Axtarış

The search found 105785 results in 0.076 seconds.

Search results

  1. ​Merkel Putinlə görüşə gəldi və RUSCA DANIŞDI

    Almaniyanın kansleri Angela Merkel Rusiyaya səfər edib.
    Muxalifət.az xəbər verir ki, Soçi şəhərində A.Merkel Rusiya prezidenti Vladimir Putinlə və baş nazir Dmitri Medvedevlə görüşüb.
    D.Medvedevin yeni hökumət formalaşdırdığını öyrənən kansler rus dilində onları təbrik edib və uğurlar arzulayıb.
    Qeyd olunur ki, A.Merkelin Rusiyaya səfəri zamanı İran sazişini, Suriya və Ukrayna məsələlərini müzakirə edəcək./trend/

    Muxalifet2 - 18-05-2018

  2. ​Sabiq baş nazirin elit mənzilində QIZILLA DOLU 280 QUTU TAPILDI

    Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib.
    Trend-in məlumatına görə, mallar sabiq baş nazirin Kuala-Lumpurun elit yaşayış komplekslərindən birində yerləşən 3 mənzilində aşkarlanıb.
    İqtisadi cinayətlərin araşdırılması üzrə idarənin rəisi Amar Sinqx bildirib ki, müsadirə edilən qutuları və çantaları aparmaq üçün 5 yük maşınından istifadə olunub.

    Muxalifet2 - 18-05-2018

  3. Rusiya İranı İsrailin ayağına verdi: "Tehran cığallıq edir və Suriyada siyasi tənzimləməyə imkan vermir” – TƏHLİL

    Donald Tramp BƏFP-dən (İranla “altılıq” arasında bağlanmış nüvə sazişi-red.) çıxdığı haqda  qərarını elan etdiyi, İsrail isə Suriyada İran bazalarını bombaladığı bir məqamda Benyamin Netanyahu mayın 9-da Qələbə Günü illlik parada qatılmaq üçün rəsmən Rusiyaya dəvət olunub. Parada qatılmaq dəvətini qəbul etmək və Qırmızı Meydanda əklil qoymaq mərasimləri Vladimir Putinin ona göstərdiyi böyük ehtiramdır.

    Muxalifet2 - 18-05-2018

  4. ​Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni TƏYİNAT

    İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir.
    Muxalifət.az bildirir ki, bu barədə məlumatı nazirlikdən modern.az-a təsdiqləyiblər.
    Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

    Muxalifet2 - 18-05-2018

  5. ​ƏSƏD: İRANLA BUNA GÖRƏ YAXINLAŞIRIQ

    Suriya və İran arasında iqtisadi əlaqələrin gücləndirilməsi Qərb hegemoniyası ilə mübarizə üçün vacib elementdir.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd İranın Yol və Şəhərsalma naziri Abbas Axundi ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, bütün dünya sanksiyalara və məcburi iqtisadi tədbirlərə əsaslanan Qərb layihələri ilə mübarizə aparmalıdır.

    Muxalifet2 - 18-05-2018

  6. ​“AAAF”da BƏDBƏXT HADİSƏ - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

    Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib.
    Muxalifət.az "Qafqazinfo”a istinadən xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.
    Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:

    Muxalifet2 - 18-05-2018

  7. ​"Onlara qarşı oynamaq xoş olardı" - PEDRO ENRİKE

    "Qarabağ"dakı icarə müddətim bitdi və mən qaydalara uyğun olaraq, PAOK-a qayıdıram".
    Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri bir neçə gün öncə "Qarabağ"dan ayrılan Pedro Enrike deyib. Müqavilə ilə PAOK-a məxsus olan braziliyalı futbolçu bir vaxtlar şərəfini qoruduğu "Renn" klubunun avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib:

    Muxalifet2 - 18-05-2018

  8. ​Putinə “ömürlük” HAKİMİYYƏT TƏKLİFİ – Dumadan konstitusiya limitinin qaldırılması istənilir

