Axtarış
The search found 105785 results in 0.072 seconds.
Search results
Rusiya S-500-ləri SINAQDAN KEÇİRDİ
Rusiya hərbçiləri S-500 sistemlərini uğurla sınaqdan keçiriblər.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı CNBC televiziyası yayıb. Televiziya bu sistemin sınaq zamanı 480 kilometrdən uzaqda yerləşən hədəfləri məhv etdiyini bildirib:
“Bu isə daha əvvəl keçirilən bütün sınaqlardan ən azı 80 kilometr çox deməkdir. Rusiya nümayəndələri artıq bu sistemin hipersonik raketləri, pilotsuz aparatları və aviasiyanı məhv etmək gücündə olduğunu deyiblər. S-500-lər həmçinin F-22 və F-35 kimi gözəgörünməz təyyarələr üçün də təhdiddir”.Muxalifet2 - 25-05-2018
“Qarabağ” klubunun Çempionlar Liqasına HAZIRLIQ PLANI MÜƏYYƏNLƏŞDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq.Muxalifet2 - 25-05-2018
Bakıda motosiklet ağır qəza törətdi: QADIN ÖLDÜ, SÜRÜCÜ XƏSTƏXANALIQ OLDU
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Zamiq adlı şəxs sürdüyü "Zontes" markalı motosikletlə yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 40-45 yaşlı qadın hadisə yerində ölüb. Hadisə vaxtı motosiklet aşıb və xeyli sürünüb. Motosikletin 34 yaşlı sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə şahidləri vəfat edən qadının adının Mehriban olduğunu deyiblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet2 - 25-05-2018
ABŞ-ın nümayəndə heyəti ANKARADA: GÜNDƏM MÜNBİÇ!
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, işçi qrupunun toplantısı üçün ABŞ-dan bir nümayəndə heyətinin Ankaraya gəldiyini söyləyib. Toplantının gündəliyi Münbiç olacaq.
Türkiyə XİN sözçüsü, ABŞ nümayəndə heyətinin işçi qrupunun toplantısı üçün gəldiyini və toplantının əsas müzakirə mövzusunun Münbiç olacağını deyib.
XİN sözçüsü Hamid Aksoy, Türkiyənin ABŞ-dan F-35 döyüş təyyarələrini almaq üçün bütün zəruri şərtləri yerinə yetirdiyini söyləyib və bütün tərəflərin öz öhdəliklərinə riayət etməsinin lazım olduğunu bildirib.Muxalifet3 - 25-05-2018
ABŞ-dan BMT-yə “FƏLƏSTİN” SANKSİYASI
Fələstinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) qəbul edilməsindən sonra ABŞ, BMT fondunun OPCW-yə və digər iki BMT təşkilatına verilməsinin dayandırılması üçün hərəkətə keçib.
Rəsmi səlahiyyətlilərin verdiyi məlumata görə, ABŞ Fələstinin üzv olması ilə birlikdə iki BMT agentliyinə və OPCW-yə verilən pulun kəsilməsini düşünür.Muxalifet3 - 25-05-2018
Konqresdən Trampa İRAN QADAĞASI
ABŞ Konqresinin iki qanadından biri olan Nümayəndələr Palatası, 2019 Milli Müdafiə Səlahiyyət Verilmə Qanununa əlavə etdiyi bir dəyişikliklə ABŞ prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə etməsinin qarşısını kəsib.
Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Keyt Moris Ellisonun təklif etdiyi və Demokratlarla yanaşı, Respublikaçılar tərəfindən də dəstəklənən dəyişiklik yekdilliklə qəbul edilib.Muxalifet3 - 25-05-2018
“Bunsuz heç bir sülh müqaviləsi olmayacaq” - Müsəlman dünyasını ŞOKA SALACAQ ŞƏRT
İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.
“Mən də daxil olmaqla, hökumətin mövqeyi birmənalıdır: biz Qüdsün bölünməsi perspektivlərini görmürük. İdeoloji nöqteyi-nəzərdən, Qüds həmişə yəhudi dövlət paytaxtı olub. Bu şəhəri bu gün artıq bölmək mümkün deyil”, - nazir deyib.
O vurğulayıb ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması olmadan heç bir sülh müqaviləsi olmayacaq".Muxalifet2 - 25-05-2018
Nərgiz Paşayeva Oksford Universitetində: YENİ MÜQAVİLƏ
İngiltərə və Azərbaycan arasında elmi, mədəni və hümanitar sahədə mühüm tarixi hadisə baş verib.
Muxalifət.az xəbər verir ki, 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi movcüdluğu haqqında müqavilə imzalanıb.Muxalifet2 - 25-05-2018
Avro ilə aylıq faiz qazanan məmurlar məhkəməyə gəlmədilər - 25 milyonluq "QARA MÜHASİBATLIQ"
Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Rahib Hüseynovun əlavə şahid kimi dindirilməsini istədiyi şəxslər məhkəməyə gəlməyib. Həmin şəxslər Rizvan İsmayılov və Üsaməddin Məlikovdur. Hər ikisi Azərbaycan Dəmiryolları QSC-də yüksək vəzifə tuturlar.Muxalifet2 - 25-05-2018
Nüvə sazişini xilas etməyə DAHA BİR CƏHD –İran və beş ölkənin diplomatları Vyanada görüşəcək
Mayın 25-də İran və daha beş ölkənin aparıcı diplomatları Vyanada görüşəcək.
