Axtarış
The search found 105785 results in 0.092 seconds.
Search results
Türkiyədə 8 terrorçu MƏHV EDİLDİ
Türkiyə HHQ Tuncəli vilayətində 8 terrorçunu məhv edib.
Muxalifət.az Türkiyə xarici mətbuata istinadən xəbər verir ki, vilayətdə keçirilən əməliyyat yerli polis bölmələri tərəfindən başlanılıb.
Qeyd olunur ki, terrorçular F-16 qırıcıları tərəfindən məhv edilib. Vilayətdə antiterror əməliyyatı davam etdirilir.Muxalifet2 - 22-05-2018
NAXÇIVAN SİLKƏLƏNDİ
Naxçıvanda 3,4 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 06:32-də Naxçıvan şəhərində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrəndə 3 bala qədər hiss olunmuşdur. Zəlzələ ocağının dərinliyi 7 km olub.Muxalifet2 - 22-05-2018
Arvadını və qayınanasını öldürdü - BAKIDA DƏHŞƏT
Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.
1954-ci il təvəllüdlü Mahirə İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.
M.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.Muxalifet2 - 22-05-2018
Yəhudi jurnalist “XƏYANƏTKAR” ƏRƏB LİDERLƏRİNİ “SINAĞA” ÇƏKDİ: BUNU ETSƏNİZ MÜSƏLMAN OLARAM
İsrailin “Begin Sadat Strateji Araşdırmalar Mərkəzi”nin eksperti Edy Koen, Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin Ərəb Birliyi ölkələrinə Amerikadakı səfirlərini geri çəkmə çağırışına münasibət bildirib.
Sionist jurnalist Edy Koen, Ərəb Birliyi ölkələrinin ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq Fələstinlilərə dəstək məqsədilə Amerikadakı səfirlərini geri çəkməyə cəsarətlərinin olmadığını deyib.Muxalifet3 - 22-05-2018
Səlim Müslümovun SÜKUTU
Sabiq nazir gözlənilməz zərbədən hələ özünə gəlməyib?
Muxalifet2 - 22-05-2018
Belçikalı senatordan QURAN-İ KƏRİM-Ə ÇİRKİN HÜCUM
Radikal sağçı partiya Flamand Çıkarının senatoru Anke Van dermeersch, Quranla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.
Belçikanın keçmiş gözəllik kraliçası və vəkil Van dermeersch, bazar günləri yayımlanan “De Zondag” qəzetindəki müsahibəsində, Quranın Avropa İnsan Haqları Konvensiyasına (AİHS) zidd olduğunu irəli sürüb.
Qurandakı ayələrdə "kafirlərin öldürülməsinin əmr edildiyini" iddia edən Van dermeersch, müqəddəs kitabda zorakılıq çağırışı olduğunu iddia edib.
Muxalifet3 - 22-05-2018
Paşinyan gəldi və Rusiya Qarabağ MÖVQEYİNİ GÖSTƏRDİ
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə, yaxud digər istiqamətdə həll olunması Rusiyanın məhz Ermənistana təsirini itirməsi deməkdir.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olması üçün Rusiya açar fiqurdur:Muxalifet2 - 22-05-2018
Tikinti qaydaları dəyişdi - QƏRAR
“Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda dəyişikliklər edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Muxalifet2 - 22-05-2018
Ərdoğan İsrailə qarşı ATACAQLARI ADDIMLARI AÇIQLADI
Türkiyə prezidenti Ərdoğan, İsrail ilə ticarət əlaqələrini nəzərdən keçirəcəklərini açıqlayıb. İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammitində "boykot" üçün tövsiyə qərarı qəbul olunduğunu bildirən Ərdoğan, "Türkiyə olaraq iqtisadi, ticarət əlaqələrimizi müzakirə edəcəyik. Seçkidən sonra bu istiqamətdə addımlarımızı atacağıq" deyib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, mühacirlərlə görüşdüyü Bosniya və Herseqovinadan qayıdışında təyyarədə onu müşayiət edən mətbuat nümayəndələrinə mühüm açıqlamalr verib.Muxalifet3 - 22-05-2018
Doqquzuncu planetlə bağlı daha bir - SÜBUT
Günəş sistemində doqquzuncu planetin mövcudluğunu dair yeni sübut tapılıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, amerikalı astronomlar Mayk Braun və Konstantin Batıq günəş sistemindəki ən uzaq obyektləri (asteroidlər və kometalar) müşahidə edib və onların hərəkətlərində qeyri-adilik sezib.
Böyük bir beynəlxalq astronom qrupu “Dark Energy Survey” eksperimentinin müşahidələrindən istifadə edərək, yeni bir Trans-Neptun 2015 BP519 obyektini müəyyən edib.Muxalifet2 - 22-05-2018
Dolların bu günə olan rəsmi məzənnəsi – MƏRKƏZİ BANK
Azərbaycan Mərkəzi Bankı 22 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, mayın 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0016 manat təşkil edir.
