Axtarış
The search found 105785 results in 0.115 seconds.
Search results
Fələstin lideri yenidən xəstəxanaya düşdü
Fələstin lideri Mahmud Abbas qulağından əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, hazırda 83 yaşlı prezidentin səhhəti olduqca yaxşıdır və onun bazar ertəsi xəstəxanadan buraxılacağı gözlənilir.
Məlumata görə, M.Abbasın xəstəxanaya yerləşdirilməsi soyuqdəymə ilə əlaqədar olub.
Qeyd edək ki, Fələstin lideri bir neçə gün əvvəl əməliyat olunmuşdu.
Muxalifet3 - 20-05-2018
Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın AÇIQLAMASI
Son bir həftə ərzində Azərbaycan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində aktiv mühəndis işləri aparırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan Feysbuk səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Ordusu bunu mövqelərini gücləndirmək niyyəti ilə edir:Muxalifet3 - 20-05-2018
Baş nazirdən şahzadənin toyuna 50 minlik hədiyyə
Kanadanın Baş naziri Castin Trudo Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklı evlənmələri münasibəti ilə təbrik edib və onları Kanadaya dəvət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş nazirin rəsmi bəyanatında deyilib.
Trudo cütlüyü Kanada hökumətinin adından təbrik edib və onların nikahı şərəfinə imkansız ailələrdən olan uşaqların idman fəaliyyətini təşkil etməklə məşğul olan xeyriyyə cəmiyyəti üçün 50 min dollar bağışladığını qeyd edib.
Xatırladaq ki, şahzadə Harri və aktrisa Meqan Markl ötən gün evləniblər.
Muxalifet3 - 20-05-2018
“Gəncədə ağır olacağını bilirdik” — Tərlan Əhmədov
Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda səfərdə “Kəpəz”i məğlub edərək həm çempionatda bürünc medalları, həm də Avropa Liqasına vəsiqəni təmin edən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Muxalifet.az xəbər verir ki, Əhmədov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:Muxalifet3 - 20-05-2018
Gecənin acı xəbəri: Tanınmış aktyor öz evində yanaraq öldü - Qızı isə...
Türkiyəli aktyor Kazım Aktan Ərzincandakı evinin yanması nəticəsində ölüb.
75 yaşlı aktyor yanğın zamanı ikimərtəbəli evində qızı ilə birlikdə olub. 30 yaşlı Məleykə Aktan isə qonşuların köməyi ilə xilas edilib.
Yanğının səbəbləri məlum deyil.
Muxalifet3 - 21-05-2018
Ərdoğandan Avropalı TÜRKLƏRƏ KRİTİK ÇAĞIRIŞ
Türkiyənin prezidenti Ərdoğan Avropalı Türk Demokratlar Birliyinin 6-ci Baş Məclisində etdiyi çıxışında, "Avropa dövlətlərindəki parlamentlərdə ölkəmizə ən böyük kini Türkiyə əsillilərin göstərməsi, bizə qarşı qurulan tələnin haralara qədər vardığını göstərir" deyib.
BİZİ BÖLÜB, SONRA BİR-BİRİMİZƏ QARŞI QOYURLAR
Muxalifet3 - 21-05-2018
Bakıda qonşular arasında kütləvi dava – 4 NƏFƏR TƏRƏFİNDƏN DÖYÜLDÜ VƏ...
Bakıda qonşular arasında kütləvi dava olub.
Hadisə Sabunçu rayonunda baş verib.
Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib. Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.Muxalifet4 - 21-05-2018
MADURO YENİDƏN PREZİDENT SEÇİLDİ
Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib.
Muxalifət.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib.
"Seçkilərdə iştirak etmiş 46,01 seçici bülletenlərinin 92,6 faizinin hesablanmasından sonra Maduronun 5823718 səs, Enri Falkonun 1 820 552 seçici səsi, Havyer Bertuççinin 925 min səs topladığını deyə bilərik", - deyə Lusena bildirib.Muxalifet2 - 21-05-2018
Bakıda turistlər üçün pulsuz taksilər işləyir – İNANILMAZ
Son illər Bakıya turist axınının inanılmaz dərəcədə artması müəyyən “turizm ənənənləri”ni də formalaşdırmaqdadır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, hətta “dünənə” qədər turistlərin aldadılması, taksi xidmətindən istifadə zamanı onlardan yüksək məbləğ alınması kimi gələcəyini düşünməyən, nəticəsiz və dələduz əməllərə rast gəlinirdisə, indi kifayət qədər normal münasibətlər müşahidə edilir.Muxalifet2 - 21-05-2018
Türkiyəyə sui-qəsd üçün gəldilər, İKİSİ DƏ YAXALANDI
İstanbulun Atatürk Hava Limanında ötən aprel ayının son günlərində Rusiyadan gələn 2 Çeçen əsilli şəxsin vəziyyətlərindən şübhələnərək araşdırılan zaman, onların telefonlarından İstanbul Polis rəisi Mustafa Çalışqanın fotoları çıxıb.
İŞİD cəlladlarının baş kəsmə görüntülərinin də təsbit edildiyi telefonlarda İstanbul Polis rəisi Çalışqana aid olduğu irəli sürülən, ancaq qətiyyən düzgün olmayan sosial media yazışmaları da müəyyən edilib.
