Axtarış
The search found 105785 results in 0.056 seconds.
Search results
Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı
Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.
APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.Muxalifet2 - 24-05-2018
Nüvə raketlərini qoruyan amerikalı əsgərlər haqda ŞOK MƏLUMATLAR
ABŞ Hava Qüvvələrinə aid şok məlumatlar mediaya sızıb.
Muxalifət.az xəbər verir ki, Amerikanın “Assoşayted Press” agentliyinin ələ keçirdiyi materiallarda ABŞ Hava Qüvvələrinin hərbiçilərinin LSD adlı halüsinasyon maddələrdən istifadə edildiyi deyilir.
Bu maddələri istifadə edən hərbiçilər nüvə raketlərinin mühafizəsini həyata keçirir.
Məlumata görə, Vyomindəki F.E. Varren hava bazasındakı hərbiçilər LSD və digər narkotik maddələrdən istifadə edərək, hərbi xidmətlərini həyata keçiriblər.Muxalifet2 - 24-05-2018
Suriya bombalanmayıb - KOALİSİYADAN TƏKZİB
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcılar Suriyanı bombalamayıb.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Suriya ordusunun mövqelərinə zərbələrin endirilmədiyini söyləyib.
Bundan əvvəl isə aviazərbələr zamanı 12 döyüşçünün öldüyü bildirlirib. Onların İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğu iddia edilib.Muxalifet2 - 24-05-2018
AMERİKANI TƏHDİD ETDİ: “Sizə ağlınıza gəlməyəcək faciəni yaşatdıra bilərik!”
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensonun Şimali Koreyanı “nüvə silahları ilə bağlı ABŞ-ın şərtlərini qəbul eləməsəniz, axırınız Liviya kimi olacaq” təhdidindən sonra Pxenyan da öz növbəsində bu təhdidə cavab verərək, Vaşinqtonu, Tramp-Kim görüşünün baş tutmayacağı ilə hədələyib. Həmçinin, Şimali Koreyanı təhqir edən Amerikaya müraciətlə: “Onların öz dili ilə desək, ABŞ-a bu günə qədər yaşamadığı, hətta xəyalına belə gətirə bilməyəcəyi qorxunc bir faciəni yaşada bilərik”, - deyildi.
Muxalifet2 - 24-05-2018
PREZİDENT 634 NƏFƏRİ ƏFV ETDİ - TAM SİYAHI - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında əfv sərəncamı imzalayıb.
Muxalifət.az-ın məlumatına görə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilir:
1.1. Abasov İlham Orucqulu oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2015-ci il 29 iyul tarixli hökmü ilə məhkum edilmişdir.Muxalifet2 - 24-05-2018
İyunda böyük HÜCUM BAŞLANACAQ: təmas xəttinə əlavə qüvvələr toplanır
Ukrayna ordusu Donetsk bölgəsində genişmiqyaslı hücuma hazırlaşır. Müharibə iyunda başlanacaq.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçev Ukraynanın hücuma hazırlaşdığını iddia edib.
Onun sözlərinə görə, Ukrayna hökuməti bu ölkədə fəaliyyət göstərən Rusiya informasiya resurslarına təzyiq göstərir.
“Bu, onu göstərir ki, Kiyev Donetsk bölgəsində genişmiqyaslı hərbi hücuma hazırlaşır və əvvəldən informasiya blokadası yaradır”, - deyə o bildirib.Muxalifet2 - 24-05-2018
Dövlət katibi erməniləri MƏYUS ETDİ – Pompeo “soyqırım”dan xəbərsizmiş
ABŞ dövlət katibi Mayk Pompeo qondarma erməni soyqırımı ilə bağlı suala cavab verməkdən imtina edib.
Muxalifət.az xəbər verir ki, bu barədə sual ona Dövlət Departamentində keçirilən toplantı vaxtı verilib.
Senator Davud Çiçilayn tərəfindən ünvanlanmış “Keçən əsrin əvvəllərində Osmanlı ərazilərində ermənilərə qarşı törədilmiş soyqırımı tanıyırsınız?” sualına Pompeonun cavabı belə olub:
“Bu suala cavab verə bilmərəm. Çünki nə baş verdiyi haqda məlumatsızam. Məsələ ilə tanış olduqdan sonra sizin sualınıza hansısa formada cavab verə bilərəm”.Muxalifet2 - 24-05-2018
Xalq şairi: “Mühacirlər öz sözlərini deməlidirlər, amma SÖYÜŞ OLMAMALIDIR”
Sabir Rüstəmxanlı: “Bu, şübhəsiz ki, Avropa dəyərləri səviyyəsində olmalıdır”
Muxalifet2 - 24-05-2018
Tiflis ağır durumda: 18 MİLYARD BORC...
2018-ci ildə Gürcüstan hökuməti 2 milyard lari (816,626 milyon dollar – red.) borc götürməyi planlaşdırır.
Götürüləcək borcun 1,6 milyardı xaricdən, 400 milyonu isə daxildən alınacaq. Hökumət bu borcun böyük hissəsini Qərb-Şərq avtomagistralının, yeni tunellərin tikintisinə xərcləyəcək.
Hökumətin bu addımı ölkənin borcunu bir qədər də artıracaq. Belə ki, cari ilin sonunda Tiflisin borcu 18,1 milyard lariyə (7,390 milyard dollar – red.) çatacaq ki, bu da 2013-cü ilin göstəricisindən 94% çoxdur.Muxalifet2 - 24-05-2018
Çempionlar Liqasının finalı İSTANBULDA OLACAQ
Bu gün Ukraynanın paytaxtı Kiyevdə UEFA idarə heyətinin toplantısı keçirilib.
