Axtarış
The search found 105785 results in 0.119 seconds.
Search results
Putini tənqid edən mer istefa verdi: “Elə bir duruma salınmışıq ki..”
Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqun meri Yevgeni Royzman istefa verdiyini açıqlayıb. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz olaraq belə bir addım atıb.
“Şəhər sakinləri tərəfindən seçildiyim üçün onların maraqlarını müdafiə edirəm. Elə bir duruma salınmışıq ki, başqa birisinin qərarını qanuniləşdirməliyik. Belə bir şəraitdə bunda iştirak etməyəcəyəm. Bugünkü toplantı bitib. Sizə buna qatılmaq istəmədiyimi elan edir və istefa verirəm”, – Royzman mayın 22-də şəhər şurasının iclasında deyib.Muxalifet - 22-05-2018
Cəlilabadlı fermer ucuz kartofa ağı dedi: "LAY-LAY KARTOFUM LAY-LAY..." - VİDEO
Ötən həftənin sonundan Bakı bazarlarında yerli kartofun kiloqramı kəskin ucuzlaşaraq 30-40 qəpiyə düşüb. Rayonlarda isə kartofun topdansatış qitməti 15-16 qəpikdir. Bu isə faraş karfotçuluqla məşğul olan fermerlərə ciddi ziyan vurub.
Muxalifet - 22-05-2018
RUSİYA İSRAİLİ DƏNİZDƏN MÜHASİRƏYƏ ALDI - Raketlər hazır vəziyyətdə gözləyir!
İsrailin Suriyadakı İran hədəflərini vurmasından sonra əvvəlcə səssiz qalan Rusiya indi ən böyük kartını ortaya atıb. Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Golan təpələrindəki İsrail bazalarının ətrafı dənizdən rus raketləri ilə mühasirəyə alınıb.
İsrailin son olaraq, mayın 9-da, işğal elədiyi Golan təpələrindən İrandakı hədəflərə qarşı təşkil elədiyi, 23 nəfər iranlı və suriyalı hərbçinin öldüyü raket hücumlarından sonra açıqlama verməyən Rusiya mühüm bir əks-hücum qərarı verib.Muxalifet - 22-05-2018
Pentaqonun Rusiyanı iflic edəcək planı ORTAYA ÇIXDI - VİDEO
“ABŞ çətin ki, Rusiya tərəfindən genişmiqyaslı müdaxilə halında Ukraynanın ərazisinə öz bölmələrini göndərsin, amma bundan daha əhəmiyyəti kömək göstərə bilər”.
Muxalifet.az xəbər verir ki, bunu “ObozTV”nin efirində “Müharibənin hədləri” proqramında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Harri Tabax bildirib.
Muxalifet - 22-05-2018
Ermənistanda girov saxlanılan Dilqəm Əsgərovdan 7 aydır xəbər yoxdur –OĞLUNDAN AÇIQLAMA / VİDEO
Erməni separatçılarının 4 ilə yaxındır girov saxladığı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ARB 24-ə açıqlama verib.
Muxalifet.az-ın məlumatına görə o, bildirib ki, atasından sonuncu məktubu 2017-ci il noyabrın 1-də alıb. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər yarandığından ailə üzvləri xəbər-ətər olmamasından çox narahatdırlar.Muxalifet - 22-05-2018
Cavid Qurbanov yeni nazir haqda: "İNDİ ADAM BALASI..."
“Neft məsələsini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır. Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib.
Muxalifet - 22-05-2018
Paşinyan və Sarkisyan Gürcüstana gedir
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, səfər 30-31 may tarixində baş tutacaq.
T. Balayan, həmçinin qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan da mayın 25-də Gürcüstana səfərə yollanacaq. O, Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək.Muxalifet - 22-05-2018
ƏRDOĞAN SUİ-QƏSD CƏHDİNDƏN DANIŞDI - “Xəbər bizə qabaqcadan çatdı…”
Bizə sui-qəsdlə bağlı məlumat verildikdən sonra MİT rəhbəri Hakan Fidana bir gün əvvəl Sarayevoya getməsini tapşırdım.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında yayılan sui-qəsd iddiaları barədə danışarkən deyib.Muxalifet - 22-05-2018
Su sayğacı evdə olanlar üçün XƏBƏR
Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.Muxalifet4 - 22-05-2018
Tahir Əkbərin məzar daşını qoymaq üçün xanımı mahnılarını satışa çıxardı... - FOTOLAR
Rastrapoviçin hörməti, Halil Qısatumanın “xəyanəti”...
