Axtarış

The search found 105785 results in 0.239 seconds.

Search results

  1. ŞOK AÇIQLAMA: “Türkiyə NATO üzvlüyündən çıxıb, ŞƏT-ə qoşulacaq...”

    Prezident seçilsəm Türkiyə NATO üzvlüyündən çıxıb, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacaq. Muxalifet.az xəbər verir ki, bu sözləri Vətən partiyasının lideri, prezidentliyə namizəd Doğu Pərinçək deyib. Partiya lideri bildirib ki, prezident olacağı təqdirdə ölkədəki ABŞ hərbi bazalarının fəaliyyəti dayandırılacaq: “Türkiyənin yeri Avrasiyadır. Türkiyənin birinci iqtisadi müttəfiqi Çin, ikinci Rusiya, üçüncü isə Almaniyadır. Yəni Türkiyə iqtisadiyyatı Asiya və Qərbi Avropa iqtisadiyyatları ilə çuğlaşıb. Enerji təhlükəsizliyimizi də İran, Rusiya, Azərbaycan və İraq təşkil edir.

    Muxalifet4 - 20-05-2018

  2. ​Qüdsdə gərginlik: Yəhudi qrupları Əqsaya girdi

    Radikal yəhudi qrupları İsrail polisinin dəstəyi ilə Əqsa məscidinə basqın ediblər.
    Muxalifet.az xəbər verir ki, bu gün Şavuot bayramını qeyd edən fanatik yəhudi qrupları Əqsaya daxil olub. Basqın zamanı məsciddə gərginlik yaşanıb.
    Qüds İslam Vəqfinin rəsmisi Firas Dibs fanatik yəhudilərin müqəddəs məkanlara, ayinlərə hörmət etmədiklərini deyib.
     

    Muxalifet4 - 20-05-2018

  3. ​Baş Qərargahdan sərt açıqlama: məhv edəcəyik

    Türkiyənin Ağrı vilayətində terrorçuların yola quraşdırdığı partlayıcının işə düşməsi nəticəsində 2 əsgər şəhid olub.
    Muxalifet.az xəbər verir ki, partlayış zamanı əsgərlərdən biri hadisə yerində həlak olub, biri isə ağır yaralanıb. Yaralı əsgər dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    Türkiyə Baş Qərargahından hadisə bağlı yayılan açıqlamada terrorçuların son nəfəri məhv edilənə qədər əməliyyatların davam etdiriləcəyi bildirilib.
     

    Muxalifet4 - 20-05-2018

  4. ​Matç bitdi: Ölkəmizi Avroliqada bu klub təmsil edəcək

     “Neftçi” səfərdə “Kəpəz”i 2-1 hesabı ilə məğlub edərək, çempionatı üçüncü pillədə başa vurub. “Sumqayıt” isə öz meydanında “Zirə”yə uduzub: 1-2.
    “Keşlə” komandası səfərdə “Səbail” üzərində minimal hesablı (0-1) qələbə qazanıb.
    Bu nəticələrdən sonra 3-cü pilləni təmin edən “Neftçi” növbəti mövsümdə Azərbaycanı Avropa Liqası turnirində təmsil etməyə haqq qazanıb.
     

    Muxalifet4 - 20-05-2018

  5. ​Azərbaycanda insan alveri: 32 nəfər həbs edildi

    Ötən il Azərbaycanda insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işinin 28-nin istintaqı yekunlaşıb.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.
    Məlumatda bildirilir ki, istintaqı yekunlaşan cinayət işi üzrə 33 şəxs təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilib ki, onlardan 25-i qadın, 8-i isə kişidir.

    Muxalifet4 - 20-05-2018

  6. ​İran Avropadan tələb etdi: Yetərli deyil!

    Avropa ölkələrinin İranın nüvə razılaşması ilə bağlı yalnız siyasi aspektdən dəstək verməsi yetərli deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
    “ABŞ-ın razılaşmadan çıxması və Avropa İttifaqının müqavilənin qorunması ilə bağlı addımları ictimaiyyətin gözləntilərini daha da gücləndirdi. Təbii ki, mövcud şərtlərdə Avropanın yalnız siyasi dəstəyi yetərli deyil. İttifaq daha böyük praktiki addımlar atıb iqtisadi əməkdaşlığı davam etdirmək üçün İranda investisiyalarını genişləndirməlidir”, - deyə nazir bildirib.
     

    Muxalifet4 - 20-05-2018

  7. ​Türkiyə ABŞ-ın həmləsinə cavab verdi

    Türkiyənin ABŞ-a ödəyəcəyi əlavə gömrük vergisinin miqdarı qədər gömrük vergisini də onlardan etdiyimiz idxalda tutmaqla haqqımız olan prosesi başlatdıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

    Muxalifet4 - 20-05-2018

  8. ​Putinlə görüş münasibətlərə yeni təkan verəcək - Makron

    Mayın sonunda Rusiya Prezidenti Vladimir Putinlə baş tutacaq görüşün Moskva-Paris münasibətlərinə yeni təkan verəcəyinə ümid edirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
    “İki ölkə münasibətlərində hələ çox şeyləri qurmalıdır və buna açıq gözlərlə yanaşmalıdır”, - Makron bildirib.
    Makronun sözlərinə görə, Fransa Rusiya ilə Suriya, Ukrayna və “Skripal işi”ndə fikir ayrılıqlarına baxmayaraq Moskva ilə dialoqları dəstəkləyir.
     

