Axtarış

The search found 105785 results in 0.114 seconds.

Search results

  1. Bakıda dəhşətli intihar: ÖZÜNÜ BİNADAN ATDI

    Bu gün səhər saat 05 radələrində Bakı şəhərinin Xətai rayonunda intihar hadisəsi baş verib.
    Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsi 101 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Zagirbekov Samir Tahiroviç özünü çoxmərtəbəli binadan atıb. O, hadisə yerindəcə keçinib.
    Bildirilir ki, S.Zagirbekov subay olub. Hadisə vaxtı onun ailə üzvləri evdə yatmış olublar.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet2 - 23-05-2018

  2. Naxçıvanla sərhəddə erməni əsgərinin ÖLÜSÜ TAPILDI

    Ermənistan Müdafiə Nazirliyi daha bir hərbi qulluqçunun “naməlum şəraitdə ölümü” barədə məlumat yayıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumata əsasən ötən gün mayın 22-də saat 13.30 radələrində cənub-qərb istiqamətindəki döyüş postlarından birində sıravi əsgər Martin Xaçatryanın (1998) qarın nahiyəsindən aldığı güllə yarasından öldüyü müəyyənləşib. Gümrüdən hərbi xidmətə çağırılan əsgərin hansı şəraitdə güllə yarası aldığı açıqlanmır.

    Muxalifet - 23-05-2018

  3. ​İRAN QƏRBİ PARÇALADI: Berlin Vaşinqtona qarşı...

    Almaniya İran məsələsində təslim olmur.
    Muxalifət.az verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında Avropa İnstitutunun Alman Tədqiqatlar Mərkəzinin rəhbəri Vladislav Belov deyib.

    Muxalifet2 - 23-05-2018

  4. ​Əkilməyən torpaqlar əhalidən geri alınacaq – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

    Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmayacaq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib.

    Muxalifet - 23-05-2018

  5. Yaxın Şərqdə böhran davam edir! ÇOX SƏRT AÇIQLAMALAR

    İran və ABŞ arasında bir çox ölkənin daxil olduğu gərginlikdə İran və Fransadan bu gün səhər yeni açıqlamalar verilib.
     
    ABŞ və İran arasındakı gərginlik gedərək artır. İran və ABŞ arasında bir çox ölkənin daxil olduğu gərginlikdə İran və Fransadan bu gün səhər yeni açıqlamalar verilib. İranın baş qərargah rəisi Məhəmməd Baqiri, İranın ABŞ-ın təzyiqini qəbul etmədiyini və ölkəsinin müdafiə qabiliyyətlərini inkişaf etdirmək üçün heç bir ölkədən icazə almayacağını bildirib.

    Muxalifet3 - 23-05-2018

  6. ​“Rus NATO-su” türk dövlətində toplandı

    Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu da Astanaya iclasda iştiraka gedib.
    Görüşdə təşkilatın bütün müdafiə nazirlərinin iştirakı gözlənilir.
    Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

    Muxalifet2 - 23-05-2018

  7. ​Problemli kreditlərlə bağlı UNİKAL TƏKLİF: büdcə gəlirləri artacaq və... - Vüqar Bayramov AÇIQLADI

    "Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir".
    Muxalifət.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bu il dövlət büdcəsinə dəyişikliklər edilməsini şərh edərkən bildirib.
    Ekspert onu da vurğulayıb ki, strateji valyuta ehtiyatlarının da artımı proqnozlaşdırılır:

    Muxalifet2 - 23-05-2018

  8. ​DTX-dan ƏMƏLİYYAT: əcnəbi kibercinayətkarlar HƏBS OLUNDU

    2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

    Muxalifet2 - 23-05-2018

  9. ​Bayıldakı sürüşmə ilə bağlı Nazirlər Kabinetindən VACİB TAPŞIRIQ: 1 ay ərzində...

    “Bayıl yamacında baş verən sürüşmə sahəsində geoloji işlər sürətləndirilib. Geoloji araşdırmanın bir ay ərzində yekunlaşması ilə bağlı Nazirlər Kabinetindən tapşırıq verilib”.
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
    Ə.Qaralovun sözlərinə görə, təsdiq edilmiş plan əsasında aparılan geoloji işlər qısa zamanda yekunlaşacaq:

    Muxalifet2 - 23-05-2018

  10. ABŞ-ın İrana qarşı “Kəlbətin” əməliyyatı – İsrail-İran savaşı gerçəkliyə çevrilməyə yaxınlaşır – TƏHLİL

    ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonda “Heritage Foundation”-də çıxış edərək amerikalılaırn Tehran haqda həyata keçirmək niyyətində olduğu tədbirlər kompleksini göstərib. Ekspertlər bunu “sanksiyalar tarixində ən kəskin sanksiyalar” adlandırırlar. Pompeo bu zaman dəqiqləşdirib ki, “Amerikanın İran üzrə strategiyası bundan sonra 2015-ci il nüvə sazişi çərçivəsindən kənarda gerçəkləşdiriləcək”, Tehranla yeni nüvə sazişinin bağlanma zərurətini vurğulayıb, ancaq bunun üçün onun “ABŞ-ın 12 şərtini yerinə yetirməyi gərəkdir”.

