Axtarış

The search found 105785 results in 0.094 seconds.

Search results

  1. Britaniya kraliçası İlham Əliyevə məktub göndərdi

    Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
     
    Muxalifət.az-ın məlumatına görə, məktubda deyilir:
     
    "Cənab Prezident. Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

    Muxalifet4 - 22-05-2018

  2. Səlim Müslümovun kadrına ŞOK İTTİHAM - "150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq..."

    Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) sensasion fakt üzə çıxıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə unukal.org-a daxil olan məlumatda bildirilir ki, Ə.Cəbiyevin Aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər.

    Muxalifet - 22-05-2018

  3. ​ABŞ-dan Kim Çenə xəbərdarlıq: Sonun Qəzzafi kimi olar

    ABŞ-ın vitse-prezidenti Mayk Pens Şimali Koreya ilə bağlı sərt açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, “Foks Nyus” telekanalına müsahibə verən vitse-prezident, ötən həftə Con Boltonun “Liviya modeli” təklifinin gündəmə çevrildiyini qeyd edib.
    “Bu barədə prezident Trampın açıq şəkildə dilə gətirdiyi kimi olacaq. Əgər Kim Çen bir anlaşmaya razı olmasa, o zaman vəziyyət “Liviya modeli” ilə nəticələnəcək”, - Pens bildirib.
     

    Muxalifet3 - 22-05-2018

  4. Bakıda dəmiryolu stansiyasında əl qumbarası tapıldı

    Bakının Nizami rayonunda 1 ədəd F-1 əl qumbarası tapılıb.
     
    ANAMA-dan verilən məlumata görə, mayın 22-i saat 15:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nizami rayonu ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
    Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Muxalifet4 - 22-05-2018

  5. Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi yaradılacaq

    İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.
    Nazirlikdən Muxalifet.az -a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb.

    Muxalifet3 - 22-05-2018

  6. 28 nəfərin imtahan nəticələri ləğv edilib

    Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.
    DİM-dən verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.
    İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    Muxalifet3 - 22-05-2018

  7. ​Azərbaycanda belə müəllim olmamışdı - VİDEO

    Muxalifet.az xəbər verir ki, sosyal mediyada fenomenə çevrilən bu müəllim dərs metodikası ilə bir çoxlarına nümunə göstərib. Görünən odur ki, bu əməli xeyli uğurlu alınıb.

    Muxalifet3 - 22-05-2018

  8. ​ABŞ özünü dünyadan təcrid edir - Partiya lideri

    Heç bir güc Türkiyənin İran və Venesuela ilə əlaqələrini zəiflədə bilməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin “Vətən” partiyasının lideri, prezidentliyə namizəd Doğu Perinçək deyib.

    Muxalifet3 - 22-05-2018

  9. ​Bakıda sürücü 25 qəpiyə görə döyüldü - Video

    Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib.
    Muxalifet.az xəbər verir ki, xəzər xəbər-in məlumatına görə, hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasindakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.

    Muxalifet3 - 22-05-2018

  10. ​Aİ ilə danışıqların növbəti mərhələsi bu tarixdə aparılacaq

    Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək.
    Muxalifet.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.
    Danışıqlarda iştirak etmək üçün Avropa İttifaqının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.

    Muxalifet3 - 22-05-2018

  11. ​Şahzadədən çağırış: Kral Salmanı devirin!

    Səudiyyə Ərəbistanın müxalif şahzadələrindən olan Xalid bin Fərhan Bin Əbdüləziz “Middle East Eye” qəzetinə verdiyi mühasibəsində Kral Salmanın devrilməsi üçün əmilərinə çağırış edib.
    Muxalifet.az xəbər verir ki, Fərhan Kral Salmanın tez bir zamanda taxtdan endirilməsini və hakimiyyətin əmilərinə keçməsinin vacibliyini bildirib.

    Muxalifet3 - 22-05-2018

  12. ​RƏSMİ: Cərimələrə görə YPX-nin maaşları artacaq – SÜRÜCÜLƏR DİQQƏTLİ OLSUN

    Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman verib.

