Axtarış

The search found 105785 results in 0.065 seconds.

Search results

  1. ​Nazir məktəblərdəki sıxlığın SƏBƏBİNİ AÇIQLADI

    “Bakı məktəblərində 10 faiz sıxlıq var”.
    Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.
    O qeyd edib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: “Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək”. (apa)

    Muxalifet2 - 24-05-2018

  2. ​Peskovun keçmiş arvadı Türkiyədə saçını kəsdirib, kimə ərə getdi? - FOTO

    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovu keçmiş arvadı Yekaterina Solosinskaya ərə gedir.
    Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, ona evlilik təklifi Türkiyədə, Kappadokiyada yaşayan Andrey Qriqorev adlı hüquqşünas tərəfindən edilib. Özü də hava şarında gəzinti zamanı.
    Gəzintidən sonra isə Yekaterina Solosinskaya yerli türk bərbərin yanında saçlarını dibindən qırxdırıb. O, “Tatler” jurnalına müsahibəsində yeni imicinin ona uğur gətirəcəyini bildirib.

    Muxalifet2 - 24-05-2018

  3. ​Masonlar Türkiyəyə qarşı qorxunc planı HƏRƏKƏTƏ GƏTİRDİ: “Ərdoğanı bizə təslim edin”

    Türkiyədə dolların durmadan yüksəlməsi və lirənin dəyərdən düşməsi qardaş ölkədə ciddi narahatlığa səbəb olub.
    Muxalifət.az xəbər verir ki, Türkiyə mediası dolların yüksəlişinin 24 iyun seçkilərinə qarşı hazırlanmış oyun olduğunu yazır.
    “Haber7” portalında yayımlanan məqalədə bildirilir ki, Türkiyə iqtisadi zərbə ilə üz-üzə qalıb.

    Muxalifet2 - 24-05-2018

  4. ABŞ Suriyada İRAN BAZASINI VURDU

    Suriyanın dövlət mətbuatı, ABŞ-ın başçılıq etdiyi koalisiyanın sübh vaxtı İran İnqilab Qvardiyasına bağlı olduğu iddia edilən bir hərbi bazaya təşkil etdiyi hava hücumunda 12 milisin öldüyünü yazıb.
     
    İsrailin “Haaretz” qəzeti, ölən insanların Bəşər Əsəd rejiminə bağlı deyil, İranlı olduğu güman edilən əcnəbilər olduğunu bildirib.
    Suriya ordusundan bir hərbi mənbə, ölkənin cənub-şərqindəki Əbu Kamal ilə Hamimiyə arasında yer alan hərbi obyektlərin hədəfə alındığını deyib.

    Muxalifet3 - 24-05-2018

  5. ​İranın dini lideri ABŞ-a QARŞI ŞƏRTLƏR İRƏLİ SÜRDÜ – Xamaneyi Avropanı sazişə sadiq qalmağa, Vaşinqtona boyun əyməməyə çağırır

     “İranla yeni nüvə sazişi məsələsində Birləşmiş Ştatlarla Avropa ölkələri “kompromisdən çox uzaqdırlar”. Muxalifət.az “azadlıq.org-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri deyib. İranın ali dini lideri isə Avropa ölkələrini İranla daha sərt saziş tələblərini rədd etməyə çağırıb. “Kompromisdən çox uzağıq, iki fərqli yoldayıq”, – Almaniyanın xarici işlər naziri Heiko Maas mayın 23-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Vaşinqtonda 75 dəqiqəlik görüşdən sonra jurnalistlərə deyib.

    Muxalifet2 - 24-05-2018

  6. ​Trampdan İlham Əliyevə TƏBRİK MƏKTUBU

    ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib.
    Muxalifət.az xəbər verir ki, təbrik məktubunda deyilir:
    "Hörmətli cənab Prezident,
    Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm.

    Muxalifet2 - 24-05-2018

  7. ​Qarabağa görə İrəvan AYAĞA QALXDI: istefa tələbi

    Ermənistanın Kassasiya məhkəməsinin binası önündə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, etirazçılar S.Babayanın fotosu olan plakatları qaldıraraq, baş prokuror Artuq Davtyanı istefa verməyə çağırıb.
    Aksiyada “siyasi dustaqlara azadlıq” şüarları səsləndirilir.

    Muxalifet2 - 24-05-2018

  8. ​GÜNEY AZƏRBAYCAN MƏSƏLƏSİ İSVEÇ PARLAMENTİNDƏ

    Mayın 23-də İsveç parlamentində Güney Azərbaycan İstiqlalçilar Birliyinin (GAİB) təşəbbüsü ilə 22 May Xordat hərəkatinin ildonümü ilə bağlı “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adlı konfrans keçrilib. Qeyd edək ki, GAİB GAİP, GADP, GAMYH siyasi təşkilatlarinin yaratdiği birlikdir.

    Muxalifet2 - 24-05-2018

  9. Ərdoğan üçün “Əcəvit planı” hazırlanıb - BAXÇALI

    2001-ci ildə Əcəvit, indi də Ərdoğan hədəf kimi seçilib.
    Muxalifət.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.

    Muxalifet2 - 24-05-2018

  10. RUSİYANIN UKRAYNAYA KİBERHÜCUM PLANININ ÜSTÜ AÇILDI – Rus haker qrupu 500 mindən çox cihazı yoluxdurub

     “Reuters”in yazdığına görə, hakerlər gələn ay Ukraynaya qarşı kiberhücum həyata keçirmək üçün bütün dünya üzrə onlarla ölkədə ən azı 500 min routeri – yönləndiricini (İP paketlərini bir şəbəkədən başqa bir şəbəkəyə yönləndirən cihaz – tərc.) və məlumatlar saxlanan cihazı yoluxdurub.

