Axtarış
The search found 105785 results in 0.084 seconds.
Search results
Polşa prezidenti: "Rusiya NATO üçün ən böyük TƏHLÜKƏDİR"
“Rusiya NATO üçün böyük təhlükədir”.
APA-nnın “RİA Novosti” Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Ancey Duda bəyan edib. “Təhlükəsizlik sistemimizin sülh və təhlükəsizliyə problem yaradan müxtəlif oyunçular tərəfindən sınaqdan keçirildiyi bir zamanda biz məhz indi transatlantik əlaqələrin əhəmiyyətini xatırlamalıyıq”, -deyən A.Duda sülh və təhlükəsizliyə təhlükə yaradan qüvvələrdən ən birincisinin Rusiya olduğunu elan edib və Rusiyanı beynəlxalq qayda elementlərini pozmaqda günahlandırıb.Muxalifet2 - 28-05-2018
Kənd təsərrüfatının inkişafına ayrılan subsidiyalar necə TALAN EDİLİB? – Prezidentə SENSASİON MÜRACİƏT
Qobustan rayonu, Qaracüzlü kənd sakinləri Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu, Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu və Yusifov Əzim Fətixan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 28-05-2018
Ərəblərlə PKK ARASINDA QARŞIDURMA
Suriyanın Raqqa vilayətində terror təşkilatı YPG/PKK-nın işğalına qarşı çıxan silahlı Ərəb qrupları terror təşkilatı ilə toqquşub. Raqqalı əhali də terrorçuların rayonu tərk etməsi üçün etiraz aksiyası keçirib.
Raqqadaki media nümayəndələrinin bildirdiyinə görə, bölgədə SDG örtüyü altında fəaliyyət göstərən YPG/PKK terrorçuları ilə qısa müddət əvvələ qədər əməkdaşlıq edən bəzi Ərəb qrupları son həftələrdə PKK terrorçularına qarşı silahlı mücadilə verməyə başlayıb.Muxalifet3 - 28-05-2018
ABŞ terror ordusu quracaq, MAAŞINI SƏUDİYYƏ ÖDƏYƏCƏK
Suriyadan çəkilməmək üçün Səudiyyə Ərəbistanından maliyyə dəstəyi istəyən Tramp, istədiklərini alıb. Trampın istədiyi kimi, qurulan terror ordusuna Səudiyyə Ərəbistanı maaş verəcək.
ABŞ prezidenti Donald Tramp, Suriyada xidmət edən əsgərlərini geri çəkmə qərarı aldığını açıqlamışdı.
TRAMP PUL İSTƏDİ
Trampın bu qərarından sonra Səudiyyə Ərəbistan, Amerika əsgərlərinin Suriyada qalmasını istədi.Muxalifet3 - 28-05-2018
Məmməd Əmin Rəsulzadənin nadir müsahibəsi... - VİDEO
ANS şirkətlər qrupunun əməkdaşları Azərbaycan Demokratik Respublikasının (ADR) qurucusu Məmməd Emin Rəsulzadənin bu günə qədər heç kimə məlum olmayan müsahibəsinin nadir audio yazılarını aşkar çıxarıblar. ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev haqqin.az-a bildirib ki, ötən ilin sonunda şirkət ADR tarixini işıqlandırmaq məqsədi ilə maraqlı layihə üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, layihə çərçivəsində aparılan araşdırma nəticəsində 1953-cü ildə Rəsulzadənin çıxışlarının unikal audio yazıları aşkar edilib.
Muxalifet4 - 28-05-2018
Кто сильнее — Израиль или Иран?
Gürcüstanda Azərbaycan dilli məktəbin şagirdləri etiraz aksiyası keçirib
Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların sıx yaşadığı Yormuğanlı kəndind
Muxalifet4 - 28-05-2018
Havada Rusiya-İsrail gərginliyi! RUSLAR ƏNGƏL OLDU
Rus Hava Qüvvələrinə bağlı SU-34 tipli döyüş təyyarələri Livan hava sahəsində İsrail təyyarələrin’ mane olduğu bildirilib.
İsrail mediasında yer alan xəbərlərə görə, Rusiyaya məxsus SU-34 tipli döyüş təyyarəsi, Livanın Trablusşam şəhəri səmalarında İsrailə aid iki F-16 təyyarəsinə mane olduğu bildirilib.
