Axtarış

The search found 105785 results in 0.104 seconds.

Search results

  1. SEPAH-dan ABŞ-a YUMRUQLU CAVAB

    ABŞ-ın dövlət katibi Mayk Pompeo, ABŞ-ın, İranla nüvə müqaviləsindən çıxmasından sonra həyata keçirəcəyi yeni strategiyanı açıqlayıb. İran bu açıqlamaya sərt cavab verib. İran İnqilab Mühafizəçilərinin komandiri İsmayıl Kovsari, "İran xalqı, ABŞ xarici işlər nazirinin ağzına sərt bir yumruq vuracaq" - deyib.
     
    Kovsari, "İranlılar bunun qarşısında bir olmalı və İran xalqı ABŞ xarici işlər nazirinə və onu dəstəkləyən hər hansı birinin ağzına sərt bir yumruq vuracaq" - deyib.

    Muxalifet3 - 22-05-2018

  2. ​Qarabağa qanunsuz səfərlərin sayı artıb - NƏ ETMƏLİ...

    Elçin Mirzəbəyli: “Paşinyanın yox, bütövlükdə Ermənistan cəmiyyətinin cəzalandırılmasına yol açmalıyıq”; Elşən Mustafayev: “Bunun qarşısını almağın yolu yalnız torpaqların azad olunmasından keçir”

    Muxalifet2 - 22-05-2018

  3. İsrail, F-35 ilə HÜCUM EDƏN İLK ÖLKƏ OLDU

    İsrail ordusu, ABŞ-ın son istehsalı olan kabus döyüş təyyarəsi F-35-lə hücumlar təşkil olunduğunu bildirib.
     
    İsrail ordusu, bu gün səhər verdiyi bəyanatla ABŞ istehsalı F-35 döyüş təyyarələri ilə hücumlar təşkil edən ilk ölkə olduğunu açıqlayıb. Sözügedən təyyarələr, görünməz kabus təyyarə kimi tanınır.
     
    İKİ HƏDƏFİ VURDULAR
     
    İsrail ordusu, rəsmi açıqlamasında bütün Orta Şərq üzərində uçan F-35-lərlə iki hədəfin vurulduğunu bildirib.
     
    REGİONDA GƏRGİNLİK DAVAM EDİR
     

    Muxalifet3 - 22-05-2018

  4. ​Gömrük Hospitalının iranlı həkimi məhkəmə zalında HƏBS EDİLDİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları – Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin cinayət işi üzrə məhkəmə iclası başlayıb
    Muxalifət.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Muxalifet2 - 22-05-2018

  5. ​Putin SSRİ-ni sarsıdan 1991-ci ilin AVQUST QİYAMINDAN DANIŞDI: “Mən DTK və Yeltsin arasında seçim etməli oldum”

    “1991-ci ildəki avqust qiyamı zamanı mən prezident Boris Yeltsin və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkovun daxil olduğu Fövqəladə Hal üzrə Dövlət Komitəsi (QKÇP) arasında seçim etmək məcburiyyətində qaldım”. Bu etirafı Rusiya Prezidenti Vladimir Putin “Sobçak işi” filmində çıxışı zamanı deyib. “Bir tərəfdən mən Anatoli Sobçakla çalışırdım. O, Yeltsinin tərəfində idi. Digər tərəfdən isə güc strukturları çevrilişi həyata keçirənlərin yanında yer almışdılar. Mən hər iki tərəfdə eyni anda ola bilməzdim. Qiyamın gedişi zamamı Sobçaka seçim etdiyimi bildirdim.

    Muxalifet2 - 22-05-2018

  6. ​Tibb Universitetinin tələbələrinə ŞAD XƏBƏR: diplom almadan işləyə biləcəklər

    Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri bundan sonra elə universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.

    Muxalifet2 - 22-05-2018

  7. ​ABŞ nümayəndəsini İRƏVANA GÖNDƏRİR

    ABŞ dövlət katibinin köməkçisinin müavini Bridcit Brink İrəvana gələcək.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, Brink İrəvana 27 mayda gələcək. Balayan eyni tarixdə həmçinin Ermənistana Fransa Xarici İşlər naziri Jan İv Lö Drianın ziyarət edəcəyini də bildirib.
    Qeyd edək ki, Lö Drian eyni tarixdə Bakıda da səfərdə olacaq.

    Muxalifet2 - 22-05-2018

  8. ​ABŞ Maduronun Venesueladakı prezident seçkilərində QƏLƏBƏSİNİ QEYRİ-QANUNİ SAYIR

    ABŞ Venesuelada keçirilmiş prezident seçkilərini saxta, onun nəticələrini isə qeyri-qanuni hesab edir.
    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ölkənin vitse-prezidenti Mayk Pens deyib.
    "Venesuelada seçkilər saxta, ədalətsiz və azad olmayan şəkildə keçirilib. Bu saxta seçkilərin nəticələri qeyri-qanunidir və Venesuelada demokratiya ənənələrini daha da məhv edir", - deyə vitse-prezidentin Ağ ev tərəfindən yayılan bəyanatında bildirilir.