    Muxalifet2 - 24-05-2018

  11. “BƏZƏN AZYAŞLILARA KƏBİN KƏSİRLƏR, BU, CİNAYƏTDIR” – Komitə sədri yalnız rəsmi şəkildə fəaliyyət gösətərən din xadimlərinə müraciət etməyə çağırır

    «Azərbaycan qanunvericiliyinə əsasən, ölkəmizdə din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər. Bu, tək islama deyil, yəhudilik, xristianlıq və digər dini icmalara da aiddir».

    Muxalifet2 - 24-05-2018

  12. DGK sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA YAYDI

    Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına ittihamların əks olunduğu video ilə bağlı açıqlama yayıb.
    Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına əsassız ittihamların əks olunduğu video yayılıb.

    Muxalifet2 - 24-05-2018

  13. ​PKK TERROR TƏŞKİLATINA AVROPADAN RƏDD CAVABI

    Muxalifət.az xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Roj TV”-nin terror təşkilatı təbliğatı apardığı üçün Danimarka məhkəməsi tərəfindən verilən lisenziyasının ləğv edilməsi qərarını haqlı sayaraq, bu televiziya kanalının müraciətini rədd edib.
    Danimarka məhkəməsi tərəfindən 2013-cü ilin iyulunda lisenziyanın ləğv edilməsi və pul cəzası hökmünün ölkədəki Ali Məhkəmə tərəfindən təsdiq edilməsindən sonra 2014-cü ildə AİHM-ə müraciət edən Roy TV-nin etirazı qəbul edilməyib və ona rədd cavabı verilir./Hurriyyet.org

    Muxalifet2 - 24-05-2018

  14. ​Rəsmən təsdiqləndi: 298 NƏFƏRİN ÖLDÜYÜ TƏYYARƏNİ RUSİYA VURUB

    2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid MH17 sərnişin təyyarəsinin Ukrayna üzərində vurulması ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.
    Muxalifət.az xəbər verir ki, Beynəlxalq Cinayətlərin Araşdırılması Qrupu təyyarəni vuran raketin Rusiya Silahlı Qüvvələrinə aid olduğunu bildirib.
    Qeyd edək ki, təyyarə qəzası nəticəsində 298 insan (283 sərnişin və 15 ekipaj üzvü) həyatını itirmişdi.

    Muxalifet2 - 24-05-2018

  15. SABAHIN HAVA PROQNOZU AÇIQLANDI

    Sabahın hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi 756 civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.

    Muxalifet2 - 24-05-2018

  16. Müsavat başqanının mühacirətə apardığı dövlət bayrağı HÖKUMƏTƏ TƏQDİM OLUNUB – Novruz Məmmədov tədqiqatçı Əfqan Vəliyevə təşəkkür edib

    1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən Vətəninə qaytarılıb. AZƏRTAC-ın yaydığı məlumata görə, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.
    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən N. Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.

    Muxalifet2 - 24-05-2018

  17. ​Ermənistan prezidenti Azərbaycan mahnısına oynadı - VİDEO

    Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycan mahnısına rəqs edib.
    Muxalifət.az xəbər verir ki, Ermənistanın “faktor tv” kanalı Sarkisyanın Amulsar qızıl yatağının istismarına etiraz edən gənclərə qoşularaq, rəqs etdiyi əks etdirən görüntüləri yayıb.
    Videogörüntülərdən məlum olub ki, Sarkisyanın rəqs etdiyi mahnı Azərbaycanın xalq rəqsi olan “Köçəri”dir.

    Muxalifet2 - 24-05-2018

  18. ABŞ-DAN TÜRKİYƏYƏ TƏHDİD KİMİ MESAJ

    ABŞ-dan Türkyəyə F-35 təhdidi: “Təyyarələrin verilməsi ilə bağlı son qərarımızı verməmişik”
     
    Muxalifət.az xəbər verir ki, son dövrdə ABŞ Türkiyə ilə münasibətlərini 3 maddə ilə məhdudlaşdırıb. Xarici işlər naziri Mayk Pompeo S-400 sistemi, F-35 təyyarələri və Balkan yarımadasındakı Türkiyə təsirini gündəmə gətirib. Pompeo, Türkiyəyə F-35 bombardman təyyarələrinin verilməsi ilə bağlı son qərarın hələ verilmədiyini bildirib.

    Muxalifet2 - 24-05-2018

  19. Rusiyada Müdafiə Nazirliyinin generalı HƏBS OLUNDU – İstintaq milyonlarla vəsaitin mənimsənildiyini araşdırır

    Rusiya Müdafiə Nazirliyinin Rabitə Baş İdarəsinin birinci idarəsinin rəhbəri, general-mayor Aleksandr Oqloblin saxlanılıb.
    APA-nın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, A. Oqloblinin adı Rusiya Müdafiə Nazirliyi ilə “Voentelekom” Səhmdar Cəmiyyəti arasında hərbi rabitə sistemlərinin yenilənməsinə dair müqavilələrin icrası zamanı 0,5 milyard rubl vəsaitin mənimsənilməsi işi üzrə ittiham olunanların siyahısına daxil edilib.

    Muxalifet2 - 24-05-2018

  20. ​İcra başçısının nümayəndəsinə CİNAYƏT İŞİ AÇILDI – Göygöldə

    Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd üzrə nümayəndəsi Eşqin Ocaqverdiyev barəsində cinayət işi başlanıb.
    Teleqraf.com xəbər verir ki, Eşqin Ocaqverdiyev şə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxslərə ziyan vurmaqda ittiham edilib.

    Muxalifet2 - 24-05-2018

Pages