İsrailin ən böyük televiziya kanallarından “Hadashot” da xəbəri təsdiqləyib.
AYLAR SONRA BİR İLK
Muxalifet3 - 28-05-2018
ABŞ-a yalvardılar! ÖLKƏMİZDƏ HƏRBİ BAZA YERLƏŞDİRİN
Polşa, daimi hərbi baza yaratması üçün ABŞ-a 2 milyard dollar verməyi təklif edib. Kremlin sözçüsü Peskov da, Polşada ABŞ bazası yaratmaq planına reaksiya göstərərək, "Rusiya, NATO-ya cavab verməyə hazırdır" deyib.
ABŞ-la daha da yaxınlaşmaq istəyən Polşa rəhbərliyi, ölkəyə qurulacaq hərbi baza qarşılığında ABŞ-a 2 milyard dollar təklif edib.
Polşamım xəbər saytı “Onet”-in Polşa Müdafiə Nazirliyindəki mənbələrə əsaslandırdığı xəbərə görə, Polşada Rusiyanın Ukrayna ilə yaşadığı böhran səbəbiylə "təhlükəsizlik xofu" yaşanır.Muxalifet3 - 28-05-2018
Səudiyyə Ərəbistanından TÜRKİYƏ İLƏ BÖHRAN ÇIXARACAQ HƏMLƏ
ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PYD/YPG ilə quracağı qanunsuz sərhədi mühafizə qüvvələrinə dəstəyini açıqlayan Səudiyyə Ərəbistanı, təşkilata maddi yardım göndərib.
Suriyalı müxaliflərə aid “Baladi-News”-un bildirdiyinə görə, ABŞ tərəfindən dəstəklənən terror təşkilatı PYD, “Kuvvatus-Sanadid” adlı qrupla birlikdə Suriya-İraq sərhədindəki Yarubiyedə “sərhəd mühafizəçiləri” üçün qeydiyyata başlayıb.
NƏZARƏT MƏNTƏQƏLƏRİ YARADACAQ
Muxalifet3 - 28-05-2018
FETÖ-nun son ümidi: PKK NİYƏ AKSİYA KEÇİRMİR?
FETÖ-nun fərarilərindən biri Tuncay Opçin, sosial media hesabından tərəfdaşları qanlı terror təşkilatı PKK-ya mesaj göndərib.
FETÖ-nun yüksək səviyyəli terrorçularından Tuncay Opçin sosial mediada diqqət çəkən bir "PKK" mesajı paylaşıb.
PKK NİYƏ AKSİYA KEÇİRMİR
Tuncay Opçin," Qan tökülməməsi, insanların ölməməsi, əlbəttə, çox gözəldir. Ancaq kimsə mənə PKK-nın fəaliyyətsizliyinin anlamlı bir səbəbini açıqlaya bilərmi" deyə, yazıb.
FETÖ VƏ PKK TƏRƏFDAŞDIR
Muxalifet3 - 28-05-2018
Daha bir ölkə ABŞ-a QARŞI ÇIXDI
Hindistanın xarici işlər naziri, yalnız Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına riayət etdiklərini, ABŞ-ın İran sanksiyalarına riayət etməyəcəklərini deyib.
Hindistanın xarici işlər naziri Sushma Svaraj, Çin XİN rəhbəri Vanq Nahardan ilə görüşüb. Svaraj, Pekindəki görüşdə verdiyi açıqlamada ABŞ-ın İran sanksiyalarına riayət etməyəcəklərini deyib.Muxalifet3 - 28-05-2018
Kılıçdaroğluna hücum edən terrorçu öldürüldü
Türkiyənin Artvin bölgəsində CHP sədri Kamal Kılıçdaroğlunun maşın karvanına hücum edən terrorçu dəstənin üzvü “Velat” kod adlı Behçet Avras öldürülüb.
Muxalifet.az xəbər verir ki, terrorçunun mayın 22-də Qarsda keçirilən xüsusi əməliyyat zamanı öldürülənlər sırasında olduğu məlum olub.
Xatırladaq ki, 25 avqust 2016-cı ildə Kamal Kılıçdaroğlunun avtomobil karvanına hücum zamanı bir türk əsgəri şəhid olmuşdu.
Muxalifet3 - 28-05-2018
Pakistanın yeni baş naziri bəlli oldu
Pakistan Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkənin yeni baş naziri Nəsirül Mülk seçilib.
