Axtarış
The search found 105785 results in 0.086 seconds.
Search results
Ağdaşda Qarabağ döyüşçüləri aksiya keçirdi – FOTO/VİDEO
Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb. Muxalifət.az minval.info-ya istinadən xəbər verir ki, Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər. 14 manat elektrik borcuna görə, ailənin işığı “Azərişıq” tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib.
Muxalifet4 - 22-05-2018
Mer təğyiri-libas olub şəhəri gəzir
Qırğızıstanın paytaxtı Bişekekin meri deyir ki, insanların problemlərini yaxından görmək üçün hərdən görkəmini dəyişərək şəhəri gəzir.
Albek Ibraimov yerli mediaya danışıb ki, insanların onu tanımaması üçün köhnə paltarlar geyinir və saxta saqqal taxır, Fergana xəbər agentliyi yazır.
"Köhnə paltar geyinirəm ki, heç kim bilməsin. Saqqal taxıram, qalustukumu çıxarıram və gedib baxıram ki, hər şey əslində necədir", o deyir.
Cənab İbraimov bu açıqlamanı şəhərdə ən böyük sayılan Oş Bazarının bir hissəsini məhv edən yanğını müzakirə edərkən verib.Muxalifet4 - 22-05-2018
Şəkidə 25 gün əvvəl itkin düşən gəlin Abşeronda tapıldı
Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.
Muxalifet4 - 22-05-2018
Türkiyə kosmosa astronavtlar göndərmək istəyir
Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir.
Muxalifet4 - 22-05-2018
Dövlət sirlərini FRANSIZLARA VERİB
Türkiyənin ana müxalifəti hesab olunan CHP-dən millət vəkili Eren Erdəmin terror təşkilatı PKK-nın 3 qurucusunun Parisdə sui-qəsd ilə öldürüldüyü hadisənin tək müttəhimi Ömər Güney ilə bağlı verdiyi məlumatların görüntüləri ortaya çıxıb. Görüntülərdə Erdəmin MİT-dən aldığı məlumatları jurnalistlərə verdiyi görünür.
Muxalifet3 - 22-05-2018
"Netflix" boykot təhdidi ilə üz-üzə - OBAMAYA GÖRƏ
ABŞ-ın iri online kinoteatrı – “Netflix” şirkətinin bəzi istifadəçiləri sabiq prezident Barak Obama ilə müqavilə imzalanmasından narazı qalıb.
İKT.lent.az-ın “The Business Insider”a istinadən verdiyi xəbərə görə, bu addım Obamanı bəyənməyən bir çox amerikalının qəzəbinə səbəb olub. Onların bir çoxu bu xidməti boykot edəcəklərini bildiriblər. Mühafizəkar amerikalılar ehtiyat edir ki, Obamanın iştirakı proqramların siyasi baxımdan tərəfli olmasına gətirib çıxara bilər.Muxalifet4 - 22-05-2018
"Kontakt Home”da böyük FIRILDAQ: Oxuyun ki, aldanmayasınız
Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.
Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə "Kontakt Home” mağazalar şəbəkəsidir.
"Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.Muxalifet4 - 22-05-2018
Tomas de Vaal Ermənistanın yeni hökumətindən yazdı: “Paşinyan Qarabağ məsələsində səhv edir”
“Ermənistanda Serj Sarkisyanın baş nazir postundan getməsi, müxalifətçi Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə sonuclanan inqilab hələ tam bitməyib”.
Karnegi Avropa fondunun aparıcı əməkdaşı Tomas de Vaal bu inqilabın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə təsirindən yazır. Müəllifin fikrincə, Paşinyan hökumətinin münaqişəylə bağlı mövqeyi yanlışdır. 30 ildir davam edən münaqişə üzrə danışıqlar prosesinə bir az silkələnmə lazımdır, ancaq elə çox da deyil.
Muxalifet4 - 22-05-2018
Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb
Dolu ilə müşayiət olunan leysan yağışları Dağıstanda bir neçə şəhər və kəndin su altında qalmasına yol açıb.
APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, yağış Akuşi və Levaşi rayonlarında çayların daşmasına səbəb olub. Su axını güclü olduğu üçün yerli sakinlər küçələrə çıxa bilmir. Daşqın bir neçə ev və avtomobilə ziyan vurub. Əhali arasında tələfat yoxdur.
