Axtarış

The search found 105785 results in 0.063 seconds.

Search results

  1. Ağdamda 32 yaşlı kişi bıçaqlandı

    Ağdamda 32 yaşlı kişi bıçaqlanıb.
     
    Muxalifət.az xəbər verir ki, hadisə rayonun köçkünlər üçün salınmış İmamqulubəyli qəsəbəsində baş verib. Qəsəbə sakini Dadaşov Səxavət Süleyman oğlu münaqişə zəminində bıçaq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
    Faktla bağlı Ağdam Polis Şöbəsində cinayət işi açılıb.
    S. Süleymanovun kim tərəfindən bıçaqlandığı araşdırılır./apa

    Muxalifet4 - 23-05-2018

  2. Prezident Bakıda məktəblərin təmir və tikintisinə 40 milyon manat ayırdı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
     
    Muxalifət.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb.
     

    Muxalifet4 - 23-05-2018

  3. NATO zabitləri Bakıda təlim keçirlər - VİDEO/FOTOLAR

    Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.
     
    Muxalifət.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.
    Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

    Muxalifet4 - 23-05-2018

  4. ​Rüstəm İbrahimbəyov bütün bunları bilmirdimi? - Deputat

    2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.
    Muxalifet.az xəbər verir ki, bunu azərtac -a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

    Muxalifet3 - 23-05-2018

  5. AÇIQLAMA: Azərbaycandan Səməd Seyidovun yerinə korrupsiyaya bulaşmamış bir nümayəndə gəlməlidir... - Şennak

    AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək.
    Muxalifet.az xəbər verir ki, bunu apa -ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

    Muxalifet3 - 23-05-2018

  6. ​ABŞ yalnız Koreyanı təhdid etmir, həmçinin... - Zaxarova

    ABŞ-ın Şimali Koreya üçün Liviya ssenarisi tətbiq edəcəyi istiqamətindəki təhdid bütün region üçün təhlükə yaradıb və bir güc ssenarisinin həyata keçirilməsi vəziyyətində nələr ola biləcəyini ortaya qoyub.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
    "Əslində ABŞ yalnız Şimali Koreyanı Liviya ssenarisi ilə təhdid etmir, bütün regionu təhdid etmiş olurlar. ABŞ NATO-ya üzv olan ölkələrdə yaşamayan heç kəsi insan yerinə qoymur", - Zaxarova söyləyib.
     

    Muxalifet3 - 23-05-2018

  7. ​Millimiz bu gün başladı: saat 18:00-da...

    Milli komandamız qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayıb.
    Milli komandanın mətbuat xidmətindən verilən xəbərə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxır.
    Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirilir.
    Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.
     

    Muxalifet3 - 23-05-2018

  8. ​Türkiyə “F-35”nin ilk uçuşu – VİDEO

    Türkiyənin müdafiə sənayesi katibliyi Türkiyə bayrağı altında ilk dəfə havaya qalxan beşinci nəsil “F-35A Lightning II” çoxfunksiyalı qırıcısının görüntüsünü yayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
    Görüntüdə ABŞ-ın Fort-Uerte aerodromundan qalxan qırıcının havada müxtəlif manevrlər etdiyini görmək olur. Tədarük müqaviləsinə əsasən, ABŞ Türkiyəyə ilk “F-35A” qırıcısını iyun ayında təhvil verəcək.

    Muxalifet3 - 23-05-2018

  9. ​Rəhmon Azərbaycan xalqını təbrik etdi

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, təbrik məktubunda deyilir: 
    “Hörmətli İlham Heydər oğlu.
    Ölkənizin milli bayramı – Respublika Gününün yubiley ildönümü münasibətilə böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Muxalifet3 - 23-05-2018

  10. ​Əgər Şimali Koreya biz deyəni etsə... - Pompeo

    Şimali Koreyada nüvə proqramını tamamilə ləğv etsək, ABŞ Koreya xalqı üçün həyat şəraitini daha da yaxşılaşdıracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo söyləyib.
    Pompeo Trampın Kim Çenlə görüşdən imtina barədə açıqlamasına münasibət bildirərkən deyib ki, hazırlıqlar tam sürətlə davam etdirilir. Heç bir dəyişiklik yoxdur.
     

    Muxalifet3 - 23-05-2018

  11. ​İbrahimbəyov həbs oluna bilərmi? – Vəkil açıqladı

    Yazıçı, ssenarist Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” adlı filmində azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Sözügedən film ictimaiyyətdə böyük müzakirələrə yol açıb. Bir sıra dövlət rəsmiləri İbrahimbəyovun bu filmini sərt şəkildə tənqid ediblər.

    Muxalifet3 - 23-05-2018

  12. ​ABŞ diplomatı Çində hücuma məruz qaldı: qeyri-adi səs...

    Çində konsulluğumuzun bir diplomatı hücuma məruz qalıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Mayk Pompeo verib.
    Pompeo bildirib ki, diplomat Kubadakı konsulluq işçisi kimi bənzər hücuma məruz qalıb və qeyri-adi səsin təsirinə məruz qalıb. ABŞ və Çin hadisəni araşdırır. Ekspert qrupları hadisənin baş verdiyi Quançao şəhərinə göndərilib.
    Qeyd edək ki, bir müddət öncədə ABŞ-ın Havanadakı diplomatı ailəsi ilə birgə qeyri-adi səsin təsirindən eşitmə qabiliyyətində problem yaşamışdı.
     

