Axtarış
The search found 105785 results in 0.062 seconds.
Search results
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,46 dollar/barel azdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.Muxalifet3 - 17-05-2018
Tramp qəzəbləndi: "ÇƏLLƏKLƏRLƏ DOLU PUL ÇIXARIRLAR"
ABŞ prezidenti Donald Tramp, Çin və Avropa Birliyini (Aİ) "ərköyün" kimi səciyyələndirib.
Tramp, NATO baş katibi Jens Stoltenberq ilə Ağ Evdəki görüşündən sonra, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.Muxalifet3 - 18-05-2018
Trampdan MERKELƏ TƏZYİQ
ABŞ prezidenti Donald Trampın, Almaniyaya Şimal Axını-2 (Nord Stream II) qaz boru kəməri layihəsi ilə bağlı təzyiq göstərdiyi iddia edilib.
“The Wall Street Journal”-ın Amerikalı, Alman və Avropalı nümayəndələrə əsaslandırdığı xəbərində, Trampın keçən ay Almaniya baş kansleri Angela Merkeldən Şimal Axını-2 layihəsinə dəstəyini kəsməsini istədiyini və bu məsələdə ona təzyiq etdiyi irəli sürülüb.
TİCARƏT DANIŞIQLARI YENİDƏN BAŞLAYACAQ
Muxalifet3 - 18-05-2018
Ərdoğan türk bayrağını PKK TERRORÇULARINDAN QORUYAN QADINA ZƏNG ETDİ
Türkiyə prezidenti Ərdoğan, Böyük Britaniyada terror təşkilatı PKK tərəfdarlarının hücumuna məruz qalan qadına zəng edərək türk bayrağını qoruduğu üçün təşəkkür etdiyini deyib.
Prezident Ərdoğan, "Bir kitabsız, imansız, o bayrağı almağa çalışarkən o qadın dirəniş göstərərək bayrağın ayaqlar altına atılmasına imkan verməyib. O qadına zəng etdim və danışdım. Sən bu əsrin “Nənə Hatunusan” - dedim" deyə, bildirib.
Müxalifət.azMuxalifet3 - 18-05-2018
QÜDS SAMMİTİ! DÜNYAYA ÇAĞIRIŞ EDİLƏCƏK
İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qəzzadakı qətliamdan sonra ABŞ və İsrailə qarşı atılacaq addımları müzakirə etmək üçün bu gün İstanbulda növbədənkənar toplanır. Sammitin yekun bəyannaməsində Şərqi Qüdsün Fələstinin işğal altındakı paytaxtı kimi tanınması, BMT-nin dərhal hərəkətə keçməsi, İsrail işğalının sona çatdırılması və 1967 sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində güclü mesajların olması gözlənilir.
Muxalifet3 - 18-05-2018
Türkiyənin ABŞ-dakı səfirinin geri çağırmasına DÖVLƏT DEPARTAMENTİNDƏN REAKSİYA
Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.
“Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ”, - deyə Hizer Nauert bildirib.
Muxalifet4 - 18-05-2018
ŞOK İDDİA: Səudiyyə vəliəhd şahzadəsi 2 güllə ilə vuruldu
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, 27 gündür ortalarda görünmür. İranın ifrat mühafizəkar meylli “Keyhan” qəzeti, bir Ərəb kəşfiyyat xidmətinə istinadən, Səudiyyənin vəliəhd şahzadəsinin keçən ay həyata keçirilən dövlət çevrilişi cəhdində öldürülmüş ola biləcəyini iddia edib.
Muxalifet3 - 18-05-2018
NƏSİMİ PAŞAYEV VƏZİFƏDƏN GETDİ - “Dedi ki, Bakı Metropoliteni sizə darlıq edir…”
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev vəzifəsini tərk edir. Bununla bağlı məlumatı N.Paşayev özü paylaşıb. O bildirib ki, mayın 31-nə qədər vəzifəsi ilə vidalaşacaq. “2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu işə başlayarkən Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovla uzun bir söhbət etdik. Dövlət başçısı tərəfindən böyük məsuliyyət yüklənmiş bu işi birlikdə çiyinlərimizdə daşımağa qərar verdik. Zaur müəllimin “Gəlin başlayaq.
