Axtarış
The search found 105785 results in 0.163 seconds.
Search results
Gülün namizədliyinə qarşı olduğum üçün məni... - PEKŞƏN
Abdullah Gülün prezidentliyə namizədliyinə qarşı çıxdığım üçün məni millət vəkilliyinə namizədlikdən kənarlaşdırdılar.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri CHP-nin Trabzon millət vəkili Haluk Pekşən deyib. Pekşən Gülün namizədliyinə qarşı çıxdıqdan sonra partiyada yüksək vəzifəli bir şəxsin onu sərt şəkildə tənqid edərək, xəbərdarlıq etdiyini qeyd edib:
“Mənə “bu çıxışınız millət vəkilliyinizə başa gələcək” təhdidi edilmişdi. Bunun nəticələri də tətbiq olundu. Abdullah Gülün prezidentliyinə qarşı çıxdığım üçün kənarlaşdırıldım”.Muxalifet2 - 21-05-2018
İrandan Putinə SƏRT CAVAB: “Lazım olduğu qədər…”
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Kasım Bəhrami Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə son görüşündə səsləndirdiyi son bəyanatı şərh edib.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, o,heç kimin İranı nəyəsə məcbur etməsinin mümkün olmadığını bildirib.
“İran lazım olduğu qədər və Suriya dövləti istədiyi müddətdə yardımlarına davam edəcək”, - o deyib.
Xatırladaq ki, mayın 17-də Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşüb. Putin xarici qüvvələrin Suriyadan çıxarılmalı olduğunu deyib.Muxalifet2 - 21-05-2018
Ərdoğana sui-qəsd məhkəməsi: 21 NƏFƏRƏ HÖKM OXUNDU
Türkiyənin İzmir şəhərində keçirilən FETÖ məhkəməsində ittiham olunan 280 nəfərdən 137-si barədə məhkəmə qərarı açıqlanıb.
Muxalifət.az xəbər verir ki, məhkəmənin qərarı ilə 104 nəfər ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin 21 nəfər barəsində Türkiyə prezidentinə sui-qəsd ittihamı ilə 20 il, 31 nəfər barəsində terror qruplaşmasına üzv olmaq ittihamı ilə 10 il 6 ay həbs cəzası qərarı verib.Muxalifet2 - 21-05-2018
Lənkəranda bank hesabından pul oğurlayan şəxs SAXLANILDI
Lənkəran rayonunda bank hesabından pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Gəgiran kənd sakini R.Axundova mayın 9-da onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib.Muxalifet2 - 21-05-2018
Bakıda GÜCLÜ PARTLAYIŞ: 2 ölü, 2 yaralı (YENİLƏNİR)
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb: "2 nəfər isə ağır yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Respublika Yanıq Mərkəzinə aparılıb. Vəziyyətləri ağır qiymətləndirilir"
***Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.
Hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.
Hazırda yaralılar təcili yardımla xəstəxanaya aparılır.Muxalifet2 - 21-05-2018
İRAQDA KOALİSİYA HÖKUMƏTİ QURULACAQ
İraqda 4 partiyanın iştirakı ilə koalisiya hökuməti qurulacaq.
“Report” xəbər verir ki, bunu Milli Hikmət İttifaqının sözçüsü Məhəmməd Cemil Mayyahi deyib.
“72 saat ərzində “As-Sayrun”, “Feth”, Milli Hikmət İttifaqı və "Nasir" təşkilatlarından ibarət koalisiya hökuməti elan ediləcək”, - o vurğulayıb.Muxalifet2 - 21-05-2018
“Müqaviləyə əməl edəcəyik, lakin bir şərtlə!” - ABŞ ÇOX HİDDƏTLƏNƏCƏK
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ötən həftənin axırında Avropa Komissiyasının enerji məsələləri üzrə məsul şəxsi olan Migel Arias Kanyeteni Tehranda qəbul edən İran hökuməti nümayəndələri ona bildiriblər: “Nüvə müqaviləsinə əməl eləməyə davam edərik. Lakin Amerika sanksiyalarından görəcəyimiz zərəri Avropa İttifaqı ölkələrinin ödəməsi şərti ilə”.
Muxalifet2 - 21-05-2018
Düşmənin bütün aviasiya vasitələri izlənir - MN
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və erməni auditoriyasına hesablanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-sı və 17-də uçuşlara cəlb olunub.Muxalifet2 - 21-05-2018
Əsəd rejimi və İŞİD ANLAŞDI: KONVOY YOLA ÇIXDI
Əsəd rejimi və terror təşkilatı İŞİD-in gəldiyi razılaşma nəticəsində, terrorçular və rejimin nəzarəti altında yaşamaq istəməyən mülki əhalini təxliyə edən ilk avtomobil konvoyu yola çıxıb.
Yermük Şəhərciyindəki yerli mənbələrdən əldə edilən məlumata görə, İŞİD və Bəşşar Əsəd rejimi anlaşma əldə ediblər. İŞİD və rejim nəzarəti altında yaşamaq istəməyən əhalini daşıyan ilk avtomobil konvoyu düşərgədən ayrılıb.Muxalifet3 - 21-05-2018
Müharibə BAŞLADI – 10-dan çox ÖLÜ VAR
Ukraynanı silahlı qüvvələri “Donetsk Xalq Respublikası” (“DXR) separatçı qurumun nəzarətində Qorlovkaya hücuma başlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ukrayna xəbər verir ki, tank qüvvələrinin dəstəyi ilə hücuma keçib.