1 türk lirəsi 0,3709 manat, 1 rus rublu 0,0276 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6967 manatdır.Muxalifet2 - 22-05-2018
Amerikalı HEYƏT FƏLƏSTİNDƏN QOVULDU
Fələstinin Betlehem şəhərini ziyarət edən ABŞ nümayəndə heyəti, Fələstinlilər tərəfindən etiraz edilib.
Bir qrup Fələstinli aktivist, bu gün ABŞ hökumətinə aid bir proqram çərçivəsində çalışmalarını başa çatdıran tələbələrin buraxılışında iştirak etmək üçün Fələstinə gələn nümayəndə heyətinə etiraz etmək üçün heyətin yerləşdiyi Betlehem şəhərində bir araya gəlib.
Etirazlarını yumurta və ayaqqabı ataraq göstərən Fələstinli aktivistlər, ABŞ əleyhinə şüarlar səsləndirərək Donald Trampın "Qüdsü İsrailin paytaxtı olaraq tanıma" qərarına etiraz ediblər.Muxalifet3 - 22-05-2018
Bakıda güclü partlayışda yananlardan biri xəstəxanada DÜNYASINI DƏYİŞDİ
Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada keçinib.
Bu barədə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.
Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.Muxalifet2 - 22-05-2018
General: Rusiya Xəzərdən atdığı RAKETLƏ MESAJ VERDİ
NATO-nun heç bir generalı səhər tezdən yuxudan durub, “Rusiya ilə müharibəyə başlamalıyıq” deməz.
Muxalifət.az xəbər verir ki, bunu “Onet” portalına müsahibəsində NATO-nun Avropadakı qoşunlarının keçmiş rəhbəri, amerikalı general Filip Bridlav deyib.Muxalifet2 - 22-05-2018
Əsəd Suriyalıları hədələdi: “GERİ DÖNMƏSƏNİZ…”
Milyonlarla Suriyalının qaçqın vəziyyətinə düşməsinə səbəb olan Əsəd, indi də geri qayıtmayanların əmlakının müsadirə olunacağı ilə hədələyir.
Suriyada illərdir davam edən daxili müharibədə milyonlarla insan qətlə yetirilib.
Qanlı hücumlardan qaçmağı bacaran milyonlarla Suriyalı isə qonşu ölkələrdə qaçqın vəziyyətinə düşüb.
Terror təşkilatlarının yuvasına çevrilən ölkədə Rusiya prezidenti Vladimir Putinin dəstəyini alan Əsəd rəhbərliyi, qırğınlarına ara verməyib.
GERİ QAYIDIN
Muxalifet3 - 22-05-2018
İŞİD-in Cənubi Qafqazda “xortlaması”: REAL TƏHLÜKƏ, YOXSA...
Arzu Nağıyev: “Yeni təhlükə xəbərləri Qərbin xüsusi xidmət orqanlarının xəttinə daha çox bənzəyir”
Muxalifet2 - 22-05-2018
“Yaxın Şərqdə İrana qarşı bütün lazımi tədbirlər görüləcək” – PENTAQONDAN BƏYANAT
ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərq regionunda İranın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün bütün lazımi tədbirləri görəcəyinə vəd verib.
“Reuters” xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi deyib.
“Biz İranın bölgədə apardığı düşmənçilik fəaliyyətinə qarşı durmaq və cavab vermək üçün bütün lazımi addımları atmaq niyyətindəyik. Biz hazırda mövcud tədbirləri gücləndirməyimizi və ya yeni addımlar atmalı olduğumuzu qiymətləndiririk”, – deyə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Menninq bildirib.Muxalifet2 - 22-05-2018
İran Suriyada DAHA BİR BÖLGƏNİ TƏRK ETDİ
Ötən günlərdə qəflətən Hələbin El-Hader bölgəsini tərk edən İranın dəstəklədiyi Şiə milislər, indi də Xama şəhərindəki bir bölgəni tərk edib.
Suriyada İranın dəstəklədiyi Şiə milisləri bir həftə içində qəflətən bir çox bölgədən çəkilib.
Yerli mənbələrdən alınan məlumata görə, Şiə milislər Xamanın şimal və qərb hissəsindəki bir çox bölgədən hələlik bilinməyən bir səbəbdən dolayı çəkilib.
Şiə milislər, eyni zamanda ötən günlərdə də Hələbin El-Hader bölgəsindən 70 zirehli maşınla çəkilmişdi.Muxalifet3 - 22-05-2018
İranda may qiyamı: onlarla azərbaycanlı şəhid oldu - ANIM
Bu gün 2006-cı ildə Güney Azərbaycanda baş vermiş May Qiyamından 12 il ötür.
Kult.az xatırladır ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etdi. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.Muxalifet2 - 22-05-2018
Hafiz Hacıyev TAYM-AUT GÖTÜRÜB
“Siyasətə elə geri dönüş edəcəm ki...”
Muxalifet2 - 22-05-2018