Axtarış

The search found 105785 results in 0.093 seconds.

Search results

  1. İran qarışdı! ÖLÜ VƏ YARALILAR VAR

    İranda Fars əyalətinə bağlı Kazerun şəhərində dünən gecə başlayan və bütün şəhəri bürüyən etiraz aksiyalarında 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
     
    İran mediasında əks olunan xəbərlərə görə, Kazerunda hökumətin şəhəri ikiyə ayırma planını etiraz etmək məqsədilə dünən gecə keçirilən mitinqlər zorakılığa çevrilib.
     
    1 ÖLÜ, 6 YARALI
     

    Muxalifet3 - 17-05-2018

  2. ​Qaçqın kampında qalan azərbaycanlılar ETİRAZ AKSİYASI KEÇİRƏCƏK – Almaniyada

    Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində qaçqınlara tibii yardım göstərən həkimlər yardımlardan imtina etməyi planlaşdırırlar.

    Muxalifet2 - 17-05-2018

  3. ​Bakıda polisin rəhbərlik etdiyi cinayətkar qrup - MƏHKƏMƏ

    Bakıda bankomatları yarmaqda təqsirli bilinən sabiq polis əməkdaşı Xəyal Rüstəmov, onun rəhbərlik etdiyi dəstənin üzvləri - Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Məlum olub ki, təqsirləndirilən Xəyal Rüstəmov əvvəllər Beyləqan rayon polis şöbəsinin əməkdaşı olub. Sonradan Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.

    Muxalifet2 - 17-05-2018

  4. İsrail Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ!

    Türkiyənin Qəzzadakı qətliama etiraz etməsini həzm edə bilməyən İsrail, Türkiyəyə qarşı hərəkətə keçib. Açıqlamalarla qaralama kampaniyası başladan İsrailli nazirlərə bir yenisi daha əlavə olunub. İsrailin turizm naziri Yariv Levin, İsrail vətəndaşlarına Türkiyəyə “getməmə” çağırışı edib.
     

    Muxalifet3 - 17-05-2018

  5. ​Dünya Çempionatına gedən azarkeşlərin nəzərinə: İYUNUN 1-DƏ BAŞLAYACAQ

    Dünya Çempionatına gedəcək futbolsevərlər üçün mobil nəqliyyat bələdçisi proqramı 1 iyundan etibarən istifadəyə veriləcək.
    Muxalifət.az xəbər verir ki, bu barədə 2018 - Dünya Çempionatı Nəqliyyat Şöbəsinin baş direktoru Kiril Polyakov məlumat verib.
    Onun sözlərinə görə, tətbiq həmin tarixdən etibarən modil cihazlara yüklənə biləcək.
    Proqramda futbolsevərlər üçün nəqliyyat servis xidmətlərinin gözləyəcəyi nöqtələr, avtobus dayanacaqları və Dünya Çempionatının istiqaməti ilə bağlı digər detallı bilgilər yer alacaq.

    Muxalifet2 - 17-05-2018

  6. ABŞ zabiti: Hamımız qarabağlıyıq - VİDEO

    Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilən Azərbaycan əsilli Nəimi Amiral Feysbuk səhifəsində maraqlı status paylaşıb.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, o, Qarabağın işğalda, Güney Azərbaycanın qeyri-azad olduğuna bu cür reaksiya verib:

    Muxalifet2 - 17-05-2018

  7. ​“O xanımın adı heç vaxt siyahıda olmayıb” – “MAŞIN” ŞOU BAŞLAYIR

    Mayın 28-də “Maşın” şou “Xanımlar və cənablar-2” devizi ilə ATV-də ekrana gələcək. Bu dəfə də 18 məşhur insan maşın uğrunda mübarizə aparacaq. Onlar arasında şouda bir neçə dəfə iştirak etmiş şəxslər də, ilk dəfə şouya qatılanlar da olacaq. 
    Layihə başlamadan artıq qeyri-rəsmi adlar mediada yer alıb. Onlar meyxanaçı Pərviz Bülbülə, duet ortağı Türkan Vəlizadə, reper Qurd, Damla, Vasif Əzimov, Günel Hümbətova, İlhamə Bədəlova, Xuraman Şuşaldır.

    Muxalifet2 - 17-05-2018

  8. ​Fədayə Laçınla bağlı QƏRAR VERİLDİ

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı prokurorun təqdimatına baxılıb.
    Muxalifət.az-ın xəbrinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçının barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
    İttihama görə, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Muxalifet2 - 17-05-2018

  9. ​EMMANUEL MAKRON: "İranla sazişə əlavələr edilməlidir"

    "İranın nüvə proqramı ilə bağlı sazişə əlavələr edilməlidir. Bura raket problemlərinin və İranın regiondakı rolu məsələlərinin həlli daxildir".
    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sofiyada Avropa İttifaqı (Aİ) - Qərbi Balkan sammitinə gəlişi zamanı deyib.
    Onun sözlərinə görə, Aİ sammitinin iştirakçıları İran ilə nüvə sazişini dəstəkləməyə qərar veriblər.