Muxalifet.az xəbər verir ki, bu barədə sabiq baş nazir Şahid Hakan Abbasi və Pakistan Halqa Partiyasının lideri Xurşud Şah ortaq razılığa gəlib. X.Şah yeni baş nazirin vəzifəsini layiqincə yerinə yetirəcəyini söyləyib:
“Demokratik yollarla seçilən hökumətin 5 illik vəzifə müddətinin başa çataraq seçkilərə getməsindən xoşbəxtlik duyuruq. Baş nazirin ölkəni müstəqil və ədalətli seçkiyə aparacağına ümid edirik. Nəsirül Mülk keçmişi təmiz bir insandır”.Muxalifet3 - 28-05-2018
Mahmud Abbas xəstəxanadan buraxıldı
Fələstin lideri Mahmud Abbas xəstəxanadan buraxılıb.
Muxalifet.az xəbər verir ki, Fələstin televiziyası 83 yaşlı liderin Ramallahda yerləşən xəstəxananı sərbəst şəkildə tərk etməsini və jurnalistlərlə olan qısa söhbətini yayımlayıb.
“Şükür Allaha ki, buranı səhhətim yaxşı vəziyyətdə tərk edirəm və sabahdan işimin başında olacam”, - Abbas bildirib.
Xatırladaq ki, Mahmud Abbas bir həftədir xəstəxanada soyuqdəymədən müalicə olunurdu.
Muxalifet3 - 28-05-2018
Ulduz futbolçulardan 28 May təbriki - Video
“Qarabağ” klubu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili münasibətilə təbrik videosu yayımlayıb.
Muxalifet.az xəbər verir ki, videoda Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Mahir Mədətov kimi futbolçular yer alıb.
Sözügedən videonu təqdim edirik:
Muxalifet3 - 28-05-2018
“Vaxtilə küçədən gəlib prezident olan adamlar torpaqları satıb. Biz isə sülh yolu ilə qaytaracayıq, yoxsa...” – Millət vəkili
Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Ermənistanın yeni baş naziri Nikol Paşinyana sərt cavab verib.
Muxalifet.az xəbər verir ki, Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan küçədən gələn dövlət başçısı olduğu üçün hakimiyyətdə uzun müddət qala bilməyəcək:Muxalifet3 - 28-05-2018
Polşadan ABŞ-a 2 milyardlıq təklif: “Hərbi baza qurun”
Polşa ölkəsində hərbi baza inşa etmək üçün ABŞ-a 2 milyard dollarlıq təklif verib.
Muxalifet.az xəbər verir ki, bu informasiyanı Polşa mətbuatı yayıb.
Xəbərə əsasən, gələn ay Brüsseldə NATO zirvəsi keçiriləcək. Polşa zirvə görüşündən əvvəl müdafiə naziri vasitəsilə ABŞ-a bu Polşada hərbi baza qurmaq üçün 2 milyard dollar təklif edib.
ABŞ isə Polşada zirehli briqadanın olmasına ehtiyac yarandığını bildirib.
Qeyd edək ki, Polşa mart ayında ABŞ ilə “Patriot” sistemləri üçün 4 milyardlıq müqavilə imzalayıb.
Muxalifet3 - 28-05-2018
İsraildən Ermənistana şok zərbə: Rədd etdilər...
İsrail parlamenti qondarma erməni soyqırımını tanımağı nəzərdə tutan qanun layihəsini gündəmdən çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Yerusəlim Post" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, parlament sədri Yuli Edelstein layihəni İsrail millət vəkillərinin rədd edəcəyi ehtimalına görə gündəmdən çıxarıb.
Qeyd edək ki, İsrail parlamentinin deputatları Qüds gərginliyinə görə Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma erməni soyqırımının tanınması məsələsini müzakirəyə çıxarmağı qərara almışdılar.
Muxalifet3 - 28-05-2018
Final görüşü başladı: "Qəbələ", yoxsa "Keşlə"? - Yenilənir
Bu gün Azərbaycan kubokunun qalibi bəlli olacaq.
Muxalifet.az xəbər verir ki, Qəbələdə keçirilən həlledici qarşılaşmada eyniadlı komanda ilə “Keşlə” üz-üzə gəlir.
Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxıb. Əyalət təmsilçisi daha əvvəl 2 dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub.Muxalifet3 - 28-05-2018