Axtarış

The search found 105785 results in 0.176 seconds.

Search results

  1. ​“ABŞ bütün dünyada İranın hərbi serverlərini çökdürəcək” - POMPEO

    Vaşinqton İrana misilsiz maliyyə təzyiqi tətbiq etmək niyyətindədir.
     
    Muxalifət.az
    “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
    Bundan əlavə, Pompeonun sözlərinə görə, ABŞ İranın artıq Yaxın Şərqdə dominantlıq etməməsi üçün ölkənin dünyadakı bütün hərbi serverlərini çökdürəcək.
    Xatırladaq ki, ABŞ İranın nüvə proqramı üzrə sazişdən çıxdıqdan sonra bu ölkəyə qarşı sanksiyaları bərpa edib.

    Muxalifet4 - 21-05-2018

  2. ŞƏRHSİZ: Putin, Tramp, Merkel və Kim Çen İn eyni klipdə... - VİDEO

    Tramp, Putin, Merkel və Kim çen İnin yer aldığı, dünyanın siyasi mənzərəsini çılpaqlığı ilə ortaya qoyan klip...

    Muxalifet - 21-05-2018

  3. ​“Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq" - İLHAM ƏLİYEV

    "Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir".
     
    Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Bakıda Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuata bəyanatla çıxış edərkən bildirib.
     

    Muxalifet4 - 21-05-2018

  4. ​90 günlük müvəqqəti qeydiyyat “ASAN xidmət”də aparılacaq - DMX ilə agentlik razılaşma imzaladı

    Bu gündən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilkin olaraq elan edildiyi kimi Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
     

    Muxalifet4 - 21-05-2018

  5. ​Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''

    Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi başlanıb. O, öz müştərisini döyərək xəsarət yetirməkdə ittiham olunur. 
     
    Muxalifət.az
    -ın məlumatına görə, Elnarə Rzayevanın müştərisi olmuş şikayətçi Validə Firudinova criminal.az saytına bildirib ki, bu il martın əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər uzanıb:
     

    Muxalifet4 - 21-05-2018

  6. ABŞ-dan İrana təhdid! TARİXİN ƏN KƏSKİN SANKSİYALARI…

    ABŞ xariciiİşlər naziri Mayk Pompeo, ABŞ-ın İrana qarşı atacağı addımları açıqlayıb. Pompeo, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaları başa çatdıqda, bunun tarixin ən sərt sanksiyaları olacağını deyib. Xarici işlər naziri Pompeo, İrana qarşı sanksiyalar başa çatdıqdan sonra sözügedən ölkənin iqtisadiyyatının ayaqda qalmaq üçün çalışacağını deyib.
     
    Pompeo, ABŞ-ın İranın bölgədəki təcavüzkarlığına qarşı regional müttəfiqlərlə əməkdaşlıq edəcəyini bildirib.

    Muxalifet3 - 21-05-2018

  7. Nazir yeni islahatların anonsunu verdi: "Əlillik yeni üsullarla təyin olunacaq"

    "Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə islahatlar aparmaq istəyirik".
     
    Muxalifət.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.
    S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var.

    Muxalifet4 - 21-05-2018

  8. ​“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirdi - TÜRKMƏNLƏR EVLƏRİNİ TƏRK ETDİ

    Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.
     
    Muxalifət.az report-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.
    "Taliban" qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları "Taliban" tərəfindən sıxışdırılıb", - o vurğulayıb.

    Muxalifet4 - 21-05-2018

  9. ​Mayın 22-nə MANATIN MƏZƏNNƏSİ

    Mayın 22-nə manatın məzənnəsi açıqlanıb.
     

    Muxalifet4 - 21-05-2018

  10. Bakıda dəhşətli partlayışda ölənlərin şəxsiyyəti müəyyənləşdi - ADLAR

    Bu gün Bakıda baş vermiş güclü partlayışda ölən 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsi 304 ünvanında, “Azərtranservis”ə məxsus ərazidə yerləşən çayxanada baş vermiş partlayışda 50 yaşlı Zöhrab Saatov və İbrahimova Möminə Rəhim qızı vəfat edib. İbrahimov Natiq Zahid oğlu və İbrahimova Şəkər Xosrov qızı isə ağır xəsarətlərlə 5 saylı xəstəxanaya yerləşdirilib. Bildirilir ki, hadisə vaxtı çayxanada 3 ədəd qaz balonu olub və onların hamısı partlayıb.

    Muxalifet4 - 21-05-2018

  11. ABŞ İranla yeni bir MÜQAVİLƏ ÜÇÜN 12 ŞƏRT QOYDU

    ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni bir nüvə müqaviləsi bağlamaq üçün 12 şərt qoyub.
     
    Bu barədə “Associated Press” xəbər verib.
    Dövlət Departamentinin rəhbəri Pompeo bildirib ki, Tehran uranı zənginləşdirmək işini dayandırmalı və plutoniumu təkrar emal etməməlidir. İran həmçinin ballistik raketlərin yayılmasını və raketlərin daha da inkişafını dayandırmalıdır. Bundan əlavə, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplarını dəstəkləməyi dayandırmalıdır.

