Axtarış
The search found 105785 results in 0.062 seconds.
Search results
SON DƏQİQƏ: Türkiyəyə qarşı hücum başladı - RAKETLƏR BOMBARDMAN EDİR
Yəmənə buğda aparan Türkiyənin yük gəmisinə raket hücumu edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb.
Əlavə məlumat veriləcək.
Muxalifet3 - 25-05-2018
Əgər şərtlərimizi qəbul etsələr, hökumətdə olacağıq - Kürd lider
İraqda yeni qurulacaq İraq hökumətində kürd partiyaları da iştirak etmək istəyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kürdüstan Demokratik Partiyasının sədri Əli Avni söyləyib.
Avni yeni hökumətin qurulması istiqamətində danışıqlar apardıqlarını, tələblrinin qəbul ediləcəyi təqdirdə yeni İraq hökumətində yer almaq istədiklərini bildirib.
Qeyd edilir ki, rəsmi Bağdad da kürdlərlə yeni səhifə açmaq istəyir.
Muxalifet3 - 25-05-2018
Lavrov: Onunla danışdım, bizə sübut edə bilmədi...
2014-cü ildə Ukraynanın şərqində qəzaya uğrayan "Boinq" sərnişin təyyarəsi ilə bağlı hər hansı dəlil ortaya qoyulmadı.
Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
Hollandiyalı həmkarı Stef Blokla telefon danışığı apardığını bildirən Lavrov onun Rusiyanın qəzada əlinin olması barədə sübut ortaya qoymadığını, aparılan istintaq işinin də fərqli məcraya gəlib çıxdığını bildirib.
Muxalifet3 - 25-05-2018
Şok: Trampın sirr kimi saxladığı əxlaqsız keçmişi - VİDEO
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donalt Trampın hər kəsdən sirr kimi saxladığı keçmişi ortaya çıxıb. Ətraflı video-çarxda:
Muxalifet3 - 25-05-2018
Ombudsman əfv sərəncamı ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ötən gün imzaladığı sayca 64-cü əfv Sərəncamının uğurla icra olunması ilə bağlı məlumat yayıb.
Muxalifet3 - 25-05-2018
Elza Seyidcahandan yeni şeir: "Qadın bir şey istəyir..." - VİDEO
Elza Seyidcahandan yeni şeir: "Qadın bir şey istəyir..." - VİDEO
Muxalifet3 - 25-05-2018
Putin: Təyyarəni bizim raket vurmadı, ancaq...
2014-cü ildə Ukraynanın şərqində qəzaya uğrayan "Boinq" sərnişin təyyarəsini qətiyyən bizim raket vurmayıb.
Muxalifet.az xəbər verir ki, Putin təyyarə qəzası ilə bağlı fərqli ehtimalların olduğunu və heç kimin bunları nəzərə almadığını bildirib.
Putin beynəlxalq araşdırmaya güvənmədiklərini, Rusiyanın istintaq prosesinə də tam səlahiyyətlə daxil edilmədiyini vurğulayıb.
Xatırladaq ki, Hollandiya və Avstraliya 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın “Boinq MH17” təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını açıqlayıb.
Muxalifet3 - 25-05-2018
ABŞ-dan yaşıl işıq: Kim Çen-Tramp görüşü ilə bağlı YENİ XƏBƏR
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında görüş baş tuta bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə naziri Ceyms Mettis çıxış edib.
“Sammitlə bağlı yaxşı xəbərlər var. Görüş hələ də baş tuta bilər. Diplomatlar hələ də sammitin keçirilməsi üçün çalışırlar", - Mettis qeyd edib.
Qeyd edək ki, daha öncə Tramp Koreya KXDR lideri Kim Çen İnlə görüşdən imtina etdiyini bildirmişdi.
Muxalifet3 - 25-05-2018
Trampın Əliyevə məktubunda sirli Qarabağ mesajı
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ-Azərbaycan münasibətlərinin inkişafına toxunan məktubda diqqət çəkən əsas məqam Trampın “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözləridir.
Muxalifet3 - 25-05-2018
İran Avropanı nüvə ilə hədələdi
İranın dini lideri Əli Xamanei Avropa ölkələrini hədələyib.
Muxalifet.az xəbər verir ki, Xamanei İrandan neft almaq üçün müqavilə imzalanmasa, nüvə silahı proqramına yenidən başlayacağını bildirib.
“Əgər Avropa verdiyi sözə əməl etməsə, İrandan neft almağa söz verməsə, İran nüvə fəaliyyətinə davam etmə haqqına sahibdir”, - deyə dini lider bildirib.Muxalifet3 - 25-05-2018
Ali Məhkəmənin qərarı ləğv edildi: açıq məhkəmə
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.Muxalifet3 - 25-05-2018
AÇIQLAMA: Türkiyəni hədəf alan raketlərə ilkin reaksiya ABŞ-dan gəldi: "Bilməliydiniz ki,..."
Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanat yayıb.
Bəyanatda husilər tərəfindən hücum edildiyi və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyi bildirilib.
Qeyd edilir ki, qurudan 70 mil uzaqda olan gəmidə 50 min ton buğda var.
"Bu hadisələr Yəməndəki raket təhdidinin bütün ölkələr üçün keçərli olduğunu və Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasının nə qədər əhəmiyyətli olduğunu göstərir", - Ağ Evdən verilən bəyanatda bildirilib.
Muxalifet3 - 25-05-2018
Yaponiya tarixi görüşə qarşı çıxdı: Təəssüf...
ABŞ Prezidenti Donald Trampın Şimali Koreya Lideri Kim Çen İn ilə planlaşdırılan sammiti ləğv etməsi barədə qərarını dəstəkləyirəm.
Muxalifet.az xəbər verir ki, bunu Peterburqda səfərdə olan Yaponiya Baş naziri Şinzo Abe rusiyalı jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Baş nazir bildirib ki, o və D.Tramp Şimali Koreyaya münasibətdə siyasətlərini tamamilə bir-biri ilə razılaşdırırlar. Yüksək səviyyəli görüşün baş tutmamasından təəssüfləndiyini qeyd edən Ş.Abe əlavə edib ki, D.Trampın bu barədə qərarına hörmətlə yanaşır.Muxalifet3 - 25-05-2018
Naxçıvanda neçə məhkum əfv edildi?
Naxçıvan Muxtar Respublikasında 9 məhkum əfv olunub.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub.
Bundan əlavə, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.
Muxalifet3 - 25-05-2018
Xidmət rəisi vəzifədən kənarlaşdırıldı
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Əbil Əbilov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Muxalifet3 - 25-05-2018
Türkiyə ilə belə danışmaq doğru deyil - Rus ekspert
Bu, hərbi və siyasi bir ultimatumdur. Türkiyə ilə belə danışmaq doğru deyil. NATO sistemi daxilində ən yaxşı ordulardan biridir. Üstəlik, bu ordu NATO-nun Avropadan üzv olan ölkə əsgərlərinin etdiyi kimi, barlarda oturmur, həqiqətən vuruşur. Əgər ABŞ Türkiyəyə qarşı belə davranırsa, qüsura baxmasınlar. Türkiyə qapını çırpa bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.Muxalifet3 - 25-05-2018
Şahmatçımız dünya çempionatının qalibi oldu
İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında Dünya çempionatı keçirilib.
Muxalifet.az xəbər verir ki, 56 ölkədən olan 245 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb.Muxalifet3 - 25-05-2018
ŞOK: Ərdoğana təzyiq etməklə ziyanlı çıxarıq, amma... – Putin DANIŞDI
Türkiyə NATO üzvü olaraq dünyanın ən modern və mübaliğəsiz olaraq dünyanın ən yaxşı sistemini almağa qərar verdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin S-400-lərin satışı ilə bağlı açıqlamasında deyib.
“Cənab Ərdoğana təzyiq edərək nəticə əldə etmək olduqca çətindir. Əksinə, bu, Ərdoğanı daha da cəsarətləndirəcək”, - deyə Kreml rəhbəri bildirib.Muxalifet3 - 25-05-2018
Salah Messi ilə müqayisə olunmasından danışdı: Yalnız...
"Liverpul"un futbolçusu Məhəmməd Salah Kristiano Ronaldo və Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. Muxalifet.az-ın yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Hamı Ronaldo və Messi haqda danışır. Onlar artıq 13-15 ildir yüksək səviyyədə oynayırlar. Messi və Ronaldo ilə müqayisə olunmağımla fəxr edirəm". Misirli hücumçu Çempionlar Liqasında "Real"la final oyununun Ronaldo ilə onun qarşıdurması olmayacağını söyləyib: " Yalnız oyun haqda düşünməli və öz işimi yerinə yetirməliyəm".
Muxalifet3 - 25-05-2018
Hökumətdən müxalif namizədə: Səndən prezident olmaz
Məhərrəm İncənin meydanlarla danışacaq sözü olmadığı üçün TRT üzərindən manipulyasiya edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ müxalif namizədin TRT-ni təhdid etməsinə münasibət bildirərkən deyib.
“Hörmətlə İncəyə buradan səslənirəm. Təhdidlə siyasətdə məsafə qət edilməz, təhdidlə seçkidə qalib gəlmək olmaz, təhdidlə prezident heç olmaz”, - deyə Bozdağ bildirib.
Qeyd edək ki, CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə TRT-nin müxalifətin mitinqlərini yayımlamadığını əsas gətirərək, telekanalı təhdid etmişdi.
Muxalifet3 - 25-05-2018