Axtarış
The search found 105785 results in 0.151 seconds.
Search results
Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLAN
Ermənistan hökuməti Sərhəd Xidmətinə yeni əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib. İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən çıxarılmasından gedir.
Muxalifet2 - 30-05-2018
Fransa klubu Ronaldonu transfer etmək istəyir- İllik 45 milyon avro ÖDƏMƏYƏ HAZIRDIR
Fransanın PSJ klubu İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldonu transfer etməyə çalışır.
“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçisinin rəhbərliyi komandanın hücum xəttində Neymar – Mbappe – Ronaldo üçlüyünü görmək istəyir. Bu məqsədlə paytaxt klubu portuqaliyalı hücumçuya illik 45 milyon avro maaş təklif etməyə hazırdır.Muxalifet2 - 30-05-2018
Bakının mərkəzində ağac kəsdilər - NAZİRLİK İŞƏ QARIŞDI
Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağaclar qanunsuz kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.Muxalifet2 - 30-05-2018
Bakıda arvadını xüsusi amansızlıqla öldürənə 17 il CƏZA VERİLDİ
Arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən E.Ağasənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Xırdalanda baş verib. Ər arvadını ailə münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.Muxalifet2 - 30-05-2018
BMV sürücüsü 19 YAŞLI GƏNCİ GÜLLƏLƏDİ – Sevgilisinin gözü önündə
Moskva polisi Danilovsk rayonunda odlu silahdan atəş açan sürücünü saxlamaq üçün əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İnsident ötən gün saat 18.20-də qeydə alınıb. Sevgilisi ilə gəzən 19 yaşlı İlya Quleşov piyada keçidindən keçən zaman sürücüyə irad bildirib. Nəticədə 888 nömrəli BMV avtomobilini sürücüsü 32 yaşlı Kirill Artyux ilə onun arasında mübahisə düşüb. Kirill tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İlyanın başına dəyib. Artıq həkimlər ona yardım edib.Muxalifet2 - 30-05-2018
İrandan PKK-ya gözlənilməz çağırış: “DƏRHAL QƏNDİLİ BOŞALDIN”
Türk Silahlı Qüvvələri (TSQ) İraqın şimalında yerləşən separatçı terror təşkilatına aid hədəflərin nəzarət altına alınması çərçivəsində, İraqın şimalındakı Metina, Avaşin-Basyan və Hakurk kimi bir çox region terror təşkilatı PKK/PYD/YPG-dən təmizlənib.
Şimali İraqda separatçı terror təşkilatına qarşı havadan və qurudan aparılan əməliyyatlar nəticəsində ümumilikdə 419 terrorçu zərərsizləşdirilib.
QƏNDİLƏ ƏMƏLİYYAT BAŞLAYA BİLƏR
Muxalifet3 - 30-05-2018
Ban nömrəsi axtarışda olan “LEKSUS” SAXLANILDI
Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Leksus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı 2017-ci ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 30-05-2018
Mehriban Əliyeva: Azərbaycanda qadınlar üçün qapalı və qadağan edilmiş fəaliyyət sahəsi yoxdur
“Azərbaycan rəhbərliyi üçün prioritet vəzifə ictimai həyatın bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsidir”.
Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunun iştirakçılarına təbrik məktubunda deyib.
Təbrik məktubunda qeyd edilir: “Hörmətli xanımlar! Əziz dostlar! Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş V Qadınlar Forumunun bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.Muxalifet2 - 30-05-2018
Azərbaycanın ən böyük dördüncü şəhərinin su ehtiyacları necə qarşılanır? – ARAŞDIRMA
Mingəçevirin adı çəkiləndə yaddaşlara ilk gələn şəhəri iki yerə bölən Kür çayı və Kür çayı üzərində inşa edilmiş nəhəng su anbarıdır. Oxucu təbii olaraq sual verə bilər ki, belə zəngin su hövzəsində yerləşən bir şəhərin su təchizatı ilə bağlı nə problemi ola bilər?
Muxalifet2 - 30-05-2018
ABŞ-ın İRAQA “ARXA QAPI”dan GİRMƏ TƏŞƏBBÜSÜ:Vaşinqton "Mehdi Ordusu"nun komandanıyla dil tapmağa çalışır - TƏHLİL
Dövlətlərarası münasibətlərdə hamımızın görüb-izlədiyi münasibətlərin arxa planında bir də “arxa qapıdan girişmə təşəbbüsləri” kimi məlum olan proseslər mövcuddur. Misal üçün, bir-birinin əleyhinə danışan iki ölkə açılan “arxa qapı”lardan istifadə edərək, eyni zamanda yaxşı münasibətlərin təməlini də ata bilirlər.
ABŞ bir müddətdir Şimali Koreyaya yönəlik olaraq, bu “arxa qapı” diplomatiyasını yaxşı tətbiq edirdi və bunun müsbət nəticələrini də almaq üzrədir.Muxalifet2 - 30-05-2018
Türkiyə parlament sisteminə qayıdacaq – CHP-nin namizədi VƏDLƏRİNİ AÇIQLADI
“Seçkilərdə qələbə qazanacağım halda ölkənin parlament idarə-üsuluna qaytarmaq niyyətindəyən”.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Məhərrəm İncə “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.