    Muxalifet2 - 17-05-2018

  10. ​Yaponiyada əməliyyat - 44 milyon dollarlıq qızıl ƏLƏ KEÇDİ

    Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində ölkəyə 44 milyon dollarlıq qızıl gətirən qaçaqmalçı şəbəkə ələ keçib.
    Bildirlir ki, qanunsuz yolla ölkəyə gətirilən 4,8 milyard iyen dəyərində qızılla bağlı 7 nəfərdən ibarət dəstə yaxalanıb.
    Polisin məlumatına görə, qızıl Honkonqdan iki konteynerlə gətirilib. Belə ki, burada qızılın qiyməti ucuz olduğundan qaçaqmalçılar onu Tokioya gətirib satmaq istəyirmiş.

    Muxalifet2 - 17-05-2018

  11. AZƏRBAYCAN ƏRDOĞANIN ÇAĞIRIŞINA NECƏ CAVAB VERƏCƏK? –Sabah İslam ölkələri İstanbulda İsrail əleyhinə toplaşacaq

    “HƏMASı terror təşkilatı olaraq görməmişəm, görmürəm də. İsrail işğalçıdır, HƏMAS torpaqlarını azadetmə səyi içində müqavimət hərəkatlarından biridir”.
    Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet2 - 17-05-2018

  12. ​NAZİR YENİ MÜAVİN TƏYİN ETDİ

    Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.
    APA-nın məlumatına görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.
    Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib. A. Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. A. Xəlilov 2016-cı ildə Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi təyin edilib.

    Muxalifet2 - 17-05-2018

  13. ​SABAHIN HAVA PROQNOZU AÇIQLANDI

    Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

    Muxalifet2 - 17-05-2018

  14. Güzəştli mənzillərin satış nəticələri LƏĞV OLUNDU - Seçim yenidən aparılacaq

    Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına 07.05.2018-ci il tarixində başlanılmışdır. Satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir.

    Muxalifet2 - 17-05-2018

  15. Ramin Quluzadə yeni müşavirlər TƏYİN ETDİ

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin yeni müşavirləri təyin edilib.
    APA-nın məlumatına görə, Leyla Məmmədova və Kərim Kərimov nazirin müşavirləri təyin olunublar.
    Bununla da, nazir müşavirlərinin sayı 3-ə çatıb.
    Bundan əvvəl Tahir Məmmədov nazir müşaviri təyin edilib.

    Muxalifet2 - 17-05-2018

  16. Ermənistan vətəndaşı AZƏRBAYCANA KEÇMƏK İSTƏDİ - Köynəyini ağ bayraq əvəzi istifadə edərək...

    Ermənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.
    Muxalifət.az ordu.az-a istinadən xəbər verir ki, mayın 1-dəErmənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.

    Muxalifet2 - 17-05-2018

  17. Binəqədinin icra başçısı işdən çıxarıldı - XALƏDDİN İSGƏNDƏROV KOLLEKTİVLƏ VİDALAŞDI

    Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
    Muxalifət.az xəbər verir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Bu gün X.İsgəndərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamının yayılacağı gözlənilir.
    Xaləddin İsgəndərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.
    Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, “heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

    Muxalifet2 - 17-05-2018

  18. Ər arvadını qətlə yetirdi - Sumqayıtda DƏHŞƏT

    Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib. Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 17-05-2018

  19. ​ABŞ-ın türk liderdən istəyi: Türküstanda DƏYİŞİKLİK BAŞLAYIR

    2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ və Özbəkistan arasında ciddi yaxınlaşma başlamışdı və İslam Kərimov Əfqanıstandakı əməliyyatlar üçün Karşi-Xanabad hərbi bazasını Pentaqonun istifadəsinə vermişdi. Lakin 2005-ci il Əndican qırğınından sonra münasibətlər pisləşdi və amerikalılar Özbəkistandan çıxmalı oldu.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Özbəkistan və ABŞ liderlərinin görüşünün yekununu şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ABŞ-ın bu gün Mərkəzi Asiyaya yenidən ayaq açmasında Əfqanıstan amili mühüm rol oynayır:

    Muxalifet2 - 17-05-2018

  20. Vəkillər Kollegiyası iclas keçirdi - 2 vəkil CƏZALANDIRILDI

    Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
    Kollegiyadan verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.
    Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

    Muxalifet2 - 17-05-2018

Pages