Axtarış
The search found 105785 results in 0.069 seconds.
Search results
On mindən çox vətəndaşımız RUSİYA PASPORTU ALDI – Digər ölkələr/Siyahı
2017-ci ildə Azərbaycandan 10394 nəfər Rusiya pasportu alıb.
Muxalifət.az xəbər verir ki, ümumilikdə keçən il 20-dən çox dövlətdən olan insanlar vətəndaşlıq almaq üçün Rusiyaya müraciət edib.
Ermənistan da Rusiyadan vətəndaşlıq istəyən 5 ölkədən biri olub.
Ukrayna bu sırada 40718 nəfərlə ilk yerdə qərarlaşıb. Ukraynanı Qazaxıstan (40718), Tacikistan (29039), Ermənistan (25144) və Özbəkistan (23334) təqib edir.
Azərbaycan siyahıda 7-ci yerdə qərarlaşıb.Muxalifet2 - 19-05-2018
Paşinyandan Putinə İLK ZƏRBƏ: Kremlin düşmənləri olan 31 ölkə ilə eyni masada
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalayan ölkələrin liderlərinin qarşıdakı görüşlərindən birinə dəvət edilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Jamanak” diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Paşinyan dəvətdən başqa, görüşün həmsədri kimi çıxış etmək təklifi alıb. Tədbirin harada və nə vaxt planlaşdırıldığı barədə informasiya açıqlanmayıb.Muxalifet2 - 19-05-2018
PKK-dan CHP-yə ÇAĞIRIŞ: BİRLƏŞƏYİN
Terror təşkilatı PKK-nın başçılarından olan Cəmil Bayık, 24 iyunun son şans olduğunu, terrorun siyasi təmsilçisi olan HDP-nin seçki barajı altında qalmamasının lazım olduğunu söyləyib.
Siyasi partiyalar seçki işlərinə davam edərkən, Türkiyəni parçalamaq istəyən qanlı terror təşkilatı PKK və xarici qüvvələr hərəkətə keçib.
QƏNDİLDƏN CHP-yə ÇAĞIRIŞ
Təşkilatın siyasi qanadı HDP-yə dəstək istəyən Qəndil rəhbərliyi, CHP-yə müraciət edib.
24 İYUN SON ŞANSDIR
Muxalifet3 - 19-05-2018
Trampa böyük şok! AVROPA BİRLİYİ İRANA SÖZ VERDİ
ABŞ prezidenti Donald Trampın İran qərarından sonra Avropa İttifaqı (Aİ) nüvə müqavilə məsələsində İrana söz verib.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi, paytaxt Tehranda Aİ Enerji Komissarı Migel Arias Canete ilə bir araya gəlib.
Görüşdən sonra Canete ilə birgə mətbuat konfransı keçirən Salehi, "Canete, ABŞ-ın müqavilədən çəkilməsindən sonra Avropa Birliyinin nə kimi tədbirlər görəcəyini və xüsusilə yeni tətbiq olunacaq Əngəl Olma Qanunvericiliyinin çərçivəsini tam açıqladı" deyib.Muxalifet3 - 19-05-2018
Angela Merkel istefa təhlükəsi ilə üzləşə bilər
“Almaniya üçün Alternativ” partiyası kansler Angela Merkelin yürütdüyü miqrasiya siyasətinin qanuniliyi məsələsini Konstitusiya Məhkəməsində qaldırmağa hazırlaşır.
Muxalifet - 19-05-2018
Baba nəvəsinin boşanmasına dözmədi – ÖZÜNÜ ASDI
Dünən axşam saatlarında Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.
Kənd sakinlərinin virtualaz.org-a verdiyi xəbərə görə, İ.Binnətov intihar etməzdən bir müddət əvvəl canına qıyacağını deyibmiş: “Çox sakit kişi idi. Həyat yoldaşı rəhmətə gedib. Oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verəndə gəlini də evdə olmayıb. Gəlin evdə olsaydı, bəlkə bu hadisə baş verməzdi. Bir dəfə özünü asmaq istəyib, qonşular duyuq düşüblər, qoymayıblar. Amma elə hey deyirdi ki, özünü öldürəcək”.Muxalifet - 19-05-2018
Böyük Avropanın üzvü olacağıq
Poroşenko: Ukraynalıların 70%-i ölkənin Avropa Birliyinə inteqrasiyasını dəstəkləyir.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Ukrayna Prezidenti Pyotr Poroşenkonun Feysbuk səhifəsində yer alıb.
“Avropa artıq çoxdan coğrafi kateqoriya deyil. Bu hər şeydən əvvəl ümumi müstəqillik, demokratiya və insana, onun haqlarına hörmət dəyərləridir. 70% ukraynalı artıq Ukraynanın AB-yə üzvlüyünü dəstəkləyir. Biz böyük Avropa ailəsinin üzvü olacağıq” – deyə o bildirib.
Muxalifet - 19-05-2018
İran uranı 20% zənginləşdirəc…
İran hakimiyyəti uranı 20% həcminə qədər zənginləşdirə bilər.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Atom Energetika Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. O bildirib ki, İran bu addımı avropalıların İran nüvə razılaşması ilə bağlı uğursuzluğa düçar olacağı halda atacaq.
O, Tehranın öhdəliklərinə son ana qədər sadiq qalacağını deyib.Muxalifet - 19-05-2018
Fransız əsgərlərindən YPG/PKK-ya ARTİLLERİYA DƏSTƏYİ
Terror təşkilatı YPG/PKK-ya dəstəyini davam etdirən Fransız xüsusi təyinatlı qüvvələri, Suriyanın İraqla sərhədində terrorçuların işğalındakı əraziyə altı artilleriya batareyası qurub.
