Axtarış
The search found 105785 results in 0.115 seconds.
Search results
Dövlət Departamenti: “Ukrayna heç vaxt Donbasla Liqanskı qaytara bilməyəcək”
Ukrayna Rusiyanın işğal etdiyi Donetsk və Luqansk vilayətlərini qaytara bilməyəcək.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “BBC Ukrayna”ya müsahibəsində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.Muxalifet4 - 17-05-2018
Mayın 18-nə MANATIN MƏZƏNNƏSİ
Mayın 18-nə manatın məzənnəsi açıqlanıb.
Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 18.05.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il mayın 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet4 - 17-05-2018
“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və “Nar” operatorunun sponsorluğu ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Muxalifet4 - 17-05-2018
Prezident yol tikintisinə 3,7 milyon manat ayırdı
Prezident İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Muxalifet4 - 17-05-2018
Əfv Komissiyası işini yekunlaşdırdı - 1100-dək MÜRACİƏTƏ BAXILIB - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.
Muxalifət.az-ın xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək 1100-dək müraciətə baxılıb.
Bununla da, komissiya işini yekunlaşdırıb.
Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
***Muxalifet4 - 17-05-2018
Polis rəisi vəzifəsindən azad olundu - NAZİRDƏN ƏMR
Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.
Muxalifət.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib./apa/
Muxalifet4 - 17-05-2018
Ekspert kurrikulumun nəticələrini tənqid etdi: “Ana dilindən cəmi bir nəfər 100 bal toplaya bilib”
“Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib. Bu hesabatı media və təhsil sahəsi ilə maraqlanan ekspertlərə əvvəlki illərdən daha maraqlı edən vacib bir səbəb var: kurrikulum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə 1-ci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib”.
Muxalifət.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.Muxalifet4 - 17-05-2018
Mikayıl Müşfiqin 110 illiyi qeyd ediləcək –SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.Muxalifet4 - 17-05-2018
Həmsədrlər gələn ay regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.
Apa-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
“Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər”, – deyə o vurğulayıb.Muxalifet4 - 17-05-2018
Netanyahu "Eurovision"un qalibi ilə “toyuq rəqsi” oynadı - VİDEO
İsrailin baş naziri Benyamin Netanyahu “Eurovision 2018” mahnı müsabiqəsində qalib olan müğənni Netta Barzilai ilə görüşüb.
Muxalifət.az xəbər verir ki, baş nazirin həddən artıq sevincli olması mətbuatın diqqətindən yayınmayıb. Netanyahu müğənni Netta ilə birlikdə qalib gələn “Toy” mahnısının rəmzinə çevrilən “toyuq rəqsi”ni ifa edib.
“Netta Barzilai ilə Qüdsdə görüşmək nə qədər əyləncəlidir. Netta, hamımız səni sevirik. Millətimizə böyük şərəf qatdın”, - Netanyahu bildirib./axar.az/Muxalifet4 - 17-05-2018
"Trabzonspor"un baş məşqçisi istefa verdi
Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.
Muxalifət.az xəbər verir ki, 55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib.
Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir.Muxalifet4 - 17-05-2018
Ruhani Paşinyanı “ürəkdən” təbrik edib
İranın prezidenti Həsən Ruhani Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
“Sizi Ermənistanın baş naziri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, sizin vəzifəyə gəlişinizlə biz ikitərəfli münasibətlərimizin inkişafı və dərinləşməsinin şahidi olacayıq”, - deyə təbrikdə qeyd olunub.
H.Ruhani erməni həmkarına cansağlığı və uğurlar, Ermənistan xalqına isə xoşbəxtlik arzu edib.
Muxalifet3 - 17-05-2018
İsrail nəşrindən ittiham: Türkiyə İrana gizli şəkildə...
Türkiyə İsrail istehsalı olan elektronik cihazları İrana sataraq BMT Təhlükəsizlik Şurasının Tehrana yönəlik sanksiyalarını pozur. Bu səbəbdən BMT sözügedən məsələni araşdırmaqla məşğuldur.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioz Aharonot” qəzeti çıxış edib.
İddiaya görə, ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İsrailin “Celem” şirkətinin istehsalı olan elektrik kondensatorları müsadirə edilib.
Məsələ ilə bağlı açıqlama verən şirkət nümayəndəsi Türkiyə tərəfinin onları aldatdığını bildirib:Muxalifet3 - 17-05-2018
"RİA Novosti"nin baş redaktoru həbs edildi
Ukrayna Xerson vilayət məhkəməsi bir müddət əvvəl saxlanılan “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, baş redaktorun vəkili həbs cəzasını digər bir cəza növü ilə əvəzlənməsini istəsə də, hakim onun bu xahişini nəzərə almayıb.
Qeyd edək ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə "Rusiya bu gün" beynəlxalq informasiya agentliyi nəzdində fəaliyyət göstərən "RİA Novosti"nin Ukrayna ofisində axtarış aparıb və baş redaktor Kirill Vışinski nəzarət altına alınmışdı.Muxalifet3 - 17-05-2018
BMT: Azərbaycanlılar artacaq, ermənilər azalacaq
Ermənistanın əhalisi 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq.
Muxalifet.az xəbər verir ki, bu haqda BMT-nin “Qlobal urbanizasiyanın perspektivləri 2018” adlı icmalında deyilir.
BMT-nin proqnozlarına görə, qeyd olunan ilə kimi Azərbaycan əhalisi bir milyon artaraq 11 milyon təşkil edəcək.
Ermənistanın daimi əhalisinin sayı 1 aprel 2018-ci il statistikasına əsasən təxminən 3 milyon nəfər təşkil edir. 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə əhalisi 11,6 min nəfər azalıb.Muxalifet3 - 17-05-2018
Makedoniya lideri İlham Əliyevi təbrik etdi
Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Muxalifet.az-ın məlumatına görə, o, məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, ali dövləti fəaliyyətində daha böyük uğurlar arzulayıb.Muxalifet3 - 17-05-2018
Qadın güləşçimiz dünya çempionatının qalibi oldu
Azərbaycan idmançısı Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə qızıl medal qazanıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb.Muxalifet3 - 17-05-2018
Atambayev toxunulmazlıqdan məhrum ola bilər
Qırğızıstan parlamentinin deputatları həmkarları İshaq Masaliyevin keçmiş prezidentlərin toxunulmazlıq hüququndan məhrum edilməsi üzrə qanun layihəsinin hazırlanması ilə bağlı təklifini dəstəkləyib.
Muxalifet.az “24.kg”ə istinadən xəbər verir ki, sənəd qəbul olunsa Qırğızıstanın keçmiş dövlət başçısı Almaz Atambayev hazırkı statusundan məhrum olacaq.
Masalıyevin təklifinə görə, qanun qəbul olunsa gələcəkdə korrupsiya faktlarına görə keçmiş prezidentlər cinayət məsuliyyətinə cəlb oluna biləcək.Muxalifet3 - 17-05-2018
Fələstindən ABŞ-a ağır ittiham: İsrailin cinayətləri gizlədilir
ABŞ İsrailin törətdiyi cinayətləri gizlətməklə məşğuldur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki deyib.
“ABŞ-ın mövqeyi İsrailin Fələstin xalqına törətdiyi cinayətləri ört-basdır etməkdən ibarətdir”, - deyə nazir bildirib.
Muxalifet3 - 17-05-2018
ŞOK: Bakıda kişi arvadını 50 manata “SATIŞA” ÇIXARDI - VİDEO
Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir. Belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir. Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib.
Muxalifet3 - 17-05-2018