Axtarış

The search found 105785 results in 0.074 seconds.

Search results

  1. İrəvanın demarşı - KREMLƏ ARXADAN ZƏRBƏ

    Paşinyandan post-inqilab sabotajı – kritik gəlişmə; Yeni hökumət Rusiya qarşı riskli oyunda; İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi; Kremlə sədaqət andını pozan dönük Paşinyanın cəzası nə olacaq?..
     
    Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiya və Qərb (ABŞ) arasında “ikili oyun”u davam etdirir. Bu oyunun zaman etibarilə nə qədər sürəcəyi və erməni populist baş nazirin nə qədər duruş gətirə biləcəyi isə şübhəsiz, Moskvanın dözüm və səbir limitindən asılı olacaq.

    Muxalifet2 - 23-05-2018

  2. ​POMPEO: "İran xalqının doğru yolu tutacağına əminəm"

    ABŞ-ın dövlət katibi Mayk Pompeo mətbuat konfransı keçirib.
    Muxalifət.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir ABŞ-ın İranla əldə etdiyi nüvə razılşamasından çəkilməsi məsələsinə toxunub.

    Muxalifet2 - 23-05-2018

  3. ​Salman kütləvi HƏBSLƏRƏ BAŞLADI: hüquqşünaslar tutulur

    Səudiyyə Ərəbistanı hakimiyyəti 10 hüquq müdafiəçisini həbs edib.
    Muxalifət.az xəbər verir ki, “Assoşeyted Press” agentliyi həbs edilənlərdən 7-nin qadın olduğunu yazıb. Onların heç bir vəkil təqdim edilmədən 1 həftədir dindirildiyi bildirilir.
    Hələlik hüquq müdafiəçilərinin harada saxlanıldığı açıqlanmayıb. Səudiyyə KİV-i isə həbsləri birbaşa kral və vəliəhdə tabe olan Dövlət Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən həyata keçirildiyi haqqında informasiya yayıb.

    Muxalifet2 - 23-05-2018

  4. ​Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI - FOTOLAR

    Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.
    Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.

    Muxalifet2 - 23-05-2018

  5. HƏYƏCAN: Dollar və avronun sürətli yüksəlişi... - BEYNƏLXALQ QURUMLAR

    Türkiyədə dolların məzənnəsi 4.80 lirə səviyyəsinə çataraq rekordu yeniləyib. Muxalifət.az-ın məlumatın agörə, lirə dollar qarşısında 2 faizdən çox dəyərdən düşüb. Avro/TL isə 5.70 səviyyəni aşıb və bütün zamanların ən yüksək səviyyəsinə qalxıb. Kredit reytinqi agentliyi "Fitch Rating" Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağını açıqlayıb. Bu açıqlama lirənin dəyərdən düşməsinə təkan verib.

    Muxalifet2 - 23-05-2018

  6. ​Nazirlik çimərliklərin MONİTORİNQİNƏ BAŞLADI

    Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.
    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

    Muxalifet2 - 23-05-2018

  7. ​Parisdə hökumət əleyhinə ETİRAZLAR- 100 tələbə saxlanıldı

    Fransanın paytaxtı Parisdə hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.
    Trend-in məlumatına görə, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.
    Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb.
    Etirazların yaranmasına səbəb hökumətin 2022-ci ilə qədər 120 min iş yerini məhdudlaşdırmaq qərarıdır.
    Bu, keçən ilin mayında hakimiyyətə gəlmiş Emmanuel Makronun dövründə üçüncü böyük tətil sayılır.

    Muxalifet2 - 23-05-2018

  8. İsrail döyüş təyyarələri QƏZZANI HƏDƏF ALDI

    İsrail döyüş təyyarələri, Qəzza Zolağındakı iki gəmi və Həmasın silahlı qanadı Qəssam Briqadalarına aid hədəfə raketlərlə hücum edib. İki gəminin, gələcək ay bölgəyə çatması gözlənən "Blokada Qırma" gəmilərini qarşılamaq üçün hazırlandığı və bir ay müddətində ikinci dəfə hədəf alındığı açıqlanıb.
     
    İsrail döyüş təyyarələrinin təşkil etdiyi iki hücumda, Qəzza Zolağındakı iki gəmi ilə Həmasın silahlı qanadı İzzəddin el-Kassam Briqadalarına aid hədəfləri vurulub.

