Axtarış
The search found 105785 results in 0.059 seconds.
Search results
İran Avropaya 60 gün VAXT VERDİ: “Əks halda...”
İran ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından (Almaniya, Fransa, Böyük Britaniya - red.) onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.Muxalifet2 - 14-05-2018
“Veysəloğlu” işçisindən 70 min aparanlardan biri TUTULDU
Aprelin 30-da DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Muxalifet2 - 14-05-2018
Prezident etirazçılara təşəkkür etdi – TİFLİSDƏ SON DURUM
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili polis və hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Dövlət başçısı polisin Tiflisdə keçirilən etiraz aksiyalarında ağır işin öhdəsindən lazımi qaydada gəldiyini bildirib:
“Ölkədə atmosferi gərginləşdirmədiyi üçün polislərə təşəkkürümü bildirirəm. Onlar narazılığı çərçivədən çıxarmamaqla öz missiyalarını normal qaydada həyata keçirdilər. Hər iki tərəf loyal davrandı, təşəkkürlər…”Muxalifet2 - 14-05-2018
Astarada gənc müəllimdən məktəbdə yığılan RÜŞVƏTƏ ETİRAZ – Dərsi boykot etdi
Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib.
Bununla bağlı gənc müəllimin özü sosial şəbəkədə paylaşım edib.
Bildirib ki, müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olub. Elə o gündən də Rayonun Təhsil Şöbəsi və direktorla problemləri başlayıb:Muxalifet2 - 14-05-2018
"Elmarın "vor zakon" qohumu məni hədələyib" - YARIM MİLYONLUQ DƏLƏDUZLUQ İŞİ
Dələduzluqda ittiham edilən iş adamı hakim qarşısına çıxarılıb. O, Ukraynadan avtomobil yağı və antifriz gətirəcək adı ilə ümumlikdə yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Firdovsi Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Novruz Kərimovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Firdovsi Səfərovun əməlində heç bir cinayət olmadığı və ona verilən ittihamlar sübuta yetirilmədiyi üçün bəraət verilib.Muxalifet2 - 14-05-2018
Putinlə Paşinyan görüşür: qapalı müzakirələr - VİDEO
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçidə görüşüb.
Muxalifət.az xəbər verir ki, görüşün başlanğıcında Putin Rusiyanın Ermənistanı regionda yaxın tərəfdaş və müttəfiq hesab etdiyini vurğulayıb.
O, Paşinyanı baş nazir seçilməsi münasibətilə yenidən təbrik edib.
“Ümid edirəm ki, münasibətlərimiz bundan sonra daha da yaxşı inkişaf edəcək”, - deyə Putin bildirib.
Paşinyan isə qeyd edib ki, heç kim İrəvan və Moskva arasındakı münasibətləri şübhə altına qoymayacaq.Muxalifet2 - 14-05-2018
ABBASZADƏ TƏHSİL NAZİRLİYİNİN QƏBULDA İŞTİRAKINA QARŞIDIR - “Qiymətlər şişirdilir”
Məktəbi “5”-lə bitirən məzunların yalnız 49.97%-i imtahanlarda attestat qiymətlərini doğruldub “Cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər.
Muxalifet2 - 14-05-2018
Gədəbəyin sabiq icra başçısının həbsindən sonra daha 3 nəfər saxlanılıb – SƏBƏB AÇIQLANMIR
Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun həbsindən sonra daha üç nəfər saxlanılıb.
Muxalifet2 - 14-05-2018
QARALAMA KAMPANİYASI BAŞLADILAR! - HƏDƏFDƏ TÜRKİYƏ VAR
Səudiyyəlilər: “Türkiyəyə getməyin”
Muxalifet2 - 14-05-2018
Elton Məmmədov Hadisənin plyajından danışdı – AÇIQLAMA
İş adamı Anar Məmmədovun türkiyəli müğənni Hadisə üçün aldığı çimərliyin dağıdılması xəbərinə onun əmisi, keçmiş millət vəkili Elton Məmmədov münasibət bildirib.
Elton Məmmədov Teleqraf.com-a bu barədə məlumatsız olduğunu deyib: “Bu sualı kimə ünvanlandığınızın fərqində olmalısız. Mən Anar Məmmədov deyiləm. Bu haqda da heç nə bilmirəm. Çimərliyin kimə aid olduğunu bilmirəm”.
Qeyd edək ki, Bodrumda yerləşən və Hadisəyə aid “La Plaj” məhkəmənin qərarı ilə dağıdılıb. Səbəb isə plyajın qanunsuz salınması olub.Muxalifet2 - 14-05-2018
TÜRKİYƏ PREZİDENTİ: "Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik"
“Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyada jurnalistlərə bildirib.
