Axtarış
The search found 105785 results in 0.094 seconds.
Search results
“Paşinyan Qarabağa təhdiddir...” - KEÇMİŞ MÜDAFİƏ NAZİRİ SƏRKİSYAN
Ermənistanda keçmiş müdafiə naziri, səlahiyyətlərini mayın 11-də təhvil vermiş Vigen Sərkisyan Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin Qarabağ məsələsinin nizamlanmasına mümkün təhdidləri barədə danışıb. Virtualaz.org xəbər verir ki, Sərkisyan Paşinyanın ötən həftə Qarabağda verdiyi bəyanatları tənqid edərək deyilənlərin Ermənistanın mövqeyinə zərər vuracağını bildirib.
Muxalifet4 - 13-05-2018
Rusiya hərbi qüvvələrini Dəməşqə yeritdi - 5000 İNSAN TƏXLİYƏ OLUNDU
Rusiyanın hərbi qüvvələri Suriyadakı atəşkəsi izləmə mərkəzinin əldə etdiyi razılaşmalar çərçivəsində paytaxt Dəməşqin terrorçulardan təmizlənən cənub məhəllələrində asayişin qorunmasına başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, polis Beyt-Sahm, Sidi-Mikdad, Babbila ve Yalda məhəllələrində axtarış əməliyyatları aparıb. Sözügedən bölgələrdə asayişin təmin edilməsi üçün piyada və motosikletli polislər gün ərzində gəzir və 24 saat xidmətdə olan əsgərlərlə iş birliyi həyata keçirir.Muxalifet - 13-05-2018
Məşhur gürcü aktyoru vəfat etdi
Məşhur gürcü aktyoru və rejissoru Baadur Çuladze 83 yaşında vəfat edib. Muxalifet.az xəbər verir ki, bu barədə kinotənqidçi Vyaçeslav Şmırov məlumat yayıb. Qeyd edək ki, 1935-ci ildə Batumidə anadan olan B.Çuladze 1961-ci ildə “Gürcüstan-Film” studiyasında fəaliyyətə başlayıb. Aktyor “Buratinonun sərgüzəşti”, “Yarpaq tökümü”, “Mənim ərim ol” kimi məşhur filmlərdə rol alıb. Ümumilikdə isə o, 90-dan çox filmdə çəkilib.
Muxalifet3 - 13-05-2018
Bakıda medal qazanmaq qürurvericidir - Alkanoğlu
Azərbaycandakı marafonda ilk dəfədir ki, iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Marafon yüksək səviyyədə təşkil edilib. Ötən il Almaniyada keçirilən marafona da qatılmışdım. Bu gün Bakıda təşkil olunan marafonda rəqabət güclü idi. Yarışda iştirak etmək üçün 18 minədək insan qeydiyyatdan keçib.
Muxalifet3 - 13-05-2018
Yunanıstandan Türkiyə əleyhinə daha bir addım
Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunması səbəbindən Yunanıstana qaçan Əhməd Gözələ yaşayış icazəsi verilib və o, polis məntəqəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathemerini” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ə.Gözəl gizli şəkildə xüsusi mühafizə altında məntəqədən çıxarılıb.
Qeyd edək ki, yunan məhkəməsi sözügedən şəxsin ekstradisiya edilməsi ilə bağlı Türkiyənin tələbini rədd etmişdi.
Muxalifet3 - 13-05-2018
Saxta polislər azərbaycanlını qarət etdi
Almaniya polisi regonda yük maşın sürücülərinə qarşı soyğunçuluqla bağlı müraciət edib.
Bu qurbanlardan biri də Azərbaycan vətəndaşı olub.
Mayın 3-də saat 22 radələrində 50 yaşlı azərbaycanlıya polis geyimində bir şəxs yaxınlaşıb və ondan sənədlərini tələb edib. Saxta polis azərbaycanlının sənədlərini yoxladıqdan sonra maşında axtarışlar aparıb və 8,5 min avro pulunu götürüb.
Hazırda region polisi cinayətkarların axtarışı ilə bağlı əməliyyat keçirir.
Muxalifet3 - 13-05-2018
Braziliyalı ulduz "Qarabağ"dan getdi
Braziliyalı ulduz futbolçu Pedro Enrikenin "Qarabağ”dan getməsi rəsmiləşib.
Muxalifet.az xəbər verir ki, bu barədə klubun saytından məlumat yayılıb.
Cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam klubuna transfer olunan Pedro Enrikeylə yeni müqavilə imzalanmayıb. Klub Enrikeyə göstərdiyi xidmətlərə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Pedro Enrike "Qarabağ"ın heyətində 26 matçda 6 qola imza atıb.
Muxalifet3 - 13-05-2018
Türkiyədən Çaldıran əməliyyatı: 4 hədəf məhv edildi
Türk əsgəri Van vilayətinin Çaldıran mahalında PKK terror qruplaşmasına qarşı əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, əməliyyat zamanı terrorçulara məxsus 4 sığınacaq məhv edilib.
Bölgədə gizlənən PKK-çılara qarşı əməliyyatların davam etdiyi bildirilib.
Muxalifet3 - 13-05-2018
Xaçmazda ağır qəza: 4 nəfər xəsarət aldı
Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Muxalifet.az-ın verdiyi məlumata, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də baş verib.
"Opel" markalı avtomaşınla "VAZ 2109" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxalifet3 - 13-05-2018
Füzuliyə güclü dolu düşdü
Ötən gün axşam saatlarında Füzuli rayonuna güclü dolu düşüb.