Xəbərə görə, müdafiə xəttinin yarılmasına mane olmaq üçün “DXR”-in hərbi bölmələri, həmçinin xüsusi təyinatlı dəstə cəbhənin bu istiqamətinə təcili cəlb olunub. “DXR”in operativ komandanlığının komandan müavini Eduard Basurin bildirib ki, hücumun gedişatında Ukrayna güclərindən təxminən 10 nəfər öldürülüb, tank və BMP məhv edilib.Muxalifet2 - 21-05-2018
FHN Bakıdakı güclü partlayışla bağlı MƏLUMAT YAYDI
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.
FHN-dən verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 kv.metr olan (10 kv.metr hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticəd, tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.Muxalifet2 - 21-05-2018
Paytaxtı su basdı, Türkmənistanın müdafiə nazirinə şiddətli töhmət verildi
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad şəhərini güclü yağışdan sonra su basdığından Müdafiə Nazirliyini güclü tənqid edib.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, müdafiə naziri Yaylım Berdiyevə vəzifə borcunun öhdəsindən gəlmədiyi və ona tabe olan şəxsi heyətin fəaliyyətinə nəzarəti lazımınca həyata keçirə bilmədiyi üçün şiddətli töhmət verib.Muxalifet4 - 21-05-2018
“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR - İran islahatçılarının günbəgün artan əndişəsi - MÜSAHİBƏ
Ehsan Ənsari
“Arman” qəzeti (İran)
ABŞ-ın nüvə sazişindən çıxması mühafizəkarlar üçün münbit bir zəmin yaradıb. Halbuki “5+1” razılaşması siyasi sistemin ümumi qərarı idi və sistemin bütün əsas təsisatları sazişin öhdəliklərinin yerinə yetirilməsində iştirak edirdi.
Muxalifet4 - 21-05-2018
Bakıda içərisində 30 min dollar və 100 min manatlıq qızıl olan seyf oğurlanıb - FOTO
Xətaidə evdən içərisində 30 min dollar və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb.
Muxalifət.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 22-də paytaxt sakini Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 dollar və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.Muxalifet4 - 21-05-2018
BP neftin ucuzlaşacağı tarixi açıqladı
“2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq”.
Muxalifət.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib.
“2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”, – deyə BP-nin rəhbəri Bob Dadli bildirib.Muxalifet4 - 21-05-2018
Danimarkalı nazir: “MÜSƏLMANLAR RAMAZAN BOYU İŞLƏMƏSİN”
Danimarkada köçkün əleyhinə olan nazir Inger Stojberg, Müsəlmanların Ramazan ayında işləmələrinin hər kəs üçün təhlükəli olduğunu ifadə edərək işə ara vermələri lazım olduğunu irəli sürüb.
Mərkəz-sağ liberal partiya üzvü olan və ictimaiyyətdə miqrasiya əleyhinə fikirləri ilə tanınan miqrasiya və inteqrasiya naziri Inger Stojberg, Danimarkanın “BT” qəzetinə yazdığı bir yazıda, "Danimarka cəmiyyətinin geri qalanı üçün yarana biləcək mənfi nəticələrdən sığortalanmaq üçün, Müsəlmanlardan Ramazan ayı boyunca işlərindən ayrılmalarını istəyirəm" - deyib.Muxalifet3 - 21-05-2018
Avropa Birliyi və NATO naminə öz adını dəyişməyə məcbur olan ölkə: MAKEDONİYA
Dünya xəritəsində “İlinden Makedoniyası” adlı dövlət peyda ola bilər Makedoniya Respublikasının baş naziri Zoran Zayev öz ölkəsinin adını “İlinden Makedoniya Respublikası” adlandırmağı təklif edib. Baş nazir bununla Yunanıstanla onilliklərdir ki, davam edən mübahisəyə son qoymaq niyyətindədir. Makedoniya hökuməti NATO və Avropa Birliyinə üzvlük ilə bağlı ümidlərindən əl çəkmək istəmir. Lakin bundan ötrü rəsmi Afinanın razılığı tələb olunur. Hər iki ölkə Böyük İsgəndərin Makedoniyasının tarixi irsinə iddia edir.
Muxalifet4 - 21-05-2018
Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxıb
Gürcüstanda təhsil alan azərbaycanlı tələbə, 1998-ci il təvəllüdlü İsgəndərov Tağı 4 gündür ki, yoxa çıxıb.
Muxalifət.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun yaxınları məlumat verib.
T.İsgəndərov Tiflisdə universitetlərin birinin II kurs tələbəsidir. O, stomatologiya ixtisasında təhsil alır. Mingəçevir şəhər sakinidir.Muxalifet4 - 21-05-2018
İnzibati cəza alanlar üçün ictimai işin müddəti 2 saatdan çox olmayacaq
İctimai işlər növündə cəzanın və inzibati tənbehin müddətinin necə hesablanacağı açıqlanıb.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nda əksini tapıb.
Muxalifet4 - 21-05-2018
Azərbaycan vətəndaşı İstanbulda intihar edib - Kimsəsizlər qəbiristanlığında basdırılıb
Azərbaycan vətəndaşı Türkiyədə intihar edib.
Muxalifət.az-ın apa-ya istinadən məlumatına görə, İstanbulda tikintidə işləyən Zaqatala rayon sakini Əlizadə Rüstəm Əfrasiyab oğlunun meyiti iş yerində asılmış vəziyyətdə aşkar edilib.
Yaxınlarının dediyinə görə, intihar hadisəsi bu ilin mart ayında baş verib, lakin onun ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb.Muxalifet4 - 21-05-2018