Axtarış

The search found 105785 results in 0.093 seconds.

Search results

  1. ​“Aqrolizinq”in rəhbərliyi yenidən formalaşdırılıb

    Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.
     
    Muxalifət.az xəbər verir ki, indiyə qədər MŞ-ya sədrlik edən nazir müavini Seyfəddin Talıbovu digər nazir müavini İlham Quliyev əvəz edib.

    Muxalifet4 - 29-05-2018

  2. ​Bakıda kafedəki partlayışda yaralanan qadın öldü

    Bakıda kafedə baş verən partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib.
     
    Muxalifət.az bildirir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat veriblər.
    Məlumata görə, hadisə nəticəsində bədən səthinin 95 faizi yanan,1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı xəstəxanada dünyasını dəyişib. Qadının meyiti ailəsinə təhvil verilib.

    Muxalifet4 - 29-05-2018

  3. ​Mayın 30-na MANATIN MƏZƏNNƏSİ

    Mayın 30-na manatın məzənnəsi açıqlanıb.
     
    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.05.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il mayın 29-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet4 - 29-05-2018

  4. ​Rusiya müttəfiqini İsrailə niyə “SATDI?” – 9 may görüşünün SİRLƏRİ AÇILDI

    İsrail və Rusiya Suriya məsələsində təmas nöqtələrini tapdılar. Bu, region üçün ciddi nəticələrə malik ola bilər. Təl-Əvivin hədəflərindən biri İranı Suriyadan tam sıxışdırmaqdır. Moskva, Tehranla ittifaqa baxmayaraq, Təl-Əvivlə yaxşı münasibətlər dəstəkləmək istəyir. Ona görə də bəzi vəziyyətlərdə İranın maraqlarını fəda etməyə hazırdır.
     

    Muxalifet4 - 29-05-2018

  5. ​Avropa İttifaqının komissarı Azərbaycana səfər edəcək

    Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ettinger bu həftə Azərbaycana səfər edəcək.
     
    Muxalifət.az report-a istinadən xəbər verir ki, o, iyunun 1-də Bakıda "ADA" Universitetində "Qlobal hadisələr fonunda Aİ ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxış edəcək.

    Muxalifet4 - 29-05-2018

  6. Türkiyədən F-35 AÇIQLAMASI

    ABŞ-ın Türkiyəyə F-35 məsələsində təhdid ehtiva edən açıqlamalarından sonra Müdafiə Sənayesinin Twitter hesabında bir açıqlama dərc olunub. Açıqlamada, "İlk F-35 təyyarələrinin təhvili hazırlıqları 21 iyun 2018 tarixində olacaq şəkildə davam edir" deyilib. ABŞ-ın Rusiyadan alınan S-400 hava sistemlərini bəhanə edərək Türkiyəyə F-35 üzərindən təhdid etməsi bütün dünyada əks-səda doğurmuşdu. İctimaiyyətində davam edən mübahisələri rahatlatmaq niyyəti ilə Müdafiə Sənayesi Twitter hesabından açıqlama verib.

    Muxalifet3 - 29-05-2018

  7. “Beynəlxalq Bank”ın həbsdə olan sabiq əməkdaşı: "Kriminal avtoritet olan dostum mənə hədə-qorxu gəldi"

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
     
    Muxalifət.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rüfət Muradov ifadə verib.

    Muxalifet4 - 29-05-2018

  8. Ərdoğan yeni strateji layihədən danışdı: "Gəmilərin hərəkəti üçün İstanbul kanalı tikiləcək"

    Gəmilərin hərəkəti üçün nəzərdə tutulan İstanbul kanalının tikintisi strateji layihədir.
     
    Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
    Dövlət başçısı qeyd edib ki, bu, oxşar layihələrlə uğurla rəqabət aparacaq mühüm gəmiçilik layihələrindən biridir:
    “Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də dünya əhəmiyyətli layihələr həyata keçirəcək”.

    Muxalifet4 - 29-05-2018

  9. Borcum olduğu üçün istədim məni tutsunlar” - Banka basqın edən şəxs

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun məhkəməsi keçirilib.
     
    Muxalifət.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.
     

    Muxalifet4 - 29-05-2018

  10. Şirvanda itkin düşən müəllimədən xəbər var - ÖLDÜRÜLÜB

    Şirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.
     
    Muxalifət.az bildirir ki, apa-nın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.
    Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

    Muxalifet4 - 29-05-2018

  11. İsrail “Azadlıq donanması”nı mühasirəyə aldı - TƏCİLİ

    İsrail “Mavi Mərmərə” şəhidlərinin xatirəsinə Qəzzadan dənizə çıxan və aralarında “Hürriyyət” gəmisinin də olduğu “Azadlıq donanması”nı mühasirəyə alıb.
     
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazıb.

    Muxalifet4 - 29-05-2018

  12. Hacı Sabirin oğluna yüksək vəzifə verildi - Dövlət Gömrük Komitəsində

    Avtonəqliyyat Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
     
    Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini Hüseyn Həsənlinin vəzifəsindən azad edərək, onu Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.
    Qeyd edək ki, Hüseyn Həsənli  QMİ sədrinin birinci müavini Hacı Sabir Həsənlinin oğludur.