    Rusiya Dövlət Dumasına təklif verilərək ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməklə bağlı konstitusiya limitinin qaldırılması istənilir.Bu, indiki prezident Vladimir Putinin 2024-cü ildən sonra da həmin posta seçilməsinə şərait yaratmaq deməkdir. Muxalifət.az azadlıq.org-a istinadən xəbər verir ki, təklif mayın 18-də Dövlət Dumasının vebsaytında dərc olunub. Cəmi iki həftə öncə isə Putin daha altı illiyə prezidentliyə başlayıb. Bu onun dalbadal ikinci, ümumilikdə isə dördüncü prezidentliyidir. Təklif Çeçenistan parlamentindən gəlib.

    Muxalifet2 - 18-05-2018

  9. ​Robotlarla müharibə nə vaxt başlaya bilər? - Süni intellektin atası AÇIQLADI

    Süni intellekt texnologiyasının qabaqcıllarından olan professor Yurgen Şimidhuber robotlarla bağlı maraqlı açıqlama verib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, professor gələcəkdə robotların insanlardan daha ağıllı ola biləcəyini, ancaq yenə də insanların bundan fayda götürə biləcəyini deyib.
    Məşhur ekspert insanların texnologiyadan və onların gələcəyindən qorxmamaqlarını məsləhət görüb.

    Muxalifet2 - 18-05-2018

  10. ​Qərbin yeni “BARBAROSSA PLANI”: Alman ordusu niyə güclənir?

    Alman ordusu – müharibənin qalıqları deyil. Əksinə, bundesver Qərb və Şərq blokları arasında qarşıdurmanın bitməsindən sonra maksimum gücünə çatdı. Məhz bundan sonra onlar əsl müharibələrdə iştirak edə və real hərbi itkilərə məruz qala bildilər. Ancaq gəlin düzünü danışaq: Dünyanın ən böyük güclərinin gözlənilmədən uzaq ölkələrin və onların əhalisinə çökdüyü bu humanitar müdaxilələr – heç də 180 minlik ordusu, 100 mindən çox ehtiyatı, ən güclü tankları və sualtı qayıqları olan ordu üçün nəzərdə tutulmayıb.

    Muxalifet2 - 18-05-2018

  11. ​İLHAM ƏLİYEV YENİ İCRA BAŞÇISI TƏYİN ETDİ

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rövşən İbrahimovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifət.az xəbər verir ki, sərəncama əsasən, Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
    Prezidentin digər sərəncamı ilə Natiq Musa oğlu Aslanov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet2 - 18-05-2018

  12. ​"EXO” QƏZETİ FƏALİYYƏTİNİ DAYANDIRIR

    “Exo” qəzeti fəaliyyətini dayandırır.
    Bu barədə APA-ya “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib.
    O bildirib ki, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək: “Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək”.
    R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərini və R. Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.
    Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.

    Muxalifet2 - 18-05-2018

  13. İsrailə pis xəbər! BMT QƏZZA ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

    BMT İnsan Haqları Şurası İsraili pisləyərək, Qəzzadakı hadisələri araşdırmaq üçün müstəqil istintaq komissiyası qurulmasını qəbul edib.
    Müxalifət.az

    Muxalifet3 - 18-05-2018

  14. ​Sanksiyalara baxmayaraq, Almaniya İran ilə iqtisadi ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK

    Almaniyanın 120 şirkəti İrandakı fəaliyyətini davam etdirəcək.
    AZƏRTAC IRNA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer deyib.
    İranın enerji naziri Rza Ərdakanian ilə Berlində görüşən P.Altmayer bildirib ki, Almaniya ilə İran hökumətləri arasındakı birgə iqtisadi komissiya öz fəaliyyətini davam etdirərək əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək.
    İran mətbuatı yazır ki, Almaniya ABŞ-ın yeni sanksiyalarına baş əymək fikrində deyil. Çünki bu dövlətin İranda milyardlarla dollar həcmində investisiyası var.