Yerli mənbələrə görə, YPG/PKK-ya dəstək verən Fransız əsgərləri, Deyrizor rayonunun İraq sərhədindəki Baguz kəndinin şimalına altı artilleriya batareyası quraraq atışlara başlayıb.
Bölgə əməliyyatlarında YPG/PKK ilə əməkdaşlıq edən Fransız əsgərləri, son dövrdə terror təşkilatı YPG/PKK-nın işğalındakı Menbic, Hasekə, Eyn İsa və Raqqadaki varlığını artırır.
Muxalifet3 - 19-05-2018
Sergey Lavrov Kuba və Argentinaya səfərini təxirə salıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Argentina və Kubaya planlaşdırılmış səfərini təxirə salıb.
Muxalifet.az “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Rusiyada yeni hökumətin formalaşması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərlə bağlı S.Lavrovun səfəri nəzərdə tutulmuş günlərdə baş tutmayacaq.Muxalifet - 19-05-2018
Gəncədə yeni doğulmuş körpə ölüb
Gəncə şəhərində uşaq ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib.
Kəlbəcərdən olan məcburi köçkün 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.
Faktla bağlı araşdırma apaırlır.Muxalifet - 19-05-2018
Ölülərdən gəlir tutan eks-nazirin UNUDULMAZ O TARİXİ ÇIXIŞI: “İşləməyə adam tapılmır...” - ARXİV
“Azərbaycan son illərdə yüksək inkişaf göstəricilərinə görə dünyanın lider ölkələri sırasında durur. Ölkədə 5 faizlik işsizlik səviyyəsi müşahidə olunur. Bu, böyük nailiyyətdir. İş yerləri çox, işci çatışmazlığı var bəzi sahələrdə”.
Muxalifet.az azərbaycan24.com-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Muxalifet4 - 19-05-2018
Poroşenkodan əmr: Ukrayna rəsmən MDB-dən geri çəkildi
Ukrayna Prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr verib.
Muxalifet.az xəbər verir ki, Poroşenko Avropa Birliyinə inteqrasiya istiqamətində addım atdıqları üçün MDB-də təmsil olunmağın mənasız olduğunu söyləyib.Muxalifet4 - 19-05-2018
İsrail sərhəddə elə bir hava limanı tikdi ki... - Foto
İsrail İordaniya ilə sərhəddə inşa edilən təhlükəsizlik divarının tikintisinin tamamlandığını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, İsraildə gələn aydan istifadəyə veriləcək “Assaf Ramon” hava limanını qorumaq məqsədilə tikilən divarın hündürlüyü 25 metr, uzunluğu isə 5 km-dir.
Dəmir konstruksiyalardan tikilən divar yeni hava limanındakı təyyarələri təhlükədən qorumaq üçün elektron avadanlıqlar və sensorlarla təchiz edilib.
Qeyd edək ki, sözügedən divarın tikintisinə 2015-ci ildə başlanılıb.
Muxalifet4 - 19-05-2018
Kadırov da təsdiqlədi: ölənlər var, girov götürüləcəkdi...
Arxangel Mixail kilsəsinə gələnləri girov götürmək istəyən dörd nəfər zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Çeçenistan Prezidenti Ramzan Kadırov verib.
"Yaraqlılar Arxangel Mixail kilsəsinə gələrək orada olanları girov götürmək istəyiblər. Dərhal keçirilən xüsusi əməliyyatla dörd nəfər məhv edilib", - Kadırov qeyd edib.
Muxalifet4 - 19-05-2018
ŞOK: Erdoğana sui-qəsd etdilər və... - VİDEO
Muxalifet.az xəbər verir ki, Türkiyə prezidenti Receb Tayyib Erdoğana sui qəsd planı hazırlayan şəxslərin şəxsiyyətləri bəlli olub. Həmin şəxslər Yunanınstanda DHKP-C-yə yönəlik aparılan plan əsnasında polis orqanları tərəfindən tutularaq istintaqa cəlb ediliblər.
Muxalifet4 - 19-05-2018
İrana şok: 18 milyard ödəməlidir
İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək.
Muxalifet.az xəbər verir ki, İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi müsahibəsində bu barədə Haaqa Beynəlxalq Məhkəməsinin (UCM) qərar qəbul etdiyini deyib.
İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi buna Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın BƏƏ-nin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozmasının səbəb olduğunu bildirib.Muxalifet4 - 19-05-2018
Hitlerin öldüyü dəqiq tarix...
Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentlərini tədqiq edərək onun ölümünün dəqiq tarixini müəyyənləşdiriblər.
Muxalifet.az xəbər verir ki, tədqiqatçılar 2017-ci ildə Rusiyanın onlara verdiyi diş qalıqlarının həqiqi olduğunu bildiriblər. Ekspertiza Adolf Hitlerin 1945-ci il aprelin 30-da öldüyünü təsdiqləyib.
Alimlər, həmçinin diktatorun kəllə sümüyünün fraqmentini də nəzərdən keçirib və onun Hitlerin kəllə sümüyünün radioqrafiyasına uyğun gəldiyini görüblər.Muxalifet4 - 19-05-2018
Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı
“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.
Muxalifet.az-ın məlumatına görə, turinin “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.
Əfsanəvi qapıçı Canluici Buffon “Yuventus”un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.Muxalifet4 - 19-05-2018
Ramazanın 4-cü gününün duası — İmsak və iftar vaxtı
Sabah Ramazan ayının dördüncü günüdür.
Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 20-si Bakıda imsak saat 03:37, iftar isə saat 20:10-dadır.
4-cü günün duası:
Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi:Muxalifet4 - 19-05-2018