Axtarış

The search found 105785 results in 0.096 seconds.

Search results

  1. ​Abituriyentlər üçün sonuncu sınaq imtahanına QEYDİYYAT BAŞLADI

    I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat 16 may saat 10:00-dan 6 iyun saat 10:00-dək aparılacaq. Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

    Muxalifet2 - 16-05-2018

  2. ​20 yaşlı gəlin özünü asdı - MASALLIDA İNTİHAR

    Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.
    Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.
    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
    Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi.

    Muxalifet2 - 16-05-2018

  3. ​DOLLAR BU GÜN NEÇƏYƏDİR?

    Azərbaycan Mərkəzi Bankı 16 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
    Mərkəzi Bankdan verilən məlumata görə, mayın 16-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
    Manata nəzərən avronun məzənnəsi 2,0115 manat təşkil edir.
    1 türk lirəsi 0,3821 manat, 1 rus rublu 0,0273 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6996 manatdır.

    Muxalifet2 - 16-05-2018

  4. ​ABŞ DONBAS MÜNAQİŞƏSİNİN HƏLLİ YOLUNU GÖSTƏRDİ

    Donbasda ukraynalılar arasında etnik və vətəndaş qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin nəticəsidir.
    Muxalifət.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bunu Slavyanskda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.
    Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya qoşunlarının oradan çıxarılması lazımdır.

    Muxalifet2 - 16-05-2018

  5. Abe Rusiyaya gəlir – KURİL MÜBAHİSƏSİ

    Yaponiyanın Baş naziri Şinzo Abe bütün səylərini Rusiya ilə ərazi mübahisələrini həll etməyə yönəldəcəyinə söz verib.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi yazıb.
    “Mən bütün gücümüzü ərazi problemlərinin tənzimlənməsinə yönəltmək istəyirəm”, - Abe bildirib.
    Xatırladaq ki, Yaponiyanın Baş naziri Şinzo Abe mayın 25-də Rusiyaya səfər edəcək.

    Muxalifet2 - 16-05-2018

  6. ​Prokuror partiya sədrinə 10 il CƏZA İSTƏDİ

    Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
    O, Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Növbəti proses mayın 22-də davam edəcək.

    Muxalifet2 - 16-05-2018

  7. ELDAR ƏZİZOV: "Bayılda dağılmış evlərlə bağlı müvafiq qərar veriləcək"

    Bayılda, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək.
    Trendin məlumatına görə, bunu sürüşmə zonasında olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

    Muxalifet2 - 16-05-2018

  8. ​Dərsləri boykot edən müəllim MƏKTƏBƏ QAYTARILDI

    Xəbər verdiyimiz kimi, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqlara görə dərsləri boykot etmişdi. Müəllimin sosial şəbəkə vasitəsilə çağırışları qısa zaman ərzində böyük səs-küyə səbəb olub. Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllimin tələbləri yerinə yetirilib və məktəbə geri qaytarılıb. "Huquqlarımız bərpa olundu. Tədrisə davam edirik. Gələcəkdə əgər yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə English Language Center ingilis dili mərkəzi yaratmağa da kömək edəcəklərini söylədilər.

    Muxalifet2 - 16-05-2018

  9. ​Daha bir ölkə Qüdsdə səfirlik açdı – TƏCİLİ

    ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən 2 gün sonra Qvatemala da Qüdsdə səfirliyini açıb.
    Muxalifət.az xəbər verir ki, açılış mərasimində Qvatemala lideri Cimmi Morales və İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib.
    Moralesin qalmaqallı addım atmasına səbəb kimi ölkəsinin ABŞ-dan külli miqdarda maliyyə yardımı alması və barəsindəki korrupsiya iddialarına qarşı ABŞ-ın təhdidlərinin təsiri olduğu bildirilir.

    Muxalifet2 - 16-05-2018

  10. AVROPALI LİDERLƏRLƏ DANIŞIQLARDA UĞURSUZLUQ RUHANİNİN İSTEFASI İLƏ NƏTİCƏLƏNƏCƏK –"Əl-Cəzirə"dən PROQNOZ

    İranın xarici işlər naziri ABŞ-ın 2015-ci ilin nüvə razılaşmasından çıxmasından sonra dünya paytaxtlarını gəzib-dolaşır. Çin və Rusiyanın sazişi davamlı dəstəklə təmin etməsi təəccüblü deyil. Hətta Avropa Birliyinin xarici siyasət şefi Federika Moqerininin sazişi dəstəkləməsi gözlənilən idi; o, müqavilənin açıq tərəfdarıdır və rəyi Moqerinini İranda populyar şəxs halına gətirib.
    Ancaq önümüzdəki həftə Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə danışıqlar daha mürəkkəb olacaq.

