Axtarış

The search found 105785 results in 0.127 seconds.

Search results

  1. Əhalinin tibbi müayinəsi yekunlaşdı - 338 mindən çox şəxsdə yeni xəstəliklər aşkarlandı

    Səhiyyə Nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
     
    Muxalifət.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Müraciət edənlərin 338013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

    Muxalifet4 - 23-05-2018

  2. Sürücülərin NƏZƏRİNƏ: sabah bu yollar bağlı olacaq

    Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
     
    Muxalifət.az bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

    Muxalifet4 - 23-05-2018

  3. Məhkəmə "Bulaq" restoranında silahlı insident törədənlərin cəzasını artırdı

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
     
    Muxalifət.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.
    Qərara görə, prokurorun protesti təmin edilib.

    Muxalifet4 - 23-05-2018

  4. “Ərdoğan faiz lobbisinə MÜHARİBƏ ELAN EDİB”

    Professor Əbubəkr Sofuoğlu, Türkiyə prezidenti Ərdoğanın faiz lobbisi ilə böyük bir müharibəyə girdiyini, Ərdoğanın seçki riskinə baxmayaraq faizi qaldırmadığını və bunun bir inqilab olduğunu deyib.
     
    Sakarya Universitetinin müəllimi professor Əbubəkr Sofuoğlu, dolların yüksəlməsi ilə bağlı, "Prezident Ərdoğan seçki riskinə baxmayaraq, sələm və sələm lobbisi ilə böyük bir müharibəyə girdi" deyərək “Prezidentin arxasında durun” çağırışı edib.
     Sofuoğlu Türkiyəyə iqtisadi hücumun başladığını deyib.
     
    SƏLƏM ÇAĞIRIŞLARI BAŞLADI
     

    Muxalifet3 - 23-05-2018

  5. Üç gün sonra əsl qətliam üçün... - DƏHŞƏTLİ PLAN - VİDEO

    Mayın 26-da İngiltərənin “Liverpul” və İspaniyanın “Real” futbol komandaları Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında qarşılaşacaqlar. Azarkeşlər bu futbol tamaşasını səbirsizliklə gözləyirlər. Amma xoşagəlməz sürprizlər də ola bilər. Söhbət son illərdə idman tədbirlərində tez-tez qarşılaşdığımız terror aktlarından gedir.
     
    Məsələ bundadır ki, son illərdə dünyanın “bir nömrəli terror qruplaşması” sayılan İŞİD “Liverpul” və “Real”ın azarkeşlərini terror aktı ilə hədələyib.
     

    Muxalifet4 - 23-05-2018

  6. DİM-in hazırladığı imtahan suallarında səhv aşkarlandı - FOTOFAKT

    Qəbul imtahanlarında iştirak edən şəxslərin psixoloji vəziyyətini, onların valideynlərinin, yaxınlarının narahatlığını nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi (DİM) tərtib olunmuş test tapşırığına və onların cavablarına maksimum dərəcədə ciddi nəzarət etməlidir. Amma təəssüf ki, zaman-zaman təcrübəli şəxslər tərəfindən çox ciddi şəkildə səhvlərə yol verilir.
     

    Muxalifet4 - 23-05-2018

  7. Arzu Əliyeva AXC ilə bağlı film çəkdi - GİRİŞ PULSUZDUR

    Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.
     
    Muxalifət.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək.
    Daha sonra isə 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq.

    Muxalifet4 - 23-05-2018

  8. ERMƏNİLƏRDƏN NÖVBƏTİ HƏYASIZLIQ:“Naxçıvanı Ermənistana qaytarmalıyıq”

    Mariam Qriqoryan 1in.am (Ermənistan), 22.05.2018 Ermənistan müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Naxçıvan istiqamətində sərhədin cənubi-qərb hissəsinə baş çəkiblər. Bu haqda Müdafə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz “Facebook” səhifəsində yazıb: “Nazirlər əməliyyat şəraiti ilə yerində tanış olaraq qoşun birləşməsinin komandanlığıyla sərhəd xidmətinin özəlliklərini müzakirə ediblər. Nazir Tonoyan komanadanlığa həmişə sayıq olmağı, fitnəyə uymamağı və düşmənin istənilən qəsdinin qabağını almağı tapşırıb”.