Muxalifet4 - 22-05-2018
6 yaşı sentyabrdan sonrakı aylarda tamam olan uşaqlar məktəbə qəbul ediləcək –Qanuna dəyişiklik edilir
Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə qəbul ediləcək.
Muxalifet4 - 22-05-2018
“Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir” - XİN-dən SƏRT BƏYANAT
“Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur”.
Muxalifət.az xəbər verir ki, bunu apa-ya açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.Muxalifet4 - 22-05-2018
“50 il padşah olacağına dair Allahla müqavilən var?” - Avropada sığınacaq almış müxalifətçi şahzadə əmilərini dövlət çevrilişinə təkrik edir - TƏHLİL
Deyvid Hirst
“Middle East Eye”
Müxalif Səudiyyə şahzadəsi əmilərini kral Salmanı devirməyə çağırıb. Şahzadə Xalid bin Fərhan şahzadə Əhməd bin Əbdüləziz və şahzadə Muqrin bin Əbdüləzizə xitabən Salmanın “nizamsız və axmaq” davranışı ilə Səudiyyə kral ailəsinə və səltənətə yeri doldurulmaz zərər verdiyini iddia edib.
Muxalifet4 - 22-05-2018
Hərbçilərimiz ağır qəzaya düşdü - ÖLƏNLƏR VAR - FOTO
Bakıdan Beyləqana gələn avtomobil qəzaya düşüb.
Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, qəza, Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib.
Belə ki, iki hərbiçi zabitimiz 42 CA 252 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişən lərin hərbçi olduğu bildiriıir.Muxalifet4 - 22-05-2018
Əlillərlə bağlı müzakirələrdə ciddi İTTİHAM səsləndi: “Bu, 5 qat cinayətdir!”
“Son beş ildə Azərbaycanda əlillərin sayı 100 min nəfər artıb. Bakı üzrə isə əlillərin sayı 20 min artıb”.
Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, bunu depuat Rauf Əliyev Milli Məclisin Əmək və social siyasət komitəsinin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında “qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, əgər bu şəxslər həqiqətən əlildirsə, onlar əlillik sənədi almalıdır.Muxalifet4 - 22-05-2018
ƏMƏK NAZİRLİYİNİN “QARA KASSASI” NECƏ DOLDURULUB? - Yeni nazir kimləri vəzifələrə təyin edir?
Səlim Müslümov gözlənilmədən nazir kreslosunu itirdikdən sonra onun rəhbərlik etdiyi nazirlikdəki yeyintinin miqdarı barədə mətbuatda 200 milyondan 2 milyarda qədər müxtəlif rəqəmlər səsləndirildi. Nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) illik büdcəsi 3,5 milyarda yaxındır və bu qurum ölkənin heç də ən şəffaf təşkilatı sayıla bilməz, onda səsləndirilən rəqəmlər müəyyən dərəcədə inandırıcı görünə bilər.
Muxalifet4 - 22-05-2018
Serbiya prezidentinin Azərbaycana səfəri başa çatdı
Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb.
Muxalifət.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
A. Vuçiçi hava limanında Azərbaycan baş nazirinin birinci müaviniYaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.Muxalifet4 - 22-05-2018
Nazirliyin şöbə müdirinə yüksək vəzifə verildi - TƏYİNAT
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə (AİŞ) yeni icraçı direktor təyin edilib.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bu, Allahverdi Paşayevdir.
O, bundan əvvəl İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, AİŞ-ə rəhbərlik edən Rövşən Nəcəf Prezident İlham Əliyevin bu il mayın 11-də imzaladığı sərəncamla Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin olunub.Muxalifet4 - 22-05-2018
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı –DİM
Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.
Muxalifət.az-ın xəbərinə görə, test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzin (DİM) internet səhifəsində tanış olmaq mümkündür.
Abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə də öyrənə bilərlər.Muxalifet4 - 22-05-2018
Nazirlik zabitlərin ölümü ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ
"Bəzi elektron KİV-də Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik".
Muxalifət.az xəbər verir ki, bu barədə apa-ya MN-dən bildirilib.
Məlumatda qeyd olunur ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu ölüb.Muxalifet4 - 22-05-2018