Axtarış
The search found 105785 results in 0.067 seconds.
Search results
Abituriyentlərin diqqətinə: DİM izahı açıqladı...
Mayın 20-də ali təhsil müəssisələrinin birinci və dördüncü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
Muxalifet3 - 21-05-2018
Britaniya şahzadəsinin toyundan ilk rəsmi – FOTO
Kensinqton sarayının “Twitter” səhifəsində britaniyalı şahzadə Harri ilə Meqan Marklın ilk rəsmi toy şəkilləri yayılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Kraliça II Yelizavetanın yer aldığı ailəvi fotoşəkil məşhur fotoqraf Aleksi Lubomirski tərəfindən çəkilib.
Ümumilikdə üç foto təqdim olunub. Birinci fotoda kral ailəsi tam tərkibdə əksini tapır, ikinci fotoda yeni ailə qurmuş cültük uşaqların əhatəsindədir. Üçüncüdə isə yalnız bəylə gəlin yer alır.Muxalifet3 - 21-05-2018
Ermənistanda bütün qubernatorlar dəyişdirilir
Ermənistanda bütün qubernatorlar dəyişdiriləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan həmçinin bildirib ki, növbədənkənar parlament seçkiləri bu il baş tuta bilər.
Muxalifet3 - 21-05-2018
Klintondan Trampa atmaca: Qalib gələ bilmirsənsə, onlara...
Əgər qalib gələ bilmirsənsə, onlara qatıl!
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın prezidentliyə keçmiş namizədi Hillari Klinton prezident Donald Trampa atmacasında deyib.
Yale Universitetində tələbələrlə görüşən Klinton qeyri-adi papaq taxma mərasimə qatılıb. O, kürklü və qulaqları qapayan papaq taxıb və Trampa mesaj göndərib: "Baxın, rus şapkası. Yəni, onlara qalib gələ bilmirsənsə, onlata qatıl".
Klintonun bu atmacası ilə Trampın rusların yanında olduğuna işarə vurduğu bildirilib.
Muxalifet3 - 21-05-2018
“Evin tək övladı olsa da, ön cəbhədə xidmət etməlidir. Lakin..” –Millət vəkillərindən TƏKLİFLƏR
Müəyyən mənada elə etmək olar ki, ailənin tək oğlan övladının ön cəbhədən arxadakı hərbi hissələrdə xidmət keçə bilsin. Ancaq müharibə aparılan bir ölkədə hərbi xidmətə göndərilən şəxsin cəbhədə, yaxud arxada olmasının fərqi yoxdur”
Bu sözləri yenicag.az -a açıqlamasında ailənin tək oğlan övladının cəbhəyə göndərilməməsilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclisin deputatı Əflatun Amaşov səsləndirib:Muxalifet3 - 21-05-2018
Neymarı fikrindən döndərdilər
Fransanın “PSJ” kubunun yeni baş məşqçisi Tomas Tuxel Neymarı komandanı tərk etmək fikrindən daşındırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış futbol jurnalisti Qilyerm Balaqe öz “Twitter” səhifəsində məlumat paylaşıb.
Neymar Fransada çempionatın səviyyəsindən və Parisdəki yaşayışdan narazı idi və karyerasını Madridin “Real” klubunda davam etdirməyi götür-qoy edirdi.
“Ancaq Tuxellə keçirdiyi “fantastik” görüşdən sonra, Neymar gələcəkdə PSJ-də qalacağına əmin oldu”, - deyə Balaqe yazır.Muxalifet3 - 21-05-2018
SON DƏQİQƏ: Paşinyan Putinlə Qarabağ mövzusunda Ermənistanın xeyrinəmi razılığa gəlib? - GÖRÜŞ
Ermənistanın baş naziri Nikol Paşinyan 14 mayda Soçiyə səfəri zamanı Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.
Muxalifet.az bildirir ki, erməni baş nazir bunu jurnalistlərlə görüşündə deyib.
N.Paşinyanın sözlərinə görə, bu yaxınlardakı Soçi sammiti çərçivəsində keçirilən bütün görüşlər çox yüksək səviyyəsi ilə fərqlənib.
“Qarabağ məsələsi müzakirə edilibmi” sualına cavabında Paşinyan deyib: "Bəli... Bütün məsələlər üzrə müzakirə edilib".
Muxalifet3 - 21-05-2018
ŞOK AÇIQLAMA: Naxçıvan Ermənistana verilsin
Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində cəbhə xəttində keçirdiyi görüşlərdən sonra Ermənistan mətbuatında Naxçıvana qarşı ərazi iddiaları yenidən ortaya atılıb.
Muxalifet3 - 21-05-2018
Dəmirdaşın həbsi ilə bağlı yeni xəbər
Türkiyənin Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirdaşın həbsdən təxliyə tələbi ilə bağlı qərar verilib.
Muxalifet.az xəbər verir ki,millət vəkili Ayşə Acar və bir neçə vəkil Ankara Ağır Cəza Məhkəməsinə müraciət edərək Dəmirdaşın həbsdən buraxılmasını tələb edib.
