xəbər verir ki, Tolik Elza Seyidcahanı müğənnini sevənləri təhqir etməkdə təqsirli sayıb.

    Muxalifet3 - 29-05-2018

  19. Rusiyalı telejurnalist güllələndi

    Ukraynada Rusiya telekanallarından birinin əməkdaşı güllələnib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna DİN məlumat yayıb.
     

    Muxalifet3 - 29-05-2018

  20. ​Qruplaşmalar İsrailə kabus yaşatdı

    HƏMAS-ın silahlı qanadı “Hassam”, “İslami Cihad” qruplaşması və “Saray əl-Qüds” İsrail mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Qeyd edək ki, bu gün Qəzza sektorundan İsrail istiqamətində minamyot və raketlərdən atəşə tutub. İsrail 100-dən raket və mina atıldığını bəyan edib.
    İsrail də öz növbəsində Qəzzaya 35 raket zərbəsi endirib.
     

    Muxalifet3 - 29-05-2018

Pages