"İNAD QRUPRNA " YAXALANDILAR
Muxalifet3 - 21-05-2018
Sərnişin təyyarəsi uçuş zamanı yandı - VİDEO
Yaponiyanın "Japan Airlines" hava şirkətinə məxsus "Boeing 767" sərnişin təyyarəsi Tokio-Honkonq reysini həyata keçirən zaman yanıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bu səbəbdən təyyarədəki 137 nəfər dərhal təxliyyə edilib. Onlardan 3-ü tüstüdən zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib.
İlkin məlumata görə, yanğın təyyarənin köməkçi blokunda baş verib.
Muxalifet4 - 21-05-2018
İSVEÇDƏ MƏSCİDİ YANDIRDILAR
Naməlum şəxslər İsveçin cənubundakı Hesselholm şəhərində məscidi yandırıblar.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Dövlət Radiosu – "SR" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər qısa müddətdə alovu lokallaşdırıblar. İslam Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən məscid 200 nəfərlik üçün nəzərdə tutulub.
Yanğın zamanı heç kim xəsarət almayıb. Polis hadisəni törədən cinayətkarı axtarır.Muxalifet2 - 21-05-2018
Komitə quruldu: İSRAİLDƏN HESAB SORULACAQ
İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatı, Qəzzada 66 nəfərin şəhid olduğu qətliamı araşdırmaq üçün istintaq komitəsi yaradıb. Komitəyə, beynəlxalq müstəqil ekspertlər təyin olunduqdan sonra fəaliyyətə başlayacaq. Çıxan hesabat beynəlxalq təşkilatlara veriləcək. İƏT üzvləri, İsrailli vəzifəlilərin mühakimə olunması üçün yerli məhkəmələri hərəkətə keçirəcək. Qətliam Beynəlxalq Cəza Məhkəməsinə də daşınacaq.
Muxalifet3 - 21-05-2018
Bakının qızıl fürsəti - AĞ EVİN SEÇİMİ
Tramp ABŞ-a birinci kimi dəvət edəcək – prezident İlham Əliyevi, yoxsa Paşinyanı? Azərbaycana qarşı erməninin yeni məkrli hədəfi: işğalçının bir əlindən Rusiya, o birindən Amerika tutsa...
Muxalifet2 - 21-05-2018
“Lavrovun getməsi” sifarişdir - ZAXAROVA
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun öz vəzifəsini tərk etməsi haqqında mətbuatda yayılan məqalələr sifarişdir.
Muxalifət.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişində çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Muxalifet2 - 21-05-2018
İranın Suriyadakı HƏRBİ BAZASINDA PARTLAYIŞ SƏSLƏRİ
Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İranın hərbi bazasında güclü partlayış səsləri eşidildiyi bildirilir. İsrail ordusunun sözügedən hədəfi vurmuş olma ehtimalı var.
Orta Şərqdə gərginlik səngimir. Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İrana məxsus hərbi bazada gecə yarısı partlayışlar baş verib.
“Sky News Ərəb”, Dəməşqin cənubunda İranlıların istifadə etdiyi hərbi bazada çox şiddətli partlayışlar meydana gəldiyini bildirib.Muxalifet3 - 21-05-2018
Yeni nazirdən DAHA BİR TƏYİNAT
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrolizinq ASC-yə daha bir sədr müavini təyin edilib.
Report.az xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.
O, bundan əvvəl Kapital Bank ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan Texnika Bank ASC-nin Audit Komitəsinin sədri, Bank of Azerbaijan ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.Muxalifet2 - 21-05-2018
Əfv Komissiyasının üzvü: “Adları İşçi Qrupu tərəfindən təqdim olunmuş bəzi şəxslərin işinə baxılmayıb”
“28 May – Cümhuriyyət bayramı ərəfəsində əfv amnistiya səviyyəsinə akt olacaq. Əvvəlki illərdəki əfvlərin hamısından say etibarı ilə daha çox məhbus əfv ediləcək”.
Bu barədə “Yeni Müsavat” qəzetinə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.Muxalifet2 - 21-05-2018
Seçkiyə 33 gün qalmış son anket! ƏRDOĞANA VERİLƏCƏK SƏS NİSBƏTİ
“A&g” Araşdırma təşkilatının rəhbəri Adil Gur, Türkiyə prezidenti Ərdoğanın 55 faiz səs alacağını deyib.
Araşdırma şirkətləri, iyunun 24-də keçiriləcək seçkilər öncəsi ictimaiyyətin nəbzini tez-tez tutmağa başlayıb.
Prezident seçkilərinə dair son rəqəmlər, “A&g” Araşdırma təşkilatının rəhbəri Adil Gurdan gəlib.
SEÇKİLƏR İLK TURDA BİTƏCƏK
Adil Gur, prezident Rəcəb Tayyib Ərdoğanın səs nisbətinin 55% səviyyəsində olduğunu ifadə edib.Muxalifet3 - 21-05-2018
Dolların bu günə olan rəsmi məzənnəsi – MƏRKƏZİ BANK
Azərbaycan Mərkəzi Bankı 21 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, mayın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9978 manat təşkil edir. 1 türk lirəsi 0,3765 manat, 1 rus rublu 0,0273 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6958 manatdır.Muxalifet2 - 21-05-2018