    Muxalifet2 - 18-05-2018

  15. Türkiyəyə demokratiya dərsi vermək istəyənlər sinifdə qaldı - İŞDƏN ÇIXARILDI

    Muxalifət.az xəbər verir ki, Almaniyada Benyamin Netanyahunun şəklini çəkən karikaturaçı işdən çıxarılıb. Ölkənin tanınmış karikaturaçılarından Diter Hanits (Dieter Hanitzsch) İsrailin baş naziri Benyamin Netanyahunun karikaturasını çəkdikdən sonra yəhudilərə qarşı düşmənçilikdə ittiham edilərək işdən çıxarılıb. Almaniyanın nüfuzlu qəzetlərindən olan “Zyuddiyçe Tsaytun” ( Süddeutsche Zeitung) qəzetinin redaktoru Volfqanq Kraç karikaturaya görə üzr istəmək məcburiyyətində qalıb.

    Muxalifet2 - 18-05-2018

  16. ​33 ölkənin gimnastı Olimpiya üçün ölkəmizə gələcək

    Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışı üçün Bakıya gələcək ölkələrin sayı bəlli olub.
    Azərbaycan Gimnastika Federasiyasından Publika.az-a verilən məlumata görə, iyunun 23-də Milli Gimnastika Arenasında start götürəcək lisenziya xarakterli turnirə 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastı qatılacaq.
    Kişi gimnastları 16 - 17, qadın gimnastlar isə 15 yaşlılar kateqoriyasında mübarizə aparacaqlar. Azərbaycanı yarışda Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Samirə Qəhrəmanova təmsil edəcək.

    Muxalifet2 - 18-05-2018

  17. ​Zakir Həsənov hərbi hissə komandirlərini topladı: "Ermənistan təcrid olunaraq xarici yardımlardan asılı vəziyyətə düşüb”

    Bu gün Müdafiə Nazirliyində birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminar keçirilib.

    Muxalifet2 - 18-05-2018

  18. “Vəliəhd şahzadə öldü” iddiasına SƏUDİYYƏDƏN CAVAB

    Gecə saatlarında İran mətbuatı tərəfindən ortaya atılan "Səudiyyə vəliəhd şahzadə Salman öldü" xəbəri, Səudiyyə Ərəbistanı tərəfindən dolayı olaraq yalanlandı. Salmanın ofisindən bir fotoşəkil paylaşıldı.
     
    İran mətbuatı Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın öldüyünü yazmışdı. Ərəb kəşfiyyatına əsaslandırılan xəbərdə Səudiyyə Şahzadəsinin ötən ay həyata keçirilən hakimiyyət çevrilişi cəhdində xəsarət alaraq öldüyü qeyd olunurdu.
    Bu iddia Səudiyyə tərəfindən dolayı yollarla yalanlandı.

    Muxalifet3 - 18-05-2018

  19. ​İstanbulda “ZÜLMƏ LƏNƏT, QÜDSƏ DƏSTƏK!” mitinqi keçirilir

    Türkiyənin İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilir.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstinin baş naziri Rami əl-Hamdallah, Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici və başqaları iştirak edirlər.

    Muxalifet2 - 18-05-2018

  20. ​Putin redaktorun həbsi haqda: BELƏ OLAY GÖRMƏMİŞƏM

    “RİA Novosti”nin Ukrayna üzrə təmsilçisinin tutulması misli görünməmiş bir hadisədir.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    “Vışinski açıq şəkildə öz ictimai vəzifə və öhdəliklərini yerinə yetirdiyi üçün vətən xainliyində günahlandırılır. Uzun müddətdir belə bir hadisə görmədim və xatırlamadım”, - deyə Kreml rəhbəri bildirib.
    Qeyd edək ki, dünən “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Ukraynanın Xerson bölgə məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 18-05-2018

Pages