Muxalifet4 - 18-05-2018
ABŞ PKK/PYD TERRORÇULARINA 200 TIR DOLU SİLAH VERDİ!
ABŞ PKK/PYD terrorçularına dəstəyini davam etdirir. Ankara-Vaşinqton danışıqlarında, Suriyadakı layihə terror təşkilatı PKK/PYD-nin başda Münbiç olmaqla, işğal etdiyi ərazilərdən çəkiləcəyinə dair söz verən ABŞ rəhbərliyi, bu sözün əksinə, terrorçulara yeni silahlar göndərib.
Zirehli maşınlar, ağır silahlar və sursatlarla yüklənmiş 200 TIR dolu konvoy, dünən terrorçulara təhvil verilib.
SƏRHƏD MƏNTƏQƏSİNDƏN KEÇİD EDİB
Muxalifet3 - 18-05-2018
TRAMPDAN İNANILMAZ HƏDƏ: “Şimali Koreya ilə razılaşmasaq, Qəzzafi ssenarisi təkrarlana bilər”
Şimali Koreyada Liviya ssenarisi təkrarlana bilər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər siz Qəzzafi ilə bağlı ssenariyə baxsanız, bunun dağıntı olduğunu görərsiniz. Biz Liviyaya orada olmaq üçün girdik. Əgər biz Şimali Koreya ilə razılaşmasaq, bu ssenari təkrarlana bilər” – deyə o bildirib.Muxalifet4 - 18-05-2018
Neftin qiyməti 80 dolları keçdi – Bu, Azərbaycana nə vəd edir?
"Neftin qiymətinin 80 dollar olması Azərbaycana külli miqdarda mənfəət gətirə bilər”.
Muxalifet.az xəbər verir ki, bunu “BBC Azərbaycanca”ya enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyib.
Onun sözlərinə görə, qiymət bu səviyyədə qalsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar.
2014-cü ildən bəri ilk dəfə neftin qiyməti 80 dolları keçib.
İlham Şaban bu artımın səbəbini geopolitik səbəblərlə izah edir.Muxalifet4 - 18-05-2018
Məhəmməd Peyğəmbərin karikaturasını çəkənə 5 min avro vəd edildi – AZADLIQ PARTİYASI TƏRƏFİNDƏN
Hollandiyada əsas müxalifət partiyalarından olan ifrat sağçı Azadlıq Partiyası - PVV - lideri Geert Wilders "Məhəmməd Peyğəmbər karikaturası" müsabiqəsi elan edəcəiyni parlamentdə açıqlayıb.
İfrat sağçı lider, bu müsabiqəni ifada azadlığına edilən təzyiqlərə qarşı bir tədbir olaraq təşkil etdiyini bildirib.
Bu haqda “BBC Türkçe” üçün Hollandiyadan müxbir Yusuf Özkan xəbər verir.
Müsabiqədə birinci yeri tutan karikaturaya 5000 avro, ikincisinə isə 2500 avro mükafat veriləcək. Wilders mükafatları "əliaçıq biri"nin ödəyəcəyini bildirib.Muxalifet4 - 18-05-2018
Türkiyədən çağırış: “QÜDS ORDUSU YARADILSIN”
ABŞ səfirliyinin Qüdsə köçməsi ilə başlayan İsrail qətliamı davam edərkən, təqaüddə olan kəşfiyyat polkovniki Coşqun Başbuğ kritik bir təkliflə çıxış edib. Türkiyənin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabahkı sammiti öncəsində təhlükəsizlik mütəxəssisi, təqaüddə olan kəşfiyyat polkovniki Coşqun Başbuğ kritik bir təkliflə çıxış edib. TÜRKİYƏNİN İƏT-ə SƏDRLİYİ ŞANSDIR “Qüdsdə qan gövdəni aparır. Bunun dayanacağını heç kəs gözləməsin, İsrailin hücumları daha da artacaq "deyən Başbuğ, “Bu qanı dayandırmaq üçün hərbi həll lazımdır.
