Axtarış
The search found 105785 results in 0.112 seconds.
Search results
Sabaha olan HAVA PROQNOZU – Bakıda 29 dərəcə isti olacaq
Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbi Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.Muxalifet2 - 25-05-2018
Sərkisyan vəzifəsində qalır: Partiyadan AÇIQLAMA
Ermənistanın eks-prezidenti Serj Sərkisyan Respublika Partiyasının lideri olaraq qalmaqda davam edəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Ara Babloyan deyib. Onun sözlərinə görə, hələlik partiya sədrinin dəyişdirilməsi məsələsi müzakirə edilmir. O, partiyanın yeni hökumətlə seçki sistemində reformların keçirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Babloyan həmçinin partiyanın əvvəlki kimi parlamentin buraxılmasını dəstəkləmədiyini deyib.Muxalifet2 - 25-05-2018
İran hərbi bazasına yeni RAKET ZƏRBƏLƏRİ
Suriyanın Homs əyalətində yerləşən aviabazada ötən gün baş vermiş seriya partlayışların səbəbi məlum olub. Yaxın Şərq mənbələri bildirir ki, İsrail aviasiyası həmin aviabazada cəmləşdirilmiş “Hizbullah” qüvvələrinə güclü zərbələr endirib. İsrail təyyarələri hədəfə Livan hava məkanından hücum ediblər, Suriyanın Hava Hücumundan Müdafiə sistemləri zərbələrə reaksiya verib.
Muxalifet2 - 25-05-2018
Kəşfiyyat İŞİD-ə DİVAN TUTDU – Gizlənmiş terroçulara qarşı əməliyyat…
İraqın təhlükəsizlik xidməti ilə İŞİD terror təşkilatı arasında silahlı qarşıdurma olub.
Muxalifət.az xəbər verir ki, Kərkükdə baş verən silahlı insidentdə biri qadın olmaqla 8 terrorçu məhv edilib.
Hadisə zamanı 4 polis yaralanıb.
Bölgədə gizlənən bütün İŞİD üzvləri zərərsizləşdirilib.Muxalifet2 - 25-05-2018
ABŞ-RUSİYA-ÇİN ÜÇBUCAĞINDA DEHLİNİN YERİ:fərqli statuslu Hindistan ən ağıllı geosiyasi fiqur ola bilər - TƏHLİL
Hindistan baş naziri Narendra Modi həmvəzifəliləri ilə “qeyri-rəsmi” zirvə toplantılarına üstünlük verdiyini bir daha nümayiş etdirib və Rusiya prezidenti Vladimir Putinlə Qara dəniz sahilindəki Soçi şəhərində birgünlük görüş keçirib.
Bu, Modinin ikinci qeyri-rəsmi görüşüdür və aprel ayının sonunda o, Uhan şəhərində Çin prezidenti Si Zinpinlə təmasda olub. Hər iki halda, “sıfırlama” düyməsini basılıb və ikitərəfli münasibətlərdəki qırışları yenidən hamarlamağa çalışılıb.Muxalifet2 - 25-05-2018
Dünyada 25 milyon insan KÖLƏ KİMİ YAŞAYIR – Hesabat açıqlandı
ATƏT-in insan alverinə qarşı mübarizə sahəsində xüsusi nümayəndəsi dünyada müasir köləliklə bağlı hesabat yayıb.
Trend-in məlumatına görə, hesabatda deyilir ki, hazırda 25 milyona yaxın insan köləlikdən əziyyət çəkir.
Onlardan 64 faizi məcburi əməklə məşğul olur, 19 faizi cinsi istismar qurbanlarıdır. Ən çox köləliyə məruz qalanlar isə qadınlardır. (71 faiz)
Bütün dünyada ən çox insanın qul kimi yaşadığı ölkə Hindistandır.Muxalifet2 - 25-05-2018
Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ PLANINI DƏSTƏKLƏYƏCƏK
Ermənistanda ordu Nikol Paşinyan iqtidarını devirərək, hakimiyyətə gəlmək niyyətindədir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası keçmiş prezident Serj Sarkisyanın ordudakı adamları ilə hakimiyyəti yenidən ələ almaq niyyətində olduğunu, hətta “kölgə kabineti”nin formalaşdırıldığını yazıb.
Məlumata görə, Nikol Paşinyanın baş qərargah rəisi Movses Akopyanı vəzifədən çıxarmasının arxasında məhz çevriliş planından xəbər tutması olub.Muxalifet2 - 25-05-2018
“Meyitlər doğranıb torbalara yığılmalı idi” – AzTV sədrinə SUİ-QƏSD PLANI
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Müsabil Namazov ifadə verib.Muxalifet2 - 25-05-2018
Türkiyədən Azərbaycana MÖHTƏŞƏM JEST - FOTO
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı hazırlanıb.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsinin çəkisi 925 əyar gümüşdən ibarətdir.
Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.Muxalifet2 - 25-05-2018
Rüstəm İbrahimbəyov “Qafqaz trio”sundan, yoxsa xalq ondan imtina edəcək?