    Muxalifet3 - 23-05-2018

  13. ​ADB son 7 ildə Azərbaycana nə qədər vəsait ayırıb?

    Asiya İnkişaf Bankı (ADB) 2011-2017-ci illərdə Azərbaycana 4 930 380 min ABŞ dolları məbləğində vəsait ayırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bankın "2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər" hesabatında bildirilir.
    Hesabaat görə, həmin vəsaitlərin 3 922 720 min dolları yaxud 79,56%-i suveren kreditlər və zəmanətlər, 992 mln. dolları və yaxud 20,12%-i qeyri-hökumət kreditləri, 15,66 mln. dolları və yaxud 0,32%-i isə texniki dəstək proqramlarına ayrılmış vəsaitlər olub.

    Muxalifet3 - 23-05-2018

  14. ​Lavrov Şimali Koreyaya gedir: Trampla görüş öncəsi...

    Rusya Xarici İşlər naziri Sergey Lavrov mayın 31-də Şimali Koreyaya səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, Lavrovun Şimali Koreya lideri Kim Çenlə görüşü nəzərdə tutulur.
    Sinqapurda Trampla keçiriləcək görüşün də müzakirəsi planlaşdırılır.
    Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 22-də Kubaya səfər edəcək.
     

    Muxalifet3 - 23-05-2018

  15. ​SON DƏQİQƏ: Türkiyə Rusiyaya qarşı müharibə elan etdi

    Türkiyə Ukraynaya 9,3 milyon türk lirəsi (təxminən 3,3 milyon manat) ayırıb. Bu soyuq müharibənin başlanğıcı kimi də qiymətləndirə bilər.
    Muxalifet.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu gün rəsmi Ankaranın Kiyevə nəzərdə tutulan hərbi-maliyyə əməkdaşlıq müqaviləsini təsdiq edib.
    Müqaviləyə əsasən, Türkiyə tərəfi Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün məhsul və xidmət idxalına, ukraynalı əsgərlərin Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzlərində qısa müddətli təhsil almasına şərait yaradacaq.
    Müqavilə 5 il ərzində qüvvədə qalacaq.
     

    Muxalifet3 - 23-05-2018

  16. ​Ərəb Birliyi bu ölkə ilə əlaqələrini dayandırdı

    Ərəb Birliyi İsraildəki səfirliyini Qüdsə köçürən Qvatemala ilə bağlı qərar verib.
    Muxalifet.az xəbər verir ki, qərara əsasən, ƏB Qvatemala ilə əlaqələrini dayandırıb.
    Bundan əlavə, 2013-ci ildə Qvatemala Xarici İşlər Nazirliyi ilə imzalanan bir anlaşma müqaviləsi də ləğv edilib.
    Ərəb Birliyi baş katibinin sözçüsü Mahmud Safi bu gün verdiyi bəyanatda Qvatemala ilə hər cür əməkdaşlığın dayandırıldığını bəyan edib.
     

    Muxalifet3 - 23-05-2018

  17. ​FHN olay yerində: Bakıda intihara cəhdin qarşısı alındı

    Bakıda intihara cəhdin qarşısı alınıb.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Muxalifet3 - 23-05-2018

  18. ​Əgər İngiltərə RT-yə əngəl yaratsa, biz də... - Puşkov

    "Rusiya Tudey"in yayımına İngiltərə əngəl yaradarsa, biz də BBC-yə qarşı eyni tədbirləri görərik.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib.
    Puşkov qeyd edib ki, İngiltərənin "Ofcom" media qurumu RT-yə qarşı 3 yeni cinayət işini açmağı planlaşdırır:
    "Əgər RT problemlərlə qarşılaşarsa, Moskva da eyni tədbirlər görəcək. Bu, Rusiyada həm televiziya, həm də radio fəaliyyəti göstərən BBC-yə ciddi zərbə olacaq".
     

    Muxalifet3 - 23-05-2018

  19. ​Messini saymadı, Mayamini seçdi – "Qarabağ"ın oyunçusu

    Türkiyə mətbuatı “Qarabağ”ın yarımmüdafiəçisi Donald Geryenin istirahətinə görə Argentina millisi ilə yoxlama oyunundan imtina etməsindən yazıb.
    Muxalifet.az-ın məlumatına görə, “Milliyət” qəzetində “Messini saymadı, Mayamini seçdi” başlığı ilə gedən yazıda Geryenin 1400 dollara otel sifariş etdiyi üçün Haiti millisinin heyətində Lionel Messiyə qarşı oyuna çıxmaq istəmədiyi qeyd olunub. Türkiyəli jurnalistlər Geryenin adi bir otel sifarişi üçün Messi kimi ulduzla qarşılaşmadan imtina etməsininin təəccüblə qarşılandığını bildiriblər.

    Muxalifet3 - 23-05-2018

  20. ​Ölkənin qızıl-gümüş bazarında qiymətlər bahalaşır

    Mayın 22-də Azərbaycanda qiymətli metalların qiyməti bahalaşmaqda davam edib.
    Muxalifet.az xəbər verir ki, qızılın qiyməti mayın 22-i ilə müqayisədə 5,5165 manat artaraq 1 troy unsiyası üçün 2197,08 manat təşkil edib.
    Gümüş 0,1632 manat bahalaşaraq 1 unsiya üçün 28,1479 manata bərabər olub.
    Platinin qiyməti 16,983 manat artaraq 1540,3615 manat, palladiumun qiyməti 3,077 manat artaraq 1685,38 manat təşkil edib.
     

    Muxalifet3 - 23-05-2018

Pages