Axtarış

The search found 105785 results in 0.138 seconds.

Search results

  1. ​MERAL AKŞƏNƏR: "Seçimlədə qalib gəlsəm, əhaliyə 8 milyard..."

    Türkiyədə prezident seçkilərində namizədliyini irəli sürən "İYİ" Partiyasının lideri Meral Akşənər maraqlı açıqlaması ilə gündəmə gəlib.

    Muxalifet2 - 22-05-2018

  2. ​Məşhur rusiyalı milyarder sorğu-sual edilə bilər – Abromoviç Britaniyadan VİZA ALA BİLMİR

    Çelsi futbol klubunun sahibi Roman Abramoviçlə Birləşmiş Krallıqda yeni viza verilməsi üçün ondan sərvətinin mənşəyini soruşa bilərlər.
    Strateq.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.  Xəbərdə bildirilir ki, rusiyalı oliqarxın köhnə vizasının vaxtı bitib, lakin ona yeni viza verilməsi məsələsinə hələ də baxılır. Abramoviç bundan əvvəlki vizasını Britaniyada 2015-ci ilin aprelindən tətbiq edilən yeni daha sərt qaydalardan əvvəl alıb.

    Muxalifet2 - 22-05-2018

  3. ​Yəmənə raket zərbəsi: ÖLƏN VƏ YARALILAR VAR

    Husilər Yəmənin Marib məhəlləsini Qrad raketi ilə vurub.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, “Əl Ərəbiyyə” kanalı hücum zamanı xeyli insanın həlak olduğunu, təxminən 20 nəfərin yaralandığını açıqlayıb.
    Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
    Qeyd edək ki, husilər Maribin qərbindəki Həyəlan dağında mövqe tutublar.

    Muxalifet2 - 22-05-2018

  4. ​Türkiyə İraqda PKK-nın silah anbarını BOMBALAYIR

    Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yerləşən Hakurk bölgəsində PKK-nın mövqelərini bombalayır.
    Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların silah anbarı kimi istifadə etdiyi 4 məntəqəsini məhv edib.
    Dünəndən başlayan əməliyyatlar çərçivəsində indiyədək terrorçulara aid müxtəlif hədəflər vurulur.
    Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəhbərliyinin rəsmi Tvitter hesabından edilən paylaşıma görə, əməliyyatlar davam etdirilir.

    Muxalifet2 - 22-05-2018

  5. İRAQDA UDUZAN ABŞ TÜRKİYƏNİN ÖNÜNÜ KƏSMƏK İSTƏYİR: Mosul-Bəsrə yolunu kim çəkəcək? - TƏHLİL

    Dünyadakı ən böyük konsulluqlarından birini (600 milyon dollar xərclənib və 200 min m2 ərazini əhatə edir) Ərbildə yaradan ABŞ, İraqdakı seçkidə yürütdüyü siyasət böyük məğlubiyyətə uğradıqdan sonra, gözünü Türkiyənin bu ölkədə artan gücünə dikib.
    İraqda keçirilən seçkilərdə ABŞ-ın dəstəklədiyi Heydər əl-İbadi üçüncü yeri tutdu, İranın dəstəklədiyi Hadi əl-Əmiri, ölkədə İran dəstəkli milislərin mövcud gücünə rəğmən, ikinci oldu, seçkini isə millətçi din adamı Müqtəda əs-Sədr qazandı.

    Muxalifet2 - 22-05-2018

  6. ABŞ Şimali Koreyanı hədələdi: “SONUNUZ LİVİYA KİMİ OLACAQ”

    ABŞ-ın vitse-prezidenti Mayk Pens, ABŞ ilə nüvə məsələsində razılığa gəlmədiyi təqdirdə Şimali Koreyaya xəbərdarlıq edərək, əks halda bu ölkənin Liviya kimi ola biləcəyini bildirib.
     
    Amerikanın “Fox News” kanalına verdiyi müsahibədə gündəmi dəyərləndirən Pens, Şimali Koreya məsələsində sərt açıqlama verib.

    Muxalifet3 - 22-05-2018

  7. ​Rusiya yeni qanadlı raketi uçurda bilmir – KƏŞFİYYAT

    Rusiyanın 2000-ci illərin əvvəllərindən etibarən hazırlamağa başladığı yeni silahının sınaqları uğursuzluğa düçar olub.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiya ABŞ kəşfiyyatının silahlanma proqramı üzrə hesabatında yer alıb.

    Muxalifet2 - 22-05-2018

  8. ​Məşhur ürək həkimindən ŞOK SÖZLƏR: “Məhəmməd peyğəmbərin zamanında olsaydı...”

    Professor, doktor Canan Karatay şəkərli və qazlı içkilərin qaraciyərdə yağlanmaya səbəb olduğunu bildirib.
    Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış kardioloq “Əsl tibbin 10 şifrəsi” adlı konfransda sağlam qidalanmanın sirlərindən danışıb. Karatay hesab edir ki, şirin sular və qazlı içkilər Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onları haram məhsullar siyahısına daxil edərdi.

    Muxalifet2 - 22-05-2018

  9. ​Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs HƏBS EDİLDİ

    Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub.
    Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi Azərtransservis ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

    Muxalifet2 - 22-05-2018

  10. Rusiya İsrailin bazalarını DƏNİZDƏN MÜHASİRƏYƏ ALDI

    İsrailin Suriyadakı İran hədəflərini vurmasından sonra səssiz qalan Rusiya, böyük “kozır”ını oynamağa başlayıb. Holan Təpələrindəki İsrail bazalarının ətrafı dənizdən Rus raketləri ilə mühasirəyə alındı.
     
