Axtarış
The search found 105785 results in 0.144 seconds.
Search results
ABŞ 7 ölkəyə TANK VƏ QOŞUN GÖNDƏRDİ
ABŞ ordusunun Atlantika Həll Əməliyyatı çərçivəsində, Belçikadan Avropanın şərqinə və Baltik ölkələrinə intensiv şəkildə ağır hərbi təchizat göndərməyə başladığı qeyd olunub.
“Defence News” saytında yer alan xəbərə görə, ABŞ ordusu Atlantika Həll Əməliyyatı çərçivəsində Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan və Baltik ölkələrində strateji məntəqələrə intensiv şəkildə ağır hərbi təchizat göndərməyə başlayıb.
ABŞ 3.300 ƏSGƏR VƏ AĞIR HƏRBİ TƏCHİZAT DAŞIYIB
Muxalifet3 - 25-05-2018
Fransada İKİLİ CASUS BÖHRANI
Fransanın Xarici Xüsusi Xidmət Orqanı “DGSE” əməkdaşı 4 nəfərin, Çin adına fəaliyyət göstərdiyinin müəyyənləşdirildiyi və haqlarında 30 ilə qədər həbs tələbi ilə istintaq açıldığı bildirilib.
Fransanın “Le Monde” qəzetində yer alan xəbərə görə, filmlərə mövzu olmağa namizəd hadisə keçən il dekabr ayında keçirilən bir araşdırma nəticəsində ortaya çıxıb.Muxalifet3 - 25-05-2018
İslam Mərkəzinə ALÇAQ TƏCAVÜZ
İtaliyanın şimalındakı Rapallo şəhərindəki İslam mərkəzinə İslamofobik hücum təşkil olunub.
İtaliyanın “ANSA” agentliyinin məlumatına görə, ölkənin şimalındakı Rapallo şəhərində yerləşən bir İslam mərkəzi, İslamofobik təcavüzə məruz qalıb.
Mərkəzin üç girişindən birində qapını sındıraraq içəri girən naməlum təcavüzkar, namaz zamanı istifadə edilən mikrofonu oğurlayıb.
Təcavüzkar, mərkəzdəki Qurani-Kərimi cırıb, üstünə qələmlə “xaç” işarəsi çəkib və təhqir dolu sözlər yazıb.
Polisin hadisə ilə bağlı istintaqa başladığı bildirilib.Muxalifet3 - 25-05-2018
Fələstinin başına SİONİSTLƏRİN “KUKLASI”NI KEÇİRMƏK PLANI
Fələstinin müqavimətini qırmaq istəyən xəyanətkar Körfəz ölkələrinin dəstəklədiyi keçmiş Fəth üzvü, sionistlərin casusu Məhəmməd Dahlan, son bir həftədə 3 dəfə xəstələnən Mahmud Abbasın kreslosuna göz dikib. Dahlanın məqsədi, Fəth-dəki adamını prezidentliyə gətirərək Fələstinə qayıtmaqdır.
Muxalifet3 - 25-05-2018
İsraildən TƏHLÜKƏLİ OYUN
ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi və 62 Fələstinlinin qətlə yetirilməsinə təpki göstərən Türkiyəyə qarşı erməni və kürd kartını oynamağa hazırlaşan İsrail, 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması və "Kürd xalqının müstəqilliyinin tanındığı" bir layihə üzərində işləməyə başlayıb.
Muxalifet3 - 25-05-2018
Bu toplantıda III DÜNYA MÜHARİBƏSİNİ başladacaq hücum planı müzakirə edildi – DETALLAR
ABŞ prezident administrasiyası artıq növbəti həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ağ Evdəki mənbəyə istinadən “Wall Street Journal” yazıb.
