Axtarış
The search found 105785 results in 0.061 seconds.
Search results
Keçmiş MKİ BAŞQANINDAN QƏZZA TƏPKİSİ
ABŞ-da keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan, Qəzzadakı ölümlərin, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun Fələstinlilərin hüquqlarına və vətənlərinə açıq şəkildə hörmət etməmələrinin nəticəsi olduğunu deyib.
Muxalifet3 - 15-05-2018
Kadırov: “ABŞ və İsrail bundan QORXUR”
"Qüdsün ABŞ-dakı səfirliyinin açılışı münasibətilə təntənəli mərasim və Qəzza sektorunda fələstinlilərin qan gölməçələri! 14 may 2018-ci il tarixə belə girəcək”.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini və Fələstin-İsrail sərhədində baş verənləri şərh edən Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün “Telegram-kanal”ında yazıb.
Kadırov qeyd edib ki, ABŞ-ın prezidenti Donald Tramp bu qərardan imtina olunmasını tələb edən müttəfiqlərinin fikrinə qulaq asmamaq barədə qərar verdi.Muxalifet2 - 15-05-2018
Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq – TARİXLƏR
Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirilib.
İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edəcək. Bu da iyunun 3-nə düşür.
İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq.
Üçüncü Qədr gecəsi iyunun 7-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) düşəcək.
Dördüncü və sonuncu Qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 23-nə keçən gecə) olacaq.Muxalifet2 - 15-05-2018
İsrail 8 aylıq KÖRPƏNİ ÖLDÜRDÜ!
ABŞ-ın səfirliyini Qüdsə köçürməsi nəticəsində başlayan etiraz nümayişlərində zəzərçəkənlərin sayı getdikcə artır. İsrail əsgərləri silahsız insanlara kimsəyə məhəl qoymadan atəş açaraq, hətta 8 aylıq körpəni belə qətlə yetirib.
İsrailin Qüdsü işğal etməsi, dünən ABŞ səfirliyini müqəddəs şəhərə köçürməsi ilə rəsmiləşdirdi. Zorla İsrailə peşkəş edilməyə çalışılan Qüds üçün Qəzza və Ramallahda qan töküldü. İsrail əsgərləri, Fələstinliləri qətlə yetirdi.
8 AYLIQ KÖRPƏ ÖLDÜRÜLDÜ
Muxalifet3 - 15-05-2018
Kirayə evdə qonağı ilə mübahisə etdi, sonra... – LÖKBATANDA QƏTL
Bakıda evində qonağının qətlə yetirməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü İsgəndər Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il noyabrın 21-də Lökbatan qəsəbəsində Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İsgəndər Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.Muxalifet2 - 15-05-2018
İstanbulda İŞİD-in 50 döyüşçüsü TUTULDU
İstanbul polisi İŞİD terror qruplaşmasının döyüşçüsü olduğu güman edilən 54 nəfəri saxlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən DHA agentliyi bildirib.
Qeyd edilir ki, antiterror əməliyyatı dünən axşam saatlarında şəhərin 13 rayonunda 19 ünvanda keçirilib. Məlumata görə, İŞİD-in üzvləri Suriyaya keçməyi planlaşdırırdılar.Muxalifet2 - 15-05-2018
Trampın həyat yoldaşı XƏSTƏXANALIQ OLDU – Təcili əməliyyat
ABŞ-ın birinci xanımı, Prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp böyrəyindən əməliyyat olunub.
Muxalifət.az xəbər verir ki, birinci xanımın mətbuat xidmətinin rəhbəri Stefaniya Qrizman Melaniyanın böyrəyindəki xoşxassəli şişə görə əməliyyat olunduğunu bildirib.
Əməliyyatın uğurla başa çatdığını deyən Qrizman birinci xanımın həftənin sonunadək xəstəxanada yatacağını söyləyib.Muxalifet2 - 15-05-2018
Qida Təhlükəsizliyi Agentliyində yeni - TƏYİNAT
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.
Muxalifət.az xəbər verir ki, Mansur Piriyev agentliyin İnformasiya təminatı şöbəsinə müdiri təyin edilib.
O bundan əvvəl “BakuBus” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qida Təhlükəsizliyi Agentliyindən Mansur Priyevin təyinatını təsdiq ediblər.Muxalifet2 - 15-05-2018
DOLLARIN QİYMƏTİ DƏYİŞMƏDİ
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün də 1,7000 səviyyəsində müəyyən edib.Muxalifet2 - 15-05-2018
Mətbuata nəzarət ictimai-siyasi şöbədən alınmalıdır - SƏRDAR CƏLALOĞLU
"Azərbaycan prezidenti yanında kütləvi informasiya vasitələri ilə bağlı xüsusi şöbə yaradılmalıdır"
"Paşinyan Azərbaycana meydan oxuduğu halda Türkiyə ilə dost olmaq istəyirsə, bu, o deməkdir ki, bu adam normal düşüncə tərzinə malik deyil, ağılsız biridir"
Muxalifet - 15-05-2018
Vidadi İsgəndərlinin atasının məzarını kimlər TƏHQİR EDİB? - ŞOK FAKTLAR / FOTOLAR
Siyasi mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının naməlum şəxslər tərəfindən təhqir olunduğu haqda bir neçə dəfə məlumat vermişdik. Qeyd etmişdik ki, sifətləri görünməyən iki nəfər şəxs V.İsgəndərlinin atasının Göyçayın Məlikkənd qəbiristanlığındakı məzarını təhqir edib. Hansı ki, sonradan bu rəzilətin video-görüntüləri Youtube kanalına yerləşdirilərək, sosial şəbəkələrdə paylaşılmışdı. Bəlli olduğu kimi, bu görüntülər Facebook-da ciddi müzakirə olunmuş və əksər sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etiraza səbəb olmuşdu.
