Axtarış
The search found 105785 results in 0.104 seconds.
Search results
Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.
Muxalifet.az-ın məlumatına əsasən, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Muxalifet3 - 16-05-2018
Füzulidə yanmış top mərmisi tapıldı
Füzuli rayonunda əraziyə sonradan atılan 1 ədəd yanmış top mərmisi tapılıb. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Belə ki, mayın 16-da saat 11:24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Muxalifet3 - 16-05-2018
Azərbaycan şəkər idxalını 5 dəfədən çox azaldıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 8 mln. 641,17 min ABŞ dolları dəyərində 19 min 145,94 ton şəkər idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 83 min 282,24 ton və ya 5,35 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 39 mln. 460,24 min dollar və ya 5,57 dəfə azdır.Muxalifet3 - 16-05-2018
Tuskdan Trampa möhtəşəm atmaca: Ən yaxşı əl...
Tramp kimi dostlarınız varkən, düşmənə ehtiyacınız yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Şurasının sədri Donald Tusk deyib.
"Onun sayəsində bəzi xəyallarımızı kənara qoyduq. Yardım əlinə ehtiyacımız olduğu an gördük ki, ən yaxşı yardım əli öz qolumuzun ucundakı əldir", - Tusk qeyd edib.
Qeyd edək ki, İranla nüvə müqaviləsindən çıxan Tramp AB-ni ticari sanksiyalarla təhdid edir.
Muxalifet3 - 16-05-2018
MKİ-nin yeni şefi təsdiqləndi - 10 lehinə...
ABŞ Senatının Kəşfiyyat komitəsi Cina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru vəzifəsinə namizədliyini dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, komitənin 10 üzvü lehinə, 5 üzvü isə əleyhinə səs verib.
Muxalifet3 - 16-05-2018
Tehran da ayağa qalxdı: İsrailə etiraz...
Bu gün Tehranda ABŞ-ın səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsinin əleyhinə kütləvi aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısına toplanaraq “Fələstinə azadlıq” şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları, həmçinin fələstinlilərə qarşı zorakılığın tətbiq edilməsinə etirazlarını bildiriblər.
Muxalifet3 - 16-05-2018
Maradonanın bura gəlişi Qaqarinin kosmosa... - Nexayçik
Belarusun “Dinamo” klubunun yarımmüdafiəçisi Pavel Nexayçik Dieqo Maradonanın Brest təmsilçisinin sükanı arxasına keçməsinə münaibət bildirib.
Muxalifet.az-ın məlumatına görə, futbolçu bildirib ki, Maradonanın gəlişi onlar üçün əsl sürpriz olub:Muxalifet3 - 16-05-2018
Prezidentdən ŞOK AÇIQLAMA: İsraillə bacarmırıq...
Biz ərəblər İsraillə bacarmırıq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Livan Prezidenti Mişel Avn çıxış edib.
"Ərəblərin daxilində olan iğtişaşlar İsrailə qarşı aparılan mübarizəyə mənfi təsir edir", - Avn söyləyib.
Muxalifet3 - 16-05-2018
Meyxanaçı xəstəxanalıq oldu: qəza, yoxsa... - Foto
Meyxanaçı Aqşin Fateh xəstəxanalıq olub. Muxalifet.az xəbər verir ki, şəxsi İnstaqram hesabında xəstəxanada çəkilmiş fotosunu paylaşan A.Fateh "Şükür Allaha yaxşı qurtardıq"- qeydini yazıb. İzləyicilərin bir qismi meyxanaçının burnundan əməliyyat olunduğunu desə də, digərləri onun qəzaya düşdüyü qənaətinə gəliblər. Qeyd edək ki, Aqşin Fateh həm də ATV kanalında yayımlanan "Barama" serialının baş rol oyunçusu və layihə rəhbəri olub.
Muxalifet3 - 16-05-2018
İsrail HƏMAS-ı vurdu: tankdan atəş açıldı
İsrail ordusu HƏMAS-a aid mövqeni vurub.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail tərəfindən açıqlama verilib.
Qeyd edilir ki, Qəzzadan açılan atəşdən sonra qarşı tərəfə zərbə endirilib. İsrailin HƏMAS-a tankdan zərbə endirdiyi və müşahidə nöqtəsini vurduğu bildirilib.Muxalifet3 - 16-05-2018
Vaşinqtonda atışma: polisə atəş açıldı
ABŞ-ın Vayominq ştatının Dikson şəhərində yerləşən məktəblərdən birində atışma olub.
