Axtarış
The search found 105785 results in 0.162 seconds.
Search results
"Etdiklərimiz Ermənilərin planı ilə üst-üstə düşür. Belə olmaz" - Azərbaycanlı polkovnikdən AÇIQLAMA
Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur.
Muxalifet.az xəbər verir ki, bu fikri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi KİV-lərdə yayılan məlumatlarla əlaqədar azərtac -a açıqlamasında deyib.Muxalifet3 - 23-05-2018
Lirə tarixi minimuma endi: Türkiyə əlavə tədbirlər görür
Əlavə tədbirlər görmüşük, bunu davam etdirəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Türkiy Baş naziri Binəli Yıldırım lirənin dollar qarşısında dəyər itirməsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, türk lirəsi ölkədə növbədənkənar prezident seçkisinin elanından sonra 18% dəyər itirib. Son bir ay ərzində Türkiyədə lirənin dəyəri dollar qarşısında həddən artıq ucuzlaşıb. Hazırda dollar Türkiyədə 4,84 lirədir. Bu isə tarixi rekord sayılır.
Muxalifet3 - 23-05-2018
İspaniyada partlayış: ölənlər var
İspaniyada pirotexniki vasitələrin partlaması nəticəsində 4 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, hadisə Pontevedredə baş verib. Partlayış zamanı həmçinin 12 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Muxalifet3 - 23-05-2018
Azərbaycanda ilk dəfə Rusiya helikopterləri təmir edildi
Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib
Muxalifet.az-ın məlumatına görə, "Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli helikopterlərin əsaslı təmirini həyata keçirib.
Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ("Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilib.Muxalifet3 - 23-05-2018
Ərdoğandan devalvasiya açıqlaması: Yalnızıq...
Valyuta sahəsində baş verən çalxalanma sadəcə ölkəmizlə bağlı deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Qlobal sferada valyuta bazarında müəyyən dəyişikliklər müşahidə edilir. İnkişaf etməkdə olan ölkələrdə bunun təsiri daha çox hiss edilir. Hər mənada yalnız buraxılan Türkiyədə də bu sınaq qarşısında da yalnızdır. Maliyyə bazarlarındakı proseslərin iqtisadiyyatımızla bir əlaqəsi yoxdur. Öhdəsindən gələ bilməyəcəyimiz bir problem də yoxdur”, - deyə dövlət başçısı bildirib.Muxalifet3 - 23-05-2018
Naxçıvanda vergiylə bağlı qanun pozuntuları — FAKTLAR AÇIQLANDI
Naxçıvanda vergiylə bağlı qanun pozuntuları — FAKTLAR AÇIQLANDINaxçıvanın 31 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Muxalifet3 - 23-05-2018
DİQQƏT: Ölkədə ev tikmək qaydaları qəlizləşdi - QANUN TƏSDİQLƏNDİ
Ekspert: “Bu qərarın verilməsi müvafiq icra strukturlarının müdaxiləsini genişləndirəcək” Azərbaycanda tikinti qaydalarına dəyişiklik edilib.
Muxalifet3 - 24-05-2018
Birinci qrup əlilin ailəsi 28 ildir ev növbəsindədir, 4 MİN MANAT "ŞAPKA" İSTƏYİRLƏR - Prezidentə müraciət
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsəi, İ.Ağayev küçəsi ev 2, mənzil 5-də yaşayan Şəki şəhəri, V.İbrahimov küçəsi, ev 2 “A”-da qeydiyyatda olan Kərimova Şahilə Əmircan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və digər səlahiyyətli şəxslərə müraciət edən şikayətçi yazır: “Mən 1953-cü ildə Şəki şəhərində anadan olmuş, 2000-ci ilə qədər burada yaşamış və ailə həyatı qurmuşam. Həyat yoldaşım Kərimov İsmayıl Nağı oğlu işdə istehsalat xəsarəti alaraq 1-ci qrup əlil olmuşdur.
Muxalifet4 - 24-05-2018
ŞOK: Ramil Usubov da göstəriş verdi, Qaradağ polisi evi dağıdılan vətəndaşın TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMİR
Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanda yaşayan Hacıyev Gülverdi və həyat yoldaşı Hacıyeva Nərgiz Zərbala qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 24-05-2018
ABŞ-ı S-400 XOFU BÜRÜDÜ
ABŞ-ın dövlət katibiMayk Pompeo, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini almamasını ümid etdiklərini deyib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo, Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində xarici siyasət hədəflərini açıqlayıb, sualları cavablandırıb.
Pompeo, NATO üzvləri haqqında verilən bir suala, Türkiyəylə bağlı qiymətləndirmələr aparıb.
Pompeo, “Türkiyənin NATO müttəfiqi olmasına ehtiyacımız var. Davranışlarında NATO-nun məqsədlərini əks etdirmələri lazımdır" – deyib.
Muxalifet3 - 24-05-2018
Xamneyi İranın nüvə müqviləsi ilə BAĞLI ŞƏRTLƏRİNİ AÇIQLADI
İran lideri Ayətullah Əli Xamneyi nüvə müqaviləsinin davamı üçün İranın şərtlərini açıqlayarkən, ABŞ və Trampı da sərt tənqid edib.
Tehrandakı iqamətgahında ölkənin hərbi və siyasi liderlərini qəbul edən Xamneyi, dövlət televiziyasında yayımlanan çıxışında, nüvə müqavilə məsələsinə və ABŞ rəhbərliyindən gələn İran əleyhinə açıqlamalara toxunub.Muxalifet3 - 24-05-2018
Səudiyyə Ərəbistanına BALLİSTİK RAKET HÜCUMU
Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Cazan şəhərinə atdığı balistik raketin havada məhv edildiyi bildirilib.