Muxalifet2 - 25-05-2018
Ermənistanda HƏRBİ ÇEVRİLİŞ: Ordu Paşinyana qarşı hərəkətə keçir
Baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrdə apardığı dəyişikliklərin səbəbləri məlum olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistan KİV baş qərargah rəisi Movses Akopyanın gözlənilmədən postundan uzaqlaşdırılmasıyla başlayan islahatların arxasındakı qaranlıq məqamları açıb.Muxalifet2 - 25-05-2018
Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI
Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.
Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun bugünkü iclasında “Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb.Muxalifet2 - 25-05-2018
Dövlət qulluğuna qəbul üzrə MÜSAHİBƏLƏR BAŞA ÇATIB – Vakant yerlərə namizədlərin sayı çox olub
Dövlət İmtahan Mərkəzinin (DİM) bu ilin fevralın 7-8-də elan etdiyi müsabiqə üzrə müsahibələr yekunlaşıb.
DİM-dən “Report”a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 7 fevral 2018-ci il tarixdə elan edilən müsabiqə üzrə müsahibələrdə iştirak etmək məqsədilə 518 vakant vəzifəyə 348 namizədin 1399 müraciəti qeydə alınıb.Muxalifet2 - 25-05-2018
Əfv sərəncamının icrası başa çatdı – 607 MƏHKUM AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb.
APA-nın məlumatına görə, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.
Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.
Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır.Muxalifet2 - 25-05-2018
Kremldən Trampın qərarına reaksiya: PUTİN NARAHATDIR
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnlə ABŞ Prezidenti Donald Tramp arasında nəzərdə tutulan görüşün təxirə salınması görə təəssüf edir və narahatdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Ağ Evdən ABŞ Prezidenti Donald Trampın qərarı ilə Şimali Koreya lideri Kim Çenlə keçirilməsi nəzərdə tutulan zirvənin qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanmışdı.Muxalifet2 - 25-05-2018
Türkiyə İraqa hücuma keçdi: HƏDƏFLƏR MƏHV EDİLDİ
Türk ordusu Şimali İraqda terrorçulara ağır zərbə vurub.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
“25 may tarixində İraqın şimalında Hakurk bölgəsində keçirilən hava əməliyyatı zamanı 6 terrorçu məhv edilib”,- deyə Baş Qərargahın xəbərində deyilir.Muxalifet2 - 25-05-2018
“Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir - Vəkil HƏR ŞEYİ AÇDI
Son zamanlar “Kontakt Home”un keyfiyyətsiz məhsul satması və alıcıları aldatması barədə çoxsaylı xəbərlərə rast gəlinir. “Kontakt Home”un alıcılarının demək olar ki, əksəriyyəti narazılıq edir və yenidən bu mağazaya müraciət etməyəcəklərini bildirirlər. Onların fikrincə, “Kontakt Home”dan mal alan müştərilərin çoxu yolunu mütləq servisdən salmalı olur.
Yazılardan birində qeyd edilir ki, müştərilər donma, şarjda partlama və bu kimi müxtəlif şikayətlərlə “Nizami” metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə üz tuturlar.Muxalifet2 - 25-05-2018
VAHİD ƏLƏKBƏROV:“Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”
“Neftin qiymətinin 80 dollara yaxınlaşmasına baxmayaraq, şirkətimiz ssenari şərtlərini dəyişmir. 2018-ci il üçün neftin büdcə qiymətini 50 dollardan hesablamışıq”.
Bunu “LukOil” şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya mətbuatına müsahibəsində bildirib. O deyib ki, neftin 50 dollardan yüksək qiymətlə satışından əldə edilən gəlirlər sərmayədarlar arasında bölünməklə bərabər, yeni investisiya layihələrinə yönəldiləcək: “Əlbəttə ki, bizim üçün prioritet Rusiya bazarıdır. Hazırda Xəzərdə dəniz yataqlarının qurulmasını və Baltikyanı yataqların inkişafını həyata keçiririk”.Muxalifet2 - 25-05-2018
Gömrük bəyannaməsi sadələşdirilir – KOMİTƏ SƏDRİ
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannaməsi prosesini sadələşdirməyə davam edəcək.
Trend-in məlumatına görə, bunu DGK-nın sədri Səfər Mehdiyev Sahibkarlar Gününə həsr olunmuş tədbirdə deyib.
S.Mehdiyev qeyd edib ki, yaxın vaxtlarda Dövlət Gömrük Komitəsi sahibkarların sərhədi mallarla keçmə prosesi haqqında yeni xəbərdarlıq sistemini istifadəyə verəcək.Muxalifet2 - 25-05-2018
Trampa İranla müharibə başlamağı QADAĞAN ETDİLƏR
ABŞ Nümayəndələr Palatasının 2019-cu il Milli Müdafiə Təqdimatı Qanununa etdiyi dəyişiklikdə İranla bağlı mühüm müddəa yer alıb.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə etməsinin qarşısını kəsib.Muxalifet2 - 25-05-2018