    Muxalifet2 - 22-05-2018

  9. ​Paşinyandan qəribə çıxış yolu: QİYMƏTLƏRİ ENDİRMƏK ÜÇÜN…

    Ermənistanın baş naziri Nikol Paşinyan qazın və elektrik cərəyanının qiymətlərini aşağı salmaq üçün Almaniyadan borc almağa hazırlaşır.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzetində yer alıb.
    Qəzet yazır ki, mövcud sahələrdə vəziyyəti normallaşdırmaq üçün Paşinyana Almaniyadan borc almağın daha ideal çıxış yolu olduğunu təklif ediblər, o da bunu məqbul sayıb:

    Muxalifet2 - 22-05-2018

  10. ​Azərbaycanda neftin büdcə qiyməti DƏYİŞDİRİLƏCƏK

    Yaxın vaxtlarda dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşmə olacaq.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
    Onun sözlərinə görə, bu da iqtisadi fəallığı artıracaq.
    Qeyd edək ki, 2018-ci ilin büdcəsində 1 barel neftin qiyməti 45 dollardan götürülüb.

    Muxalifet2 - 22-05-2018

  11. ​“Suriyadan çıxan silahlılar…” – SERGEY ŞOYQU

    Rusiya müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda vəziyyətin stabilləşmədiyini bildirib.
    Muxalifət.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Şoyqu özbəkistanlı həmkarı Əbdülsalam Əzizlə görüşdə bildirib.
    Onun sözlərinə görə, Rusiya və Özbəkistan arasındakı hərbi və hərbi-texnoloji əməkdaşlıq tam dəqiq və vacib xarakter daşıyır:
    “Biz bu gün deyə bilmərik ki, Əfqanıstandakı vəziyyət daha sabit, daha təhlükəsizdir. Nəzərə alsaq ki, Suriyanı tərk edən silahlılar həm də Əfqanıstana keçir”.

    Muxalifet2 - 22-05-2018

  12. ​Samuxda traktor aşdı - YARALILAR VAR

    Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 22-05-2018

  13. BMT baş katibindən HİZBULLAHA ÇAĞIRIŞ

    BMT baş katibi Antonio Guterres, Hizbullahdan Livan daxilində və xaricində hərbi fəaliyyətlərinə son verməsini istəyib.
     
    BMT baş katibi Antonio Guterres, “Associated Press” agentliyinin ələ keçirdiyi BMT Təhlükəsizlik Şurasına təqdim olunan hesabatda, Livanda ən ağır silahlı milis hərəkəti və siyasi partiya Hizbullahı tənqid edərək qrupa ölkə içində və xaricində hərbi fəaliyyətlərini dayandırması çağırışı etdi.
     

    Muxalifet3 - 22-05-2018

  14. ​Məmmədyarov yeni müavinini TƏQDİM ETDİ

    Bu gün Xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
    XİN-dən verilən məlumata görə, iclasda Elmar Məmmədyarov prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

    Muxalifet2 - 22-05-2018

  15. ​DİM dövlət qulluğuna qəbul üçün müsahibə ELAN ETDİ

    Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
    Muxalifət.az bildirir ki, DİM-dən verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyundək davam edəcək.
    Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

    Muxalifet2 - 22-05-2018

  16. Fələstindən İsrailə ŞOK: BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNƏ VERİLDİ

    Fələstin İsrailin qanunsuz Yəhudi yaşayış məntəqələrini və müharibə cinayətlərini təsdiq edən sənədləri Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib.
     Fələstinin xarici işlər naziri Riyad əl-Maliki, İsrailin törətdiyi qırğınlarlarla bağlı bütün dəlil dosyeləri Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təslim edib.
    Müxalifət.az

    Muxalifet3 - 22-05-2018

  17. ​Zakir Həsənov erməni təxribatının qarşısını alarkən şəhid olan əsgərimizi TƏLTİF ETDİ

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.
    Muxalifət.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
    Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

    Muxalifet2 - 22-05-2018

  18. ​Navalnını dəstəkləyən Yekatrinburq meri İSTEFA VERDİ: “Birbaşa seçkilərin ləğvi demokratiyaya zərbədir”

    Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqun meri Yevgeni Royzman istefa verdiyini açıqlayıb. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz olaraq belə bir addım atıb.
    “Şəhər sakinləri tərəfindən seçildiyim üçün onların maraqlarını müdafiə edirəm. Elə bir duruma salınmışıq ki, başqa birisinin qərarını qanuniləşdirməliyik. Belə bir şəraitdə bunda iştirak etməyəcəyəm. Bugünkü toplantı bitib. Sizə buna qatılmaq istəmədiyimi elan edir və istefa verirəm”, – Royzman mayın 22-də şəhər şurasının iclasında deyib.

    Muxalifet2 - 22-05-2018

  19. Kərəm Həsənovun dövlətdən taladığı 10 MİLYONLAR - Vergilər naziri Komitə sədrinə bata biləcəkmi?

    Vüqar Gülməmmədov: “Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

    Muxalifet - 22-05-2018

  20. Dəhşətli xəbərdarlıq: “B PLANI YOXDUR, MÜHARİBƏ OLACAQ”

    Qətərin “Al-Jazeera” televiziyası, ABŞ-ın yeni İran strategiyası haqqında bir xəbər yayıb. "B planı yoxdur: ABŞ-ın İrandan yeni istəkləri müharibənin zəminini hazırlayır" başlıqlı xəbərdə, Yaxın Şərqdə müharibə ehtimalının artdığını yazıb.
     
    “Al-Jazeera”, ABŞ-ın yeni İran strategiyasından sonra bu gün bir ekspertlərin danışdığı analiz xəbər yayıb. "B planı yoxdur: ABŞ-ın İrandan yeni istəkləri müharibənin zəminini hazırlayır" başlıqlı xəbərdə, çox ilginc açıqlamalar verilib.
     
    MÜHARİBƏ EHTİMALI ARTIB
     

    Muxalifet3 - 22-05-2018

Pages