    Muxalifet4 - 23-05-2018

  9. Tramp Avropa İttifaqına “polad” müharibəsi elan edir - ABŞ prezidenti qərarında israrlıdır

    ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından polad və alüminium idxalının 10 faiz azaldılmasında israrlıdır.
     
    Muxalifət.az azərtac-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Avropa Komissiyasının nümayəndəsi məlumat verib. ABŞ-da çıxan Wall Street Journal (WSJ) qəzeti daha əvvəl Aİ ilə ABŞ arasında ticarət danışıqlarında iştirak edən Polşanın iqtisadiyyat və texnologiyalar naziri Yadviqa Emileviçin oxşar sözlərini sitat gətirib.

    Muxalifet4 - 23-05-2018

  10. Mayın 24-nə MANATIN MƏZƏNNƏSİ

    Mayın 24-nə manatın məzənnəsi açıqlanıb.
     
    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 24.05.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il mayın 23-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet4 - 23-05-2018

  11. Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərdi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
     
    Muxalifət.az-ın məlumatına görə, məktubda deyilir:
     

    Muxalifet4 - 23-05-2018

  12. Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verildi

    Bu gün 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) İnformasiya və Analitik Təhqiqatlar Şöbəsinin müdir müavini Səadət Zeynalovanın komissiyanın sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.
     

    Muxalifet4 - 23-05-2018

  13. ABŞ-ın F-35 qırıcısını Türkiyəyə verəcəyi tarix məlum oldu

    ABŞ yeni nəsil qırıcı-bombardmançı F-35 təyyarəsini Türkiyəyə iyunun 21-ə təhvil verəcək.
     
    Muxalifət.az bildirir ki, Trend bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verir.
    Qeyd olunur ki, bu Türkiyənin əldə etdiyi ilk F-35 olacaq. Bununla belə, həmin təyyarə noyabr ayınadək ABŞ-da qalacaq.
    Bu müddət ərzində Türkiyə pilotları təlimlər keçəcək.

    Muxalifet4 - 23-05-2018

  14. ABŞ-a hədə: SONU SƏDDAM KİMİ OLAR!

    İran İnqilab Mühafizəçiləri, ölkələrinə hücum etdiyi təqdirdə ABŞ-ın Səddam Hüseynlə eyni taleyi bölüşəcəyini söyləyib.
    Müxalifət.az

    Muxalifet3 - 23-05-2018

  15. AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi təxirə salındı

    "AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi bu ilin iyun ayınadək təxirə salınıb".
     
    Muxalifət.az xəbər verir ki, bunu "Report"un Qərbi Avropa bürosuna Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.
    Onun sözlərinə görə, seçkilər bu ilin iyununda Fransanın Strasburq şəhərində keçiriləcək: "Hələlik bu vəzifəyə namizəd yoxdur".

    Muxalifet4 - 23-05-2018

  16. Bakıda ana və azyaşlı oğlu itkin düşüb

    Bakıda ana və azyaşlı oğlu itkin düşüb.
     
    Muxalifət.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
    Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Vüsalə Həsənova 7 yaşlı oğlu Adəmlə birlikdə evdən çıxıb və geri qayıtmayıb.
    Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda ana ilə oğlunun axtarışları davam etdirilir.(report)

    Muxalifet4 - 23-05-2018

  17. Azərbaycanda 200 manatlıq pullar dövriyəyə buraxılır - FOTO

    Gələn aydan Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.
     
     "APA-Economics"in məlumatına görə, bu gün yeni əskinasın təqdimat mərasimi keçirilib.
    Yeni əskinasların nə vaxt dövriyyəyə buraxılacağı məlum deyil.

    Muxalifet4 - 23-05-2018

  18. ​“Dedim, ailə şəkillərini poz…” –Quldurluq edən dostların ETİRAFLARI - VİDEO

    Bakıda quldurluq edən şəxslər tutulub.
     
    Muxalifət.az ARB TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd telefonunu əlindən alıblar.
     

    Muxalifet4 - 23-05-2018

  19. Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

    Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
     
    Muxalifət.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

    Muxalifet4 - 23-05-2018

  20. Mnatsakanyan : "Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"

    “Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir”.
     

    Muxalifet4 - 23-05-2018

Pages