Muxalifet3 - 18-05-2018
“Kölgə iqtisadiyyatı” çetesinə ŞOK ZƏRBƏ - həbslər var
DTX və Gömrük Komitəsi sərhəddə birgə əməliyyat keçirdi; aksizsiz və saxta aksiz markası olan malların satışı ilə məşğul olan və bu məhsulların satış şəbəkələrinə çatdırılmasını təşkil edən şəxslər tutuldu; Bakının bir sıra rayonlarındakı marketlərdə reydlər başladı
Muxalifet2 - 18-05-2018
ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası
Bundan əvvəlki hissələrdə biz 1918-ci ildə Azərbaycanla Gürcüstan arasında ərazi mübahisəsi mövzusu olmuş Zaqatala və Borçalıdan bəhs etdik.
Bu məqalədə isə biz həmin ərazi mübahisəsinin arxasında duran iqtisadi və strateji motivləri müzakirə edəcəyik.
Zaqatala və Borçalı məsələlərində Gürcüstan tərəfi köhnə inzibati bölgüyə istinad edirdi.
Borçalı qəzası (uyezd) Tbilisi quberniyasının tərkibində olub. Rusiya İmperiyasının inzibati bölgü sisteminə uyğun olaraq, Zaqatala dairəsi (okruq) öz növbəsində eyni adlı quberniyanın tərkibində olub.
Muxalifet4 - 18-05-2018
Lerikdə 75 ağacın qanunsuz kəsilməsinə dair materiallar BAŞ PROKURORLUĞA GÖNDƏRİLDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.
Muxalifet2 - 18-05-2018
ABŞ hərəkətə keçdi: PXENYANDAN RAKETLƏRİ DƏ ALINIR
ABŞ Müdafiə naziri Ceyms Mettis iyunun sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Kiodo” agentliyi yayıb. Agentlik Mettisin Tokioda Yaponiya Müdafiə naziri İtsunori Onodero ilə görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzusunun Şimali Koreyanın tam denuklearizasiyası olacağı vurğulanıb.
Hər iki nazirin Pxenyanın təkcə nüvə silahı yox, həm də Yaponiyaya çata biləcək bütün raketlərdən imtina etməsi gərəkdiyi barədə razılığa gələcəyi açıqlanıb.Muxalifet2 - 18-05-2018
ABŞ-dan SƏFİRLİYİ QÜDSƏ KÖÇÜRMƏ BASQISI
Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən ABŞ, Qvatemalaya səfirliyini Qüdsə köçürdüyü üçün təşəkkür edərkən, digər ölkələrə də səfirliklərini köçürmələri məsələsində təzyiq edir.
Muxalifet3 - 18-05-2018
Kremlin ehtiyat Qarabağ ssenarisi – “SAYĞAC” İŞƏ DÜŞÜB
Ermənistanda baş nazir dəyişikliyi Rusiya üçün yeni situasiya yaradıb; Rusiyada DÇ-2018 bitəndən sonra Kremlin Qarabağ kartı da açıla bilər
Muxalifet2 - 18-05-2018
Bakıda İngiltərə səfirliyinin binası qarşısında cinsi azlıqların bayrağı qaldırıldı
Mayın 17-si homofobiya və transfobiya ilə beynəlxalq mübarizə günü kimi qeyd edilir. Bu münasibətlə hər il olduğu kimi bu il də mayın 17-də İngiltərənin Bakıdakı səfirliynin binasının önündə LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) bayrağı qaldırılıb. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi facebook səhifəsinbdə yazıb.
Muxalifet4 - 18-05-2018