Axtarış
The search found 105785 results in 0.074 seconds.
Search results
ABŞ-ın bacarmadığını İSLAM ETDİRİR
Din adamı İhsan Şenocak Xoca, Allahın əmri ilə könlü iman dolu müsəlman möminlərin tutduğu Ramazan orucuna diqqət çəkərək, "Amerika, bundan sonra öz xeyirləri üçün vətəndaşları daha da sağlam olsun deyə bir qərar çıxarsa ki, ilin filan ayında insanlar 1 ay oruc tutacaqlar deyə, Amerikalılar buna dayanıb, ac-susuz qalarlarmı" deyə, soruşub.
Muxalifet3 - 26-05-2018
Merkelə verdiyi çiçəklə ALMAN MƏTBUATINI HİDDƏTLƏNDİRMİŞDİ: BU DƏFƏ İSƏ..
Rusiya prezidenti Vladimir Putin, Almaniyanın baş kansleri Angela Merkeli bir dəstə güllə qarşılaması Alman mətbuatında təhqir hesab edilsə də, Fransa prezidenti Emmanuel Makronun xanımı Brigitteyə də eyni gül dəstəsini hədiyyə edib.
Rusiyaya rəsmi dövlət səfəri çərçivəsində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edən Fransa prezidenti Emmanuel Makronu səmimi sözlərlə qarşılayan Putin, həyat yoldaşı Brigitte Makrona da bir dəstə gül təqdim edib. Makron cütü bu jestdən son dərəcə məmnun görünüb.Muxalifet3 - 26-05-2018
İslandiyada 22 saatlıq oruc 18 SAATA ENDİRİLİB
İslandiya müsəlmanları Ramazan ayında 22 saat oruc tutur. Günün demək olar ki, hamısını oruclu keçirən İslandiyalı Müsəlmanların bir qismi öz aralarında, orucu 18 saata endirib.
Ramazan ayı son bir neçə ildir ki, yay mövsümünə təsadüf etdiyi üçün olduqca uzun saatlarda oruc tutulur, ancaq bu müddət insanlar üçün motivasiya mənbəyi olur.Muxalifet3 - 26-05-2018
"Dünya Kubokunun boykot edilməsi “böyük səhv” olardı" - Xodorkovski
Rusiyanın keçmiş neft maqnatı, hazırda Kremlin düşməni hesab edilən Mixail Xodorkovski hökümət tənqidçilərinə bildirib ki, Rusiyada 14 iyun tarixində başlayacaq FIFA Dünya Kuboku boykot edilməməlidir.
“Boykot haqqında fikirlər var. Lakin mən düşünürəm ki, Rusiyaya səfər edəcək komandaları və azarkeşləri nəzərə alsaq, boykoy böyük səhv olardı. Dünya çempionatı ruslara Rusiyanın düşmənlərlə əhatə olunmadığını və bunun Kremlin icadı olduğunu göstərməyin bir yoludur.” – deyə, o bildirib.Muxalifet3 - 26-05-2018
“İran tələbləri qəbul etsə, ABŞ onu dost kimi görəcək” – ABŞ-ın dövlət katibi
ABŞ dövlət katibi Mayk Pompeo deyir ki, əgər İran liderləri Birləşmiş Ştatların tələblərini qəbul etsələr və normal ölkə liderləri kimi davransalar, amerikalılar İranla dost kimi rəftar edəcək.
Muxalifet3 - 26-05-2018
"Rus qızlarla görüşməyin!" - Baş məşqçidən futbolçulara qadağa
Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək Nigeriya millisinin baş məşqçisi Qernot Mor futbolçularına maraqlı qadağa qoyub.
O, futbolçularına rus qızları ilə görüşməyi yasaqlayıb.
Qernot, milli üzvlərinə sadəcə həyat yoldaşları və ailə üzvləri ilə görüşməyə icazə verib.
“Mən futbolçulara rus qızlarla görüşməyə imkan verməyəcəm. Yalnız Con Obi Mikel istisnadır. Çünki onun həyat yoldaşı rusdur”, deyə məşqçi bildirib.Muxalifet3 - 26-05-2018
Paşinyan Əcəmoğlundan kömək istədi: Ermənistan DALANA DİRƏNİB
Ermənistanın yeni hökuməti erməni əsilli Türkiyə vətəndaşı, iqtisadçı Daron Əcəmoğlundan kömək istəyir.
Muxalifet3 - 26-05-2018
Tarixi düşmənlər yenidən görüşdü: Tramp üçün hazırlıq...
Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya Prezidenti Mun Çje İn yenidən görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Məlumata görə, 2 saat davam edən görüşdə 27 aprel deklarasiyasının yerinə yetirilməsi və ABŞ-Şimali Koreya sammitinin uğurla keçirilməsi müzakirə edilib.
Cənubi Koreya prezidentinin görüşün nəticələri haqqında sabah məlumat verəcəyi bildirilib.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri arasında sonuncu görüş 65 ildən sonra ilk dəfə bu ilin aprel ayında keçirilmişdi.Muxalifet3 - 26-05-2018
Ronaldo aktyor olmaq istəyini açıqladı
“Real Madrid” futbol klubunun hücumçusu Kristiano Ronaldo futbol karyerasını bitirdikdən sonra şou-biznesə qoşula bilər.
