Axtarış
The search found 105785 results in 0.082 seconds.
Search results
Ərdoğana HÜCUM ETMƏYƏ BAŞLADILAR
Türkiyədə keçiriləcək seçkilərə istiqamət vermək istəyən Avropa, prezident Ərdoğan əleyhində təbliğatı sürətləndirib.
Türkiyədə keçirilən bütün seçkilərə müdaxilə etməyə çalışan Avropa mediasının hədəfi yenə də prezident Rəcəb Tayyib Ərdoğan oldu.
Fransada nəşr edilən “Le Point” jurnalı bu həftə üz qabığına Ərdoğanı çıxarıb.
PARİS KÜÇƏLƏRİ DÖYÜŞ MEYDANI
Parisdə davam edən nümayişləri görməzdən gələn jurnal, ölkədə yaşayan Türk vətəndaşlarının səs seçimini dəyişmək üçün çirkli bir kampaniyaya başlayıb.Muxalifet3 - 24-05-2018
Deputat Əli Məsimli ölkə iqtisadiyyatının durumunu şərh etdi:"ƏHALİNİN HƏR 4 NƏFƏRİNDƏN BİRİNİN BANKA BORCU VAR" - MÜSAHİBƏ
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Strateq.az saytına müsahibə verib. İqtisadçı-deputat 2015-ci il devalvasiyasından sonra ölkə iqtisadiyyatının müxtəlif sahələrində hökm sürən dərin tənəzzül və onlardan qurtulma yolları haqda fikirlərini açıqlayıb.
Muxalifət.az həmin müsahibəni təqdim edir:Muxalifet2 - 24-05-2018
Yasamalda 2010 yaşayış və qeyri-yaşayış obyekti SÖKÜLƏCƏK - İclas çağırıldı
Yasamal Rayon İcra Hakimiyyəti ictimai islas çağırıb. İcra Hakimiyyəti bununla bağlı rayon sakinlərinə müraciət edib.
Muxalifet2 - 24-05-2018
Zəhərlənən Rus casusunun QIZI İLK DƏFƏ DANIŞDI
Atası Sergey Skripal ilə birlikdə İngiltərədə sinir qazı ilə zəhərlənən Yulia Skripal, "Ölkəmə geri dönməyi ümid edirəm" deyib.
İngiltərənin Salisbury şəhərində zəhərlənən Rus casusu Sergey Skripalin qızı Yulia Skripal, hücumdan sonra ilk dəfə mediaya danışıb. Təxminən 5 həftə müalicə gördükdən sonra evə buraxılan Yulia Skripal, “Reuters” xəbər agentliyinə açıqlama verib.Muxalifet3 - 24-05-2018
Avropa şirkətləri İranı tərk edəcək, sonra isə... - MERKEL
Avropa şirkətlərinin bir hissəsi böyük ehtimalla ABŞ sanksiyaları ucbatından İranı tərk edəcəklər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib. O, İranı tərk edən Avropa şirkətlərinin yerini Çin şirkətlərinin doldurmasının Pekinin qərarı olacağını bildirib. Merkel həmçinin Berlinin bundan sonra da İranla nüvə razılaşmasına hörmətlə yanaşacağını deyib:
“Razılaşmaya gəlincə isə bu, ideal deyil. Başqa variantlar buna nisbətdə daha qeyri-stabildir, ona görə də biz bu razılaşmaya hörmət edəcəyik”.Muxalifet2 - 24-05-2018
Ədliyyə orqanlarında işləmək istəyənlər İMTAHAN VERƏCƏK
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. İmtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.
Muxalifet2 - 24-05-2018
Ekspertdən problemli kreditlərin həlli ilə bağlı UNİKAL TƏKLİF: "Neft bahalaşıb, hökumət gələn gəlirlərin bir hissəsini bu istiqamətə yönəldə bilər”
“2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib”. Strateq.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. “İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir.
Muxalifet2 - 24-05-2018
Balakəndə narkobaron həbs edildi: Evindən tapılanlar ŞOK ETDİ
Balakəndə narkobaron həbs edilib, onun yaşadığı evdə narkotik vasitələri istehsal etmək üçün laboratoriya və silah-sursat aşkarlanıb.
Muxalifet2 - 24-05-2018
ABŞ-ın Türkiyənin S-400 almasının NİYƏ ƏLEYHİNƏ OLDUĞU BƏLLİ OLDU
Türkiyənin Rusiyadan hava müdafiə sistemi S-400 almaması üçün səy göstərən ABŞ-ın Hərbi Hava Qüvvələri komandanı Hazer Uilson, "Rusiyanın S-400-ləri hava nəzarət və idarəetmə təyyarələrimizi vurar" - deyib.
