Axtarış

The search found 105785 results in 0.073 seconds.

Search results

  1. ​MÜƏLLİMLƏRİN MAAŞLARI ARTIRILACAQ

    “Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək”.
    Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.

    Muxalifet2 - 26-05-2018

  2. ​Polisi silahla hədələyən şəxs TUTULDU

    Polisi tüfənglə hədələyən şəxs saxlanılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.
    Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib.

    Muxalifet2 - 26-05-2018

  3. Ramazanda Türk məscidi qarşısında DONUZ BİŞİRMƏK İSTƏDİLƏR

    Mühacirət və İslam əleyhinə ifrat sağçı Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (Pegida) təşkilatının, Hollandiyanın Utrecht şəhərindəki Türk Məscidi qarşısında keçirmək istədiyi piknik və donuz bişirmə aksiyası bələdiyyə tərəfindən qadağan olunub.
     
    Utrecht Bələdiyyəsi, ifrat sağçı təşkilatın Ramazan ayında keçirmək istədiyi aksiyanı məsuliyyətsizlik kimi qiymətləndirib.

    Muxalifet3 - 26-05-2018

  4. ABŞ DÖVLƏT ÇEVRİLİŞİNƏ HAZIRLAŞIR

    Venesuela prezidenti Nikolas Maduro, ABŞ rəhbərliyinin "Bolivar İnqilabını məhv etmək"  üçün Venesuelada hərbi çevriliş etməyi planlaşdırdığını irəli sürüb.
     
    Ötən bazar günü baş tutan seçkilərdə 68 faiz səs toplayaraq yenidən Venesuelanın dövlət başçısı seçilən Nikolas Maduro, ABŞ rəhbərliyinin "Bolivar İnqilabını məhv etmək" məqsədilə Venezuellada hərbi çevriliş həyata keçirməyi planlaşdırdığını iddia edib.

    Muxalifet3 - 26-05-2018

  5. ​Türkiyə ordusu PKK-nın əsas yuvasına girir – Qəndil ƏMƏLİYYATI

    Türkiyə ordusunun Şimali İraqda PKK terrorçularına qarşı havadan və qurudan həyata keçirdiyi əməliyyat 2,5 aydır davam edir.
    Muxalifət.az xəbər verir ki, son bir həftədə əsas əməliyyatlar Hakurk bölgəsində keçirilir.
    “Hüriyyət” qəzetinin əldə etdiyi məlumata görə, Hakurk bölgəsinin terrorçulardan təmizlənməsini arxasında PKK-nın əsas iqamətgahı olan Qəndilin yolunu bağlamaqdır. Çünki PKK Qəndildən bölgəyə terrorçuları məhz bu ərazidən keçirərək, göndərir.

    Muxalifet2 - 26-05-2018

  6. ​Gürcüstanda meyiti tapılan tələbə təhsil haqqını KAZİNODA UDUZDUĞU ÜÇÜN İNTİHAR EDİB - TƏFƏRRÜAT

    Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.
    “Report”un Şirvan bürosu xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

    Muxalifet2 - 26-05-2018

  7. ​Bakıda qadın “Hunday”la qəza törətdi, SƏRNİŞİNİ ÖLDÜ

    Mayın 25-də saat 6 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi “Hunday” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub.
    DİN-dən Axar.az-a verilən məlumata görə, nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
    Xətai RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 26-05-2018

  8. ​Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, Rizə çayçılarının işi çətinə düşdü - "GÜNÜ 180 TL-YƏ İŞLƏYİRLƏR"

    Türkiyənin Rizə vilayətində bu il çayçıların eyni vaxtda məhsul toplaması işçi qiymətinin artmasına səbəb olub.
    Muxalifət.az virtualaz.org-a xəbər verir ki, çay toplama mövsümündə çalışmaq üçün Rizəyə gedən azərbaycanlı və gürcü işçilərin gündəlik əməkhaqqı 60 TL artaraq 120 TL-dən 180 TL-ə yüksəlib.

    Muxalifet2 - 26-05-2018

  9. ​ÇL-də FİNAL HƏYƏCANI: “Real” yoxsa “Liverpul”?

