Axtarış
The search found 105785 results in 0.114 seconds.
Search results
"Hər kəs sağ qalmaq istəyir, bütün evlərdə..." - Qarabağdan ŞOK GÖRÜNTÜLƏR - REPORTAJ/VİDEO
Ukraynanın “112 Ukrayna” telekanalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən ermənilərin acınacaqlı həyatından süjet hazırlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, “Yollarsız, işsiz və perspektivlərsiz: bu gün tanınmamış “DQR” necə yaşayır” adlanan süjetdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu və beynəlxalq hüquqda da belə tanındığı qeyd olunur.Muxalifet2 - 25-05-2018
POLİS RƏİSİ ÖZÜNƏ YENİ BALIQ VƏTƏGƏSİ ALIB
Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat verib.
Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.
Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub.
Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.Muxalifet2 - 25-05-2018
TEREZA MEY: Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik
Böyük Britaniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərməyə davam edəcək.
Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Tereza Mey Ukrayna Prezidenti Petro Poroşenko ilə telefon danışığı zamanı deyib.
Qeyd olunur ki, danışıq zamanı onlar Ukraynadakı vəziyyəti müzakirə ediblər.
T.Mey Ukraynanı dəstəklədiyini bildirib və Rusiyaya təzyiqlərin davam edəcəyini vurğulayıb.Muxalifet2 - 25-05-2018
“Türk şahinləri” yenidən Bakı səmasında qayıdır – Ordu günü uçuşlar olacaq
Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupunun Azərbaycana səfərinin vaxtı dəyişib.
“AzeriDefence”-in məlumatına görə, bu barədə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 sərgisində nümunəvi uçuşlar həyata keçirən “Solo Türk” qrupundan məlumat verilib.
Onun sözlərinə görə, aviaqrupun Bakıya səfəri may ayının 28-nə – Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümünə planlaşdırılsa da, sonradan bu iyun ayının 26-na keçirilib.Muxalifet2 - 25-05-2018
General qırıcı təyyarəni evinə sürdü... – İNANILMAZ
Ricard Reboul dünyada yeganə generaldır ki, bombardmançı və qırıcı təyyarələri şəxsi işində, xüsusilə yay aylarında villasına gedib-gəlmək məqsədilə istifadə edib.
Muxalifət.az-ın məlumatına görə, bu hərəkətinə görə onun haqqında araşdırma açılıb.
Fransa Hərbi Hava Qüvvələrinin komandan müavini, general Riçard Reboul bombardmançı təyyarələrlə azı 10 dəfə villasına gedib.
Generalın xidmət yeri ilə villası arasında məsafə 600 kilometr olub. General 600 kilometrlik yolu qırıcı təyyarə ilə 28 dəqiqəyə qət edirmiş.Muxalifet2 - 25-05-2018
İran Avropaya şərt qoydu: BİZDƏN NEFT ALMASANIZ…
İranın dini lideri Ayətullah Xamneyi, Avropanın İrandan neft satın alacağına söz vermədiyi təqdirdə nüvə silahı proqramına yenidən başlayacaqlarını deyib.
Muxalifet3 - 25-05-2018
KOMİTƏ RƏHBƏRİ YENİ RƏİS TƏYİN ETDİ
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, indiyə qədər idarənin rəisi olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.
Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.Muxalifet2 - 25-05-2018
Dünən ləğv etmişdi, bu gün fikrini dəyişdi - Trampdan Kim Çen İn AÇIQLAMASI
Şimali Koreya ABŞ prezidenti Donald Trampın dünən Kim Çen İnlə iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü ləğv etməsinə münasibət bildirib.
Muxalifət.az xəbər verir ki, rəsmi Pxenyan “ABŞ-a yenə də görüşmək istəyirik” deyə bəyan edib.
Tramp Pxenyanın bu mövqeyindən məmnun qaldığını bildirib.
“Şimali Koreyanın səmimi açıqlaması çox yaxşı xəbərdir” – deyə Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, Tramp dünən Şimali Koreya lideri Kim Çen İnin sərt açıqlamalarına görə onunla planlaşdırılan görüşü ləğv etdiyini açıqlamışdı.Muxalifet2 - 25-05-2018
ƏHALİ AYAĞA QALXDI: Baş nazir komissiya yaratdı - Özəl
İraq Parlamentinin növbəti iclası baş tutmayıb. Baş nazir Abadinin rəhbərliyi ilə kəşfiyyat, təhlükəsizlik qüvvələri və polisdən ibarət komissiya yaradılıb.
Bu haqda İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi məlumat verib.
“Sözügedən komissiya İraqda parlament seçkiləri zamanı türkmanların yaşadığı ərazilərdə, xüsusən də Kərkükdə olan seçki saxtakarlığını araşdıracaq”, - o bildirib.
Xatırladaq ki, İraqda 12 may tarixində parlament seçkiləri keçirilib. Türkmanların yaşadığı ərazilərdə seçki saxtakarlığına yol verildiyi iddia edilir.Muxalifet2 - 25-05-2018
Deputata “Xalq yazıçısı” adı verildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Elmira Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Muxalifət.az xəbər verir ki, ona Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə fəxri ad verilib. Qeyd edək ki, mayın 26-da E.Axundovanın 65 yaşı tamam olur. O, Milli Məclisin deputatıdır.