“Biz parlament sisteminə hökmən qayıdacağıq. Bunu parlamentə seçkilər müəyyən edəcək. Müxalifət parlamentdə əksəriyyətə malik olacaq və təxminən iki il ərzində köhnə parlament sisteminin mənfi tərəfləri aradan qaldırılacaq”, - İncə bildirib.Muxalifet2 - 30-05-2018
Kadırovdan Zabit Səmədova dəstək - FOTO
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədova növbəti görüşü ərəfəsində dəstək verib.
Report xəbər verir ki, Kadırov "VKontakte” hesabında bu gün Rusiyanın paytaxtı Moskvada “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşacaq 34 yaşlı idmançıya uğurlar arzulayıb.Muxalifet2 - 30-05-2018
Qasırğa bir ölkədə 4600 nəfərin ÖLÜMÜNƏ SƏBƏB OLDU
Porto Rikoda ötən il müşahidə edilən Mariya qasırğası 4600 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo xəbər verir ki, Harvard Universiteti 20 sentyabr-31 dekabr 2017-ci il tarixlərində qasırğa səbəbilə dünyasını dəyişənlərin göstərilən rəqəmdən 70 dəfə çox olduğunu bildirib.
Mariya qasırğası başlayandan bəri Porto Rikoda ölənlərin sayı 60% artıb. Bu rəqəmə ölkənin səhiyyəsindəki çatışmazlıqların səbəb olduğu ölümlər də daxildir.
Rəsmi rəqəmlərə görə, ölkədə 64 nəfər qasırğa nəticəsində dünyasını dəyişib.Muxalifet2 - 30-05-2018
Ümid edirəm ki, Ermənistan yetim ölkə… – Svitalski İrəvanı BİABIR ETDİ
Ermənistanda bundan əvvəl keçirilmiş seçkilər üçün nəzərdə tutulmuş maliyyə büdcəsinin 95 faizini Avropa İttifaqı təmin edib. Bu dəfəki seçkilərə də Avropadan yardım ayrılmışdı.
Muxalifət.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistan üzrə xüsusi nümayəndəsi Pyotr Svitalski deyib.
Avropalı diplomat Avropa İttifaqının ciddi maliyyı sıntısı içində olan Ermənistana maliyyə yardımı etməyə hazır olduğunu bildirib:Muxalifet2 - 30-05-2018
Ermənilər Qarabağa görə son variantı İŞƏ SALDI: Kardaşyanı Trampın kabinetinə göndərdilər ki...
ABŞ prezidenti Donald Tramp bu ölkədə yaşayan erməni pornoulduz Kim Kardaşyanı qəbul edəcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, “Vanity Fair” nəşri görüşün Ağ Evdə olacağını yazıb.
Məlumata görə, Kardaşyan Trampdan 62 yaşlı Elis Marinin həbsdən çıxarılmasını xahiş edəcək.
Qeyd edək ki, ABŞ-dakı erməni diasporu Kardaşyanın Trampla görüşməsi üçün uzun müddətdir çalışırdı. Məqsədin ABŞ prezidentini “bu yolla ələ almaq” olduğu deyilir. Çünki Tramp prezident seçiləndən sonra qapıları erməni diasporunun üzünə bağlamışdı.Muxalifet2 - 30-05-2018
ABŞ rus silahlarını niyə tərifləyir? – UĞURLU GEDİŞ
Rusiyanın hərbidəki uğurlarını təqdir etməsi, xüsusilə də yeni silahlarla bağlı çıxışları daxili bazara, ictimaiyyətin yönləndirilməsinə hesablanıb.
Muxalifət.az-ın xəbrinə görə, bunu axar.az-a Rusiyanın yeni radioelektron mübarizə silahları hazırlaması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya müasir radioelektronika sahəsində çox öyünə bilməz:Muxalifet2 - 30-05-2018
Parisdə leysan yağışlar nəticəsində metro və KÜÇƏLƏRİ SU BASIB
Parisdə leysan yağışlara görə küçələri və bir neçə metro stansiyasını su basıb.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, yerli KİV qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət etdiyini yazıb. Bundan baqşa, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb.
Əlverişsiz hava şəraiti səbəbi ilə yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə etmək məcburiyyətində qalıb.Muxalifet2 - 30-05-2018
MƏLEYKƏ ABBASZADƏ:"Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir"
“Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda qızların təhsilin bütün pillələrində oxumaq imkanı var: “Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Bizdə həm orta, həm də ali məktəbdə oxuyanların, demək olar ki, 50 faizi qızlardır”.Muxalifet2 - 30-05-2018
Azərbaycanda işsizlərə PUL VERİLƏCƏK
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.
Layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. O, bildirib ki, qanun layihəsi 6 fəsil, 37 maddən ibarətdir.Muxalifet2 - 30-05-2018
Belarus DTK Lukaşenkonun köməkçisini həbs etdi – 200 min dollar RÜŞVƏT ALARKƏN YAXALANDI
Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ölkə prezidentinin köməkçisi, Qrodnensk vilayətinin inspektoru Sergey Rovneykonu həbs edib.
Avropa.info Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə DTK-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, S.Rovneyko 200 min dollar rüşvət almaqda ittiham edilir.Muxalifet2 - 30-05-2018