Nəşr qeyd edir ki, sanksiyaların tətbiqi imkanı Milli Təhlükəsizlik Şurasının mayın 24-də keçirilən iclasında müzakirə edilib. Bildirilir ki, onlarla yeni sanksiyadan söhbət gedir. İclasda həmçinin hərbi müdaxilə haqqında məsələyə baxılıb.Muxalifet2 - 25-05-2018
SEPAH HƏDƏLƏDİ: ABŞ-ı dəhşətli tale gözləyir
ABŞ İrana hücum edəcəyi halda onu dəhşətli tale gözləyir.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Bəyanatda ABŞ-ı İraqın keçmiş lideri Səddam Hüseynin taleyini gözlədiyi bildirilib. Rəsmi Tehran ölkənin müdafiə qabiliyyətinin artırıldığını deyib.Muxalifet2 - 25-05-2018
ABŞ-ın dövlət katibi: “İRANDA REJİMİ DƏYİŞMƏK NİYYƏTİNDƏ DEYİLİK”!
ABŞ-ın dövlət katibi Mayk Pompeo Tramp administrasiyasının İranda rejimi dəyişmək niyyətində olmadığını bildirərək, məqsədin İranın normal bir ölkə kimi davranmasına nail olmaq olduğunu bildirib.
Senatın Xarici Əlaqələr Komitəsində danışan Pompeo administrasiyanın İrana qarşı sanksiyalarını doğru addım adlandırmala yanaşı, bunun “İranı pis əməllərdən” çəkindirmək sərvətdən məhrum etmək mahiyyəti daşıdığını deyib.Muxalifet3 - 25-05-2018
Bu problem həll edilməsə, banklar iflic ola bilər… - EKSPERT
Bu ilin büdcəsində gözlənilən dəyişiklər zamanı artan məbləğin bir hissəsi vaxtı keçmiş kreditlər probleminin həllinə yönəldilməlidir.
Muxalifət.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
İqtisadçı qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq. Bunu neftin qiymətinin 1 barrel üçün 45 dollar götürüldüyü halda, 78 dollara qədər bahalaşması və cari ilin 4 aylıq yekunlarına görə büdcənin icrasında 650 milyon manatdan çox profisitin yaranması ilə izah edirlər:Muxalifet2 - 25-05-2018
Ermənistan tarana gedir - RUSİYANIN “AYAĞININ ALTI” QAZILIR
Ağ Ev para, Moskva isə... İrəvana mövcudluq zəmanəti vəd edir - işğalçı təhlükəli oyuna girib; səhvlər edə-edə tələsən yeni baş nazir Paşinyan qəliz seçim qarşısında... Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər iddia eləsə də ki, ölkədə baş vermiş inqilabın geosiyasi əsası yoxdur və inqilab sırf daxili problemlərlə, ağır iqtisadi durumla, korrupsiya ilə bağlıdır, reallıq bunun əksini deyir, küçə hərəkatının həm də Kremlə qarşı olmasına şəhadət verir. Birinci elə Paşinyanın baş nazir olan kimi bir çox mühüm dövlət postuna bircə rusiyapərəst kadrı belə, qoymaması. Qəribədir deyilmi?
Muxalifet2 - 25-05-2018
DİN sabiq icra başçısının ölməsi ilə bağlı XƏBƏRİ TƏKZİB ETDİ: “Yalandır, qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb”
Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.Muxalifet2 - 25-05-2018
ABŞ Türkiyəyə F-35 QIRICILARI SATMAYACAQ – Rusiya ilə S-400 sövdələşməsi Ankaranı sanksiya hədəfinə gətirdi
ABŞ Senatının komitəsi mayın 24-də 716 milyard dollarlıq müdafiə sistemi qanununun yeni versiyasının layihəsini qəbul edib. Qanunun yeni versiyasının bir müddəası Türkiyəni Lockheed Martin F-35 Birləşmiş Zərbə Qırıcısını almaq imkanından məhrum edir.