    Muxalifet3 - 21-05-2018

  12. TÜRKLƏRİ SÖYƏN, ƏRƏBLƏRƏ NİFRƏT EDƏN BAŞ NAZİR OĞLU…- 26 yaşlı Yair Netanyahunun adı hansı qalmaqallara qarışıb?

    Binyamin Netanyahu adı tez-tez qalmaqallara qarışan, bununla belə, postunu qoruyub saxlayan azsaylı siyasətçilərdəndir. Maraqlıdır ki, bu qalmaqalların bir qismi onun özü (korrupsiya və s.), əsas hissəsi isə oğlu Yair Netanyahu ilə bağlıdır. 26 yaşlı gənc İsrail baş nazirini dəfələrlə səs-küylü müzakirələrin mərkəzinə gətirib. Bir neçə gün əvvəl isə “İnstaqram” hesabından etdiyi paylaşımla adı ətrafında növbəti gərginliyin yaranmasına səbəb olub.
     

    Muxalifet4 - 21-05-2018

  13. ​"Fənərbağça"nın baş məşqçisi istefa verdi

    Aykut Kocaman Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçi postundan ayrılıb.
     
    Muxalifət.az "Report"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.
    Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

    Muxalifet4 - 21-05-2018

  14. ​Yusif Eyvazova “Xalq artisti” adı verildi - SƏRƏNCAM

    Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
     
    Muxalifət.az-ın xəbərinə görə, sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.

    Muxalifet4 - 21-05-2018

  15. AKP deputatlığa namizədlərinin siyahısını açıqladı –3 nəfər tanınmış idmançıdır

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
     
    “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 126-sı qadındır.

    Muxalifet4 - 21-05-2018

  16. Çində tarixi qərar gözlənilir: Məhdudiyyət ləğv edilir

    Çin hökuməti ailə başına düşən uşaq sayı məhdudiyyətini ləğv edə bilər.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
    Agentliyin məlumatına əsasən, müvafiq qərar cari ilin sonuna qədər qəbul oluna bilər. Çin bu yolla ölkə əhalisinin sürətlə qocalması problemi ilə mübarizə aparmağı, həmçinin beynəlxalq tənqidlərə son qoymağı düşünür.
    Qeyd edək ki, Çində “bir ailə - bir uşaq” məhdudiyyəti siyasəti ölkənin demoqrafik partlayış ərəfəsində olduğu vaxt - 1979-cu ildə qəbul edilib.

    Muxalifet3 - 21-05-2018

  17. ​Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

    Türkiyənin İzmir şəhər məhkəməsi  2016-cı ilin iyul hadisələri (dövlət çevrilişinə cəhd) ilə bağlı iş üzrə 104 nəfəri ömürlük azadlıqdan məhrum edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
    Ən ağır cəzanı alan müttəhimlər ölkə konstitusiyasını pozmaqda, Fətullah Gülənin terrorçu qruplaşmasına üzv olmaqda təqsirli bilinib. Onların arasında yüksək çinli zabitlərin yer aldığı bildirilir.

    Muxalifet3 - 21-05-2018

  18. ​Suriyada güclü partlayış: İranın hərbi mərkəzinə hücum...

    Suriyanın Naijah bölgəsində güclü partlayış olduğu barədə xəbər yayılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrail mediası "Debka File" xəbər saytı məlumat yayıb.
    İsrail mediası qeyd edir ki, partlayış olan regionda Suriyanın bir hərbi akademiyası, eləcə də İranın hərbi mərkəzi yerləşir.
    Partlayışa nəyin səbəb olduğu barədə dəqiq məlumat verilməsə də, ehtimal edilir ki, bu, İranın hərbi hədəflərinə dörd gün ərzində ikinci hücumun nəticəsidir.
     

    Muxalifet3 - 21-05-2018

  19. Ramazan ayının altıncı gününün duası və təqvimi

    Muxalifet.az müqəddəs Ramazan ayının 6-cı gününün təqvimi və duasını təqdim edir. 
    6 ramazan 1439 – 22 may 2018
    İmsaq: 03:34
    İftar: 20:12
    6-cı günün duası: 
    Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.

    Muxalifet3 - 21-05-2018

  20. ​ABŞ tarixdə ən sərt sanksiya rejimini tətbiq etməyə hazırlaşır

    Amerika Birləşmiş Ştatları İrana güclü təzyiq göstərməyə hazırlaşır.
    Muxalifet.az-ın BBC-yə istinadən məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.
    “Əgər Tehran öz siyasi kursundan dönməyəcksə, ABŞ İrana qarşı tarixdə ən sərt sanksiya rejimini tətbiq edəcək”, - dövlət katibi deyib.
    Bundan əlavə, ABŞ İrandan Suriyadakı bütün qüvvələrini çıxarmağı tələb edir.
     

    Muxalifet3 - 21-05-2018

Pages