Muxalifet.az xəbər verir ki, silahlı şəxs məktəbdə polisə atəş açıb. Polis cavab atəşindən sonra həmin şəxsi yaxalaya bilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bəzi məlumatlara görə, silahlı hücumu törədən şəxs məktəbin 19 yaşlı məzunu olub.
Muxalifet3 - 16-05-2018
Qüdsün nə məna verdiyini görməyən ABŞ...
İnşallah beynəlxalq cəmiyyət bizə qarşı etdiyi çağırışları İsrailə də edər.
Muxalifet.az xəbər verir ki, bu sözləri məsləhətləşmələr üçün Ankaraya çağırılan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç deyib.
"Bazar ertəsindən bəri insanlıq dramı yaşanır. ABŞ-ın tarixi həqiqətlərə tamamilə tərs, üç din baxımından Qüdsün nə mənaya gəldiyini görməyən qərarı nəticəsində bu günə gəldik", - Kılıç söyləyib.
Muxalifet3 - 16-05-2018
Pxenyanın imtinası ilə bağlı Trampdan açıqlama
Pxenyandan iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-Şimali Koreya sammitinin ləğv edilməsi ilə bağlı hər hansı məlumat almamışıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə mayın 16-na təyin edilmiş yüksək səviyyəli danışıqlardan imtina edib. Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. Səbəb isə aprelin 15-dən başlayan ABŞ və Cənubi Koreyanın birgə dəniz təlimlərinin hələ də davam etməsidir.
Muxalifet3 - 16-05-2018
Türkiyə-ABŞ arasında bank sistemi çökəcəkmi? - 32 aylıq həbs
ABŞ-da nəzarət altında saxlanılan "Xalqbank"ın rəhbəri Hakan Atilla barəsində 32 aylıq həbs cəzası tətbiq edilə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə amerikalı hakim Riçard Berman məlumat verib.
Qeyd edək ki, Atilla 14 aydır ki, ABŞ-da həbsdə saxlanılır.
Türkiyə Vəkillər Birliyinin rəhbəri Mətin Feyzioğlu bildirib ki, onun günahkar hesab olunacağı təqdirdə Türkiyə ilə ABŞ arasındakı bankçılıq sistemi çökəcək.
Muxalifet3 - 16-05-2018
Bakı-Batumi stansiyasına mədəni irs statusu verildi
Gürcüstanda yerləşən beş obyektə mədəni irs abidəsi statusu verilib.
Muxalifet.az-ın Gürcüstan bürosunun məlumatına əsasən, obyektlərin siyahısında Bakı- Batumi neft kəmərinin neft vurma stansiyası da var.
1903-cü ildə tikilmiş stansiya Mtsxeta şəhərində Armazi küçəsi 2 ünvanında yerləşir. Stansiyaya xüsusi statusun verilməsi ilə bağlı qərar Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi tərəfindən qəbul olunub.Muxalifet3 - 16-05-2018
Avropa Şurasından qovulan deputat danışdı: "İkili standartların qurbanı oldum..." - ETİRAZ
Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir, ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil.
Bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, dəfələrlə Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarların şahidi olublar.
Muxalifet3 - 16-05-2018
Yeni sədr köçkünlərlə görüşdü: problem həll ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 16-da Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Komitədən verilən məlumata görə, Rövşən Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.Muxalifet3 - 16-05-2018
Prezident seçiləcəm, bu səbəbdən həyəcanlıyam - İncə
24 iyunda prezident seçiləcəm, bu səbəbdən həyəcanlıyam.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə deyib.
"Bu gün Türkiyədə məhkəməni, qanunvericiliyi idarə edən biri var. "Universitet bölünsün" deyir, bölünür. Belə bir vəziyyətdə prezident olacağam. Mən çox böyük bir çətinliklə qarşı-qarşıya qalacağam. Qaydaları düzgün qoysaq, işin içindən çıxacağıq", - İncə söyləyib.
Muxalifet3 - 16-05-2018
Qaz istehlakçıları SOCAR-ın xarici öhdəliklərinin girovuna çevriliblər
Azərbaycanın "Cənub" qaz dəhlizi (CQD) ilə bağlı artmaqda olan öhdəlikləri perspektivdə əhaliyə qaz verilməsi problemini kəskinləşdirə bilər. Belə ki, Gürcüstana və Türkiyəyə ixracın artması fonunda mavi yanacağın hasilat səviyyəsinin azalması sıravi abunəçilərə verilən qaza qənaət edilməsinə səbəb olub, iqtisadçı-ekspert Natiq Cəfərli Turan-a bildirib.
Muxalifet4 - 16-05-2018
Nazirlik idarə rəisini cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.Muxalifet3 - 16-05-2018