    Bu gün UEFA Çempionlar Liqasının qalibinin adı məlum olacaq.
    Muxalifət.az xəbər verir ki, Kiyevin "Olimpiya" stadionunda baş tutacaq qarşılaşmada İspaniyanın "Real Madrid" və İngiltərənin “Liverpul” klubları üz-üzə gələcəklər.
     “Liverpul” klubunun heyətində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək. "Real Madrid"də isə zədəli yoxdur.
    Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

    Muxalifet2 - 26-05-2018

  10. ​İngiltərə kral ailəsindən 70 il sonra İLK

    İngiltərə tax-tacının varislərindən Şahzadə Uilyam gələn ay İsrail və İordaniyadan sonra İordaniya çayının qərb sahilinə səfər edəcəyini açıqlayıb.
    İyunun 24-28-i aralığında İordaniyanın paytaxtından başlayacaq səfər Təl-Əviv cə Qüdsdən sonra Ramallahda başa çatacaq.
    Bu İngiltərə kral ailəsinin 1948-ci ildən sonra İsrailə ilk səfəri olacaq. Daha əvvəl Uilyamın atası Şahzadə Çarls 2016-cı ildə İsrailin keçmiş prezidenti Şimon Peres ölən zaman İsrailə səfər etmişdi. Lakin bu səfər siyası əhəmiyyət daşımırdı./ Publika/

    Muxalifet2 - 26-05-2018

  11. ABŞ-ın MƏŞHUR “BEYİN MƏRKƏZİ” ƏRDOĞANIN ƏLEYHİNƏ KİTAB YAZDI:"Artıq müttəfiq deyil..."

    İllər öncə bölgədəki kürd liderlərilə keçirilən görüşdə masa üzərində açılan Kürdüstan dövləti xəritəsinin Pentaqonda mənə necə göstərildiyini yazıb durdum.
    Daha sonra önəmli kürd liderləri arasında yer tutacaq bəzi şəxslərlə keçirdiyi toplantıda masa üzərinə açdığı regionda yaradılacaq kürd dövlətinin xəritəsini Klintonun prezidentliyi dövründə burada müxbirlik edərkən mənə göstərən Türkiyə üzrə mütəxəssisi, Pentaqonun mülki əməkdaşını uzun zaman idi ki, burada görə bilmirdim.

    Muxalifet2 - 26-05-2018

  12. ​“Total” ruslara ÜMİD VERDİ: Təbii resurslar sayəsində...

    Yaxın illərdə Rusiya iqtisadiyyatı enerji sahəsinin inkişafı və neft qiymətlərinin artması sayəsində pozitiv istiqamətdə inkişaf edəcək.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu “Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib.
    “Rusiya iqtisadiyyatı təbii resurslar sayəsində çox yaxşı yaşayır. Mənim fikrimcə, perspektivlər pozitivdir. “Total” bundan sonra da Rusiyaya investisiyalarını edəcək. İmkan olduğu qədər biz investisiyalarımızdan imtina etməyəcəyik”, – deyə o bildirib.

    Muxalifet2 - 26-05-2018

  13. ​Naxçıvanda da əfv sərəncamı verildi - FOTO

    Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı əsasında 5 məhkum həbsdən azad olunub.
    Bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.
    Humanist addıma görə məhkum və onların ailə üzvləri Ali Məclisin sədrinə minnətdarlıqlarını bildiriblər./teleqraf/ 

    Muxalifet2 - 26-05-2018

  14. ​Maşın həvəskarlarına ŞAD XƏBƏR: yeni “Niva” buraxılır

    Rusiyanın VAZ şirkəti yeni nəsil “Lada 4x4” modellərini 2021-2022-ci illərdə buraxmağı planlaşdırır.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin rəhbəri Nikolya Mor deyib. O həmçinin “Lada Vesta” modelinin avtomat sürətlər qutusu ilə buraxılışını həyata keçirəcəklərini bildirib.
    Qeyd edək ki, bundan öncə şirkət “Priora”, “Kalina”, “Granta” modellərinin istehsalını dayandıracağını bildirib.

