Axtarış
The search found 105785 results in 0.085 seconds.
Search results
Çempionlar Liqasının finalı Türkiyədə keçiriləcək
2020-ci ildə UEFA Çempionlar Liqasının finalı Türkiyədə keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin Kiyev şəhərində keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, 2020-ci ildə qitənin ən güclü klub komandasını müəyyən edəcək oyun İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Muxalifet3 - 24-05-2018
ABŞ bizim üçün problemdir - Timmermans
Hazırkı ABŞ administrasiyası Avropa Birliyi üçün problemdir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının sədrinin müavini Frans Timmermans deyib. Onun sözlərinə görə, hazırda ABŞ Avropanı parçalanmış formada görmək istəyən əsas qüvvədir:
“Bu, Avropa üçün real problemdir. Transatlantik münasibətlərdə indiyə qədər dəyişməz olan təhlükəsizlik və ticarət məsələləri hazırda şübhə altına alınır”.
Muxalifet3 - 24-05-2018
Ermənistan prezidenti Azərbaycan rəqsinə oynadı – VİDEO
Ermənistanın “Faktor” TV kanalının “YouTube” hesabında Ermənistan prezidenti Armen Sarkisyanın Amulsar qızıl yatağının istismarına qarşı etiraz aksiyası keçirənlərlə rəqsinin görüntüləri yayımlanıb.
Muxalifet.az xəbər verir ki, erməni prezidentin oynadığı hava Azərbaycan rəqsi olan “Köçəri” olub.
Qeyd edək ki, “Köçəri” Azərbaycan xalq rəqsidir .
Muxalifet3 - 24-05-2018
Avtoservisə silahlı basqın: Bir nəfər boğazından güllələndi
Türkiyənin İstanbul şəhərinin Şişli səmtində naməlum şəxslər avtomobil təmiri servisinə silahlı hücum edib.
Muxalifet.az xəbər verir ki, hadisə İnönü məhəlləsi, Dolapdərə küçəsində yerləşən obyektdə qeydə alınıb.
Motosikllə gələn və başlarında qoruyucu dəbilqə olan 2 şəxs avtomobil təmirinin aparıldığı məntəqəyə 7 dəfə atəş açıb.
Daha sonra cinayətkarlar hadisə yerindən qaçıb.
Məlumata görə, güllələrdən biri həmin məntəqədə çalışan Fahri Ayzıt adlı şəxsin boğazına dəyib və o ətrafdakıların yardımı ilə dərhal xəstəxanaya çatdırılıb.Muxalifet3 - 24-05-2018
Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb
2018-ci ilin I rübündə ölkənin valyuta bazarında qeyri-nağd əməliyyatların həcmi artıb.
Muxalifet.az xəbər Mərkəzi Banka istinadən verir ki, qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artıb. Avro ilə əməliyyatların həcmi isə 12.1% azalıb.Muxalifet3 - 24-05-2018
Ronaldinyodan evliliklə bağlı qəribə addım
Braziliya milli yığmasının sabiq futbolçusu Ronaldinyo eyni vaxtda iki qadınla evlənməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “O Dia” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ronaldinyo Prisiullu Koelyo və Beatris Souse adlı qadınlarla ailə quracaq.
Braziliya qanunvericiliyi çoxarvadlılığa icazə vermədiyindən, qeyri-adi nikah ABŞ-ın Santa-Monika şəhərində baş tutacaq.
Hazırda 37 yaşlı futbolçu nişanlıları ilə məhz həmin şəhərdə yaşayır.
Nikah mərasimi avqust ayına təyin olunub.Muxalifet3 - 24-05-2018
Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova
Kiyev adminitrasiyasının “RİA Novosti” və Rusiya Bu gün” agentliklərinin Ukrayna bürolarına sanksiya tətbiqi yeni siyasi senzuradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Kiyev adminitrasiyası Ukrayna xalqının obyektiv məlumat azadlığını məhdudlaşdırır.