Səudiyyə Ərəbistanının dövlət televiziyası “El-Ahbariyyə”nin xəbərinə görə, hava müdafiə qüvvələri, Husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketi Cazan şəhəri səmalarında məhv edib.
Digər tərəfdən, Husilərə aid “El-Mesira” televiziyasının xəbərində, Husilərin Bədr-1 tipli ballistik raketlə Cazan limanını hədəfə aldığı iddia edilib.Muxalifet3 - 24-05-2018
Tramp dünyanı yeni BÖHRANA SÜRÜKLƏYƏCƏK! GÖSTƏRİŞ VERDİ
ABŞ prezidenti Donald Tramp, idxal avtomobil və avtomobil hissələrinin ölkəsinin milli təhlükəsizliyini təhdid edib etmədiyinin araşdırılması göstərişini verib. ABŞ Ticarət Nazirliyi tərəfindən aparılacaq araşdırmanın, idxal avtomobil və avtomobil hissələrinə gömrük vergiləri gətirilməsinə səbəb ola biləcəyi bildirilib.
Tramp, yazılı açıqlamasında, ABŞ-ın ticarət naziri Wilbur Rossun idxal avtomobil və avtomobil hissələrinin ölkənin milli təhlükəsizliyinə yönəlik təsirlərinin araşdırılmasını istədiyini bildirib.
Tramp bunları qeyd edib:Muxalifet3 - 24-05-2018
Dollar oyununun arxasında DAYANANLAR İFŞA OLDU
Türkiyə 24 iyun seçkilərinə gedərkən iqtisadi hücumla üz-üzə qalıb. FETÖ-nun ağaları masonlar və daxildəki tərəfdaşları bütün müsbət iqtisadi göstəricilərin əksinə, "böhran havası" yaradıb, seçki nəticələrinə təsir etməyə çalışır. Mütəxəssislər 4,92 lirəyə qədər qalxan dolların iqtisadi zərbə ssenarisi olduğunu bildirir.
Muxalifet3 - 24-05-2018
Plan ortaya çıxdı! - "MƏSCİD-İ AKSA"nı DAĞIDACAQLAR
Qüdsü Yahudilləşdirmə yolunda İsrailin paytaxtı elan edən və səfirliyini şəhərə daşıyan ABŞ-ın "Məscid-iAksa"nın sökülməsini istəyən planı ifşa olub. ABŞ-ın səfiri Devid Friedmana İsrailin Bnei Brak şəhərini ziyarətində hədiyyə edilən Qüds şəklinin yer aldığı fotoşəkildə "Məscid-i Aksa"nın yerinə Süleyman Məbədinin inşa edilmiş vəziyyəti göstərilib.
Muxalifet3 - 24-05-2018
NAZİRLİK HƏRƏKƏTƏ KEÇDİ: Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Hasarlamaların ən çox olduğu rayonlar açıqlandı
Azərbaycanda məmurlar və oliqarxlar tərəfindən əldə edilən on min hektarlarla torpağın geri alınmasına başlanılıb. Son illərdə kənd təsərrüfatının prioritet əkinçilik sahələrinin genişləndirilməsi xətti tutan hökumət əkinəyararlı torpaq sarıdan ciddi problemlərlə üzləşmişdi.
Muxalifet4 - 24-05-2018
Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT - FOTO
Lotu Qulinin Rusiyanın Ural regionu üzrə "valisi" Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.
Muxalifet4 - 24-05-2018
İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq
İsrail parlamentinin deputatları "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.
Virtualaz.org bildirir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat yayıb.
Naraqlıdır ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda verilən qərar əvvələr bu kimi təşəbbüsləri bloklamağa çalışan hökumət tərəfindən normal qarşılanıb və heç bir etiraza səbəb olmayıb.Muxalifet4 - 24-05-2018
BÖYÜK GÜCLƏRDƏN BAKIYA TƏHDİD – Azərbaycan İran, ABŞ və İsrail arasında qalıb
Azərbaycanla həmsərhəd regionda və bilavasitə bizim qonşuluğumuzda yeni, proqnoza az yatımlı təhlükəli proseslər başlayıb. Vəziyyətin ölkəmizdən ötrü riskliliyi həm də ondadır ki, proseslərdə qarşı duran tərəflərin, demək olar, hamısı ilə bizim ya müttəfiqlik (Türkiyə), ya strateji tərəfdaşlıq (İsrail və ABŞ) əlaqələrimiz var, ya da mehriban qonşuluq əlaqələrinə malikik (İran). Fələstin xalqı timsalında ümum-islam, ümum-ümmət maraqlarını gözləmək imperativi isə Azərbaycanın durumunu başqa yandan həssas edir.
Muxalifet4 - 24-05-2018
Şimali İraqda 23 km təmizləndi! O DÜŞƏRGƏLƏR ARTIQ TÜRK ƏSGƏRİNDƏ
Türkiyə sərhədindən İraqın şimal ərazilərinə doğru 23 kilometrlik ərazini terrorçulardan təmizləyən Türk əsgəri, açdığı və hazırda inşası davam edən yeni yollarla da bu düşərgələri həm bir-birinə, həm də Türkiyəyə bağlayıb.
11 martdan bu yana qətiyyətlə davam edən əməliyyatda bu ana qədər 131 terrorçu zərərsizləşdirilib, çox sayda partlayıcı, sursat ələ keçirilib.Muxalifet3 - 24-05-2018