“Reuters”in verdiyi məlumata görə “Milli Müdafiə Qərarları Haqqında” Qanuna demokrat senator Cenni Şahin və respublikaçı Tom Tillisin təklif etdikləri düzəliş Türkiyəni F-35 proqramından çıxarır. Şahinin ofisi bildirib ki, buna səbəb Türkiyənin ABŞ vətəndaşı Andrev Brunsonu həbsdə saxlamasıdır.Muxalifet2 - 25-05-2018
Trampın Kim Çen Ina məktubu:“Allahdan diləyirəm ki, bizim qüdrətli nüvə potensialımızdan heç vaxt istifadə olunmasın”
Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə Komissiyasının Əlahəzrət Sədrinə
Phenyan
Hörmətli cənab Sədr!Muxalifet2 - 25-05-2018
İsrail Qüdsdəki Fələstinli BƏDƏVİLƏRİN EVLƏRİNİ DAĞIDACAQ
İsrail Ali Məhkəməsi, işğal altındakı Şərqi Qüdsün ətrafında “Ayırıcı Divarın” digər tərəfində qalan Fələstinli bədəvilərə aid evlərin sökülməsi üçün qərar verib. Xan el-Ahmer Bədəvi İcmasının sözçüsü İyd Cehhalin, məhkəmənin verdiyi bu yekun qərar, burada yaşayan 190 Fələstinlinin torpaqlarından didərgin düşməsinə səbəb olacağını deyib.
Muxalifet3 - 25-05-2018
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ÖLƏN VAR
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.Muxalifet2 - 25-05-2018
İRANI UNUDUN, REAL TƏHLÜKƏ RUSİYADIR! - “Rusiya getdikcə ABŞ-ın rəqibinə deyil, düşməninə çevrilir”
İran və İsrail tədricən Yaxın Şərqdəki güclərin yenidən müəyyənləşməsinə gətirib çıxara biləcək iri miqyaslı müharibəyə yaxınlaşırlar. Bu arada isə Vaşinqtondakı ekspertlər ABŞ-ın 2012-ci ildəki kimi nə etməli olacağını müzakirə edirlər. Amma indi 2018-ci ildir və bu regionda Moskva Vaşinqtonun yerini tutur. Bu əsas fakt olsa da, keçirilən debatlarda nəzərə alınmır.
Muxalifet2 - 25-05-2018
Ermənistan ordusunun BAŞ QƏRARGAH RƏİSİ DƏYİŞDİ
Ermənistan Respublikasının prezidenti Armen Sarkisyanın sərəncamı ilə Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin olundu.
Ermənistanın Prezident Aparatı İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya İdarəsinin məlumatına görə, Davtyan beş il müddətinə təyin edilib.
Müxalifət.azMuxalifet3 - 25-05-2018
ABŞ ŞOKDA - Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ
Rusiyanın “S-500” yeni nəsil hava hücumundan müdafiə sisteminin məxfi sınaqları müvəffəqiyyətlə keçib.
Muxalifət.az xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.
Telekanal xəbər verir ki, “S-500” 481 kilometr məsafədə olan hədəfi vura bilib. Bu, demək olar ki, daha əvvəlki sınaqlarda qeydə alınan göstəricidən 80 kilometr daha çoxdur.Muxalifet2 - 25-05-2018
Cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunur - FOTO (YENİLƏNDİ)
2 saylı cəza çəkmə müəssəsində əfv sərəncamı icra edilib.
Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsindən əfv olunan 62 məhkumu təbrik edib: "Bu dəfə Prezidentin sərəncamı ilə 600 nəfərdən çox məhkum əfv edilərək azadlığa buraxılıb. Ümid edirik ki, bundan sonra heç birinizin yolu bu müəssisələrə düşməyəcək".
Daha sonra əfv olunan 62 məhbusa azad olunmaları ilə bağlı sənəd paylanılıb.
Azadlığa çıxan məhbuslar əfv olunduqları üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.Muxalifet2 - 25-05-2018
Şimali Koreyadan TRAMPA CAVAB: “İstənilən zaman…”
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la istənilən zaman və istənilən formatda sammit keçirməyə hazırdır.
Bu barədə “Rönhap” agentliyi KXDR Xarici işlər nazirinin müavini Kim Qe Qvana istinadən məlumat yayıb:
“Biz ABŞ-la istənilən zaman və istənilən formatda danışıqlar masası arxasında əyləşməyə və məsələləri həll etməyə hazırıq”.
Həmçinin ABŞ-KXDR sammitinin münasibətlərdəki gərginliyi azaltmaq üçün zəruriliyi vurğulanıb.
Qeyd edək ki, ötən gün ABŞ lideri Donald Tramp Kim Çen İnlə iyunun 12-nə təyin olunmuş görüşü ləğv edib.Muxalifet2 - 25-05-2018