Qeyd edək ki, bundan öncə Rusiya XİN Ukrayna hökumətinin sözügedən agentliklərə qarşı sanksiya tətbiq etdiyi barədə məlumat yaymışdı.
Muxalifet3 - 24-05-2018
“Əfv olunan dustaqlar dərhal ekstradisiya ediləcək” — SIYAHI
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova ölkə başçısı İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında imzaladığı əfv sərəncamını təqdir edib.
E.Axundova açıqlamasında bildirib ki, prezident İlham Əliyevin əfv sərəncamı onun böyük humanistliyini göstərir:
“Cənab prezidentin bu sərəncamı ilə yüzlərlə məhbus azadlığa qovuşur. Bu çox təqdir olunası addımdır. Ölkə başçısının humanistliyinin bariz nümayişidir”.Muxalifet3 - 24-05-2018
Məşhur repçi həbs olundu
Məşhur türkiyəli repçi, “Ezhel” ləqəbi ilə tanınan Sercan İpəkçioğlu bəzi replərində narkotiki təbliğ etdiyi və narkotik istifadəsini asanlaşdırması ittihamı ilə saxlanılıb.
Muxalifet.az xəbər verir ki, 28 yaşlı repçi İstanbul Narkotiklərlə Mübarizə İdarəsinin sorğusu əsasından tutularaq polis şöbəsinə gətirilib.
Sorğu-sual edilən repçi Ədliyyə Nazirliyinə aparılıb və daha sonra məhkəmədə dindirilən İpəkçioğlu haqqında “Narkotik preparatların təbliği və onlardan istifadəni asanlaşdırmaq” maddəsi ilə həbs qərarı verilib.Muxalifet3 - 24-05-2018
Ramazanın 9-cu günü — Dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 9-cu günüdür.
Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 25-də Bakıda imsak saat 03:31, iftar isə saat 20:15-dədir.
Ramazan ayının 9-cu gününün duası:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
Tərcüməsi:Muxalifet3 - 24-05-2018
"Paşinyan": Qorxuram Putin məni zəhərləyə... - Audi
Kremlə və Rusiya xüsusi xidmət orqanlarına bağlı telefon dələduzları (prankerlər), "Vovan” ləqəbli Vladimir Kuznetsov və "Leksus” ləqəbli Aleksey Stolyarovun Ermənistanın yeni baş naziri Nikol Paşinyanın adından Böyük Britaniya xarici işlər naziri Boris Consona zəng vuraraq dolayıblar. "Paşinyan”la Boris Conson arasında telefon danışığının audioyazısı internetdə yayılıb.
Muxalifet3 - 24-05-2018
KQB bəzi ziyalılarımızı agent etmişdi - BAXCP sədri
Görünür rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az -ın suallarını cavablandırarkən deyib.
İranın ali dini lideri ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranın həmin anlaşmaya sadiq qalması üçün digər iştirakçılar qarşısında şərt qoyub. Sizcə proseslərin sonu necə qurtaracaq?Muxalifet3 - 24-05-2018
Baş nazirə tapşırıq: Yeni hökumətin formalaşdırılması...
Livan Prezidenti Mişel Aun hökuməti formalaşdırılması vəzifəsini baş nazir baş nazir Səid Hərirəyə həvalə edib.
Muxalifet.az xəbər verir ki, prezident 128 deputatla apardığı müzakirələrdən sonra bu qərarı verib.
Belə ki, parlamentdə keçirilən səsvermədə 111 millət vəkili Həririnin lehinə səs verib, 17-nin isə ümumilikdə əleyhinə və bitərəf qaldığı bildirilib.
Xatırladaq ki, Həriri özünə sui-qəsd təşkil ediləcəyini iddia edərək 4 noyabr 2017-ci ildə vəzifəsindən istefa vermişdi.Muxalifet3 - 24-05-2018
Rusiyadan açıqlama: ABŞ təzyiq etsə də, onları Türkiyəyə...
ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400-lər Türkiyəyə göndəriləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev deyib.
“Hər şey razılaşmaya uyğun şəkildə gedir. Kontrakt müəyyən edilmiş proqrama uyğun şəkildə yerinə yetirilir. Anlaşma ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. S-400-lərin ilkin mərhələsinin 2019-cu ildə göndərilməsi gözlənilir” – deyə Şuqayev bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyənin Rusiyadan S-400 almayacağına ümid etdiklərini bildirmişdi.Muxalifet3 - 24-05-2018
ABŞ köhnə siyasətinə qayıtdı: Daha artığını edəcəyik...
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “Mən əminəm ki, istədiyimizi əldə etmək üçün tamamlayıcı sanksiyalar tətbiq ediləcək. Əminəm ki, daha artığını edib, başqa ölkələrdən də daha artığını etməsini xahiş edəcəyik”, - deyə dövlət katibi bildirib. Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə olan görüşün ləğv edilməsi barədə qərar verib.
Muxalifet3 - 24-05-2018
Rusiya: ABŞ təzyiq etsə də, onları Türkiyəyə verəcəyik
ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400-lər Türkiyəyə göndəriləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev deyib.
“Hər şey razılaşmaya uyğun şəkildə gedir. Kontrakt müəyyən edilmiş proqrama uyğun şəkildə yerinə yetirilir. Anlaşma ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. S-400-lərin ilkin mərhələsinin 2019-cu ildə göndərilməsi gözlənilir” – deyə Şuqayev bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyənin Rusiyadan S-400 almayacağına ümid etdiklərini bildirmişdi.Muxalifet3 - 24-05-2018
Moskvada həyəcanlı dəqiqələr: 3 nəfər girov götürüldü
Rusiyanın paytaxtı Moskvanın şərqində mənzillərdən birində baş verən şəxsi münaqişədən sonra girovluqda saxlanılan şəxslərdən biri ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cinayətkar əvvəlcə tavana atəş açıb. Girovluqda saxlanılan 3 nəfərin həmin cinayətkarla bir evdə yaşadığı deyilib.
NTV telekanalının yaydığı məlumatda isə hadisəni 57 yaşlı Aleksandr Borovoy adlı rəssamın törətdiyi bildirilir.
Muxalifet3 - 24-05-2018
Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı
Mayın 24-də Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 23-ü ilə müqayisədə 4,8535 manat artaraq 1 troy unsiyası üçün 2201,9335 manat təşkil edib.
Gümüş 0,1883 manat ucuzlaşaraq 1 unsiya üçün 27,9596 manata bərabər olub.
Platinin qiyməti 2,0145 manat artaraq 1542,376, palladiumun qiyməti 18,615 manat azalaraq 1666,765 manat təşkil edib.
Muxalifet3 - 24-05-2018
Suriyanın hərbi limanına raket hücumu: partlayış səsləri...
Suriyanın Xüms şəhərinin yaxınlığındakı bir hərbi-hava limanına raket hücumu edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın "Səna" xəbər agentliyi məlumat yayıb.
Raket Suriyanın havadan müdafiə sistemləri tərəfindən vurulub.
Bundan əlavə, Dabaa hava limanı ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumat yayılıb.
Muxalifet3 - 24-05-2018
Türkiyədən sərt “FRANSA” AÇIQLAMASI
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Fransanın “Le Point” jurnalının üz qabığında “diktator” deyə göstərilən prezident Ərdoğan haqqındakı yazıya sərt münasibət göstərərək “Türkiyənin sizdən tapşırıq aldığı günlər geridə qaldı. Diktator deyərək artıq o günləri geri gətirə bilməzsiniz” deyib.
Qalın, sosial paylaşma saytı Twitterdəki hesabından, “Le Point” jurnalındakı Ərdoğan haqqındakı yazıya münasibət bildirib.
O GÜNLƏRİ GERİ GƏTİRƏ BİLMƏZSİNİZ
Muxalifet3 - 25-05-2018