Axtarış

The search found 105785 results in 0.085 seconds.

Search results

  1. ​BMT TŞ-nin təcili iclası çağırıldı: Sərt müdaxilə...

    Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
    Muxalifet.az xəbər verir ki, buna səbəb kimi Qəzza sektorunda etiraz aksiyalarının qarşısının İsrail tərəfindən sərt müdaxilə tədbirləri ilə alınması göstərilib.
    Qeyd edək ki, bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına Qəzza sektorunda ciddi etirazlar edən fələstinlilərə qarşı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 52 nəfər həlak olub. Yaralananların sayı isə 2410-a çatıb.
     

    Muxalifet3 - 14-05-2018

  2. ​Çavuşoğlu: Artıq ABŞ etibarını itirdi

    Qıymadan atəş açırlar. Bir dövlət terror edir.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
    "Təəssüf ki, şəhid sayı 52-ə çatdı. Bir tərəfdən musiqili, əyləncəli açılış, digər tərəfdə qırğın. İkisi də eyni yerdə baş verir. Amerikanın tərslik göstərməsi ciddi bir durum yaratdı. Artıq ABŞ vasitəçilik etmək üçün etibarını itirdi", - Çavuşoğlu qeyd edib.

    Muxalifet3 - 14-05-2018

  3. ​Siyəzəndə ağır qəza: ölən var

    Siyəzəndə ağır yol qazası baş verib.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili ilə “Tofaş” markalı minik avtomobili toqquşub.

    Muxalifet3 - 14-05-2018

  4. ​NATO gəmiləri Gürcüstan sularında

    NATO-nun hərbi gəmiləri Gürcüstanın Qara dənizdəki ərazi sularına daxil olub.
    Muxalifet.az  xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
    Gəmilər mayın 18-ə kimi Poti limanında qalacaq və Gürcüstan hərbi dəniz qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
    NATO gəmilərindən ibarət qrup dörd ölkə - Bolqarıstan, Rumıniya, Böyük Britaniya və Türkiyənin hərbi dəniz donanmasına aiddir.
     

    Muxalifet3 - 14-05-2018

  5. ​Türkiyədən islam ölkələrinə çağırış: Hərəkətə keçin!

    Müsəlmanlar üçün bu gün tarixə qanlı bazar ertəsi olaraq düşəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ deyib.
    “Terror dövləti İsrail və ona dəstək verən ABŞ Qüdsü tərk etmək məcburiyyətində qalacaqlar. BMT Təhlükəsizlik Şurası dərhal hərəkətə keçməlidir. İslam ölkələri bu haqsız addımlar qarşısında birgə addım atmalıdır. ABŞ regionda gərginliyin artmasına bilavasitə şərait yaradıb. Tramp dünyaya lağ edir. Daimi sabitliyə imkan vermədiniz”, - deyə sözçü bildirib.
     

    Muxalifet3 - 14-05-2018

  6. ​BİLMƏYƏNLƏR BİLSİN: Azərbaycanda hərbi bileti olmayanlar harada işləyə bilər? - SİYAHI

    Vətəninin keşiyində dayanmaq, hərbi xidmət keçmək yetkinlik yaşına çatan hər bir sağlam vətəndaşın borcudur. Bəzən obyektiv və subyektiv səbəblərdən hərbi xidmətə getməyən şəxslərə süni maneələr yaradılır. Bu maneə özünü əsasən dövlət orqanlarına işə düzəlmək istəyərkən göstərir. Bəs görəsən Azərbaycan Respublikasının qanunlarına görə, hərbi bileti olmayan şəxslər dövlət orqanında işləyə bilərmi? Yaxud, işə qəbul edilərkən onlardan hərbi bilet tələb edilə bilərmi? Bir sözlə, hərbi xidmətdə olmayanlar harada işləyə bilərlər?