“Türkiyə olaraq Qafqaz və Mərkəzi Asiya da sülhü dəstəkləyirik. Bu mənzərədə olmayan tək dövlət Ermənistandır. Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik”, – o, qeyd edib/Report.Muxalifet2 - 14-05-2018
“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün BAKIDAN PİTERƏ KİLLER GÖNDƏRDİ
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. Virtualaz.org “Peterbuqskiy dnevnik” nəşrinə istinadla xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir. Hansı ki, əməliyyat məlumatlarına görə Cabir Həsənov “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamı olub.
Muxalifet2 - 14-05-2018
Rusiya üçün fəlakət olacaq - Putinə ikiqat TƏLƏ
Rusiya prezidenti Vladimir Putin Suriyada ikiqat tələyə düşüb.
Bu haqda “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu və publisisti Andrey Piontkovskiy bildirib.
Onun sözlərinə görə, Rusiya liderini islam dünyasında sünnilər və şiələrin arasındakı məzhəb müharibəsindən başqa İran-İsrail münaqişəsinə çəkəcəklər. Politoloq qeyd edir ki, Rusiya prezidenti üçün bu vəziyyətdə hansısa qərarı qəbul etmək çox çətindir və ola bilər ki, artıq o qəbul etməyəcək.
Piontkovski hesab edir ki, Rusiya İsrailə qarşı çıxış edərsə, bu, regionda Kreml üçün hərbi fəlakət olacaq.Muxalifet2 - 14-05-2018
Qüds toqquşması başladı: 16 ölü, 500-dən çox yaralı - VİDEO
ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi qərarı bu gün icra ediləcək.
Muxalifət.az xəbər verir ki, Qüdsdə ABŞ səfirliyinin yerləşdiyi küçədə böyük bir sevinc hissi hakim olduğu halda, sərhəddə etiraz sədaları getdikcə gərgin xarakter almaqdadır.
Səhər saatlarında iş yerlərini bağlayan bir çox fələstinli açılışa etiraz etmək üçün sərhədə yönəlib. İsrail ordusu isə səhər saatlarından etibarən sərhəddə gərginlik yaşanmasına səbəb ola biləcək addımlardan qaçmaq üçün havadan xəbərdarlıq vərəqələri paylayıb.Muxalifet2 - 14-05-2018
İRƏVANDA DAHA BİR ETİRAZ AKSİYASI KEÇİRİLDİ
Ermənistanın paytaxtı İrəvanda bir qrup sakin etiraz aksiyası keçirib.
“Sputnik”-in məlumatına görə, sakinlər Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb ediblər.
Onlar bu məqsədlə Baş Prokurorluğun binası qarşısında toplaşıb, etiraz şüarları səsləndiriblər.
Şüarlarda və plakatlarda siyasi məhbusların və “Sasna Tsrer”in məhkum olunmuş üzvlərinin azadlığa buraxılması tələbləri də yer alıb.Muxalifet2 - 14-05-2018
DTX-nın tutduğu daha bir jurnalist hakim qarşısında - "İRƏVAN PRESS”
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 18-nə təyin edilib.
İttihama görə, Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub.Muxalifet2 - 14-05-2018
TAKSİ SÜRÜCÜSÜNÜ XÜSUSİ AMANSIZLIQLA ÖLDÜRƏNLƏR SAXLANILDI
Mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum şəxsin kimliyi məlum olub, qətli törədən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Şəhər Polis İdarəsinə daxil olan məlumat araşdırılıb.Muxalifet2 - 14-05-2018
Türkiyəyə qarşı ABŞ və BƏƏ-nin ortaq həmləsi – ƏFQAN PLANI
Ölkənin İranla sərhəd məntəqələrindən Türkiyəyə keçmək istəyən əfqanların sayı durmadan artır. 2018-ci ilin cari dövründə 30 minə yaxın əfqan Türkiyəyə daxil olub. Onların 7100 nəfəri təyyarə vasitəsilə ölkələrinə geri göndərilib.
Muxalifət.az xəbər verir ki, Türkiyənin “Haber7” nəşri sərhəddə yaşanan bu “köç böhranı”nın arxasında ABŞ və BƏƏ-nin dayandığını yazıb.Muxalifet2 - 14-05-2018
Bir neçə mərkəzi yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq – AGENTLİK
Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar bu gün axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.Muxalifet2 - 14-05-2018
Xalq artistlərinin məhkəməsi: MƏLEYKƏ ƏSƏDOVAYA PUL ÖDƏNİLƏCƏK...
Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin biri-birilərinə qarşı iddiaları üzrə məhkəmə qərarından verilən apelyasiya şikayəti üzrə roses keçirilib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Etibar Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə Məleykə Əsədova çıxış edib.
O bildirib ki, həmkarı onu mətbuat vasitəsi ilə təhqir edib: “Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim “şortik” geyinməyimlə bağlı sözü özümə deyərdi. Lakin o bu haqda sosial şəbəkədə söz yayıb”.Muxalifet2 - 14-05-2018