    Muxalifet3 - 23-05-2018

  9. ​Azad Rəhimovun oğluna XƏBƏRDARLIQ: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

    Tanınmış britaniyalı avtoidman eksperti Co Seyvard öz bloqunda Bakıda “Formula-1” yarışlarının təşkilatçılarına xəbərdarlıq edərək “Liberty Media” (yarışların sahibi) şirkəti ilə müqavilənin şərtlərinə yenidən baxmaq cəhdlərindən əl çəkməyə çağırıb.

    Muxalifet2 - 23-05-2018

  10. Qalmaqala dəstəyin NƏTİCƏSİ AĞIR OLDU! QOVULDULAR

    Anqola, ABŞ-ın Qüds səfirliyinin açılışında iştirak edən diplomatı və buna razılıq verən bölgə direktorunu vəzifədən çıxarıb.
     
    Anqola Xəbər Agentliyinin (ANGOP) məlumatına görə, xarici işlər naziri Manuel Augusto, Anqolanın Təl-Əviv səfirliyinin müşaviri Joao Diogo Fortunato və ona ABŞ-ın Qüdsdəki səfirlik açılışında iştirak etmək səlahiyyəti verən Afrika və Yaxın Şərq Region Direktoru Joaquim do Espirito Santonun vəzifəsinə son qoyub.

    Muxalifet3 - 23-05-2018

  11. ​Su İdmanı Sarayında ÖLÜM - Məşq edərkən...

    Bakıda Su İdmanı Sarayında məşq edən 43 yaşlı kişi qəfil vəfat edib.
    Muxalifət.az xəbər verir ki, mayın 22-də saat 21 radələrində Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Yusifov Asəf Fərəməz oğlu məşq zamanı qəfil ölüb. Onun insult keçirdiyi bildirilir.
    Faktla bağlı araşdırma aparılır./publika/  

    Muxalifet2 - 23-05-2018

  12. BORÇALIDA TƏRİQƏTLƏRİN SAVAŞI - Məzhəbçilik soydaşlarımızı qarşıdurmaya sürükləyir

    Rəsmi statiskaya əsasən, Gürcüstan əhalisinin 7.8 faizini (təxminən, 300 000 nəfər) təmsil edən Azərbaycan türklərinin (qeyri-rəsmi məlumatlara görə isə 500 000 nəfər) kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgəsində soydaşlarımızın təhsil, torpaq, işsizlik və s. problemləri siyahısında daha təhlükəli bir tendensiya diqqət çəkməkdədir. Sovetlər Birliyinin dağılmasından sonra əksər post-sovet ölkələrində taleyini yaşayan müstəqil Gürcüstan dövləti müxtəlif maraqların poliqonuna çevrildiyi kimi, “Borçalı” da eynilə bir çox qüvvələrin maraq dairəsinə düşüb.

    Muxalifet - 23-05-2018

  13. ​Ələkbərov SIXIŞDIRILIR: “Lukoyl” yağlı tikə kimi görünür...

    “Sberbank” bir müddət öncə öz müştərilərinə hesabatını göndərərək, “Lukoyl”un səhmlərinin əldə saxlanmasının təhlükəli olduğunu bildirdi.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, “Sberbank”ın analitikləri yaxın zamanlarda Vahid Ələkbərovun şirkətinin Oleq Deripaskanın “Rusal” şirkəti ilə eyni taleyi bölüşə biləcəyini iddia ediblər. Buna əsas səbəb kimi isə Ələkbərovun 2016-cı ildə Krımda özünün şərabçılıq biznesi üçün 36 hektarlıq sahə alması göstərilib:

    Muxalifet2 - 23-05-2018

  14. Putinin övündüyü RAKET UĞURSUZ OLDU

    Son dövrdə Qərb ilə gərginləşən əlaqələri ilə birlikdə hərbi xərclərini artıran Rusiya, artan büdcənin də təsiri ilə yeni nəsil silahlarının inkişaf etdirmə işlərinə də sürət verib. Rusiyanın “sonsuz mənzilli” raketi test yoxlanışında uğursuz olub.
     
    Rusiya prezidenti Vladimir Putin ötən aylarda yeni bir silahlanma yarışının siqnallarını vermiş, dünyanın hər bir yerini vura biləcək yeni qitələrarası nüvə raket istehsal etdiklərini açıqlamışdı.