    Muxalifet3 - 14-05-2018

  7. Türk hakerlərdən İSRAİLƏ BÖYÜK ZƏRBƏ

    Qəzzadakı qətliamdan sonra hərəkətə keçən Ayyıldız komandası Sionist İsrailin Dəmir Qübbə Müdafiə Sistemini hədəf alıb. İsrail tərəfindən Qəzzada onlarla Fələstinli Müsəlmanın şəhid edilməsindən sonra hərəkətə keçən Türk haker qrupu Ayyıldız komandası, Sionist İsrailin Dəmir Qübbə Müdafiə Sistemini hədəf alıb. NETANYAHUNUN GİZLİ KASSASININ HESABI ƏLƏ KEÇİRİLDİ İsrailin baş naziri Netanyahunun sağ qolu və gizli kassası Dore Qoldin hesabını ələ keçirən Ayyıldız qrupu, İsrailin Android və Apple IOS Yüksək Səviyyəli İnkişaf Etdirici Fırmasını hakləyib.

    Muxalifet3 - 15-05-2018

  8. 4 il əvvəl ayaqlarını itirmişdi! İNDİ İSƏ ŞƏHİD OLDU

    Fələstin xalqı, işğalçı İsrailin hücumlarına baxmayaraq, şərəfli müqavimətinə davam edir.
     
    2014-cü ildə yenə İsrailin hava hücumlarında ayaqlarını itirən Fadi Ai Salah, dünən təkərli kreslonun üzərində olmasına baxmayaraq müqavimətini davam etdirib.
    İsrail əsgərləri əlil arabasında olan gəncə belə mərhəmət etməyiblər və silahsız şir ürəkli gənci gülləyiblər. Qəhrəman Salah, 2014-də ayaqlarını qurban vermişdisə, bu dəfə şəhid oldu.

    Muxalifet3 - 15-05-2018

  9. Afrinə hava hərəkatı: TERRORÇULAR MƏHV EDİLDİ

    Türk Silahlı Qüvvələrinin 20 yanvar 2018-ci ildə başladığı Afrin Hərəkatında 58 gündə Afrin mərkəzi ələ keçirilsə də, hərəkat tam bitməyib. Xüsusi xidmət orqanları, Afrinli əhali və TSQ-nin birgə fəaliyyəti ilə terrorçuları ortaya çıxarır. Xüsusi xidmət orqanlarının ötürdüyü informasiya ilə keçirilən hava hərəkatında 7 terrorçu zərərsizləşdirilib
     
    Türk xüsusi xidmət orqanlarının apardığı işlər nəticəsində Suriyanın şimalında Afrinin şimal-şərqindəki Mətnə kəndi yaxınlığında, PYD/YPG terror təşkilatı mənsublarının olduğunu müəyyən edib.

    Muxalifet3 - 15-05-2018

  10. Qanlı Bazar Ertəsi! 58 ŞƏHİD, MİNLƏRLƏ YARALI

    ABŞ-ın səfirliyini Qüdsə daşımasına təpki göstərən Fələstinlilər, Qəzza və Qərbi Şeriada etiraz aksiyası keçirib. İsrail polisi 35 min nümayişçinin üstünə güllə yağdırıb. Ən azı 58 nəfər şəhid olub, aralarında yaşlı, uşaq və qadınların olduğu 2 min 771 nəfər də yaralanıb.
     

    Muxalifet3 - 15-05-2018

  11. ​İpoteka ilə mənzil almaq asanlaşdı – Baş nazirdən QAYDALARA DƏYİŞİKLİK​

    “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.
    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
    Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.

    Muxalifet2 - 15-05-2018

  12. ​Ərdoğan dünya liderlərinə məktub yazdı: ŞƏRQDƏ NƏHƏNG HƏRƏKAT BAŞLAYIR

    İngiltərədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinə məktub yazdığını açıqlayıb. Muxalifət.az xəbər verir ki, prezident bunu fələstinlilər üçün müsəlman ölkələrindən Ramazan ayı boyunca yardım toplanmasına görə edib. Kampaniya İslam Əməkdaşlıq Təşkilatının təşəbbüsü və başçılığı ilə gerçəkləşdiriləcək. ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsini fələstinlilərin protest etməsindən sonra İsrailin qətliam həyata keçirdiyini bildirən Ərdoğan “Bu günün İslam dünyası olaraq Qüdsü itirdiyimiz bir gün olmasına əsla izn verməyəcəyik” deyib.