Muxalifet2 - 25-05-2018
Akif Çovdarov məhkəmədən bəraət istəyib –“MTN işi”
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.Muxalifet2 - 25-05-2018
Silahlı şəxs Londondakı ticarət mərkəzində adamları GİROV GÖTÜRÜB
Britaniyanın paytaxtı London şəhərindən şərqdə yerləşən ticarət mərkəzində silahlı şəxs adamları girov götürüb.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, hadisə Kentdəki "McDonald's" yaxınlığında baş verib.
Yerli KİV-in məlumatına görə, hadisə yerinə yaxın olan məktəb şagirdlərinin valideynlərindən uşaqları məktəbdən erkən götürmələri istənilib.Muxalifet2 - 25-05-2018
Putin-Makron görüşü: QULDUR İMKAN VERMƏDİ…
Rusiya Prezidenti Vladimir Putin və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin Fransa Prezidenti Emmanuel Makronun Avropa ilə bağlı sözlərinə zarafatla qarşılıq veriblər.
Muxalifət.az xəbər verir ki, mübahisəli vəziyyət “Biznes-dialoq Rusiya-Fransa” panel müzakirəsi zamanı Makronun Avropa ərazisinin Atlantikdən Urala qədər uzandığını deməsilə başlayıb.
Müzakirənin moderatoru Şoxin fransız liderin sözlərinə düzəliş edib.Muxalifet2 - 25-05-2018
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
28 May “Respublika günü” münasibətilə mobil operator “Nar” abunəçilərini təbrik edir. Belə ki, “Nar”-ın Turbo internet paketlərindən birini sifariş edərkən abunəçilər mobil operatordan bonus internet də əldə edirlər.
“Nar” abunəçiləri Turbo XS, S və M paketlərini sifariş edərkən 100 MB; Turbo L, L+, XL, 2XL və 3XL paketlərini sifariş edərkən isə 1GB bonus internet paketi qazanır. Bu kampaniya müstəqilliyimizin 100 illiyi münasibətilə keçirilir və kampaniyaya qoşulmaq üçün heç bir şərt yoxdur.
Muxalifet4 - 25-05-2018
Alman jurnalist Qərbin OYUNUNU AÇIQLADI
Dünya şöhrətli Alman jurnalist-yazıçı Kristof Hörste iştirak etdiyi bir canlı yayım proqramında gündəmə dair mühüm təsbit və açıqlamalar verib. Hörstel, Türkiyənin itaət etmədiyi üçün hücumlara məruz qaldığını bildirib.
Hörstel, Türkiyə və prezident Ərdoğanın Qərb dünyasında nə qədər ikiüzlü bir siyasət ilə qarşılaşdığını və bunun səbəblərini anladıb:
QƏRB TÜRKİYƏNİN SİYASƏTİNƏ PƏL VURMAQ İSTƏYİNDƏDİR
Muxalifet3 - 25-05-2018
Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi – TƏHLİL
Nadir hadisədir: sənədin tezliklə artıq həftəsi tamam olur, onunla bağlı mübahisələr isə davam edir – bu müəmmalı kağız nəyi bildirir və ticarət savaşında kim qalib gəldi, ABŞ, ya Çin? Lakin yekunda beynəlxalq konsensus formalaşıb. Budur, “Washington Post”da tipik başlıq: “Çinlə danışıqları həvəskarlar aparıblar”. Amma heç cür peşəkarlar deyil. Həvəskarlar – əlbəttə, Amerika tərəfindəndir, o biri tərəfdə hər şey əksinəydi.
Muxalifet2 - 25-05-2018
Ermənilər 3 min yəhudini QƏTLƏ YETİRİB - İsrailli ekspert
Müasir mərhələdə Yaxın Şərq regionunda vəziyyət çox mürəkkəb və təhlükəlidir. Bu vəziyyətdə regionun bütün dövlətləri, o cümlədən İsrail rəsmiləri tərəfindən hər bir məsələyə, hər addıma dərin düşünülmüş, ölçülüb-biçilmiş və ehtiyatlı yanaşma tələb olunur.
Muxalifet2 - 25-05-2018
Ordumuzun kəşfiyyat bölüyünün təlimi ilə bağlı yeni xəbər
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.
MN-dən Muxalifet.az -a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.
Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.
Muxalifet3 - 25-05-2018
Yürqen Klop: Salah sabah oruc tutmayacaq
Sabah Ukraynanın paytaxtı Kiyevdə UEFA Çempionlar Liqasının finalı baş tutacaq.
Muxalifet.az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, oyundan əvvəl hər iki komandanın baş məşqçiləri və oyunçularının iştirakı ilə mətbuat konfransı keçirilib.
Əvvəlcə konfrans zalına “Liverpul”un baş məşqçisi Yürqen Klop, oyunçulardan kapitan Cordan Henderson və mərkəz müdafiəçisi Vircil van Deyk çıxıb.
Cordan Henderson bu mükəmməl matçın bir hissəsi olduğu üçün fəxr etdiyini bildirib:Muxalifet3 - 25-05-2018
DGK sədri Tovuza gedir: vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuz şəhərində, Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küçəsi, 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Muxalifet3 - 25-05-2018