Muxalifet.az xəbər verir ki, bunu “El Chiringuito de Jugones” saytına açıqlamasında Ronaldonun özü deyib.
“Çoxlu fərqli ideyalarım var. Xüsusilə özümü aktyor kimi sınamaq istəyirəm. Aydındır ki, burada ikinci dərəcəli rollar olacaq. Belə ki, mənim bu sahədə çox təcrübəm yoxdur. Bununla belə, tez-tez reklamalara çəkilirəm və bu, mənə təcrübə verir.Muxalifet3 - 26-05-2018
SON DƏQİQƏ: Ordu Naxçıvan istiqamətinə göndərildi - DÜŞMƏN MÜHASİRƏ EDİLİR
Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.
Muxalifet3 - 26-05-2018
Ərdoğan xalqa səsləndi: Pulunuzu dollara çevirməyin
Yerli və milli olmaq, milli valyutamıza sahib çıxmaq deməkdir. Millətimizdən pulumuza sahib çıxmağı xahiş edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərzurumlularla görüşdə deyib. O, vətəndaşları avro və dollardan imtina etməyə səsləyib:
“Pullarınızı dollara, avroya çevirməyin. Qısa zamanda məzənnəni söndürəcəyik. Ölkəmiz azad bazar iqtisadiyyatından geri dönməyəcək”.
Muxalifet3 - 26-05-2018
Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir
Rusiyanın “Yuri Dolqoruki” sualtı gəmisindən atılan sonuncu raketlərin gücü Xirosimaya atılan 160 atom bombasının gücünə bərabərdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Elm Adamları Federasiyasının Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen Tvitter səhifəsində yazıb. O, həmçinin 4 ədəd "Bulava" raketinin fotosunu paylaşaraq atışın 20 saniyədə baş verdiyini, bunun da 1 dəqiqə ərzində atılan 16 raketə bərabər olduğunu qeyd edib.Muxalifet3 - 26-05-2018
Putin Avropanı HƏDƏLƏDİ:"NATO ilə gəlməyin, yoxsa..."
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini Moskova ilə münasibətdə "qırmızı xətt"i keçməməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) çıxış edən Putin NATO-nun Rusiya üçün təhdid olduğunu bildirib:
“NATO-nun sərhədlərimizə gəlməsi bir yana, sabah Ukraynaya radar raket əleyhinə müdafiə sistemlərini yerləşdirildiyi istiqamətində şübhələr yarandı. Anlayırsınızmı, sərhədlər var. "Qırmızı xətt"i keçməmək lazımdır. Gəlin, bizim maraqlarımıza da hörmətlə yanaşaq. Bizi nəyəsə məcbur etməyin".Muxalifet3 - 26-05-2018
Nazir fondu yoxladı: tapşırıqlar verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək, burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.
Muxalifet3 - 26-05-2018
Ərdoğandan Rusiya ilə bağlı müjdə: 1 milyard dollar...
Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərzurumlularla görüşü zamanı deyib. O bildirib ki, Türkiyə 3 il əvvəl Rusiyadan alınan qaza endirim edilməsi ilə bağlı məkhəməyə müraciət edib:Muxalifet3 - 26-05-2018
Azərbaycan valisi erməni səfirlə görüşdü: etiraz başladı
Şərqi Azərbaycan valisi Məcid Xudabəxşlə işğalçı Ermənistanın İrandakı səfiri Artaşeş Tumanyanın görüşü azərbaycanlıların etirazına səbəb olub.
Muxalifet3 - 26-05-2018
Türkiyə ilə danışıqlar yekunlaşmaq üzrədir - Novak
Hazırda "Qazprom" ilə "Botaş" arasında ikinci boru xəttinin qurudan keçəcək hissəsi ilə bağlı görüşlər yekunlaşmaq üzrədir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.
“Qurudan keçən hissə ilə bağlı razılaşma protokolu, inşaatın və bu xətt üzərindən keçəcək qaz tranzitinin kommersiya sənədləri qısa müddət ərzində hazırlanacaq”.Muxalifet3 - 26-05-2018
Gənc cüdoçular arasında keçirilən Bakı birinciliyində ilk günün qalibləri məlum oldu
"Sərhədçi" Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində ilk günün qalibləri məlum olub.
Muxalifet.az-ın məlumatına görə, oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb.
Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Muxalifet3 - 26-05-2018
Husilər "vurduq" dedi, Səudiyyə təkzib etdi
Yəməndə husilər pilotsuz uçuş aparatı ilə Səudiyyə Ərəbistanının cənubundakı Abha hava limanını vurmağa cəhd edib.
Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının ”Əl-İxbariyyə” televiziyası hücumun qarşısının alındığı və təyyarə səfərlərinin normal şəkildə davam etdiyi barədə məlumat yayıb.
Koalisiya yaydığı məlumatda hücum edən şəxslərin öldürüldüyünü açıqlayıb.
Husilərə məxsus "Əl-Məsirə" televiziyası isə hücumun reallaşdığını və təyyarə reyslərinin dayandırıldığını iddia edib.
Muxalifet3 - 26-05-2018
Yoxa çıxan təyyarə 37 il sonra eniş etdi İNANILMAZ HADİSƏ - VİDEO
Muxalifet.az sözü gedən hadisəni oxucularına təqdim edir.
Muxalifet3 - 26-05-2018