    İsrailin son olaraq 9 mayda işğal etdiyi Suriyanın Holan Təpələrindən İran hədəflərinə qarşı keçirdiyi və 23 İran və Suriyalı əsgərin öldüyü raket hücumlarından sonra səssiz qalan Rusiya, bağlı qapılar arxasında mühüm qərar qəbil edib.

    Muxalifet3 - 22-05-2018

  11. ƏRDOĞAN SİYASİ ÇAĞIRIŞLA PULUN CİNGİLTİSİNİ AYIRD EDƏ BİLİR –Türkiyə-İsrail ticarət dövriyyəsi 4,3 milyard $-a çatıb - ARAŞDIRMA

    İsraillə Türkiyə arasındakı əlaqələr son illərdə səmimi olmayıb, lakin İsrailin “Mavi Mərmərə” basqını qurbanlarına 20 milyon dollar təzminat ödəməyi razılaşmasından sonra, əlbəttə, münasibətlər inkişaf edib.
    İndi iki tərəfin geri çağırılan və çıxarılan elçiləri, təhqir və söz duel ilə münasibətlər risk altına düşmüş görünür. Söz müharibəsi bitməyə, amma iqtisadi əlaqələrə təhlükə yarada bilər.

    Muxalifet2 - 22-05-2018

  12. ​“Sberbank” Türkiyədəki payını ƏRƏBLƏRƏ SATDI

    Türkiyənin “Dənizbank”ı Birləşmiş Ərəb Əmirliklərinin “Emirates NBD” bankına satılıb.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Bankın səhmlərinin 99,85%-i ərəblərə 3,2 milyard dollara satılıb.
    Qeyd edək ki, “Dənizbank” bundan öncə Rusiyanın “Sberbank”ına aid olub. Bankın satışı ilə bağlı ruslarla ərəblər arasındakı danışıqlar yanvar ayında başlayıb. “Sberbank” “Dənizbank”dakı payını 2012-ci ildə Belçikanın “Dexia” qrupundan 2,79 milyard avroya alıb.

    Muxalifet2 - 22-05-2018

  13. ​Sabunçu sakini İNTİHAR ETDİ

    Sabunçu sakini özünü öldürüb.
    Muxalifət.az xəbər verir ki, rayonun Maştağa qəsəbəsində 1966-cı il təvəllüdlü Nurəddin Novruzov özünü asaraq intihar edib.
    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır./report/

    Muxalifet2 - 22-05-2018

  14. ​Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə MÜZAKİRƏ EDİLƏCƏK – Hesablama Palatası rəy verdi

    Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
    Palatadan Trend-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilib.
    Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb.

    Muxalifet2 - 22-05-2018

  15. ​Trampdan Venesuela ilə bağlı SƏRT QƏRAR

    ABŞ lideri Donald Tramp Venesuela hökumətinin dövlət aktivlərini satma qabiliyyətini məhdudlaşdıran, eləcə də ABŞ-da Venesuelanın dövlət borcu ilə müxtəlif əməliyyatların aparılmasını qadağan edən sərəncam imzalayıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının səlahiyyətli nümayəndələri məlumat yayıb. Buna səbəb olaraq Venesuela aktivlərinin korrupsiyaya bulaşması göstərilib:

    Muxalifet2 - 22-05-2018

  16. ​Qəzzada növbəti QARŞIDURMA: İsrail tankları hərəkətə keçdi

    Bir neçə fələstinli Qəzza sektorundan İsrailə keçərək hərbi postu yandırıb.
    Muxalifət.az xəbər verir ki, hadisə nəticəsində İsrail ordusundan xəsarət alan olmayıb.
    Cavab olaraq İsrail ordusuna məxsus tanklar HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən müşahidə məntəqəsini atəşə tutub.
    Xatırladaq ki, bir qədər əvvəl Qəzza zolağında fələstinlilərin “Milyonluq yürüş”ü zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 nəfər öldürülmüşdü.

    Muxalifet2 - 22-05-2018

  17. ​Bina tikənlərlə bağlı araşdırma başladı - BAKIDA

    Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanı qalxıb və yaşıllıqlar zədələnib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb.

    Muxalifet2 - 22-05-2018

  18. ​Rus biznesmenlər: Fəlakətli vəziyyətdir - SORĞU

    Rusiyadakı biznesmenlərin 76%-i ölkə iqtisadiyyatının vəziyyətini fəlakətli hesab edir.
    Bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin sorğusundan sonra ortaya çıxıb. Sorğuda iştirak edən biznesmenlərin 59%-i vəziyyətlərinin 2017-ci ildə, 73%-i isə 2016-cı ildə pozulduğunu bildirib. Yalnız 12% şəxs 2017-ci ildə vəziyyətinin yaxşılaşdığını deyib.
    45% biznesmen bundan sonrakı üç ildə iqtisadiyyatın normallaşacağına ümid etdiyini qeyd edib. Biznesmenlərin 23%-isə buna inanmadığını bildirib.

    Muxalifet2 - 22-05-2018

  19. ​Şamaxıda parkın qarşısında dərin çatlar yarandı - TƏHLÜKƏ/FOTO

    Azərbaycanda, xüsusilə Şamaxı rayonunda bir sıra avtomobil yollarında sürüşmə prosesləri aktivləşib.
    Muxalifət.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər deyib.

    Muxalifet2 - 22-05-2018

  20. ​Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün - YENİ TƏKLİF

    Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır.
    Muxalifət.az-ın məlumatına görə, bunu “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

    Muxalifet2 - 22-05-2018

Pages