Axtarış

The search found 105785 results in 0.097 seconds.

Search results

  1. Fransadan Qəzza qırğını ilə bağlı açıqlama: YAXIN ŞƏRQDƏ MÜHARİBƏ BAŞLAYA BİLƏR

    Fransanın xarici işlər naziri Jean-Yves Le Drian, Yaxın Şərqdəki vəziyyətin partlayışa hazır olduğunu bildirərək, hər an müharibənin başlaya biləcəyini deyib.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2018

  2. BMT-dən İsrailə ittiham: MÜHARİBƏ CİNAYƏTİ SAYILA BİLƏR

    Birləşmiş Millətlər Təşkilatı (BMT) İşğal Altındakı Fələstin Torpaqlarındakı İnsan Haqları üzrə xüsusi məruzəçisi Maykl Lynk, İsrailin Fələstinli nümayişçilərə qarşı güc istifadə etməsinin müharibə cinayəti ola biləcəyini söyləyib.
     
    Xüsusi Məruzəçi Lynk, etdiyi yazılı açıqlamada, İsrail hökumətinə müraciət edərək Qəzza sərhədində İsrail təhlükəsizlik qüvvələrinə "inandırıcı bir təhdid" təşkil etməyən Fələstinli nümayişçilərə qarşı "ölümcül hücumların" dərhal dayandırılmasını istəyib.

    Muxalifet3 - 15-05-2018

  3. ​İsrail yenə fələstinlilərə hücum etdi – 3 yaralı

    Ötən gün Qəzza zolağında baş verən qanlı hadisələrə etiraz elaməti olaraq Fələstinin paytaxtı Ramallahda və Qəzza zolağının bir çox bölgəsində yenidən etiraz aksiyaları başlayıb.
    Muxalifet.az xəbər verir ki, Ramallahdakı etirazçılara İsrail tərəfi plastik güllələr və gözyaşardıcı qazla müdaxilə edib.
    Qarşıdurmalar nəticəsində 3 fələstinli yaralanıb.
    Xatırladaq ki, ötən gün Qəzza zolağında yaşanan qarşıdurmalar zamanı 61 fələstinli öldürülmüşdü.
     

    Muxalifet3 - 15-05-2018

  4. ​Qəbul imtahanlarının nəticələri açıqlandı

    Mayın 13-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzin (DİM) internet səhifəsində tanış olmaq mümkündür.
    Abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə də öyrənə bilərlər.
     

    Muxalifet3 - 15-05-2018

  5. ​Ərdoğandan müsəlman liderlərə zəng: İsrail qınandı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı II Abdullah və Malaziya Baş naziri Mahathir Məhəmməd ilə telefon danışığı aparıb.
    Muxalifet.az xəbər verir ki, liderlər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Qəzza sərhəd zolağında İsrail hücumlarını müzakirə ediblər.
    Tərəflər İsrailin son bir neçə gündə Qəzza sərhəd zolağında dinc fələstinlilərə qarşı hücumlarını qəti şəkildə qınayıblar.
     

    Muxalifet3 - 15-05-2018

  6. ​Səudiyyə Ərəbistanında təyyarə qəzası — 4 ölü

    Səudiyyə Ərəbistanının şimalındakı “Əl-Hanafe” təbiətin mühafizəsi sahəsində təyyarə qəzası baş verib.
    Muxalifet.az xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb.
    Qurumdan verilən açıqlamada bildirilir ki, qurumun müdürü Səud bin Reca əş-Şəmri, kapitan pilot Cedi bin Hüseyin əş-Şemlani, köməkçi pilot Muhammed bin Muflih əl-Qassami ilə birlikdə mücahidlər baş idarəsinin əməkdaşı Muczi əş-Şəmri həlak olub.
    Qəzanın səbəbləri bilinmir.
     

    Muxalifet3 - 15-05-2018

  7. ​Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yayıblar

    ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan  xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.
    ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu  bildirib.
    Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.
     

    Muxalifet3 - 15-05-2018

  8. ​“Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb” – Diaspor sədri -Foto

    Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızının erməni biznesmenlə evlənməsinə görə ona olan ictimai qınaqdan sonra yığıncaq keçirib.
    Yığıncaqda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova ilə yanaşı, Kərimovun dostları, yaxınları iştirak ediblər.

    Muxalifet3 - 15-05-2018

  9. ​İran Mərkəzi Bankının rəhbəri sanksiya siyahısına düşdü

    ABŞ Maliyyə Nazirliyi növbəti dəfə İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
    Sanksiya siyahısında İran Mərkəzi Bankının rəhbəri Vəliullah Səif də yer alıb.
    Maliyyə Nazirliyinin sanksiya siyahısında qeyd edilib ki, bu qərarlarla İranın bank sektorunda fəaliyyətinin qarşısının alınması hədəflənib.
     

    Muxalifet3 - 15-05-2018

  10. ​Jirinovski: Ermənilər Paşinyana görə peşman olacaq

    Ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumada keçirilən mətbuat konfransında deyib.
    Onun sözlərinə görə, inqilab istəyənlər bilməlidir ki, ondan sonra həmişə pis olur:
    “Paşinyan yaxşı nəsə etmək istəyir, amma onda heç nə alınmayacaq. Blokadada olan Ermənistanı çiçəkləndirmək olmaz. Onun daxili resursu yoxdur”.
     