    Muxalifet2 - 26-05-2018

  15. ​YAĞIŞ YAĞACAQ- Sabahın hava proqnozu

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
    Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16 isti, gündüz 19-21° isti olacağı gözlənilir.

    Muxalifet2 - 26-05-2018

  16. ​Ermənilərin Bakıya qarşı Tbilisi PLANI: Paşinyan qapalı görüşdə Putindən nə istəyib?

    Ermənistanın prezidenti Armen Sarkisyan Gürcüstanda səfərdədir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, A. Sarkisyan Tbilisidə baş nazir Kvirikaşvili, prezident Marqvelaşvili ilə yanaşı, Gürcüstanı arxa planda idarə edən İvanaşvili ilə də görüşüb.
    Məlumata görə, A. Sarkisyanın İvanaşvili ilə keçmiş dostluq münasibətləri var. Lakin bu görüşün arxasında Ermənistanın Gürcüstanla bağlı planları var.

    Muxalifet2 - 26-05-2018

  17. ​İnternet istifadəçilərinin şəxsi məlumatlarına nəzarət etmək hüququ bərpa olunacaq - Aİ ÖLKƏLƏRİNDƏ

    İnsanlar internetdə alış-satış, messencerdən istifadə, proqram əlavələrinin smartfona yüklənməsi, sosial şəbəkələrdə fəallıq və digər onlayn fəaliyyət zamanı özlərinə aid fərdi məlumatları təqdim etməklə praktiki olaraq həmin məlumatlardan istifadə edilməsinə nəzarət imkanını itirirlər. Mayın 25-dən etibarən Avropa İttifaqı ölkələrinin sakinləri üçün bu sahədə vəziyyət dəyişib. Həmin gün Aİ-də məlumatların ümumi qorunması normaları (General Data Protection Regulation, GDPR) qüvvəyə minib.

    Muxalifet2 - 26-05-2018

  18. ​BMT-dən Azərbaycana qarşı gözlənilməz QARABAĞ TƏXRİBATI - FOTOFAKT

    Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı Qarabağ təxribatı törədilib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, BMT-nin rəsmi saytında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan qondarma rejimin “xarici işlər nazirliyinin” memorandumu dərc olunub.
    Memorandumda Azərbaycana qarşı absurd iddialar yer alır, həmçinin, Qarabağın “öz müqəddəratını təyin etmə” prinsiplərindən bəhs edilir.

    Muxalifet2 - 26-05-2018

  19. ​Petrosyanın partiyası: KÖÇƏRYANI NİYƏ HƏBS ETMİRSİNİZ?

    İstənilən yeni hökumət öz sələflərinin bütün cinayətlərini müəyyən etməli və günahkarları sərt cəzalandırmalıdır.
    Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Erməni Milli Konqresi Partiyasının İdarə Heyətinin üzvü Vardan Malxasyan deyib. Onun sözlərinə görə, Ermənistanda Daşnaksütyun Partiyası Serj Sərkisyanla birgə ölkəni talayıb və ona yeni hökumətdə yer verilməsi doğru deyil: 

    Muxalifet2 - 26-05-2018

  20. PKK Menbiçə SİLAH VƏ CANLI QÜVVƏ DAŞIYIR – TÜRKİYƏ QORXUSU

    Afrində “Zeytun budağı” hərəkatı ilə ağır zərbə alan PKK/YPG, Türk ordusunun mümkün bir əməliyyatına qarşı hazırlıqlar görür.
     
    Ötən həftə ABŞ komandirlərinin Menbiçdə YPG-lilərlə gizli görüşündən sonra 200 nəfərlik hərbiçi qrupu aldıqları təlimin nəticəsi olaraq “Fərat Qalxanı” bölgələri ilə sərhəd ərazilərə sövq edilir.
     
    TÜRKİYƏ MENBİÇDƏN ÇIXMALARINI İSTƏYİR
     
    Qeyd edək ki, Türkiyə PKK/YPG qüvvələrinin Menbiçdən çıxaraq Fəratın şərqinə çəkilməsini istəyirdi.

    Muxalifet3 - 26-05-2018

Pages