Uilson, bir müharibə çıxdığı təqdirdə ABŞ-ın hava nəzarəti üçün ən çox güvəndiyi “Northrop Grumman E-8” nəzarət, idarəetmə təyyarələri və “JSTARS” radar sisteminin də S-400 qarşısında təsirsiz qalacağını deyib.
S-400 ÜÇÜN ASAN HƏDƏFLƏR
Muxalifet3 - 24-05-2018
Bağdadda dəhşətli PARTLAYIŞ: 7 ölü, 16 yaralı
İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfər həlak olub.
Məlumata görə, partlayış paytaxtda yerləşən parklardan birində baş verib. Kamikadze tərəfindən partlayış nəticəsində həmçinin 16 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu parka daxil olan vaxtdan izləsələr də, partlayıcı qurğunu işə salmasının qarşısını ala bilməyiblər.Muxalifet2 - 24-05-2018
Metroda insident: GƏNC ÖZÜNÜ RELSİN ÜSTÜNƏ ATDI
Bu gün saat 09:25-də Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.
Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.Muxalifet2 - 24-05-2018
Türkiyə, Rusiya və İran sərhəd boyunca HƏRBİ QÜVVƏLƏRİNİ BİRLƏŞDİRDİ
Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.Muxalifet2 - 24-05-2018
Zöhrə Abdullayevanın oğlu VƏFAT ETDİ
Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayevanın oğlu vəfat edib.
Bu barədə Ölkə.az-a sənətçinin yaxınları məlumat verib.
Qeyd edək ki, əməkdar artistin oğlu uzun müddətdir beynin xərçəngindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!Muxalifet2 - 24-05-2018
Yalançı mollalar məsuliyyətə cəlb olunacaq - YENİLİK
"İndən belə yalançı mollalar məsuliyyətə cəlb olunacaq".
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "Par İNN" oteldə "Azərbaycan Xalq Cümhuriyyəti-100il : dövlət-din münasibətləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, məscidlərdə yalnız rəsmi təyinatlı din xadimləri çalışa bilər:Muxalifet2 - 24-05-2018
"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - DEPUTATDAN ANONS
Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.
Muxalifət.az xəbər verir ki, təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov modern.az-a açıqlama verib.Muxalifet2 - 24-05-2018
Tarixin ən böyük XƏZİNƏSİ TAPILDI
İspan donanmasına aid “San Xose” adlı gəminin üç əsr boyu okeanın altında qalan xəzinələrlə dolu dağıntının olduğu rəsmi etiraf olunub. Ekspertlərə görə, gəmidəki qızıl və qiymətli əşyaların dəyəri 4 ilə 18 milyard dollar arasındadır.
Muxalifet3 - 24-05-2018
Türkiyədə hərbi hissədə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 81 hərbçi hospitala yerləşdirildi
Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində kütləvi zəhərlənmə baş verib.
Muxalifət.az xəbər verir ki, 81 hərbçi zəhərlənmə diaqnozu ilə hərbi hospitala yerləşdirilib.
Məlumata görə, hadisə hərbi hissədə dezinfeksiya işləri aparıldıqdan sonra baş verib. Zəhərlənmənin də bu səbəbdən olması ehtimal edilir.
Hazırda xəstəxanaya yerləşdirilmiş hərbçilərin durumu normal qiymətləndirilir./trend/Muxalifet2 - 24-05-2018
Rusiyalı milyarder İSRAİLƏ KÖÇÜR
Rusiyalı milyarder Roman Abramoviç İsrailə köçə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İsrael Hayom” qəzeti yayıb. Qəzet Abramoviçin bu gün İsrailə gələ biləcəyini deyib. Onun İsrailin Təl-Əviv şəhərinin Neve-Tsedek rayonunda yaşayacağı iddia edilir. Belə ki, artıq burada Abramoviç üçün böyük evin tikintisinə başlanılıb.
Qeyd edək ki, Britaniya bundan öncə Abramoviçə viza verməkdən imtina edib. Buna səbəb Abramoviçin öz maliyyə mənbələri haqda məlumat verməməsi olub.Muxalifet2 - 24-05-2018
“Son dövrlərdə ailələrdə qadınlar kişilərdən daha çox irəli gedir” - HİCRAN HÜSEYNOVA
“Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir”.
Muxalifət.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.Muxalifet2 - 24-05-2018
Avropa çempionu Bakıda qan tökdü – CƏZASINI ALDI
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinən 1983-cü il təvəllüdlü Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Xətai Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai Məmmədov Nərimanov rayonunda dostu Niyaməddin Rüstəmovla şəxsi münasibətlər zəminində mübahisə edib.Muxalifet2 - 24-05-2018