Muxalifet - 15-05-2018
NÖVBƏ İCRA BAŞÇILARININDIR: "Yaşlı və etimadı itirən rayon rəhbərləri "vurulacaq""
Məlum olduğu kimi, Prezident İlham Əliyev hökumətin tərkibini yenidən formalaşdırıb.
Bununla da Baş nazirdən tutmuş, ölkənin bir çox nazirlik, komitə və dövlət agentliklərində mühüm dəyişiklər həyata keçirilib, idarəetməyə yeni simalar gətirilib.
Lakin maraqlıdır ki, mərkəzi hakimiyyət orqanlarında aparılan kadr və struktur islahatları hələ də rayonlara sirayət etməyib.
Muxalifet - 15-05-2018
"Quska"nın vəkili DANIŞDI: "Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur"
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, hazırda həbsdə olan sabiq millət vəkili Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb.
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında H.Abdullayevin vəkili Ruhid Əkbərov deyib.
Vəkil bildirib ki, H.Abdullayevlə görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanıb:"Hüseyn Abdullayevlə görüşməklə bağlı heç bir problem yoxdur, görüş üçün normal şərait yaradılıb. Görüşmüşəm, saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur".Muxalifet2 - 15-05-2018
Azərbaycanda ŞOK OLAY: müəllim məktəbin direktorunu döyüb, ağır vəziyyətə saldı
Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.
Hadisə rayonun Ləngəbiz kəndində baş verib.
Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.
O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.Muxalifet2 - 15-05-2018
YEVANGELİSTLƏRİN ƏRDOĞANA HÜCUMUNUN SİRRİ AÇILDI – Türkiyə prezidenti məşhur dini əfsanəyə görə hədəf seçilib
“Christian Post”da çıxan və Gülənin təhvil verilməsini tələb edən yazı ilə bağlı məcburən diqqətimi o aləmə cəlb etməli olduğumdan, sosial və siyasi baxımdan Türkiyə əleyhdarlığının pıqqapıq qaynadığı o dünyada nə qədər cəfəng və qorxunc ifadələrin işlədildiyini də gördüm.
Muxalifet2 - 15-05-2018
“Evimdəyəm, kim deyir ki, məni həbs ediblər? – VƏZİFƏDƏN AZAD EDİLƏN GENERAL
Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir.
Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-mayor Firudin Nəbiyevin də adı çəkilir.
Muxalifət.az xəbər verir ki, azxeber.com yayılan məlumatlara aydınlıq gətirmək üçün sabiq xidmət rəisinin özünə müraciət edib.Muxalifet2 - 15-05-2018
Deputatdan imkansız ailələrə SƏRT SÖZLƏR: “Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”
"Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”.
Muxalifət.az-ın "Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.Muxalifet2 - 15-05-2018
Məktəb direktoru DANIŞDI: "Məni müəllim yoldaşım yox, qardaşı döyüb"
Xəbər verdiyimiz kimi Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Muxalifet2 - 15-05-2018
"QIZINIZI MƏHV EDƏCƏM..." - "Bandotel"ə çağrılan Günaydan açıqlama
Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib. Günay İbrahimli isə ittihamlarla razılaşmayaraq heç kimə borclu olmadığını qeyd edib: “Bizim Nuriyyə Əhmədova ilə müqaviləmiz 2009-cu ildən 2014-cü ilədək davam edib.
Muxalifet2 - 15-05-2018
Amerika mətbuatı IVANKA TRAMPA QƏZƏBİNİ GÖSTƏRDİ
Təl-Əvivdəki Amerika səfirliyi, Qüdsə köçərkən, Qəzzada dinc nümayiş edən 59 Fələstinli, İsrail tərəfindən şəhid edilib. Dünya mətbuatı son illərin ən qanlı hücumunu tənqid edib.
Fransız “Lexpress” qəzetinin "Qəzzanın 2014-dən bu yana ən qanlı günü" başlığı ilə yaydığı xəbərində daha əvvəl bölgədə təzyiqin heç bu qədər artmadığını yazıb. ABŞ prezidenti Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşnerin ABŞ səfirliyinin açılışında iştirakını, bu iştirakın da Fələstinliləri qəzəbləndirdiyini yazıb.Muxalifet3 - 15-05-2018