    Muxalifet2 - 16-05-2018

  11. ​Telman İsmayılov 7 yazıya görə 1 MİLYON İSTƏYİR

    Azərbaycanlı milyonçu Telman İsmayılov Rusiyanın ən böyük informasiya agentliklərindən olan Rosbaltı məhkəməyə verib. Məlumata görə, o Rosbaltda jurnalist Yuri Verşov tərəfində yazılmış və yayınlanmış 7 məqaladə şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı iddia irəli sürüb.
    Moskva şəhər Presnenski rayon məhkəməsinə müraciət edən İsmayılov agentliyin 900 min, jurnalistin isə 100 min rubl cərimə olunmasını tələb edir ./Musavat.com

    Muxalifet2 - 16-05-2018

  12. ​MƏSUD KƏRBASİAN: "İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və hörmətlə yanaşır"

    İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və hörmətlə yanaşır.
    Bu sözləri İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərtac-a müsahibəsində deyib.

    Muxalifet2 - 16-05-2018

  13. ​Sağlamlığa zərərli olan məhsullar Azərbaycana gətirilib? – RƏSMİ AÇIQLAMA

    “Türkiyədən insan sağlamlığı üçün yararsız hesab edilən qidalar Azərbaycana idxal edilməyib”.
    Muxalifət.az-ın məlumatına görə, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
    Onun sözlərinə görə, bununla bağlı yerli qurumlar tərəfindən də araşdırma aparılıb:

    Muxalifet2 - 16-05-2018

  14. ​MOSSAD: İranda rejimi dəyişə bilərik

    Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər.
    Bunu “Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer deyib.
    “Böyük problem raketlərə sahib olan İran deyil. Problem Xomeyni ideyalarına sadiq olan islam ölkəsinin İsraili yox etmə hədəfi və kütləvi qırğın silahlarına sahib olmasıdır. Biz İran nüvə silahlarıyla qarşı-qarşıya qala bilərik.

    Muxalifet2 - 16-05-2018

  15. Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edildi

    Azərbaycanın Xarici İşlər Nazirliyində yeni təyinat olub.
    APA-nın məlumatına görə, Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib.
    R. Həsənov APA-ya açıqlamasında xəbəri təsdiqləyib.
    Qeyd edək ki, R. Həsənov Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub.
    R. Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.

    Muxalifet2 - 16-05-2018

  16. ​Rusiyada faciə- Bataqlıq 6 nəfəri "UDUB"

    Rusiyanın Komi vilayətində “vezdexod” bataqlıq ərzisində suya qərq olub.
    Trend-in məlumatına görə, faktı təsdiqləyən region Fövqəladə Xidməti insident zamanı “vezdexod”da 8 nəfərin olduğunu bildirib. Məlumata görə, hadisə nəticəsində 6 nəfər bataqlıq sularında itkin düşüb, 2 nəfərin həyatını xilas etmək mümkün olub.
    Hazırda operativ qrup ərazidə itkin düşən şəxslərin axtarışlarını davam etdirir.

    Muxalifet2 - 16-05-2018

  17. Azərbaycandan Türkiyəyə ÇOBAN İXRACİ

    Türkiyənin əksər bölgələrində iri qoyunçuluq təsərrüfatı olan fermerlər sürünü otarmaq üçün çoban tapa bilmir. Hətta bəzi təsərrüfat sahibləri çobanlar üçün aylıq maaşı 4-5 min lirəyə qaldırsalar da, çobanlıq etmək istəyən yoxdur.
    Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rizənin Çamlıhemşin qəsəbəsində 450 xırdabuynuzlu heyvanın otarılması üçün aylıq 2 min lirə məvacib ayıran fermerin təklifini azərbaycanlı Qadir Niftəliyev dəyərləndirib.
    19 yaşlı gənc Rizəyə gedərək sürünü otarmağa başlayıb.

    Muxalifet2 - 16-05-2018

  18. ​“Pxenyan Trampın şərtlərini yerinə yetirmək istəmir” - ŞƏRH

    Pxenyanın dünən Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələməsi gündəmdə şok effekti yaratdı. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilir.
    Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
    Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı. O, Kim Çen Inla çoxdan gözlənilən görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.

    Muxalifet2 - 16-05-2018

  19. ​Cabbarov nazir müavinini yanına gətirdi - TƏYİNAT

    Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib.
    Nazirlikdən Modern.az-a daxil olan məlumata görə, indiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb.
    N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.

    Muxalifet2 - 16-05-2018

  20. Səməd Seyidov niyə hədəfə alınır?

    Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı oldum.

    Muxalifet2 - 16-05-2018

Pages