    Muxalifet3 - 15-05-2018

  11. ​Rusiya ABŞ-ın İranla bağlı planını açıqladı

    ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının əsl hədəfi İranda rejim dəyişikliyidir.
    Muxalifet.az xəbər verir ki, bunu “Valday” klubunda çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
    “ABŞ əvvəlcə deyir ki, davranışlarınızı korrektə edin, sonra bəlli olur ki, korreksiya əvəzinə rəngli inqilab baş tutub. Nüvə razılaşmasında qalan ölkələr fəaliyyət parametrləri barədə razılaşmalıdırlar”, – deyə o bildirib.
    Qeyd edək ki, ABŞ-ın İranda inqilab niyyəti ilə bağlı Rusiya diplomatları son bir neçə gündə ardıcıl bəyanatlar veriblər.
     

    Muxalifet3 - 15-05-2018

  12. ​Rusiyadan Suriya açıqlaması: Sona yaxınlaşırıq

    Suriyada terrorizmlə mübarizə sona yaxınlaşır. Ölkənin böyük bir hissəsi terrorçulardan təmizlənib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
    O bildirib ki, ölkədə qalan terrorçuların zərərsizləşdirilməsi üçün əməkdaşlıq zəruridir:
    “Ölkə yenidən inşa edilməlidir. Hələ də terrorçular var. Rusiya, Türkiyə, İran, yaxud ABŞ təkbaşına bunun öhdəsindən gələ bilməz. Bu prosesdə hər birimiz birgə şəkildə aktiv olmalıyıq”.
     

    Muxalifet3 - 15-05-2018

  13. ​Bayılda yenidən sürüşmə oldu

    Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.
    Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.
    Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
     

    Muxalifet3 - 15-05-2018

  14. ​İsrail türk səfiri Qüdsdən qovdu - Təcili

    İsrail Xarici İşlər Nazirliyi Türkiyənin Qüdsdəki konsulunun qeyri-müəyyən müddətə ölkəni tərk etməsini tələb edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrailin “Haartez” qəzeti məlumat yayıb.
    Qeyd edək ki, bu gün Türkiyə XİN İsrail səfirini ölkədən qovmuşdu.
     

    Muxalifet3 - 15-05-2018

  15. ​Ərdoğandan Netanyahuya: İnsanlıq dərsi istəyirsənsə...

    Netanyahunun əllərində fələstinlilərin qanı var. Günahlarını Türkiyəyə hücum edərək gizlədə bilməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.
    “Netanyahu, 60 ildən çoxdur ki, BMT qətnamələrini pozaraq müdafəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir. İnsanlıq dərsimi istəyirsən? O zaman 10 əmri oxu”, - deyə türk lider bildirib.
    Qeyd edək ki, Netanyahu öz Tvitter hesabında Ərdoğana səslənərək İsrailə ağıl verməməyini istəyib.
     

    Muxalifet3 - 15-05-2018

  16. ​DSMF-in nəticələri qənaətbəxş deyil - Nazir

    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

    Muxalifet3 - 15-05-2018

  17. ​SON DƏQİQƏ: Fransadan İsrailə qarşı müharibə ANONSU

    Yaxın Şərqdə durum geniş müharibəyə gətirib çıxara bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan-Yves Le Drian deyib.
    O bildirib ki, İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz.
    Qeyd edək ki, Qəzza sərhəd zolağında baş verən toqquşmalarda 60-ya yaxın fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb.
     

    Muxalifet3 - 15-05-2018

  18. Bu fəlakətə görə ABŞ məsuliyyət daşıyır - İsveç

    Amerika səfirliyinin Qüdsə köçürülməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olan faktorlardan biridir və fələstinlilərlə İsrail arasında mayın 14-də baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır.

    Muxalifet3 - 15-05-2018

  19. ​Azərbaycanda 6 min illik qalada qoyun otarılır - Video

    Güney Azərbaycanın Mərənd şəhərində 6 min illik qala məhv olmaq üzrədir.
    Muxalifet.az xəbər verir ki, İranın Mədəni İrs Təşkilatı ölkənin milli siyahısına daxil etmək bəhanəsilə bu tarixi qalaya əl qoyub, onun turist mərkəzinə çevriləcəyi haqda məlumat yaysa da, nəticə dəyişməz olaraq qalıb.
    Qalanın son videosuna baxanda heç bir dəyişiklik edilmədiyi, inşaat işlərinin yarımçıq qaldığı görünür.
    Qeyd edək ki, digər adı Mandaqarana olan qala eradan əvvəl 4-cü minillikdə tikilib.
     

    Muxalifet3 - 15-05-2018

  20. ​İngiltərədən İsrailə: Bu zorakılığı dayandır!

    İsrailin bu zorakılığı dayandırmasını istəyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Tereza Mey Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən media konfrasında çıxışı zamanı deyib.
    O bildirib ki, olaylarla bağlı şəffaf və müstəqil araşdırma aparılmalıdır.
     

    Muxalifet3 - 15-05-2018

Pages