    Muxalifet2 - 15-05-2018

  13. ​İfşa olunan “dərman mafiyası”nın açar fiquru DANIŞMAĞA QƏRAR VERDİ

    DGK-in general-mayoru Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib; korrupsiya ilə mübarizə çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının işi prokurorluq orqanlarına göndərilib

    Muxalifet2 - 15-05-2018

  14. Türk boksçu qətlə yetirildi! CİNAYƏTİN ALTINDAN PKK ÇIXDI

    Türk boksçu Tunahan Kəsər, vəhşicəsinə qətlə yetirildi. Meneceri, cinayəti terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan İsmayıl Özənin işlədiyini iddia edib.
     
    23 iyun 2017-ci ildə Almaniyanın Hamburq şəhərində yaşayan 22 yaşlı Türk boksçu Tunahan Kəsər qaçırıldı. Hadisəni daha da maraqlı edən, Kəsərin meneceri Erməni əsilli Rus boksçu Xoren Gevorun bir gecə əvvəl ayağından güllələnməsi idi. Gənc idmançının cansız bədəni 21 iyulda meşədə tapıldı.

    Muxalifet3 - 15-05-2018

  15. ​ABŞ-la Səudiyyə Ərəbistanı arasında kritik NÜVƏ RAZILAŞMASI - NATO səviyyəsində yardım

    ABŞ ilə Səudiyyə Ərəbistanı arasında hərbi və nüvə sahələrində müqavilələr imazalanıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” media orqanı məlumat yayıb.
    Məlumata görə, iki ölkə arasında böyük bir ordu və nüvə münasibətlərinə dair razılaşmalar əldə edilib.

    Muxalifet2 - 15-05-2018

  16. ​GÜLƏNDƏN ŞOK TƏLİMAT: Böyük savaşa hazır olun, terakt törədin!

    FETÖ lideri Fətullah Gülən tərəfdarlarına Türkiyədə xaos yaratmaqla bağlı təlimat verərək, “Böyük savaşa hazır olun” deyib.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Yeni şəfəq” qəzeti araşdırma dərc edib.
    Məlumata görə, İsrailin Suriyaya hərbi müdaxiləsinə diqqət çəkən Gülən “Suriya ilə birlikdə Türkiyə də qarışacaq” deyib və bütün təşkilat üzvlərinin komanda şəklində çalışmalı olduğunu bildirilib.
    O, həmçinin, seçki ərəfəsində Türkiyədə iki kamikadze hücumunun təşkil edilməsini istəyib.

    Muxalifet2 - 15-05-2018

  17. Trampın ailəsində GƏRGİN SAATLAR: XƏSTƏXANAYA APARILDI

    ABŞ prezidenti Donald Trampın xanımı (First Lady) Melania Tramp, Vaşinqtonda böyrək əməliyyatı olduğu açıqlanıb.
     
    Verilən məlumata görə, Melania Tramp, Washingtondakı Uolter Reed Milli Hərbi Tibb Mərkəzində böyrək əməliyyatı keçirib, sağlıq durumunun yaxşı olduğu açıqlanıb.

    Muxalifet3 - 15-05-2018

  18. ​Müğənnidən "Bandotdel"ə şikayət edən İŞ ADAMI DANIŞDI

    İş adamı Nuriyyə Əhmədovanın müğənni Günay İbrahimlidən ''Bandotdel''ə şikayət etməsi dəqiqdir. Muxalifət.az Criminal.az saytına istinadla xəbər verir ki, bu barədə iş adamının özü danışıb. Onun sözlərinə görə, Günayla bağlı Baş Prokurorluğa da şikayət edib və sona kimi mübarizə aparacaq: ''Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var.

    Muxalifet2 - 15-05-2018

  19. Əlində Türk bayrağı ilə Türklərə səsləndi: MƏSCİD-İ AKSADA SİZİ GÖZLƏYİRİK

    Mühasirə altındakı Qəzza sərhədində keçirilən aksiyalarda əlində Türk bayrağı olan bir Fələstinli Qəzzadan Türklərə belə səsləndi: "Sağ ol Türkiyə, təşəkkürlər Türk xalqı. Biz sizə vəfa göstəririk, sizin bizə göstərdiyiniz kimi və inşallah Məscid-i Aksa torpaqlarında sizi gözləyirik”.
    Müxalifət.az

    Muxalifet3 - 15-05-2018

  20. ​"ASAN Viza"ların RÜSUMU MÜƏYYƏNLƏŞDİ

    "ASAN Viza" vasitəsi ilə havalimanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.
    "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.
    Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.

    Muxalifet2 - 15-05-2018

Pages