Axtarış

The search found 105785 results in 0.057 seconds.

Search results

  1. ​Rusiya təcrid edilir: ruslar depressiyada – Sorğu

    Rusiyanın beynəlxalq aləmdən təcrid edildiyini düşünənlərin sayı maksimum həddə çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat “Levada Mərkəz” şirkətinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb. Şirkət Rusiyanın təcrid edildiyini düşünənlərin sayının 56%-ə çatdığını bildirib.
    Bu təcriddən narahat olan rusların sayı isə son bir ildə 12% artaraq 37%-ə çatıb. Rusiyanın Qərblə münasibtələrini gücləndirməsi gərəkdiyini düşünənləri sayı 66%-dən 54%-ə düşüb.

    Muxalifet3 - 14-05-2018

  2. ​İşsizlikdən sığorta haqqını ödəməyənlər cəzalandırılacaq

    Azərbaycanda işsizlikdən sığorta haqqını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq. 
    Muxalifet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb. 

    Muxalifet3 - 14-05-2018

  3. ​Latviya - Azərbaycan matçının vaxtı açıqlandı

    Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib. Muxalifet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 9-da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə 20:00-da veriləcək. Riqada keçiriləcək oyunun yerli vaxtla başlama saatı isə 19:00-du. Qeyd edək ki, yığmamız Latviya ilə oyuna qədər mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək.

    Muxalifet3 - 14-05-2018

  4. ​ABŞ qitələrarası raket sınaqdan keçirdi

    ABŞ Hərbi Hava Qüvvələri “Minitmen-3” qitələrarası ballistik raketi sınaqdan keçirib.
     Muxalifet.az xəbər verir ki, bu raket ABŞ ordusunun arsenalında yeganə qitələrarası ballistik raketdir.
    Sınaq Kaliforniya ştatının Vandenberq aviabazasında keçirilib. Məqsəd isə silahın dəqiqliyi və hazırlığını, effektivliyini yoxlamaq olub.
    Raketin başlığı 6.7 min km uçub. Raket Sakit okeanın mərkəzi hissəsində, Kvadjaleyn atollası rayonunda suya düşüb. Raketin buraya düşməsi əvvəlcədən planlaşdırılmışdı.
    Qeyd edək ki, 2017-ci ildə ABŞ 4 belə sınaq həyata keçirib.
     

    Muxalifet3 - 14-05-2018

  5. ​İncə söz verdi: Məni seçin, Qəzzaya gedəcəm

    Biz buradan ABŞ-ı pisləyirik. Türkiyə Cümhuriyyətini idarə edənlərə müraciət edirəm. Vaşinqtondakı səfiri geri çağırın. Muxalifet.az xəbər verir ki, bu sözləri CHP lideri Məhərrəm İncə bildirib. "Allahın izni ilə Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə verdiyi sözlərin davamçısıyam. Qəzzaya gedəcəyəm deyirdi, getmədi. Sizə söz verirəm, məni prezident seçin, Qəzzaya gedəcəm", - İncə qeyd edib. Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən minlərlə fələstinli sərhədə axın edib. İsrail ordusunun etirazçılara müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.

    Muxalifet3 - 14-05-2018

  6. ​Rusiyada fövqəladə vəziyyət elan olundu

    Rusiyanın Yakutiya respublikasında fövqəladə vəziyyət elan olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiyanın Fövqəladə Hallar naziri Vladimir Puçkov daşqınlarla bağlı fövqəladə vəziyyət elan olunduğunu bildirib.
    "Daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb", - Puçkov söyləyib.
     

    Muxalifet3 - 14-05-2018

  7. ​Neft 78 dolları ötdü

    Dünya birjalarında neft bahalaşmaqdadır.
    Muxalifet.az xəbər verir ki,  ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22% artaraq 78,06 dollar olub.
    Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2014- cü il, noyabrın 26-dan etibarən ilk dəfə olaraq 78 dolları ötüb.
    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə  0,58% artaraq 71,11 dollar təşkil edib.
     

    Muxalifet3 - 14-05-2018

  8. ​“Facebook”da növbəti problem — 200 mobil tətbiq işləmir

    “Facebook” şirkəti 200 mobil tətbiqin fəaliyyətini dayandırıb.
     Muxalifet.az xəbər verir ki, bunun səbəbi  “Cambridge Analytica” şirkəti ilə baş verən qalmaqalın istintaqıdır.
    “Hazırda biz minlərlə mobil tətbiqi araşdırırıq. Onlardan 200-ünün fəaliyyəti dayandırılıb. Dəqiq araşdırma aparana qədər belə olacaq. Onlar tərəfindən mənfi məqsədlər üçün istifadə edildiyini aydınlaşdırmağa çalışırıq”, - deyə şirkətin açıqlamasında deyilir.
    Qeyd edək ki, “Cambridge Analytica” ilə qalmaqal bu ilin mart ayında üzə çıxıb.
     

    Muxalifet3 - 14-05-2018

  9. ​Məktəblərimizdə nə baş verir? 1200 şagird abort etdirib - ŞOK AÇIQLAMA

    "Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb". Muxalifet.az bildirir ki, bunu big.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir: "Artıq biz abort olunma həddindəyik. Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır.

    Muxalifet3 - 14-05-2018

  10. ​ŞOK "Qarabağı qarabağlılar qorusun"- Qızını erməniyə verən diaspor sədri

     Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəkləyib.
    Muxalifet.az diaspor.az-a istinadən xəbər verir ki, ona olan ictimai qınaqdan sonra qızını erməniyə ərə verən diaspor sədri Ağadadaş Kərimov yığıncaq keçirib.
    A.Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq özünü bu bu qohumluq əlaqələrində qız tərəfi kimi gördüyünə görə fəxr etdiyini bildirib.