    Muxalifet4 - 20-05-2018

  9. ​ŞOK: Valideynlər doğulmamış uşaqlarını qucaqlarına ala biləcəklər

    Alimlər daha bir inqilabi yeniliyə imza atıblar.
    Muxalifet.az xəbər verir ki, elm adamları bətndəki dölün ultrasəs fotolarından yararlanaraq körpənin kompüterdə son dərəcə detallı şəkildə bir modelini hazırlayır. 
    Rusiyada qurulan "Embrio 3D” adlı şirkət körpələrinin dünyaya gəlməsini gözləyə bilməyən valideynlər üçün hazırlayacaq.
     

    Muxalifet4 - 20-05-2018

  10. ​Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının beşinci günüdür.
    Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 21-də Bakıda imsak saat 03:35, iftar isə saat 20:11-dədir.
    Ramazan ayının 5-ci gününün duası:
    "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
    Tərcüməsi:

    Muxalifet4 - 20-05-2018

  11. ​Abasov istefa verdi: Bu şərtlər altında işləyə bilmərəm

    “Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.
    Muxalifet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis bu qərarını “Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.
    O bildirib ki, bu, komandada sonuncu oyunu olub:
    “Belə şərtlərlə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir”.
    Xatırladaq ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.
     

    Muxalifet4 - 20-05-2018

  12. ​Gürcüstan qumardan 5,6 milyard qazandı

    Gürcüstanda 2017-ci ildə oyun biznesindən 5,6 milyard lari (2 milyard dollardan bir qədər çox) gəlir əldə olunub. Bu əvvəlki illərin göstəricisi ilə müqayisədə xeyli çoxdur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
    Məlumatda deyilir ki, bu gəlirdən dövlət büdcəsinə yalnız 332 milyon lari və yaxud da ümumi gəlirin 5,8 faizi daxil olub.

    Muxalifet4 - 20-05-2018

  13. ​Bərzani ən böyük qazancını açıqladı: 56 il əvvəl...

    56 il əvvəl bu gün mənə peşmərgə olmaq şərəfi verildi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin keçmiş lideri Məsud Bərzani deyib.
    “Həmin gündən bu vaxta qədər mənim üçün ən böyük rütbə peşmərgəlik olub. Bu mənim həyatım boyu əldə etdiyim ən şərəfli uğurdur. Kürdüstan xalqı peşmərgənin sayəsində heç bir gücün qarşısında əyilmədi. Qələbə və qürur mübarizə aparan, millətinə qarşı doğruları həyata keçirən şəxslərindir”, - Bərzani bildirib.
     

    Muxalifet4 - 20-05-2018

  14. Kameraları yığışdırın! Cərimələr və həbslər başladı – YPX-dən XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

    Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: 

    Muxalifet3 - 20-05-2018

  15. ​İŞİD məsuliyyəti öz üzərinə götürdü - Qroznı hücumu

    İŞİD Çeçenistanın paytaxtı Qroznıda kilsəyə edilən silahlı hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
    Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.
     

    Muxalifet3 - 20-05-2018

  16. ​Xəzərdə zəlzələ baş verdi

    Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:48-də qeydə alınıb.
    Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
     

    Muxalifet3 - 20-05-2018

  17. ​Maral Tahirqızı avtomobillə belə qəza törətdi - Video

    Maral Tahirqızı qəza törədib.
    Azxəbər.com-un məlumatına görə, hadisə Bakının Babək prospektində baş verib və təhlükəzlik kamerası tərəfindən lentə alınıb.
    Maral idarə etdiyi avtomobildə sayıqlığı itirib və “Hyunday”a çırpılıb. Daha sonra isə yerində dövrə vurmağa başlayıb.
    Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
     

    Muxalifet3 - 20-05-2018

  18. ​Avropa parçalanır: Daha bir ölkə...

    Şotlandiyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum keçirilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Şotlandiyanın birinci naziri və Milli Partiyanın rəhbəri Nikola Struqon deyib. O bildirib ki, ölkənin AB-dən çıxması ilə bağlı keçirilən referenduma maneə yaradılmayacaq.
    Lakin nazir eyni zamanda vurğulayıb ki, ölkənin bəzi bölgələrində yaranan narahatlıq da nəzərə alınacaq:
    “AB-İngiltərə əlaqələrinin inkişaf dinamikası izlənildikdən sonra qərar veriləcək”.
     

    Muxalifet3 - 20-05-2018

  19. ​Qarabağda erməni əsgər öldü

    Cəbhənin şərq istiqamətində erməni əsgər ölüb. Muxalifet.az xəbər verir ki, erməni mediası 1999-cu il təvəllüdlü Hamlet Qriqoryanın naməlum səbəbdən öldüyünü yazıb. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

    Muxalifet3 - 20-05-2018

  20. ​İŞİD-in Suriyada son istinadgahı nəzarətdədir - Pentaqon açıqladı

    Hazırda Suriyanın Əl-Bukamal və Xadcin şəhərləri İŞİD terror qruplaşmasının işğalı altındadır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ koalisiyasının səlahiyyətli nümayəndəsi Ceyms Cerard deyib.
    “Əl-Bukamalın şimal ətrafı, Suriya–İraq sərhədi və Xadcin şəhəri, Fərat çayının şərq sahili terrorçuların nəzarətindədir. Ehtimallara görə, hazırda terrorçuların fəaliyyətində zəifləmə müşahidə edilir”, - deyə Cerard bildirib.
     

    Muxalifet3 - 20-05-2018

Pages