Artıq subasmanın nəticələrinin aradan qaldırılmasına başlanıb, kənd yollarının bir hissəsi bərpa olunub.Muxalifet4 - 22-05-2018
“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi
Bütün “Nar” abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar. Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər.
Muxalifet - 22-05-2018
Mayın 23-nə MANATIN MƏZƏNNƏSİ
Mayın 23-nə manatın məzənnəsi açıqlanıb.
Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 23.05.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il mayın 22-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet4 - 22-05-2018
Prokurorluq kafedəki partlayışla bağlı məlumat yaydı
Bakı şəhər prokurorluğu Binəqədidə kafedə baş verən partlayışla bağlı məlumat yayıb.
Muxalifet4 - 22-05-2018
Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib
Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib.
Muxalifət.az xəbər verir ki, gündəliyə 20 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələri, Torpaq Məcəlləsinə dəyişiklik və digər məsələlərdir.
Qeyd edək ki, sonuncu iclas mayın 31-də keçiriləcək. İyunun 12-də isə bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb./apa/Muxalifet4 - 22-05-2018
Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olundu
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.Muxalifet4 - 22-05-2018
Banklarda sanitar qovşaqdan istifadə qadağandırmı?- VİDEO
ARB TV-nin “Günə doğru” verilişində son günlər banklardakı sanitar qovşaq qalmaqalı haqda maraqlı sujet yayımlanıb.
Aparıcı Tunay Əliyevanın sosial şəbəkələrə paylaşdığı bu video qısa zaman ərzində gündəmi zəbt etdi. O, bankda müştərilərə sanitar qovşaqdan istifadəyə icazə verilməməsini təhqir hesab edib. Aprıcının bu paylaşımına bankdan da cavab gecikməyib.Muxalifet4 - 22-05-2018
Kiyevə görə Bakının da problemləri yarana bilər
Mayın 26-da Kiyevdə Çempionlar Liqasının finalı keçiriləcək. Tanınmış bloqer Olqa Şariy hadisə ərəfəsində Britaniya KİV-inə açıqlamasında bildirib ki, "Liverpul" komandasının 2000-dən artıq azarkeşi finalı izləmək üçün Kiyevə getməkdən imtina edib. Azarkeşlər bunu Kiyevin infrastruktur və bəzi iqtisadi parametrlər baxımından onları qəbul etməyə hazır olmaması ilə əlaqələndirirlər.
Bütün bu problemlər gələn il Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı üçün də meydana çıxa bilər.Muxalifet4 - 22-05-2018
Paşinyanın Tbilisi səfərinin SİRRİ: İrəvanın Bakı qorxusu və ruslara qarşı YENİ OYUN
Ermənistanın baş naziri Nikol Paşinyan 30-31 may tarixində Gürcüstana səfər edəcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Paşinyandan öncə isə Ermənistan prezidenti Armen Sarkisyan 25-26 may tarixində Tbilisiyə gedəcək.
Ermənistanın prezidenti və baş nazirinin Gürcüstan səfərləri regional münasibətlər fonunda diqqət çəkir.
Təbii ki, İrəvanın məqsədi Bakı-Tbilisi xəttini yarmaq və regionda İrəvan-Tbilisi münasibətlərini gücləndirməkdir.Muxalifet4 - 22-05-2018
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Muxalifət.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, fasilələr Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315 mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır.
Muxalifet4 - 22-05-2018
Akif Çovdarovun vəkilləri məhkəmədə 7 vəsatət qaldırdı
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə "8-ci km" bazarı epizodu üzrə Cəfər və Qəhrəman Səfərov qardaşları çıxış ediblər.Muxalifet4 - 22-05-2018
İraq Belçika vətəndaşına edam cəzası verdi
İraq məhkəməsi Mərakeş əsilli Belçika vətəndaşı olan İŞİD terrorçusunun edam edilməsi barədə qərar qəbul edib.
Muxalifət.az xəbər verir ki, əsl adı Tarık Cadun olan terrorçu Belçika və Fransa ərazisində terror aktlarının törədilməsində də iştirak edib.
Bu gün keçirilən və cəmi 10 dəqiqə ərzində yekunlaşan məhkəmə prosesində hakim Cadunun barəsində İraqın Terrorla Mübarizə Qanununun dördüncü bəndinə əsasən, terror hücumlarında iştirak ittihamı ilə edam cəzası qərarı qəbul edib./axar.az/Muxalifet4 - 22-05-2018