    Muxalifet3 - 23-05-2018

  15. ​İbrahimov qardaşları AZƏRBAYCANDAN QAÇDI, Ukraynada reyderliyə başladı

    Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk - red.) şəhərində daşınmaz əmlakın və cəlbedici torpaq sahələrinin reyder üsulu ilə ələ keçirilməsi halları artıb.
    Yerli sakinlərin sözlərinə görə, bu quldurluq hallarında ən çox iştirak payı olanlar isə Firuz və Şahin İbrahimov qardaşları və onlara bağlı olan adamlardır. Eyni zamanda, əmlakın ələ keçirilməsi sxemləri sırf kriminal xarakter daşıyır.

    Muxalifet2 - 23-05-2018

  16. Musa Yaqubun vəziyyəti kritikləşdi: “Artıq yeriyə bilmir, səsi çıxmır… “

    Artıq bir neçə gündür ki, şair Musa Yaqubun səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı şairin qızı Yaqut Yaqubova “Yeni Müsavat”a danışıb. Muxalifet.az müsahibəni təqdim edir:

    Muxalifet - 23-05-2018

  17. ​Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan “Kazan düsturu”nun SİRRİNİ AÇDI

    Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında “Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı. Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn “Kazan düsturu”ndan gedir. Rusiyanın təklif etdiyi bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu həll olunur. Bölgəyə sülhməramlılar yerləşdirildikdən sonra Qarabağın yekun statusu müzakirəyə çıxarılır. S.

    Muxalifet2 - 23-05-2018

  18. İŞİD-çilərin arvadlarına 10 DƏQİQƏDƏ EDAM

    “The Guardian” qəzeti, İŞİD-çi qadınların cəzalanmasına şahidlik edib və məhkəmədən paylaşdığı şəkillə dərc etdiyi xəbərində, 10 dəqiqədə edam cəzaları verildiyini yazıb.
     
    İraqda İŞİD terrorçularının həyat yoldaşlarının mühakimə olunmalarına davam edilir.
    Özləri də İŞİD tərəfdarı olan, hətta bəzi silahlı aksiyalara qatılan qadınlara edam cəzaları verilir.
    Bu məhkəmələrdə çəkilmiş bir fotoşəkil “The Guardian” qəzetində yer alıb.

    Muxalifet3 - 23-05-2018

  19. BİRLƏŞMİŞ ŞTATLARIN HƏDƏLƏRİ İRAN RADİKALLARINI GÜCLƏNDİRİR –Tehranın cavabı nə olacaq? - TƏHLİL

    İran Qərbin təhdidləri və sanksiyalarını heç vaxt cavabsız qoymayıb. Bir qayda olaraq, Tehranın kəskin cavabı – bu cür tədbirlərin əhəmiyyətsiz və təsirsiz hesab etmədir. Bu baxımdan, ABŞ dövlət katibi Mayk Pompeonun 21 may çıxışına İranın təpkisi də əsla fərqli sayıla bilməz.
    Pompeo xarici siyasətlə yanaşı, nüvə və raket proqramları ilə bağlı tələblərə cavab verməyincə, Tehranı “tarixdə ən ağır sanksiyalar” ilə hədələyib. Digər Amerika radikalları kimi, onun çıxışı İranın siyasi həyatında bir güruhun işinə çox yarayır – sərt siyasət tərəfdarlarını gücləndirir.

    Muxalifet2 - 23-05-2018

  20. ​"AST Telman"ın 300 milyonunu kəsdilər - “Biznes klub Tropikano” hərraca çıxarılır

    Azərbaycanlı milyonçu Telman İsmayılova məxsus daha bir mülk satışa çıxarılır.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, milyonçuya məxsus “Biznes klub Tropikano” biznes mərkəzi ilə bağlı hərrac iyulun 3-də keçiriləcək.
    Bundan əvvəl baş tutan hərracda biznes mərkəz 2 milyard 100 milyon rubl dəyərində qiymətləndirilmişdi. Amma indi qiymət endirilib. İndi o 300 milyon rubl az, 1 milyard 800 milyon rubl qiymətlə hərraca çıxarılacaq. Biznes mərkəzin sahəsi 15 min kvadratmetrdir və Moskvanın mərkəzində, Krasnaya Presnya küçəsində yerləşir.

    Muxalifet - 23-05-2018

Pages