    Muxalifet3 - 14-05-2018

  11. ​Məmmədyarov Parisdə Qarabağ münaqişəsini müzakirə edəcək

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev məlumat verib. 
    Onun sözlərinə görə, mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub:
    “Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”. 
     

    Muxalifet3 - 14-05-2018

  12. ​Yaponiyadan Qüds açıqlaması: gərginlik...

    Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yaşihide Suqa ABŞ səfirliyinin yerinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, bu, Yaxın Şərqdə sülh danışıqlarına mənfi təsir göstərərək, regionda vəziyyəti gərginləşdirə bilər.
    Muxalifet.az xəbər verir ki, mayın 14-də Y.Suqa kütləvi-informasiya vasitələrinin nümayəndələrinə deyib ki, ABŞ məsələ ilə bağlı mövqeyini açıqlayaraq, Qüdsün statusunun məsələyə aid olan bütün tərəflərin iştirakı ilə müəyyən olmasının zəruriliyini bildirib.

    Muxalifet3 - 14-05-2018

  13. ​Lavrov: ABŞ-ın Qüdslə bağlı belə bir qərar verməsi...

    Qüdslə bağlı beynəlxalq qərarların birtərəfli olaraq nəzərdən keçirilməsi qeyri-mümkündür.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
    "Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarına mənfi yanaşır. Bu qərarla bağlı mənfi fikrimizi daha öncə bir neçə dəfə bildirdik. Rusiya Prezidenti Vladimir Putin də bu yöndə düşüncələrini açıqlayıb", - Lavrov söyləyib.
     

    Muxalifet3 - 14-05-2018

  14. ​Gömrük Məcəlləsinə dəyişikliklər edilir - Paket

    Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.
    Muxalifet.az xəbər verir ki, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

    Muxalifet3 - 14-05-2018

  15. ​Rusiyalı diplomatı öldürən şəxslə bağlı - Qərar

    İraqda 2006-ci ildə rusiyalı diplomatı öldürməkdə ittiham edilən terrorçu edam cəzasına məhkum edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Cinayət Məhkəməsi qərar çıxarıb.
    İraqın Ali Məhkəmə Şurasının sözçüsü Abdel Səttar da məsələ ilə bağlı açıqlamasında terrorçunun həmçinin silahlı bir qrupla birlikdə dörd əcnəbinin qaçırılmasında günahlandırıldığını bildirib.

    Muxalifet3 - 14-05-2018

  16. Hafiz Hacıyev Paşinyanı bu cür HƏDƏLƏDİ

    Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu posta seçildiyi ilk günlərdən Azərbaycana yönəlik sayıqlamaları, Dağlıq Qarabağa səfəri ilə bağlı etirazlar səngimir.
    Muxalifet.az xəbər verir ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında Paşinyanı “yıxıb-sürüdü”:

    Muxalifet3 - 14-05-2018

  17. ​Kataloniyaya yeni başçı təyin edildi

    Kataloniya parlamenti bazar ertəsi günü Yoakim (Kim) Torranı region hökumətinin başçısı seçib. İki gün əvvəl keçirilmiş səsvermədə “Birlikdə Kataloniya uğrunda” qrupunun namizədi deputatların mütləq əksəriyyətinin dəstəyini qazana bilməmişdi.
    Muxalifet.az xəbər verir ki, parlament üzvlərinin 66-sı namizədin lehinə, 65-i əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Beləliklə, bu dəfə sadə səs çoxluğu prinsipi ilə keçirilən səsvermə nəticəsində Torra hökumət başçısı seçilib.

    Muxalifet3 - 14-05-2018

  18. ​Cavad Zərifdən Moqeriniyə tələb - Məktub

    İran Xarici İşlər naziri Cavad Zərif AB-nin Ali nümayəndəsi Federika Moqerinidən birgə işçi qrupunun yaradılmasını tələb edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Zərif özü Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
    Zərif sözügedən məsələ ilə bağlı Moqeriniyə məktub ünvanladığını söyləyib.
    Qeyd edək ki, Zərif ABŞ-ın nüvə müqaviləsindən çıxması ilə bağlı mayın 15-də Brüsselə səfər edəcək. Onun Qərbdən olan nümayəndələrlə nüvə müqaviləsini müzakirə edəcəyi gözlənilir.
     

    Muxalifet3 - 14-05-2018

  19. ​Trampdan İranla bağlı əmr: Kəskin şəkildə azaldın

    ABŞ Prezidenti Donald Tramp İrandan alınan neft və neft məhsullarının həcmini əhəmiyyətli dərəcədə azaltmaq barədə əmr verib.
    Muxalifet.az xəbər verir ki, Tramp məsələ ilə bağlı ABŞ Dövlət Katibliyi, Maliyyə və Energetika Nazirliyinə yazılı əmr göndərib.
    "İrandan birbaşa və ya beynəlxalq maliyyə qurumları vasitəsilə neft və neft məhsulları alışını əhəmiyyətli dərəcədə azaltmaq üçün digər ölkədən yetərli miqdarda alış gücünə malik olduğumuzu müəyyən etdim", - açıqlamada bildirilib.
     

    Muxalifet3 - 14-05-2018

  20. ​İstanbul da ayağa qalxı: İsrailə etiraz - Foto

    Türkiyənin İstanbul şəhərində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq aksiya keçirilib.
    Muxalifet.az xəbər verir ki, "Taksim" meydanında keçirilən aksiyada yüzlərlə insan iştirak edib.
    Xatırladaq ki, bu gün ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimi keçirilib. Buna etiraz edən fələstinlilərə qarşı İsrail ordusunun müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.
     

    Muxalifet3 - 14-05-2018

Pages