    Muxalifet4 - 29-05-2018

  13. BMT itkin düşmüş Səudiyyə ŞAHZADƏSİNİ AXTARIR

    BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı, 12 mayda Küveytdən Səudiyyə Ərəbistanına gedən və o tarixdən bəri ondan xəbər alınmayan Səudiyyə şahzadəsi Nawaf Talal Raşid haqqında istintaq başladıb.
     
    Qeyd edək ki, Səudiyyə Ərəbistanında ötən aylarda aralarında nazir və zəngin iş adamlarının da olduğu çoxlu sayda adam həbs edilmişdi. Əməliyyatlar başa çatıb, məhbuslar azadlığa buraxılsa da, ancaq bəzi şahzadələrdən hələ də səs-soraq yoxdur.
     
    BMT-dən İSTİNTAQ
     

    Muxalifet3 - 29-05-2018

  14. "Zaur efirdə fahişəliyi təbliğ etdiyi üçün Vüqar Qaradağlının üzünə tüpürmüşəm" - Rəşid Mahmudovdan ŞOK AÇIQLAMALAR

    Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan “Zaurla günaydın” proqramını sərt şəkildə tənqid edib.
     
    Muxalifət.az xəbər verir ki, Rəşid Mahmudov sfera.az-a açıqlamasında sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevi hədəf alıb:
     

    Muxalifet4 - 29-05-2018

  15. PUA texnologiyasının yaranışı: Ermənistan hansı səviyyədədir? – ANALİZ (HƏRBİ EKSPERT)

    Müasir hərbi qarşıdurmalarda kəşfiyyatın rolu İkinci Dünya Müharibəsi qarşıdurmalarından kəskin şəkildə fərqlənir. Həmin fərqi aşkar etməyə çalışaq.

     

    Muxalifet - 29-05-2018

  16. Qobustanda sərnişin avtobusu aşdı - XƏSARƏT ALAN VAR

    Qobustan rayonunda sərnişin avtobusu aşıb.
     
    Muxalifət.az xəbər verir ki, hadisə rayonun "Cəngi" yaşayış massivində qeydə alınıb.
    Belə ki, Şəkidən Bakıya gələn avtobus hərəkətdə olarkən arxa şini partlayıb və nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlərdən Şəki rayonunun Baş Zəyzid kənd sakini Məryəm İsmayıl qızı Cəlalova ağır xəsarətər alıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

    Muxalifet4 - 29-05-2018

  17. Rusiya Olimpiya Komitəsinə yeni prezident seçildi

    Rusiya Olimpiya Komitəsinə (OKR) yeni prezident seçilib.
     
    Muxalifət.az “Report”a istinadən xəbər verirki, bu, qılıncoynatma üzrə 4 qat olimpiya çempionu Stanislav Pozdnyakovdur. Pozdnyakov səslərin 214-ünü (78,7 faiz) qazanıb. O, üzgüçülük üzrə 4 qat olimpiya çempionu Aleksandr Popovu üstələyib. Popov 56 səs (20,6 faiz) səs toplayıb.
    44 yaşlı Pozdnyakov 2016-cı ildən OKR-in I vitse-prezidenti idi. O, qurumun prezidenti postunda növbəti 4 il müddətində çalışacaq.

    Muxalifet4 - 29-05-2018

  18. Putindən SƏRƏNCAM: Rusiyanın Azərbaycandakı səfiri bəlli oldu

    Rusiya lideri Vladimir Putin Mixail Boçarnikovun Azərbaycana səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquq portalı məlumat yayıb.
    “Mixail Boçarnikov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - deyə bildirilib.
    Qeyd edək ki, 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi çalışan M.Boçarnikovun namizədliyi bir müddət əvvəl Rusiya Dövlət Duması tərəfindən təsdiqlənmişdi.
     

    Muxalifet3 - 29-05-2018

  19. Merkel Ərdoğanı Berlinə dəvət etdi

    Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdən sonra Berlinə rəsmi səfərə dəvət edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti yazıb.
    Hələ ki, görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmayıb.
     

    Muxalifet3 - 29-05-2018

  20. ​SON DƏQİQƏ: Ermənistan tərəfi hücuma keçdi – CİDDİ ZİYAN VAR - FOTO

    Ermənilərin açdığı atəş nəticəsində kombayna 10-dək güllə dəyib.
    Muxalifet.az apa-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Əbdülrəhmanlı kəndi ərazisində atəşə tutduğu kombaynı idarə edən Veysəlli kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Taleh Kamandar oğlu bildirib ki, taxıl zəmisində biçin işləri aparan zaman ermənilərin atəşinə məruz qalıb.
    Sürücü güllələrdən qorunmaq üçün nisbətən təhlükəsiz əraziyə çəkilə bilib. Lakin ermənilərin atdığı güllələr texnikaya ziyan vurub.

    Muxalifet3 - 29-05-2018

Pages