Məhkəmə tələbi rədd edərək Dəmirdaşın həbsinin davamına qərar verib.
Muxalifet3 - 21-05-2018
Millimizin heyəti açıqladı
Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Muxalifet.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanov aşağıdakı oyunçulara dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Slavik Alxasov (“Keşlə”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Ufuk Budak (“Samsunspor”, Türkiyə)Muxalifet3 - 21-05-2018
Реакция Кремля на новое правительство Армении
Avtomobil bazarında təklif azalıb, bəs qiymətlər?
2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib. Muxalifet.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 19 faiz artıb. N.İbrahimov bildirib ki, aprel ayında ümumilikdə 1 572 avtomobil satışa çıxarılıb: “Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib.
Muxalifet3 - 21-05-2018
Birgə işimizi davam etdirməyə hazırıq - Putindən Maduroya
Rusiya və Venesuela ikitərəfli və beynəlxalq gündəmdə olan birgə işini davam etdirməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Venesuelanın təzə seçilən prezidenti Nikolas Maduronu təbrik edərkən bildirib.
Putin təbrik mesajında Maduronun prezident postundakı fəaliyyətinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yardımçı olmağa davam edəcəyindən əmin olduğunu deyib.
Muxalifet3 - 21-05-2018
Rusiya İrəvana 170 milyonluq silah verdi
Ermənistan 2017-ci ildə Rusiyadan 82,2 milyard dram (170 milyon dollar) dəyərində silah və hərbi texnika alıb.
Muxalifet.az xəbər verir ki, bu məlumat ölkənin Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.
Ötən il düşməni ölkənin hərbi büdcəsi 608 milyon dollar təşkil edib:
"Ötən il Rusiyadan silah alınmasına əlavə olaraq 170 milyon dollar xərclənib. Həmin vəsair Rusiyanın ayırdığı hərbi kredit hesabına formalaşıb”.
Qeyd edək ki, Rusiyanın Ermənistana "Tor" komplekslərini də verəcəyi barədə açıqlama yayılıb.
Muxalifet3 - 21-05-2018
Yunanlar Türkiyənin milli gəmilərini aldı
Türkiyənin "Vətən" və "Millət" adlı milli gəmiləri Yunanıstan şirkətlərinə satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Kərim Ülkər yayıb.
Ülkər Yunanıstanın iki şirkətinin "Millət" gəmisini 14,5 milyon dollara, "Vətən"i isə 15 milyon dollara aldığını söyləyib.
Yunanlar "Millət" gəmisinin adını dəyişdirərək "Amilla" qoyublar.
Muxalifet3 - 21-05-2018
Baş mütəxəssis: "Qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf indeksi aşağı olur"
Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
R.Hüseynovun sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar:Muxalifet3 - 21-05-2018
Azərbaycanda 3 milyon vətəndaşın dizini yerə vuracaq QANUN QƏBUL EDİLDİ
Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə "İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması" adlı yeni 477-1-ci maddə əlavə edilib. Əlavə parlamentin aprelin 24-də keçirilən iclasında qəbul edilib.
Muxalifet3 - 21-05-2018
Ölkənin qızıl-gümüş bazarı ucuzlaşdı
Mayın 21-də Azərbaycanda qiymətli metalların qiyməti ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 18-i ilə müqayisədə 6,8755 manat azalaraq 1 troy unsiyası üçün 2189,753 manat təşkil edib.
Gümüş 0,0497 manat ucuzlaşaraq 1 unsiya üçün 27,8482 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 10,081 manat azalaraq 1501,7035 manat, palladiumun qiyməti 16,388 manat azaaraq 1651,38 manat təşkil edib.
Muxalifet3 - 21-05-2018
SON DƏQİQƏ: İsrail Avropanın bu 3 dövlətinə müharibə elan etdi
İsrail xarici işlər nazirliyi ölkənin İspaniya, Sloveniya və Belçikadakı səfirlərini geri çağırıb. Qeyd edək ki, səfirlərin geri çağrılması həmin dövlətə qarşı hər an müharibə elan edə biləcəyin anlamı daşıyır.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb bu ölkələrin BMT-nin Qəzzada fələstinli etirazçılara qarşı törədilən cinayətlərin araşdırılması ilə bağlı Yaxın Şərqə ekspert qrupu göndərmək qərarını dəstəkləmələri olub.
Bundan əvvəl İsrail XİN-i ölkənin BMT-nin bölgəyə ekspert göndərmək qərarını tanımadığını bəyan etmişdi.Muxalifet3 - 22-05-2018
Prezident Ərdoğan: "QÜDSDƏN VAZ KEÇMƏYƏCƏYİK"!
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Ankarada səfirlərlə iftar görüşündə çıxış edib. Ərdoğan, Qüds məsələsində çox aydın bir mesaj verib və “Qüds üzərindəki hüquqlarımızdan heç vaxt vaz keçməyəcəyik” - deyib.
Prezident Ərdoğan, iftra süfrəsində bütün dünya dövlətlərinin səfirlərinə Qüdsü Şərif üzərindəki hüquqlarından güzəştə getməyəcəklərini bəyan edib:Muxalifet3 - 22-05-2018