Muxalifət.az xəbər verir ki, toplantıda 2019/2020 Çempionlar Liqası finalının Türkiyənin İstanbul şəhərində keçirilməsi qərarı alınıb.
Namizəd kimi “Atatürk Olimpiya Stadionu” göstərilib. Stadionun azarkeş tutumu 76 000 nəfərdir.
Ev sahibliyinə digər namizəd isə Lissabonun “Luz” stadionu idi.
UEFA Avropa Liqası final qarşılaşması isə Polşanın “Qdansk” komandasına verilib.Muxalifet2 - 24-05-2018
Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi - ŞOK TƏFƏRRÜAT
Şəki Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsmək istəyən şəxsin məhkəməsi başlayıb.
Muxalifət.az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Həşimov Rəşad Fikrət oğlunun məhkəməsinə hakim Xəqani Səmədov sədrlik edəcək.Muxalifet4 - 24-05-2018
"Qarabağ" 9 futbolçu ilə yolları ayırdı - RƏSMİ
Çempionatı birinciliklə tamamlayan "Qarabağ" 9 futbolçu ilə yolları ayırıb.
Muxalifət.az xəbər verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, eyni zamanda Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.
Onlarla yeni müqavilə imzalanmayıb./goal.az/Muxalifet4 - 24-05-2018
“İslami Cihad”dan “Qəzza” açıqlaması: TƏL-ƏVİVƏ HÜCUM EDƏCƏYİK
“İslami Cihad”ın sözçüsü Davud Shihab etdiyi açıqlamada, İsrailin Qəzzaya qarşı təcavüzü davam etdiyi halda, hərəkatin Təl-Əvivə hücum edəcəyini deyib.
Shihab, "Belə bir şeyi edə biləcək qabiliyyətimiz var. İtirəcək heç bir şeyimiz yoxdur. Sonra heç kəs bizi cəzalandırma hüququna malik olmayacaq. O zaman, Netanyahu, haqlı çıxmaq üçün yalanına davam edə bilər" deyib.Muxalifet3 - 24-05-2018
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
Ukrayna bəzi Rusiya kütləvi informasiya vasitələrini sanksiya siyahısına daxil edib.
Muxalifət.az RİA Novosti-yə istinadən bildirir ki, Rossiyaseqodnya.rf, Sputniknews.com, Ria.ru, Rsport.ria.ru, 1prime.ru, Realty.ria.ru və rian.com.ua saytlarına giriş qadağan olunub.
“Rossiya seqodnya” MİA və “RİA Novosti” agentlikləri sanksiyalar siyahısında üç il müddətində qalacaq. Siyahı Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında dərc olunubMuxalifet4 - 24-05-2018
“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” - Baş redaktordan generala ŞOK İTTİHAMLAR
Mətbuat Şurası İdarə Heyətinin keçmiş üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb.
Muxalifət.az-ın “AzPolitika.info”ya istinadən məlumatına görə, baş redaktor “Facebook”da paylaşdığı “Respublika Dövlət Yol Polisinin inzibati binasında açıq rüşvət yığılır” adlı yazısında rəhbəri olduğu qəzetin adı çəkilməyən əməkdaşından BDYPİ-də 1000 manat rüşvət alındığını iddia edib.
Muxalifet4 - 24-05-2018
''Oğlumun ağzını bıçaqla kəsən cəzasız qalıb''
“Oğlumun ağzını bıçaqla kəsib. Kəsəndə də deyib ki, bunu sənə ömürlük bir damğa kimi vururam. Hər güzgüyə baxanda məni xatırlayarsan”.
Muxalifət.az bildirir ki, Göyçay rayon sakini Mais Həmidov Meydan TV-yə belə deyib.
Martın 2-də Göyçayda 26 yaşlı Kamran Həmidovun ağzı bıçaqla kəsilib. Atası deyir ki, oğluna bunu edən qonşuları Rəşadət Kərimovdur.Muxalifet4 - 24-05-2018
Ermənistan ordusunda “rus təmizliyi”: Yeni qərargah rəisi bu general olacaq
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan istefaya göndərildi.
Muxalifət.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün baş qərargah rəisi postuna yeni şəxsin təyinatının olacağını açıqlayıb.
Ermənistan mediası isə hərbi mənbələrə istinadən yeni baş qərargah rəisinin Onik Qasparyanın olacağını yazıb.
O.Qasparyan baş qərargah rəisinin birinci müavinidir. O, bu vəzifəyə ötən ilin iyununda Serj Sarkisyan tərəfindən təyin olunmuşdu.Muxalifet4 - 24-05-2018
İsveçli keşişdən bir yazı: “MÜSƏLMANLIQ NƏ QƏDƏR QORXULUDUR”?
İsveç Kilsə Birliyi Sol Region sədri Ştefan Lindquist-in sosial mediada Müsəlmanlar haqqında yazdığı məqalə rekord paylaşmalarla özünü göstərdi.
Muxalifet3 - 24-05-2018
Ərdoğan Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb
Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb.
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.Muxalifet4 - 24-05-2018
Əfv siyahısında 11 nəfər tanınmış şəxs var - SİYAHI
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda 11 nəfər tanınmış şəxsin adı yer alıb.
Muxalifət.az xəbər verir ki, bunlar şair Saday Şəkərli (Şəkərov), Nardaran hadisələrinə görə həbs edilən Nadir Babayev, Əliağa Qasımov, Hilal Cabbarov, Ələkbər Qurbanov, Fail Şahbazov, Natiq Şahbazov, "hicab aksiyası"nda həbs olunan David Kərimov, Elşad Rzayev, AXCP üzvü Elnur Fərəcov, "Eurovision" keçirilən zaman tutulmuş Valeh Abdullayevdir.Muxalifet4 - 24-05-2018