Doğrudur, indi çoxları o film haqqında danışır. Kampaniyaçılıq təsəvvürü də var. O da həqiqətdir ki, çoxları “Qafqaz üçlüyü”nə baxmayıb, amma filmin ssenari müəllifi və prodüsseri Rüstəm İbrahimbəyovu sərt şəkildə qınayır. Mən də bundan əvvəl bir yazı yazmışdım, filmin sadəcə anonsuna baxdıqdan sonra. Amma ötən gün filmi izlədim və düşündüm ki, hələ az yazmışam, Rüstəm İbrahimbəyov daha sərt tənqidə haqq edib…
Səbəblərinə gəldikdə…
Muxalifet2 - 25-05-2018
Yeni nazir bu orqanların fəaliyyətini TƏNQİD ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
Muxalifet2 - 25-05-2018
28 may günü “ASAN xidmət” İŞLƏMƏYƏCƏK
28 may-Respublika günü münasibətilə "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Muxalifət.az-a verilən məlumatda bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.Muxalifet2 - 25-05-2018
Məşhur şirkət sanksiyalara görə İRANDAN ÇIXACAQ
Fransanın neft-qaz şirkəti olan “Total” sanksiyalar tətbiq olunacağı təqdirdə İrandan çıxacaq.
Muxalifət.az xəbər verir ki, bunu kompaniyanın rəhbəri Patrik Puyanne bildirib:
“Əlbəttə, biz İrandakı layihələrimizi dayandıracağıq, çünki sanksiyalar Amerika bankları bizi maliyyələşdirməkdən imtina edəcək”.
Qeyd edək ki, Prezident Donald Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.Muxalifet2 - 25-05-2018
Robotların yemək bişirdiyi RESTORAN AÇILDI
ABŞ-ın Boston şəhərində yemək hazırlanma prosesinin robotlar tərəfindən həyata keçirildiyi restoran açılıb.
Trend-in məlumatına görə, “Spyce” adı verilən restoranda əsasən salatlar təklif olunur.
Qeyd olunur ki, restoran Massaçusets Texnoloji İnstitutunun dörd tələbəsi tərəfindən açılıb. Gələcəkdə restoranın menyusunda daha çətin yemək növlərinin yer alacağı planlaşdırılır.Muxalifet2 - 25-05-2018
NATO-dan MOSKVAYA ÇAĞIRIŞ: Məsuliyyəti üzərinə götür!
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna ərazisində baş verən təyyarə qəzası ilə bağlı məsuliyyəti üzərinə götürməyə və günahkarların cəzalandırılması üçün istintaqla əməkdaşlıq etməyə çağırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Y.Stoltenberqin bəyanatı yayılıb.
“Günahkarlar məsuliyyətə cəlb olunmalıdır. NATO dəfələrlə holland hökuməti və digər tərəflərin məsələyə aydınlıq gətirmək üçün göstərdikləri səylərə tam dəstək verdiyini açıqlayıb”, - bəyanatda deyilib.Muxalifet2 - 25-05-2018
Britaniya şahzadəsinin keçmiş sevgilisi ilə TELEFON DANIŞIQLARI YAYILDI
Böyük Britaniya şahzadəsi Harri ilə keçmiş sevgilisi Çelsi Deyvinin telefon danışıqları üzə çıxıb.
Muxalifət.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Şahzadə Harri toyundan bir gün əvvəl 7 il sevgili olduğu ilk böyük məhəbbəti Çelsi Deyvi ilə sonuncu dəfə telefonda danışıb. İddia olunur ki, keçmiş sevgililər telefonda vidalaşıblar.Muxalifet2 - 25-05-2018
BMT-nin atom agentliyi:“İran nüvə sazişinin şərtlərinə riayət edir”
Birləşmiş Millətlər Təşkilatının atom müşahidə agentliyi bildirir ki, İran 2015-ci ilin beynəlxalq razılaşamaya əsasən nüvə proqramına məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı şərtlərə riayət edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin cümə axşamı prezident Donald Trampın Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını elan etməsindən sonra keçirilən ilk dəyərləndirməni ictimailəşdirib. Agentlik bildirir ki, İran uranın zənginləşdirilməsi və toplanılan zənginləşdirilmiş uranın razılaşdırılmış limitindən kənara çıxmır.Muxalifet2 - 25-05-2018
“Bakı Bus”dan yenə ŞİKAYƏT VAR: Bu dəfə Hövsandan
Bakının Hövsan qəsəbəsinin sakinləri Bakı Bus MMC-yə məxsus 175 nömrəli avtobusların iş cədvəlindən narazıdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, sərnişinlər avtobusun normal sürətlə 40 dəqiqəyə gedə biləcəyi yolu 2 saata yaxın müddətə qət etməsindən şikayətlənirlər.
Dəfələrlə sürücülərə narazılıqlarını bildirsələr də, problem həll olunmayıb. Sərnişinlər eyni zamanda bildirir ki, sürücülər avtobusların kondisionerini işə salmaqdan imtina edir, bunun üçün Bakı Bus MMC-yə müraciət etmələrini tövsiyə edirlər.Muxalifet2 - 25-05-2018
Fərdi məlumatlarınız oğurlana bilər - Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.Muxalifet2 - 25-05-2018
Dolların mayın 29-na olan rəsmi məzənnəsi – MƏRKƏZİ BANK
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 29-na USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.Muxalifet2 - 25-05-2018