    Muxalifet2 - 23-05-2018

  11. ​Hadı Rəcəbli: "Ailələr Feysbuka görə dağılır"

    Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri Feysbukdur, bura digər saytlar da daxildir”.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
    Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: “Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.

    Muxalifet2 - 23-05-2018

  12. Jurnalist Əfqan Sadıqov AZADLIĞA BURAXILDI

    Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.
    Report-un xəbərinə görə, o, mayın 22-də azadlığa çıxıb.
    Xatırladaq ki, Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham olunub, lakin o, ittihamı qəbul etmədiyini söyləyir.

    Muxalifet2 - 23-05-2018

  13. ​ŞƏHİDİMİZİN MEDALI AİLƏSİNƏ VERİLDİ

    Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
    APA-nın yerli bürosunun xəbərinə görə, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.
    Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

    Muxalifet2 - 23-05-2018

  14. İftarda bunları ƏSLA ETMƏYİN! - 7 VACİB TÖVSİYƏ

    Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb.
    Çörəyi və xəmir yeməklərini çox isti yeməyin

    Muxalifet2 - 23-05-2018

  15. ​24 tikinti şirkətinin işi Baş prokurorluqda... - DÖVLƏT AGENTLİYİ

    Tikinti sahəsində işçiləri müqaviləsiz işlədən 24 hüquqi və fiziki şəxsə aid məlumatlar Baş Prokurorluğa göndərilib.
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi bildirilib ki, bir illik fəaliyyət dövründə keçirilmiş 58 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 105 hüquqi və fiziki şəxsi əhatə edib.

    Muxalifet2 - 23-05-2018

  16. ​Sürünən terrorçular və Rusiyaya qarşı İKİNCİ CƏBHƏ – Moskvadan həyəcan SİQNALI

    İŞİD terror qruplaşmasının adi döyüşçülərinə verdiyi maaş 2016-cı ildən 90 faiz azalıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkda keçirilən konsultasiyalarda Rusiyanın Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktor müavini Dmitri Feoktistov bildirib.

    Muxalifet2 - 23-05-2018

  17. "RÖYTERS" AGENTLİYİ FİTNƏ KİMİ XƏBƏR YAYDI...

    Muxalifət.az xəbər verir ki, İraqda seçkilərin qalibi olan və Amerika əleyhinə mövqeyi ilə tanınan şiə lideri Mukteda əs-Sədrin bəzi amerikalı şəxslərlə təmas saxladığı iddia edilib. “Röyters” agentliyi Sədri Siyasi Büro təmsilçisi Ziya Əsədiyə istinad elədiyi xəbərdə Amerikalıların Sədri dəstəklədiklərini və seçkilərin qalibi olan Sairun koalisiyasından bəzi üzvlərlə əlaqə saxladılarını bildirib. Agentliyin iddiasına görə, Əsədi deyib: “Amerikalılarla birbaşa əlaqə saxlanılmayıb. Lakin Sairun üzvlərinin vasitəçiliyi ilə əlaqə kanallarının açılması üçün addımlar atılıb”.

    Muxalifet2 - 23-05-2018

  18. Nikol Paşinyanın təyinatı RUSİYA VƏ İRANI NARAHAT ETDİ

    Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təyinatı Rusiya və İran tərəfindən xoş qarşılanmayıb.
     
     "Reject Serge" təşəbbüsünün koordinatoru, publisist Armen Qriqoryanın "Transparency International" təşkilatının eksperti olduğunu, yəni Soros Fondu ilə yaxından əlaqəli olduğu və Qərbə yaxınlığı Ermənistanın qonşularını ciddi rahatsız edib.

    Muxalifet3 - 23-05-2018

  19. ​Rusiyada hər dörd nəfərdən biri PSİXİ XƏSTƏDİR - Ən çox yayılan psixopatologiya isə şizofreniyadır

    Rusiyada hər dördüncü-beşinci sakin bu və ya digər psixopatologiyadan əziyyət çəkir.
    Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, rusiyalı alimlərin fikrincə, ölkə ərazisində psixi xəstəliklərin yayılma səviyyəsi 20-25 faizdir.
    Ölkədə ən çox yayılan psixopatologiya isə şizofreniyadır. Bu xəstəlikdən Rusiya sakinlərinin 1 faizinin əziyyət çəkdiyi məlum olub.
    Bundan başqa, emosional-depressiv pozuntular da geniş yayılıb.

    Muxalifet2 - 23-05-2018

  20. ​Oğuzda silahlı şəxslər TUTULDU

    Oğuz rayonunda silahlı şəxslər saxlanılıb.
    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
    Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

    Muxalifet2 - 23-05-2018

Pages