Muxalifet.az-ın məlumatına görə, təbiət hadisəsi rayonun Yuxarı Alxanlı kəndində baş verib.
Məlumata görə, güclü dolu nəticəsində kənd təsərrüfatına xeyli ziyan dəyib.
Muxalifet3 - 13-05-2018
Qüds 3 min il İsrailin paytaxtı olub - Netanyahu
Fələstinlilərlə istənilən razılaşma çərçivəsində Qüds İsrailin paytaxtı olaraq qalacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Qüdsün İsrailin paytaxtı kimi tanınması səbəbindən ABŞ Prezidenti Donald Trampa minnətdarıq və həmişə minnətdar olacağıq. Artıq sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi prosesi baş tutacaq. Bu qərar bir həqiqəti xatırladır: Qüds 3 min il İsrailin paytaxtı olub, son 70 ildə də İsrailin paytaxtıdır və hər zaman İsrailin paytaxtı olaraq qalacaq”, - baş nazir bildirib.
Muxalifet3 - 13-05-2018
Tiflisdə etirazlar: Kvirikaşvili hərəkətə keçdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən proseslərlə bağlı xüsusi brifinq keçirəcək.
Muxalifet.az-ın məlumatına görə, brifinq bu gün saat 21:00-a təyin olunub.
Tiflisdə parlamentin qarşısında isə “Ağ səs-küy” hərəkatının etiraz aksiyası ilə paralel olaraq cavab aksiyası keçirilir.
Polis mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə kordon qurub. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.
Muxalifet3 - 13-05-2018
SON DƏQİQƏ: Cəlalabad Maliyyə İdarəsində atışma: 12 ölü, 36 yaralı
Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində Maliyyə İdarəsinin binasında terror aktı törədilib.
Muxalifet.az xəbər verir ki, silahlı hücum nəticəsində 12 nəfər ölüb, 36 nəfər yaralanıb.
Məlumata görə, əvvəlcə 2 kamikadze üzərlərinə bağladıqları bombanı binanın girişində partladıblar. Daha sonra isə 6 silahlı içəri daxil olaraq, insanları atəşə tutub.
Hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Muxalifet3 - 13-05-2018
Onun ölümü məni sarsıtdı - Könül Xasıyeva
Xalq artisti Könül Xasıyeva dünən dünyasını dəyişən Aşıq Azərin ölüm xəbərindən sarsılıb. Muxalifet.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi göz yaşlarına hakim ola bilməyib: "Azərin ölümü məni çox sarsıtdı. Xəstə olduğum üçün dəfn mərasimində iştirak edə bilmədim. Xahiş edirəm, mənim adımdan onun ailəsinə başsağlığı verin”.
Muxalifet3 - 13-05-2018
Ruhani və Paşinyan razılaşdı: nüvə proqramı...
Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, eyni zamanda beynəlxalq siyasi məsələləri müzakirə ediblər.
Məlumata görə, rəsmilər İranın nüvə proqramı ətrafında da fikir mübadiləsi aparıblar.
Ruhani və Paşinyan gələcək görüş proqramları barədə də razılığa gəliblər.
Muxalifet3 - 13-05-2018
Taekvondoçumuz ikiqat Avropa çempionu oldu
Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.
Muxalifet.az xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.Muxalifet3 - 13-05-2018
Millət vəkili Türkiyədə mükafat aldı
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Van şəhərində Beynəlxalq Qızıl Göl mükafatına layiq görülüb.
Muxalifet.az xəbər verir ki, millət vəkili çıxışında türk birliyindən, Türkiyə-Azərbaycan qardaşlığından danışıb və aldığı mükafatı analara, qadınlara həsr etdiyini deyib.
O, görkəmli Azərbaycan şairi Hüseyn Cavidin “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” fikirini diqqətə çatdırıb.
Q.Paşayevanın çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Muxalifet3 - 13-05-2018
İnsan Ayda məhz bu səbəbə görə ölə bilər
Ayda uzun müddət qalmaq insanın sağlamlığı üçün ziyandır.
Muxalifet.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Mütəxəssislər bildirir ki, Ay atmosferindəki toz insanın DNT-sinin dəyişməsinə səbəb ola bilər.
Məlumdur ki, ABŞ-ın "Apollon" missiyasını həyata keçirən astronavtlar gəminin içinə toz düşməsindən sonra səhhətlərində problemlər yarandığını qeyd ediblər. Onlar bildiriblər ki, tez-tez asqırırlar və gözlərində problem yaranıb.Muxalifet3 - 13-05-2018
Kvirikaşvili açıqladı: Qətiyyən yol verilməyəcək...
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.
Muxalifet.az-ın məlumatına əsasən, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.
Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.
Muxalifet3 - 13-05-2018
İbrahim Tatlısəsdən 7 il sonra bir ilk - Video
Türkiyəli müğənni İbrahim Tatlısəs Hatayda Prezident Rəcəb Tayyib Ərdoğanın qarşısında oxuduğu “Yaylalar” türküsünə klip çəkdirib.
Muxalifet.az xəbər verir ki, ifaçı 7 ildən sonra ilk dəfə studiyaya gedərək bu arzusunu reallaşdırıb.
İzləyicilər tərəfindən böyük maraqla qarşılanan klipi təqdim edirik:
Muxalifet3 - 13-05-2018