    Muxalifet3 - 22-05-2018

  13. SON DƏQİQƏ: Ermənistan Azərbaycanı hədələdi: "Qarabağı görməyəcəksiniz..." - VİDEO

    SON DƏQİQƏ: Ermənistan Azərbaycanı hədələdi: "Qarabağı görməyəcəksiniz..." - VİDEO

    Muxalifet3 - 22-05-2018

  14. ​Müşavirləri Trampı belə ələ salır

    ABŞ Prezidenti Donald Trampın Tvitter paylaşımlarında qeydə alınan hərf və üslub səhvləri bəzən onun müşavirləri tərəfindən qəsdən edilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın “Boston Qlob” qəzeti məluma yayıb.
    Bildirilib ki, bütün tivtlər heç də Ağ Ev rəhbərinin özü tərəfindən yazılmır.
    Belə ki, dövlət başçısının müşavir və köməkçiləri məqsədli şəkildə gərəksiz yerə tvitlər paylaşır, həmin tvitlərdə ehtiyac olmadığı halda hərflər böyük, yaxud yanlış yazılır.

    Muxalifet3 - 22-05-2018

  15. ​Böyükşor gölünün taleyi bəlli oldu: Bu ilin II yarısında...

    Prezident İlham Əliyevin Böyükşor gölünün təmizlənməsi barədə tapşırığına uyğun olaraq, hazırda Fransanın “Suez” şirkəti "Böyükşor gölünün bərpası" layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir. 2018-ci ilin ikinci yarısında bu işlər yekunlaşacaq və bundan sonra gölün sağlamlaşdırılması və tarixi məcraya qaytarılması istiqamətində növbəti addımlar müəyyənləşdiriləcək.

    Muxalifet3 - 22-05-2018

  16. ​8 polkovnik həbs edildi - Casusluq fəaliyyəti

    FETÖ şəbəkəsinin Türkiyə Quru Qoşunlarındakı fəaliyyəti ilə bağlı saxlanılan 13 polkovnikdən 8-i həbs edilib.
    Muxalifet.az xəbər verir ki, növbətçi Sülh Cəza məhkəməsi 5 nəfəri şərti azadlığa buraxılması ilə bağlı qərar verib.
    Məlumata görə, digər şübhəli şəxslərin casus şəbəkəsindəki fəaliyyəti ilə bağlı istintaq davam etdirilir.
     

    Muxalifet3 - 22-05-2018

  17. ​Maduro 2025-ci ilə qədər Venesuelanı idarə edəcək

    Nikolas Maduro 2019-2025-ci illər ərzində Venesuelanı idarə edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Venesuela Milli Seçki Komissiyasının rəhbəri Tibisay Lusena deyib.
    Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq, ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
    ABŞ, Kanada, Çili, Argentina və Avstraliya isə seçkilərin nəticəsini tanımaqdan imtina edib.
     

    Muxalifet3 - 22-05-2018

  18. ​Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

    Ukrayna ilk dəfə ABŞ istehsalı olan "Javelin" raket kompleksini sınaqdan keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
    “Dövlət başçısı Ukrayna hərbçilərinin yerdəki hədəflərə yönəlik raket sınaqlarını izləyib. Bütün hədəflər uğurla məhv edilib”, - deyə məlumatda bildirilib.
    Prezident Petro Poroşenko bildirib ki, "Javelin"in sınağı Ukrayna-ABŞ əməkdaşlığının simvoluna çevrilib.
     

    Muxalifet3 - 22-05-2018

  19. ​Vaksini olmayan ölümcül virus yayılıb

    Hindistanın Kerala ştatında Nipah virusu doqquz nəfərin həyatına son qoyub.
    Muxalifet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ciddi narahatlığına səbəb olan infeksiyanın vaksini yoxdur.  Bu xəstəliyə yoluxanların 70% faizi ölür.
    Nipah virusunun simptomları ilə 25 nəfər xəstəxanaya yerləşdirilib. Kerala ştatının səhiyyə naziri BBC-yə verdiyi açıqlamada pasiyentlərdən birinin qeydinə qalan tibb bacısının da öldüyünü bildirib.
    Nipah dünyanın ən təhlükəli viruslarının onluğuna daxildir. ÜST epidemiyanın yayıla biləcəyini istisna etmir.

    Muxalifet3 - 22-05-2018

  20. ​Tramp-In görüşü ertələnə bilər

    Şimali Koreya lideri Kim Çen Inla danışıqlar iyunun 12-də baş tutmaya bilər.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
    Cənubi Koreyalı həmkarı Mun Çje İnlə jurnalistlərin qarşısına çıxan Tramp, In administrasiyasının Vaşinqtonun irəli sürdüyü şərtləri yerinə yetirməyəcəyi təqdirdə Sinqapurda sammitin keçirilməyəcəyini bildirib.
    Habelə, Tramp Inla danışıqların baş tutacağı təqdirdə onun nəticələrinin dünya üçün böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

    Muxalifet3 - 22-05-2018

Pages